İsfəndiyar bəy İbrahimbəyov
İbrahimbəyov İsfəndiyar bəy Bağır bəy oğlu (1892, Şuşa-Bakı) - Azərbaycanın səhiyyə təşkilatçıla rından biri, respublikanın əməkdar Bağır bəy ibrahimbəyov həkimi (1942)> tibb elmləri nami
zədi (1952).
Müəllim ailəsində
anadan olmuş İsfəndiyar bəy İbrahimbəyov ibtidai təhsilini Şuşada
almış, Tiflis şəhər gimnaziyasında oxumuş (1904-1912), oranı
fərqlənmə diplomu ilə bitirmişdir. O, 1912-ci ildə Müqəddəs
Vladmir adına Kiyev universitetinin tibb fakültəsinin daxil
olmuşdir. Maddi cəhətdən çətinlik çəkən gənc tələbə, yaxın dostu
Əli bəy Qayıbovla birlikdə müəllimlik etmiş, həm də universitetdə
əla qiymətlərlə oxumuşdur. 1914-cü ildə, üçüncü kursda ikən o,
universitetin zəmanəti ilə Kiyev yaxınlığındakı "Puşey Vodiça" 781 nömrəli qospitalında ordinator işləməyə başlamışdır. 1916-ciJldə ali
təhsilini başa vurmuş, 1918-ci ilədək
həmin qospitalda ordinator, 1920-ci ilə
qədər
isə
isə
Cənub
Dəmiryol
idarəsinin 19-cu tibb sahəsinin müdiri
vəzifəsində işləmişdir. Azərbaycanda
Sovet Hakimiyyəti qələbə çalandan
sonra İsfəndiyar bəy İbrahimbəyov
Bakıya dəvət olunmuş, Mərdəkan kənd
xəstəxanasına
baş
həkim
təyin
olunmuşdur, ona yeni tipli xəstəxana
yaratmaq tapşırılmışdı. Təşkilatçılıq
qabiliyyəti olan gənc həkimi az bir
müddətdə müasir tələblərə cavab verən
xəstəxana təşkil etmişdir.
İsfəndiyar bəy
İbrahimbəyov
1921-ci
ildə Əhmədli
kəndindəki
Lenin adma Toxuculuq Fabrikinə baş
həkim təyin olunmuş, sonralar "Azneft" birliyinin Buzovnadakı
istirahət evlərinin müdiri (1925-1926), Yesentuki şəhərindəki 8
nömrəli sonatoriyanın baş həkimi, Bakıda iki böyük poliklinikanın
(Montin və Andreyev adına) təşkilatçısı və müdiri olmuşdur (1926-
1931), Bakı şəhər səhiyyə şöbəsinə məsul işə (1931-ci ildə) dəvət
edilmişdir.
İsfəndiyar bəy İbrahimbəyov ağır xəstəlik keçirdiyinə görə
1936-cı ildə dövlət onu Qara dənizin cənub sahillərinə müalicəyə
göndərmiş, müalicə müddəti dövründə əvvəlcə 220 çarpalıyıq
"Çelyuskinçilər" sonralar isə "Qruzinskiy çay" istirahət evlərinin
baş həkimi vəzifəsində çalışmışdır.