İslamçı atatürkçülük
İslamçı atatürkçülük, həmçinin islamokamalçılıq, islamokamalizm, atatürkçü islamçılıq (türk. İslamokemalizm, İslamcı Atatürkçülük, Atatürkçü İslamcılık), Yaşıl kamalizm (Yeşil Kemalizm) kimi də tanınır — ya dövləti və siyasətini sekulyar saxlayaraq cəmiyyətin dindar olması lazım olduğuna inanan, ya da siyasətdə də sekulyarizminin tamamilə islamçılıqla əvəzlənəcəyinə inanan kamalizmə əsaslanan türk-islam sintezi ideologiyasıdır.
Camaatlar ilə münaqişədə olan türkiyəli islamçılar öz ittifaqlarını yeniləmək məcburiyyətində qalmış, Türkiyə dövlətinin qatı kamalçı olduğu və Türkiyə ordusunun ülkçülərlə dolduğu bir vaxtda Türkiyə dövlətinin dəstəyi ilə camaatlarla vuruşmağa qərar vermişdilər. Vətən Partiyası və MHP bu islamçıların yeni müttəfiqləri olmuşdur. Kamalçılığı islamçılara və əksinə, islamçılığı kamalçılara uyğunlaşdıran ortaq əsaslar var idi. İslamokemalizm Tunçer Kılınç dövründə böyüdü. Osmanlının yanında Cümhuriyyəti də sevən bir çox türk ideologiyaya çəkilir. İslamçı atatürkçülük xilafətin ləğvindəki roluna görə tənqid edir, lakin islamçı kamalçılar onu millətinin azadlığını təmin etmək üçün lazım olanı edən bir lider olaraq görür və hesab edirlər ki, həm Osmanlı imperiyası, həm də Türkiyə Respublikası eyni zamanda dəstəklənilə bilər. Türkiyədə çox məşhur bir ideologiyadır. Bu, adətən Türkiyə siyasətinin mərkəz sağ, sağ, və ifrat sağçıları ilə əlaqələndirilir.