ispanca
ispaniyalı
OBASTAN VİKİ
Kordova (İspaniya)
Kordova (isp. Córdoba [ˈkorðoβa]), tarixi adı Qurtuba — İspaniyanın Əndəlus vilayətində şəhər. == Tarixi == İspaniyanın Əndəlus vilayətinin tərkib hissəsi olan Kordova şəhəri ölkənin cənubunda yerləşir. Bu şəhər X əsrdə yaranmış Kordova əmirliyinin mərkəz şəhəri olmuş və hal-hazırda əhalisinin sayı 300 minə yaxındır. İspaniyanın konfessional durumunda katolik kilsəsi dominantlıq təşkil etsə də, bu ölkənin islam dəyərlərinə və mədəniyyətinə ehtiram və tolerantlıqla yanaşması, onun yüksək bəşəri mədəniyyətə malik olmasına dəlalət edir. Qeyd etmək lazımdır ki, Kordovada olan “qədim şəhər” doğma Bakının İçərişəhərini çox xatırladır. Maraqlıdır ki, Kordovanın “İçərişəhər”inin düz mərkəzində möhtəşəm bir məsçid ucalır. İspaniyada “Mesheti” kimi tanınan bu məsçid hələ Kordova əmirliyi (929-cu il) yaranana qədər, 711-718-ci illərdə ərəblərin İspaniyaya yürüşündən sonra tikilməyə başlayıb.”San-Visente” kilsəsində saxlanılan qədim əlyazmalara əsaslanan çağdaş İspan tarixşünaslığı göstərir ki, “Mesheti”nin inşası 785-ci ildə başlanıb və onun tikintisi dörd mərhələ keçib. Birinci mərhələ Kordova əmirliyinə qədərki dövrə təsadüf edir və I Əbd-əl-Rəhmanın göstərişi ilə onun tağları tikilib. İkinci mərhələ Kordova əmirliyinin tarixi ilə bağlıdır.
Leon, İspaniya
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Leon (İspaniya)
Leon (isp. Leon) — İspaniyada şəhər, omonimik vilayətinin inzibati mərkəzi. Əhalinin sayı 2013-cü ilə 130.601 nəfər təşkil edir.
Merida (İspaniya)
Merida (isp. Mérida, estremadurca: Méria) – İspaniyada Badahos əyalətində Qvadiana çayı üzərində yerləşən şəhərdir. Estramaduranın müstəqil birliyinin paytaxtıdır. Əhalisi 57 min nəfərdir. B.e.ə. 25-ci ildə şəhərin yerində Emerita-Avqust şəhəri yerləşirdi.Şəhər imperator Oktavian Avqustun əmri ilə tikilmişdi. Romada Luzitaniya əyalətinin paytaxtı idi. Merida şəhəri VI əsrdə İberiya yarımadasının dininin və episkopiyasının mərkəzi (paytaxtı) idi. 713-cü ildə şəhər ərəb xəlifəsi Musa İbn Nuseyr tərəfindən alınır. 1230-cu ildə kral Alfonso IX tərfindən şəhər Mavrlardan alınır.
Salamanka (İspaniya)
Salamanka — İspaniyada şəhər. İspaniyanın Kastiliya və Leon muxtar vilayətinin (ispanca Comunidad autonoma)cənub-qərbində yerləşən eyniadlı ərazi vahidinin paytaxt şəhəridir. Əhalisi 154.462 nəfər olmaqla Çarro düzənliyində, Tormes çayının sahilində yerləşir. Əsası 1218-ci ildə Alfonso XI de Leon tərəfindən qoyulmuş Avropanın ən qədim universiteti sayılan Salamanka Universiteti bu şəhərdə yerləşir. Salamanka 1988-ci ildə YUNESKO tərəfindən Bəşəriyyət İnciləri siyahısına daxil edilmişdir. Dünyanın müxtəlif yerlərindən olan çoxsaylı turistləri özünə cəzb edən Catedral Vieja, Catedral Nueva, Casa de las Conchas, Plaza Mayor, Convento de San Esteban kimi tikililər mühüm memarlıq inciləri sayılır. 2002-ci ildə Avropanın Mədəniyyət Mərkəzi elan edilmişdir. İspaniyanın mühüm turist mərkəzlərindən biridir.
Ermənistan–İspaniya münasibətləri
İspaniya—Ermənistan münasibətləri — İspaniya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Münasibətlərin əhəmiyyəti ermənilərin İspaniyaya köçürülmə tarixinə əsaslanır. İspaniyada təxminən 40.000 erməni və onların nəsilləri yaşayır. Hər iki ölkə Avropa Şurasının üzvüdür. == Tarixi == Ermənistan və İspaniya arasında ilk əlaqə 1382-ci ildə, Kilikiya çarlığının devrilən kralı VI Levon, dövləti bərpa etmək üçün İspaniya kralı I Juandan kömək istəmək üçün İspaniyaya gəldiyi zaman baş verir. İspaniyada V Levon "Madrid Lordu" unvanını alır və I Juan ölümünə qədər İspaniyada qalır. Əsrlər boyu ermənilər müharibədən və qeyri-müəyyənlikdən qurtulmaq üçün İspaniyaya üz tutmuşlar. Bəzi ermənilər 1400-cü illərin sonları - 1500-cü illərin əvvəllərində İspan tədqiqatları dövründə iştirak etmişlər. 1915-ci ildəki Qondarma Erməni Soyqırımı zamanı ermənilərin əksəriyyəti İspaniyaya qaçmadı, əksinə ya Fransaya, ya da ispan dilli Argentina və Uruqvay üz tutdular. 26 dekabr 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistan müstəqilliyini bərpa etdi.
Gürcüstan–İspaniya münasibətləri
Gürcüstan–İspaniya münasibətləri — Gürcüstan Respublikası və İspaniya arasındakı mövcud ikitərəfli münasibətlər. Gürcüstanın Madriddə bir səfirliyi, Barselona və Sevilyada isə konsulluğu vardır. İspaniyanın Gürcüstanda səfirliyi yoxdur, ancaq Türkiyənin Ankara şəhərindəki səfirlik Gürcüstan üçün də akkreditə olunmuşdur. İspaniyanın Tiflisdə bir konsulluğu var. Hər iki ölkə Avropa Şurasının üzvüdür. == Diplomatik münasibətlər == İspaniya Gürcüstan Respublikası ilə diplomatik əlaqələrini 1992-ci ildən bəri davam etdirir. Gürcüstanın 2005-ci ildən bu yana Madriddə diplomatik nümayəndəliyi var, lakin İspaniyanın Tiflisdə daimi səfirliyi yoxdur. İspaniyanın Ankaradakı səfirliyi çoxsaylı akkreditasiyaya malikdir. == İqtisadi əməkdaşlıq == 2014-cü ildə Gürcüstan iqtisadiyyatı 4.8% böyümüşdür. İstehlak, xüsusi sərmayə və ixracatdakı canlanma sayəsində inkişaf baş tutur.
Abaran (İspaniya)
Abaran ( isp. Abarán) — İspaniyada şəhər və bələdiyyə. Şəhər Mursiya muxtar icmasının bir hissəsi kimi Mursiya əyalətinin bir hissəsi. Bələdiyyə Veqa-Alta-del-Sequra komarkasının bir hissəsidir. 115,38 km2 ərazini tutur. 2019-cu ilin məlumatına görə, əhalisi 12,964 nəfərdir. Vilayətin inzibati mərkəzinə qədər olan məsafə 40 kilometr (25 mil) qədərdir. Sequra çayının sahilində yerləşir. Şəhər ərazisində tunc dövrünə aid arxeoloji tapıntılar aşkar edilmişdir. Şəhərin adı ilk dəfə 1281-ci ildə qeyd edilmişdir.
Borxa (İspaniya)
Borxa (isp. Borja) — İspaniyanın Araqon avtonom bölgəsinin Saraqosa vilayətində bələdiyyə. Bələdiyyə Kampo-de-Borxa kormakasında, Saraqosa şəhərindən 63 kilometr (39 mil) uzaqlıqda yerləşir. 2014-cü il əhali siyahıyaalmasına əsasən, bələdiyyədə 4.969 nəfər yaşayır. İntibah dövründə İtaliyada güc qazanmış Borciya ailəsi əslən Borxadandır. == Əhali == == Qardaş şəhərlər == == Qalereya == == İstinadlar == == Xarici keçdlər == Vikianbarda Borxa (İspaniya) ilə əlaqəli mediafayllar var.
Valensiya (İspaniya)
Valensiya və ya tarixi adı ilə Bələnsiyə — İspaniyada şəhər. İspaniyada əhalisinin sayına görə Madrid və Barselonadan sonra 3-cü şəhər olan Valensiya, eyni zamanda Valensiya Muxtariyyətinin də paytaxtıdır. Tarixən bu şəhər ticarət və toxuculuq sənayesi mərkəzi olmuşdur. Günümüzdə sənaye ilə yanaşı, tarixi-turistik əhəmiyyətini qorumaqdadır. Hal-hazırda şəhər ətrafında çox sayda müəssisələr yerləşir. Bunların sırasında məşhur avtomobil istehsalçısı "Ford" zavodu vardır. Valensiyaya məxsus Fayyas Bayramı hər il martın ayının 2-ci və 3-cü həftələrində, 15-19 mart tarixləri arasında qeyd edilir.
Yaşıl İspaniya
Yaşıl İspaniya (ispan dilində: España Verde və ya Cornisa Cantábrica, qalisiya dilində: Cornixa cantábrica, bask dilində: Kantauriar eskualdea) — İspaniyanın şimalında, Qalisiya və Biskay körfəzi boyunca Fransa sərhədlərindən Portuqaliyaya qədər olan ərazi. Yaşıl İspaniya ölkənin digər ərazilərindən qərbdə Kantabriya dağları, Syerra-de-Ankares massivindən şərqdə bask dağları ilə ayrılır. Quru iqlimə malik Meseta ovalığından fərqli olaraq Yaşıl İspaniya rütubətli dəniz iğliminə malikdir. İllik orta yağıntının miqdarı 1000–1200 mm, dəniz sahillərində 1700–1900 mm.-ə qədərdir. Yağışlı günlərin sayı il ərzində 150–200 gün təşkil edir. Yaşıl İspaniyada illik orta temperatur +13°С (dağlıq ərazilərdə daha aşağıdır), ən isti ayla (avqust) ən soyuq aylar (yanvar-fevral) arasında fərq 12°С-yə yaxındır. Yüksək dağlıq ərazilər istisna olmaqla, Yaşıl İspaniya ölkədə ən soyuq iqlimə malikdir. Lakin buna baxmayaraq yağıntının kifayət qədər olması bitki örtüyünün inkişafı üçün əlverişli şərait yaradır. Bəzi mənbələrdə Biskay körfəsini Yaşıl sahil (Kosta-Verde), onun şərqindən keçən ərazini isə Kosta-Bask (basklar sahili) adlandırırlar. Sahilboyu ərazilər və Kantabriya dağlarının şimal yamacları meşələrlə (şabalıd, palıd, şam ağacları) əhatə olunmuşdur.
İspaniya Krallığı
İspaniya (isp. España) — rəsmi adı İspaniya Krallığı (isp. Reino de España) olan Avropanın cənub-qərbində, qismən Afrikada suveren dövlət, Avropa Birliyi və NATO-nun üzvü. İspaniyanın paytaxtı Madrid şəhəridir. İspaniya 7 ölkə ilə həmsərhəddir. Qərbdə Portuqaliya, şimalda Fransa, şimal-şərqdə Andorra, şərqdə İtaliya, cənubda Seuta və Mərakeş, cənub-şərqdə isə Əlcəzair. Bundan başqa, şərqdə İtaliya ilə İspaniya arasında Balear dənizi var. Şimal-qərbində Biskay körfəzi yerləşir. İspaniya populyar dəniz kurortları ölkəsidir. Eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və sairə mövcuddur.
İspaniya Kuboku
İspaniya Superkuboku
İspaniya Super Kuboku — 1982-ci ildə əsası qoyulan turnir hər il ölkə çempionu ilə ölkə kubokunun qalibi arasında oynanılırdı. Əgər hər hansı bir klub həm Liqanı həm də Kuboku qazanıbsa, Super Kubokda Kral Kubokunun finalında iştirak edən klubla oynayacaqdı.2019–2020 mövsümündən etibarən La Liqanın və İspaniya Kral Kubokunun qalibləri və ikinciləri arasında oynanılır.
İspaniya Televiziyası
İspaniya Televiziyası (isp. Televisión Española) və ya qısaca TVE — İspaniya hökümətinin tabeliyində yaradılan, İspaniyanın milli televiziya şəbəkəsi. TVE 28 oktyabr 1956 tarixində münzətəm verilişlərə başlamışdır. Televiziya şəbəkə şirkəti Avropa Yayım İttifaqının aktiv üzvüdür. TVE İspaniya Radio və Televiziya Korporasiyasına məxsusdur. TVE-nin fəaliyyəti daha əvvəl milli hökumətdən reklam gəlirləri və subsidiyaların birləşməsi ilə maliyyələşdirilib, lakin 2010-cu ilin yanvar ayından etibarən yalnız subsidiyalarla dəstəklənir..
İspaniya artişoku
İspaniya azərbaycanlıları
İspaniya azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun İspaniyada yaşayan hissəsinin adı. Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən İspaniyada 14,000 nəfər etnik azərbaycanlı yaşamaqdadır. Azərbaycan Respublikası, Diasporla İş üzrə Dövlət Komitəsi: Xaricdəki təşkilatlar :İspaniyadakı təşkilatlar Azadlıq Radiosu :İspaniyada azərbaycanlılar əsasən Barselona, Madrid və Ali-Kante şəhərlərində yaşayırlar---yayınlanma tarixi: 05.01.2007.
İspaniya bayrağı
İspaniya bayrağı (isp. Bandera de España) — İspaniyanın Dövlət bayrağı. İspaniyanın bayrağı, üç üfüqi zolaqdan, yuxarıdan aşağıya və bu şeridlərin rəngləri sırasıyla qırmızı, sarı və qırmızıdır. Sarı lent üzərində, sol tərəfdə bir palto var. Hercules Sütunları ilə əhatə olunan kral möhürünü əhatə edir. Sütunlar Gibraltar Boğazının sonunda iki tərəfdən də Cibraltar və Ceuta örtüklərini təmsil edir. Gerbdəki hər dörddəbir nişan İspaniya krallığını təmsil edir. Bu gerbin ortasında İspaniya kral ailəsinin Burbon Evinin simvolu var. Bu gerb mavi oval fonda yerləşdirilib və qırmızı çərçivəyə salınıb.
İspaniya imperiyası
İspaniya imperiyası — 1492-ci ildə Qranadanın tutulmasından, 1898-ci ildə İspaniyanın koloniyası Filippin ərazisinin ABŞ tərəfindən işğal edilməsinə qədərki dövrü əhatə etmişdir.
İspaniya jasmini
İspaniya jasmini(lat. Jasminum grandiflorum) (hind. chameli) — Royal jasmini və Kataloniya jasmini kimidə tanınan Jasmin cinsinə aid Cənubi Asiyanın yerli bitkisi. Hindistanda yarpaqları geniş şəkildə bir Ayurveda bitki mənşəli dərman kimi və gülləri qadınların saç biçimini zinətləndirmək üçün istifadə olunur. İspaniya jasmini, Tunisin milli gülüdür.
İspaniya mətbəxi
İspan mətbəxi — ölkənin müxtəlif regionlarının töhfəsi olaraq ispan mətbəxini zənginləşdirən müxtəlif yeməklərin hazırlanması formasıdır. Bu mətbəx kənd yerləri və sahilyanı ərazilərdən tutmuş bir çox ərazilərin və iqlimlərin mədəniyyətini təmsil edir. İspan mətbəxi tarix boyu ərazisində yerləşmiş eyni zamanda sonradan yaranmış koloniyaların da mətbəxinə güclü təsir etmişdir. Bu da öz növbəsində ispan mətbəxini müxtəlif cür bişirmə texnikaları və inqredientlərlə təmin etmişdir. Öz bişirmə texnikaları və ərzaqları ilə XIX əsrin sonu- XX əsrin əvvələrində daha da məşhurlaşmağa başlayan bu mətbəx uzun müddət Avropada məşhur olmamışdır. Bütün bu kulinariya bilikləri onun tarixi və mənşəyi ilə maraqlanan , bu sahə üzrə ixtisaslaşmış kulinariya yazıçıarı sayəsində işıq üzü görmüşdür. Bu yazıçı qruplarını “27-ci nəsil” adlandırmışlar. Bu təkamül hazırda yeni ispan mətbəxi kimi tanıdığımız mərhələyə qədər inkişaf etmişdir. Bəzən bu sahə üzrə mütəxxəsislər onun müxtəlidliyini nəzərə alaraq cəmdə istifadə edirlər “cocinas de España” (İspan mətbəxləri ) . Müasir ispan mətbəxində iki reallıq nəzərə çarpır: ənənələrə əsaslanan klassik ispan mətbəxi və dünya şöhrəti qazanmış və daim yeniliklər, yeni bişirmə texnikaları axtaran müasir ispan mətbəxi.
İspaniya tarixi
İspaniya tarixi — İspaniyanın keçmişi, Pireney yarımadasında ilk insan kolonializminin yaranmasından bu günə qədər olan dövrünü əhatə edir. Pireney yarımadasında insan sivilizasiyasının tarixi 35.000 il əvvələ gedib çıxır. Bu dövrdə Pireney yarımadası Keltlər, Karfagenlər, Finikiyalılar və Yunanlar da daxil olmaqla bir çox qəbilə tərəfindən işğal edildi. Eramızın II əsrində İspaniya Roma Respublikasının bir hissəsi oldu. 410-cu ildə İspaniya bir Qədim germanlar irqi olan Vestqot krallığı əlinə keçdi. Orta əsrlərdəki qarşıdurmalara baxmayaraq, İspaniya Avropanın ən qədim milli dövlətlərindən biridir. İspaniyanın hazırkı sərhədləri XV əsrin sonlarında çəkilmişdi və II Ferdinand və Kastiliyalı I İzabellanın evliliyi ilə tək taxt altında birləşdi. İspaniya XVI əsrdə Avropanın ən güclü dövlətinə çevrildi və bu dövrdən XVIII əsrə qədər Avropa məsələlərində yaxından iştirak etdi. İspaniya kralları Avropanın bir çox bölgəsinə yayılan əyalətləri idarə edirdilər. Yenilənən siyasi qərarsızlılıq, siyasətə hərbi müdaxilələr, tez-tez davam edən vətəndaş müharibələri və repressiv hökumətlər, müasir İspaniya tarixini meydana gətirən hadisələr idi.
İspaniya Çempionatı
La Liqa (isp. Liga de Fútbol Profesional, LaLiga) — İspaniya peşəkar futbol liqası. İlk dəfə 1929-cu ildə keçirilmişdir və "Barselona" mövsümün qalibi olmuşdur.Liqadakı ən titullu klub "Real Madrid"dir. Hər il 20 komandanın oynadığı liqada son 3 yeri tutan klub Sequndaya düşür. İlk 4 klub isə UEFA Çempionlar Liqasına çıxır. 4–7-ci yerləri tutan klublar isə UEFA Avropa Liqasına çıxır. La liqanın ən məhsuldar oyunçusu "Barselona"da oynayan Argentinalı ulduz Lionel Messidir. 2015-ci ilə qədər BBVA sponsorluq edirdi. Daha sonra isə Electronic Arts sponsor oldu. İcraçı direktor isə Javier Gomez Morinadır .
İspaniya şəhərləri
Ispaniyanın ən böyük şəhərləri. Şəhər əhalisinin artma sırasının və hansı muxtar icmaya aid olduğunun göstərilməsi.
İspaniya ənginarı
İspaniya ənginarı (lat. Cynara cardunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ənginar cinsinə aid bitki növü. Çoxillik, göy-yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Carduus cardunculus (L.) Baill. Cynara scolymus subsp. cardunculus (L.) Bonnier & Layens Cynara cardunculus subsp. cardunculus Cynara cardunculus subsp. flavescens Wiklund Cynara cardunculus subsp.
Futbol üzrə İspaniya çempionatı
La Liqa (isp. Liga de Fútbol Profesional, LaLiga) və ya Primera divizion (isp. Primera División) — İspaniya peşəkar futbol liqası. İlk dəfə 1929-cu ildə keçirilmişdir və "Barselona" mövsümün qalibi olmuşdur.Liqadakı ən titullu klub "Real Madrid"dir. Hər il 20 komandanın oynadığı liqada son 3 yeri tutan klub Sequndaya düşür. İlk 4 klub isə UEFA Çempionlar Liqasına çıxır. 4–7-ci yerləri tutan klublar isə UEFA Avropa Liqasına çıxır. La liqanın ən məhsuldar oyunçusu "Barselona"da oynayan argentinalı ulduz Lionel Messidir. 2015-ci ilə qədər La liqaya BBVA sponsorluq edirdi. Daha sonra isə Electronic Arts sponsor oldu.
III Filipp (İspaniya kralı)
III Filipp (isp. Felipe III) və ya Dindar Filipp (isp. Felipe el Piadoso) (14 aprel 1578[…], Madrid – 31 mart 1621[…], Madrid) — İspaniya və Portuqaliya kralı. Habsburq sülaləsinə mənsub olan Filipp, İspaniya kralı II Filipplə Müqəddəs Roma imperatoru II Maksimilyanın qızı Annanın oğlu olaraq Madriddə dünyaya gəldi. == Mənbə == Urbina Burgos, Rodolfo (2007). "El pueblo chono: de vagabundo y pagano a cristiano y sedentario mestizado". Orbis incognitvs: avisos y legados del Nuevo Mundo (PDF) (in Spanish). Huelva: Universidad de Huelva. pp. 325–346.
III Karl (İspaniya kralı)
III Karl (isp. Carlos Sebastián de Borbón y Farnesio) (20 yanvar 1716[…], Madrid – 14 dekabr 1788[…], Madrid) — İspaniya, Neapol və Siciliya kralı. Mütləqiyyətçi fraksiyadan olan Karl, sonsuz olan ögey qardaşı VI Ferdinandın vəfatının ardından 1759-cu ildə İspaniya taxtına əyləşdi. 1731-ci ildə 15 yaşlı Karl anasının dayısı olan Antonio Farnesinin varissiz vəfatının ardından Parma və Pyaçentsa hersoqu elan edildi. 1738-ci ildə Polşa kralı III Avqustun qızı Mariya Amaliya ilə evləndi. 19 il boyunca Neapolda yaşayan cütlüyün bu nikahdan 13 övladı dünyaya gəlsə də, bunlardan beşi uşaq yaşlarında vəfat etdi. İspaniya kralı olaraq III Karl saray gəlirlərini artıraraq ölkədəki xarici qüvvələrə qarşı güclü islahatlar apardı. Maliyyə və ticarət münasibətlərini nizama salaraq dövlətin kilsə üzərindəki nüfuzunu artırdı. Yezuitlər imperiya torpaqlarından sürgün edildi. İspaniya ordusu və donanması böyüdüldü.
II Filipp (İspaniya kralı)
II Filipp (d. 21 may 1527 — ö. 13 sentyabr 1598) — İspaniya, Portuqaliya, Neapol və Siciliya, İngiltərə və İrlandiya (de-yure) kralı, Milan hersoqu və 17 Niderland əyalətinin lordu. Müqəddəs Roma imperatoru və İspaniya kralı V Karlla Portuqaliya şahzadəsi İzabellanın oğlu olan Filipp cütlüyün ilk övladı olaraq Valyadolid əyalətindəki Pimentel sarayında dünyaya gəldi. İdarəsindəki imperiya yaşadığı dönəmdə məlum olan bütün qitələri əhatə edirdi. Onun səltənətində İspaniya özünün qızıl dövrünü yaşadı. Səltənəti dönəmində fərqli zamanlarda 5 dəfə maliyyə böhranı yaşandı və hökumət iflas etdi. Bunun əsas səbəblərindən biri isə 1581-ci ildə Hollandiyanın müstəqilliyini qazanması və ticarət limanlarının ispanların əlindən çıxması oldu. 31 dekabr 1584-cü ildə Filipp Quiza hersoqu I Henriylə katolik dünyasının lideri olaraq Convil sülhünü imzaladı. Nəticədə Fransadakı kalvinistlərlə mübarizədə özünə müttəfiq qazandı.
II Karl (İspaniya kralı)
II Karl (isp. Carlos II) və ya Ovsunlu Karl (isp. Carlos el Hechizado) (6 noyabr 1661[…], Madrid – 1 noyabr 1700[…], Madrid) — Habsburq sülaləsinə mənsub son İspaniya kralı. Fiziki qüsurları və ölümünün ardından başlayan taxt mübarizəsi ilə İspaniya tarixində məşhurlaşmışdır. 2 dəfə evlənməsinə baxmayaraq övladı olmamış, 1700-cü ildə vəfatının ardından bacısı Mariya Tereza və Fransa kralı XIV Lüdovikin şəcərəsindən Anjulu Filipp İspaniya taxtına gətirildi. == Hakimiyyət illəri == İspaniyada II Karlosun səltənət illəri çox iztirablı keçmişdi. İqtisadiyyat pisləşdi, qıtlıqlar başladı və monarxiyanın gücü zəiflədi. Karlosun ölkəyi idarə edə bilməməsi ciddiyə alınmamasına səbəb oldu. Ölkə əsasən Fransanın təsiri altında qaldı. Hökmdarlığı, İspaniyanın gücünü və prestijini bir xeyli sarsmışdı.
IV Filipp (İspaniya kralı)
IV Filipp (isp. Felipe IV) (8 aprel 1605[…] – 17 sentyabr 1665[…]) — İspaniya və Portuqaliya kralı. Habsburq sülaləsinə mənsub olan Filipp, İspaniya kralı III Filipplə Avstriyalı Marqaritanın oğlu olaraq Valyadoliddə dünyaya gəldi. Səltənəti boyunca incəsənəti və Dieqo Velaskes kimi rəssamları himayə etməsiylə məşhurlaşmışdır. == Mənbə == R. A. Stradling, Philip IV and the Government of Spain, 1621–1665. Cambridge: Cambridge University Press, Cambridge 1988, ISBN 0-521-32333-9 Henry Kamen, Spain, 1469–1714: A Society of Conflict. Harlow: Pearson Education (2005). Ruth Mackay, The Limits of Royal Authority: Resistance and Authority in Seventeenth Century Castile. Cambridge: Cambridge University Press (1999). Thomas Munck, Seventeenth Century Europe, 1598–1700.
IV Karl (İspaniya kralı)
IV Karl (isp. Carlos Antonio Pascual Francisco Javier Juan Nepomuceno José Januario Serafín Diego de Borbón y Sajonia) (11 noyabr 1748, Portiçi, Napoli Krallığı – 20 yanvar 1819, Roma, Papa dövləti) — İspaniya kralı. Atası Neapol və Siciliya kralı III Karl, anası isə Polşa kralı III Avqustun qızı Mariya Amaliyadır. 10 avqust 1759-cu ildə sonsuz əmisi VI Ferdinandın vəfatının ardından atası İspaniya taxtına əyləşdi. Atasının ikinci oğlu olmasına baxmayaraq İspaniya taxtının varisi — infant elan edildi. Çünki III Karlın ilk oğlu Antonio əqli xəstə idi və taxt sırasından çıxarılmışdı. 1788-ci ildə atasının vəfatının ardından İspaniya taxtına əyləşən Karlın səltənəti İspaniya tarixi üçün dönüm nöqtəsi oldu. Belə ki, böyük oğlu və varisi olan İnfant Ferdinand 1807-ci ildə tərtib etdiyi saray çevrilişi ilə atasını hakimiyyətdən devirdi. 1808-ci ilin martında tərəflər arasında bağlanan sazişə əsasən IV Karl öz istəyilə taxtdan çəkildi və oğlu VII Ferdinand adıyla taxta çıxdı. Üstəlik ata-oğul arasında vasitəçi olan, dövrün hegemon qüvvəsi Napoleon Bonapart qardaşı Jozefi də İspaniya taxtının varisliyinə gətirtdi.
I Amadeus (İspaniya kralı)
I Amadeus (isp. Amadeo Fernando María de Saboya) (30 may 1845[…], Turin, Sardiniya Krallığı[d] – 18 yanvar 1890[…], Turin, İtaliya krallığı) — Savoyya sülaləsinə mənsub ilk və tək İspaniya kralı. Atası İtaliya kralı II Viktor Emmanuel, anası isə Müqəddəs Roma imperatoru II Leopold və İnfanta Mariya Luizanın nəvəsi Avstriyalı Adelyadır. II İzabellanın 1868-ci ildə devrilməsi və Fransaya qaçmasının ardından kortes birliyi tərəfindən 1870-ci ildə İspaniya kralı seçildi. Onun İspaniyadakı 3 illik səltənəti şimalda monarxiya tərəfdarlarının üsyanı, Kubadakı azadlıq hərəkatı və respublikaçıların güclənməsi ilə fərqləndi. 1873-cü ildə taxtdan çəkildi və İtaliyaya geri döndü. Beləcə, Birinci İspaniya Respublikası quruldu. == Mənbə == Pollock, Sabrina (August 2006). "Spain's Forgotten Queen". European Royal History Journal.
I Lüdovik (İspaniya kralı)
I Lüdovik (isp. Luis Felipe de Borbón y Saboya) (25 avqust 1707[…], Madrid – 31 avqust 1724[…], Madrid) — İspaniya kralı. Atası V Filippin taxtdan çəkilməsinin ardından taxta çıxsa da, cəmi 7 ay sonra vəfat etmişdir. == Mənbə == Danvila, Alfonso. El reinado relámpago, Luis I y Luisa Isabel de Orleáns, 1707–1724. Madrid: Espasa-Calpe, 1952. Reprinted as Luis I y Luisa Isabel de Orleans: el reinado relámpago. Madrid: Alderabán, 1997.
Kosmos Elmləri İnstitutu (İspaniya)
Kosmos Elmləri İnstitutu (isp. Institut de Ciències de l'Espai) — İspaniyada kosmik fizika, astrofizika və kosmologiya sahəsində araşdırmalara həsr olunmuş elmi müəssisə. Kosmos Elmləri İnstitutu Sergey Odintsov kimi bir çox beynəlxalq tanınmış alimləri cəlb etmişdir.
Spenser (İspaniya futbolçusu)
Enrike Qomez Munoz (isp. Enrique Gómez Muñoz) və ya Spenser (isp. Spencer; 20 iyul 1898, Sevilya – 14 mart 1926) — hücumçu mövqeyində çıxış etmiş İspaniya futbolçusu. İspaniyanın Sevilya şəhərində anadan olan Spenser 1913-cü ildə, 15 yaşında doğma klubu "Sevilya FK"-ya qoşulmuşdur. O, karyerasının böyük əksəriyyətini burada keçirmişdir. Spenser diqqətini dərslərə cəmləməsi üçün futbol oynamağı dayandırmasını istəyən atasını yanıltmaq üçün bu ləqəblə oyun keçirmişdir. Spenser hərbi xidmətini yerinə yetirmək üçün Ovyedo şəhərinə köçürüldükdən sonra "Real Ovyedo FK"-da çıxış etmişdir. Spenser apandisit cərrahiyyəsi zamanı yaranan fəsadlar səbəbindən 14 mart 1926-cı ildə, 27 yaşında vəfat etmişdir. Həmin gün "Sevilya"nın həmin il İspaniya Kral Kubokunda "Real Madrid FK"-nı qarşıladığı ev oyunundan əvvəl bir dəqiqəlik sükutla yad edilmişdir. Oyundan sonra hər iki komandanın oyunçuları onun tabutunu minlərlə azarkeşin iştirakı ilə qəbiristanlığa aparmışdır.
Avstriyalı Marianna (İspaniya kraliçası)
Avstriyalı Mariya Anna (isp. Mariana de Austria) (24 dekabr 1634, Vyana – 16 may 1696[…], Madrid) — İspaniya kralının xanımı. Atası Müqəddəs Roma imperatoru III Ferdinand, anası isə İspaniya kralı III Filippin qızı Mariya Annadır. 15 yaşında ikən dayısı olan IV Filipplə evləndi və İspaniya kraliçası oldu. Ərinin vəfatından sonra taxta çıxarılan 3 yaşlı oğlu II Karlosa kral naibəsi olaraq xidmət etdi. Sonrakı illərdə isə oğlunun əqli zəifliyi səbəbilə ölümünədək dövlət idarəsində söz sahibi oldu. Oğlunun rəsmi bir varisi olmaması, qohumluq əlaqələri olan digər Avropa monarx ailələrinin ölkəyə müdaxiləsi ilə nəticələndi. == Mənbə == Barton, Simon (2009). A History of Spain. Palgrave.
Fransalı İzabella (İspaniya kraliçası)
Fransalı Elizabet (isp. Elisabet de Francia; fr. Élisabeth de France) (22 noyabr 1602[…], Fontenblo – 6 oktyabr 1644[…], Madrid) — İspaniya və Portuqaliya kralının xanımı. Fransa kralı IV Henrinin və Mariya Mediçinin böyük qızıdır. Katalan üsyanı illərində 1640–1642 və 1643–1644-cü illərdə kral naibəsi olaraq İspaniyanı idarə etdi.
I Amadey (İspaniya kralı)
I Amadeus (isp. Amadeo Fernando María de Saboya) (30 may 1845[…], Turin, Sardiniya Krallığı[d] – 18 yanvar 1890[…], Turin, İtaliya krallığı) — Savoyya sülaləsinə mənsub ilk və tək İspaniya kralı. Atası İtaliya kralı II Viktor Emmanuel, anası isə Müqəddəs Roma imperatoru II Leopold və İnfanta Mariya Luizanın nəvəsi Avstriyalı Adelyadır. II İzabellanın 1868-ci ildə devrilməsi və Fransaya qaçmasının ardından kortes birliyi tərəfindən 1870-ci ildə İspaniya kralı seçildi. Onun İspaniyadakı 3 illik səltənəti şimalda monarxiya tərəfdarlarının üsyanı, Kubadakı azadlıq hərəkatı və respublikaçıların güclənməsi ilə fərqləndi. 1873-cü ildə taxtdan çəkildi və İtaliyaya geri döndü. Beləcə, Birinci İspaniya Respublikası quruldu. == Mənbə == Pollock, Sabrina (August 2006). "Spain's Forgotten Queen". European Royal History Journal.
I Luis (İspaniya kralı)
I Lüdovik (isp. Luis Felipe de Borbón y Saboya) (25 avqust 1707[…], Madrid – 31 avqust 1724[…], Madrid) — İspaniya kralı. Atası V Filippin taxtdan çəkilməsinin ardından taxta çıxsa da, cəmi 7 ay sonra vəfat etmişdir. == Mənbə == Danvila, Alfonso. El reinado relámpago, Luis I y Luisa Isabel de Orleáns, 1707–1724. Madrid: Espasa-Calpe, 1952. Reprinted as Luis I y Luisa Isabel de Orleans: el reinado relámpago. Madrid: Alderabán, 1997.
Karlota Joakina (İspaniya infantası)
İnfanta Şarlotta (isp. Carlota Joaquina Teresa Cayetana de Borbón y Borbón-Parma; port. Carlota Joaquina Teresa Caetana de Bourbon e Bragança) (25 aprel 1775 – 7 yanvar 1830) — Portuqaliya kralı VI Conun xanımı, İspaniya infantası. Atası İspaniya kralı IV Karl, anası isə Parma hersoqu Filippin qızı Mariya Luizadır. Hələ 10 yaşında ikən 1785-ci ildə Portuqaliya kraliçası Mariyanın ikinci oğlu İnfant Conla evləndirildi. Evliliyin əsas səbəbi İspaniya və Portuqaliya arasında sülhü təmin etmək olsa da, Şarlotta gəlin gəldiyi sarayda və əhali arasında heç sevilmədi. Buna səbəb isə əri üzərindəki nüfuzundan istifadə edərək ölkədə ispanların lehinə bir çox qərarı aldırması idi. Portuqaliyanın Napoleon Bonapart tərəfindən işğal edilməsinin ardından 1807-ci ildə bütün Portuqaliya monarx ailəsi Braziliyaya qaçdı. Şarlotta burada qaldığı 14 il ərzində, taxtın varisi olan ərinə qarşı propaqanda apararaq onun Portuqaliya səltənətini idarə edə bilməyəcəyini iddia etdi. Bunda əsas məqsədi isə ərinin taxta çıxmasının ardından kral naibəsi olaraq dövlət idarəsini ələ almaq istəməsi idi.
Daxili İşlər Nazirliyi (İspaniya)
Daxili İşlər Nazirliyi (MIR) İspaniya hökumətinin ictimai təhlükəsizlik, konstitusiya hüquqlarının müdafiəsi, hüquq-mühafizə orqanlarının komandanlığı, milli təhlükəsizlik, immiqrasiya işləri, həbsxanalar, mülki müdafiə və yol hərəkəti təhlükəsizliyinə cavabdeh olan bir şöbəsidir. Daxili İşlər Müşavirliyi və onun yuxarı orqanı olan Daxili Siyasət Baş İdarəsi vasitəsilə Nazirlik siyasi plüralizmin təmin edilməsi və seçki proseslərinin düzgün işləməsi ilə bağlı bütün tədbirlərə cavabdehdir. Daxili İşlər Naziriliyinə Baş nazirin tələbi ilə monarx tərəfindən təyin olunan daxili işlər naziri rəhbərlik edir. Nazirə üç əsas vəzifəli şəxs kömək edir: Təhlükəsizlik üzrə dövlət naziri, Cəzaçəkmə müəssisələri üzrə baş katib və Daxili işlər katibinin müşaviri. Baş direktorlar arasında ən önəmliləri Təhlükəsizlik Baş Direktoru və Mülki Mühafizə Baş Direktorudur. Bu nazirlik tarixən çoxsaylı adlarla keçmişdir, o cümlədən Hökumət Nazirliyi (hərfi mənada İdarəetmə Nazirliyi), İctimai Asayiş Nazirliyi (İctimai Asayiş Nazirliyi) və Daxili İşlər və Ədliyyə Nazirliyi (Daxili İşlər və Ədliyyə Nazirliyi), çünki hər iki nazirlik bir araya gəlir. 2020-ci ilə qədər İspaniya (mərkəzi, regional və yerli hökumətlər) təhlükəsizlik və ictimai asayiş üçün hər il təxminən 24,6 milyard avro xərcləyir ki, bu da ÜDM-in 2,1%-nə bərabərdir. == Tarixi == Əsrlər boyu Daxili İşlər Nazirliyinin vəzifələrini (məhkəmə işləri istisna olmaqla) Kastiliya Kral Şurası öz üzərinə götürmüşdür. Bu orqan Hökmdarın məsləhətləri ilə məşğul olan xüsusi kral qulluqçuları üçün yaradılmışdı və zaman keçdikcə bu kral qulluqçuları daha çox güc və muxtariyyət qazandılar. Habsburqlar sülaləsinin süqutu və 18-ci əsrdə Burbonların gəlişi köklü institusional islahatlara səbəb oldu.
İspaniya Milli Kitabxanası
İspaniya Milli Kitabxanası — (Biblioteca Nacional de España) İspaniyanın və dünyanın ən böyük kitabxanalarından biri olan böyük ictimai kitabxanadır. Madriddə, Paseo de Recoletosda yerləşir. Kitabxana 1711-ci ildə Kral V Filip tərəfindən Saray Xalq Kitabxanası (Biblioteca Pública de Palacio) kimi təsis edilmişdir. Mövcud qanuni depozit tələbinin sələfi olan Kral Məktubları Patenti, İspaniyada çap olunan hər kitabın bir nüsxəsini kitabxanaya təqdim etməyi printerlərə məcbur etdi. 1836-cı ildə kitabxananın Crown mülkiyyəti statusu ləğv edildi və mülkiyyət İdarəetmə Nazirliyinə (Ministerio de la Gobernación) verildi. Eyni zamanda, Biblioteca Nacional adlandırıldı. 1837-ci ildə yazıçı Antonia Qutierrezin petisiyasını kraliça regent Maria Christina qəbul etdikdən sonra ilk dəfə qadınlara kitabxanaya giriş icazəsi verildi. 19-cu əsrdə müsadirələr, satınalmalar və ianələr Biblioteca Nacional-a hazırda əlində olan ən qədim və qiymətli kitabların əksəriyyətini əldə etməyə imkan verdi. 1892-ci ildə bina Tarixi Amerika Sərgisinə ev sahibliyi etmək üçün istifadə edilmişdir. 16 mart 1896-cı ildə Biblioteca Milli Kitabxanası hal-hazırda yerləşdiyi eyni binada ictimaiyyət üçün açıldı və əsas mərtəbədə 320 oxucu üçün nəzərdə tutulmuş geniş Oxu Zalı daxil edildi.

Digər lüğətlərdə