İSTEHKAM

\[ər.\] сущ. воен. сенгер, къеле, цал ва мс. кӀеви авунвай чка (душмандикай хуьн патал).
İSTEFALI
İSTEHKAMÇI
OBASTAN VİKİ
İstehkam
İstehkam və ya təhkimat — müharibələrdə müdafiə məqsədi ilə tikilən hərbi struktur və binalar. Bəşəriyyət minilliklər boyu davam edən sivilizasiyalar tarixində bir çox müxtəlif formalarda müdafiə strukturları inşa etmişdir. == Adlandırma == Müdafiə məqsədləri üçün tikilən hərbi strukturlar çox müxtəlifdir. Müdafiə hasarı, qala, istehkam sahəsi, divarlar bunlardan bəziləridir. Müdafiə məqsədləri üçün tikilən bu istehkamlar ümumiyyətlə ikiyə bölünə bilər. Daimi istehkamlar mühəndislər tərəfindən bir dövlətin resursları ilə uzun müddət davam edə biləcək materiallarla tikilir. Müvəqqəti istehkamlar isə ehtiyacları ekspedisiyadakı qoşunlar tərəfindən yerli olaraq təmin edilə bilən işçi qüvvəsi və materiallarla Qısa müddətli ehtiyacları təmin etmək üçün hazırlanır. == Etimologiya == Sözün mənşəyi təhkim kəlməsindəndir. Təhkim (ərəbcə: تحكيم) isə ərəb mənşəli bir sözdür və hakim təyin etmək, onu suverenliklə təmin etmək deməkdir.
İstehkam kilsə
İstehkam kilsə (alm. Wehrkirche‎, rus. Веркирхе) — tikilisi və yerləşməsi səbəbindən istehkam kimi istifadə edilə bilən kilsə. Rus kilsə inşası praktikasında bu tip binalar üçün xüsusi bir termin yoxdur. Əhali kilsələrə sığınaraq orada düşməndən xilas olmağı haqqında tarixdə bir çox nümunə var. Bu tip kilsələr orta əsrlərdə Avropada möhkəmləndirmə prinsiplərinə əsaslı bir dəyişiklik gətirən odlu silahın hələ geniş tətbiq olunmadığı bir dövrdə qurulmağa başlanıldı. Bəzən bu cür kilsələr qüllələr, oyaq və digər müdafiə elementləri olan möhkəm divarla əhatə olunmuşdur. Bu divarın içərisində tez-tez bir qəbiristanlıq yerləşdirilibdir. Belə bir quruluşun tipik bir nümunəsi, Nyurnberq hava limanından şimalda yerləşən Kraftsxof (alm. Kraftshof‎) kəndindəki Müqəddəs Georqa həsr olunmuş istehkam kilsə.
Azərbaycan Xalq Cümhuriyyətinin İstehkam idarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin İstehkam idarəsi — Azərbaycan milli ordusu istehkam bölmələrinin formalaşmasına, təlim-tərbiyəsinə, istehkam və digər hərbi xarakterli tikinti işlərinin aaprılmasına rəhbərlik edən orqan. == Yaradılması == 1918-ci il, noyabr 15-də Ümumi Qərərgahın şöbəsi kimi yaradılmışdı. Qoşun hissələrinin təşkilinin sürətləndirilməsi ilə əlaqədar 1919-cu ilin əvvəlində İstehkam şöbəsinin strukturu və səlahiyyəti genişləndirildi. Onun bazasında İstehkam idarəsi yaradıldı və bu struktur Ümumi Qərərgahın tərkibindən çıxarılaraq, hərbi nazirə tabe etdirildi. == Strukturu == İstehkam idarəsi iki şöbədən ibarət idi: İstehkam və mənzil şöbələri. İstehkam şöbəsi idarənin şəxsi heyətinin, ordunun bütün istehkam bölmələrinin və hərbi hissələrinin istehkam ləvazimatı ilə təmin edilməsi, qala və mövqe tikililərin layihələşdirilməsi və icrası, yolların, körpülərin, maneələrin və digər istehkam qurğularının layihələşdirilməsi və qurulması, mənzil şöbəsi isə yeni hərbi düşərgələrin və bütünlüklə hərbi nazirliyin binalarının tikintisi, yenidən qurulması və təmiri, mövcud su xətlərinin bərpası və yenilərinin çəkilməsi, hərbi nazirliyin idarələri, müəssisələri və hissələri üçün binaların kirayə edilməsi ilə məşğul olmalı idi. Ümumi qərargahın tərkibindən çıxarıldıqdan sonra Topçu və İstehkam idarələrinin, həmçinin topçu və istehkam anbarlarının fəaliyyətinə nəzarət hərbi nazirin müavini Əliağa Şıxlinskiyə həvalə olunmuşdu. 1919 il avqustun 16-da polkovnik Savlin xidmətdən tərxis olunduğu üçün İstehkam idarəsinin rəisi vəzifəsini müvəqqəti olaraq mühəndis Zübeyir bəy Teymurxanov icra etdi. Həmin il avqustun 31-də bu vəzifəyə general-leytenant Tarxanov təyin olundu. 1920-ci ilin martında təchizat və təminat orqanlarında islahatların aparılması ilə əlaqədar İstehkam idarəsi Azərbaycan ordusu təchizat rəisi idarəsinin tərkibinə daxil edildi.
Abşeron istehkamları
Abşeron istehkamları - Orta Əsrlərə aid müdafiə -fortifikasia qurğuları. == Yaranma tarixi == XI-XIII -cü əsrlərdə Şirvanşahların möhkəmlənməsi ilə Abşeron yarımadasının ərazisində böyük inşaat işləri aparılır. O dövrün qurğuları arasında bürclər və qəsrlər xüsusi yer tutur - onlar, ara müharibələrdə feodalların etibarlı sığınacağı, həm də xarici işğalçılardan müdafiə funksiyasını yerinə yetirirdilər. Xüsusi ilə kəskin olaraq bu məsələ XII-ci əsrdə rusların dənizdən hucumu zamanı qalxdı. == Strateji təyinatı == Rusların Azərbaycana və Xəzər hövzəsi ölkələrinə sonuncu böyük hucumu 1174-cü ildə şirvanşah I Axsitan İbn Mənüçöhrün dövründə baş vermişdi. Bu hucumda ruslarla birlikdə alanlar və qıpçaqlar da iştirak etmişdir. Ruslar 73 gəmi ilə Ruinas adasına yaxınlaşdılar, və lövbər salaraq Kür çayı ilə Lənbərana doğru qalxdılar. Eyni zamanda qıpçaqlar və alanlar Dərbəndi tutaraq, cənuba hərəkət etdilər və Şabran istehkamını tutdular. Ruslarla həlledici döyüş Bakı yaxınlığında dənizdə baş verdi. Bundan sonra ruslar Şirvandan qovuldular, onları donanması isə məhv edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin İstehkamçılar Məktəbi
Azərbaycan Xalq Cümhuriyyətinin İstehkamçılar məktəbi — Azərbaycan Xalq Cümhuriyyəti milli ordusu üçün hərbi kadrlar hazırlayan təhsil müəssisəsi. == Yaradılması == Hərbi nazirin 1919-cu il, 28 yanvar tarixli əmrinə əsasən, Gəncədə yaradılmışdı. Statusuna görə kiçik komandirlər və mütəxəsislər hazırlayırdı. Təminat və təchizatın, müəllim-zabit kadrlarının və dərs vəsaitlərinin çatışmazlığı tədrisin təşkilinə əlavə çətinliklər yaradırdı. 1919-cu ilin, iyulunda İstehkamçılar məktəbi Praporşiklər məktəbi Bakıya köçürülməsi qərara alındı. 1919-cu ilin avqustun axırlarında məktəb əvvəlcə Gəncəyə, sonra isə (sentyabrın 5-i) Bakıya köçürüldü. Məktəbin rəisi polkovnik B.K.Bekov idi. == Ləğvi == İstehkamçılar məktəbi , Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 1920-ci ilin iyulun 14-də ləğv olunmuşdur. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti İstehkam idarəsi maddəsi.
Bakı istehkamçılar hissəsi
Bakı istehkamçılar hissəsi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı Dövlət Müdafiə Komitəsinin 1919-cu il 13 sentyabr tarixli qərarı ilə yaradılmış hərbi müdafiə strukturu. == Məlumat == Hərbi Nazirliyin Topçu idarəsinin rəisi general-mayor Murad Gəray Tlexas Bakı istehkamçılar hissəsinin rəisi təyin edildi. Dövlət Müdafiə Komitəsinin 1919-cu il 13 sentyabr tarixli əmrinə əsasən Bakı istehkamçılar hissəsinin rəisinə ölkənin müdafiəsi üçün zəruri olan hər hansı əmlakı müsadirə etmək hüquqi verildi. Bakı istehkamçılar hissəsi strateji əhəmiyyətinə görə birinci dərəcəli qalaya bərabər idi. Onun hüdudları Qızılburundan Ələtə qədər müəyyənləşdirilmişdi. Birbaşa hərbi nazirə tabe olan hissələrdən başqa, Bakı qarnizonunun digər hissələri də — Bakının hərbi limanı, oradakı üzən obyektlər, Nizovaya (Niyazabad) liman körpüsündən tutmuş Ələt stansiyasına qədər sahil boyunca yerləşdirilmiş toplar da istehkamçılar hissəsinin tabeliyinə verilmişdi. İstehkamçılar hissəsinin öz bayrağı var idi. Həmin bayraq Bayıl burnunda, radiostansiyanın yanında qaldırılmışdı və onun mühafizəsi təmin edilirdi. Bakı istehkamçılar hissəsinin tərkibində Topçu idarəsi, İstehkam idarəsi, Ləvazimat idarəsi, Hərbi-tibb idarəsi, rabitə qrupu və katerlər qrupu var idi. 1919-cu il dekabrın 10-da Murad Gəray Tlexas Bakının hərbi general-qubernatoru təyin olunduğu üçün Bakı istehkamçılar hissəsinin rəisi vəzifəsi general-mayor İbrahim ağa Usubov oldu və o, Azərbaycan Cümhuriyyətinin süqutuna qədər bu vəzifədə fəaliyyət göstərdi.
Dərbənd istehkamları
Dərbənd istehkamları – Dərbənd şəhərini müdafiə edən qədim qala divarları. Böyük Qafqazın Calğan dağ silsiləsi Xəzərə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi başlanğıcında bu keçidi qapayırdı. Hələ e.ə. VI əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən “Kaspi qapısı” adlı keçidi xatırlamışdılar. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı. Hunların ən qüdrətli çağında – Avropanın yarısını fəth etdikləri V əsrdə onlara qarşı yaradılan Dərbənd səddi Dərbənd qalası və Dağbandan ibarətdir. Narınqalanın cənub-şərq bucağından başlayan Dağbarı meşəlik və yarğanlı keçilməz dağlarla qərbə – Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalıqlarının uzunluğu indi 40 km-dən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan Dağbarı bütün ətraf ərazini nəzarət altında saxlayırdı.
Ho sülaləsinin istehkamı
Ho sülaləsinin istehkamı — Vyetnamın Thanh Hoa vilayətində yerləşən qala. Hanoyadan 150 km cənubdadır. Bu Ming sülaləsi Çin hücum dən Dai Viet qorumaq üçün 1395-ci ildə tikilmişdir. 2003-cü ildə YUNESKO tərəfindən İçəri şəhər və Ho sülaləsinin qala ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.

Digər lüğətlərdə

инвести́рование како́й ни перема́тывальщица пунктиро́вка фо́мка мо́лотый молчали́вый невыноси́мость расши́риться сальди́ровать тру́тный объём швейцар antimonate fuchsite kapok-tree land-to-land mono stringboard working day домчаться купание малорентабельный родословный чокнутый