Könül sevən göyçək olar.

Love is blind. / Beauty lies in lover’s eyes. / Beauty is in the eye of the gazer. / Beauty is in the beholder’s eye. Любовь слепа, полюбишь и козла. / Не по хорошу мил, а по милу хорош. / Кто глянется, к тому и сердце тянется. / Ср. Миленек и не умыт беленек. /
Könül sevən ağanın nə ağı, nə qarası?
könül vermək
OBASTAN VİKİ
Könül
Könül — Qadın adı və təxəllüs. Bu adı olan tanınmış şəxslər Könül Xasıyeva — azərbaycanlı muğam ifaçısı Könül Kərimova — Azərbaycan müğənnisi. Könül Abdulrəhimova — Azərbaycan alimi. Könül Hüseynova — Rejissor. Könül Hüseynova — Azərbaycan pianoçu, pedaqoq və bəstəkarı Könül Mehrəliyeva — azərbaycanlı müğənni, aktrisa. Könül Bünyadzadə — şərqşünas alim, fəlsəfə elmləri doktoru (2007). Könül Arifqızı — Ssenari müəllifi. Aparıcı Könül Talıbova — Könül Yazar — Könül Əliyeva — Könül Babayeva — Könül Bunyatova — Könül Ömərova — Bu təxəllüsü olan tanınmış şəxslər Ülviyyə Könül — Klipmeyker. Rejissor. Ssenari müəllifi.
Göyçək Fatimə
Əbdülqadir Sevən
Əbdülqadir Sevən (d. 1891, Selanik - 16.02.1971) — Türk əsgəri. 1911-ci ildə Hərbi məktəbi bitirdikdən sonra süvari leytenant rütbəsi ilə məzun oldu. 1926-cı ildə Hərbi Akademiyanı qərargah zabiti rütbəsi ilə bitirdi. 1942-ci ildə bir briqadir oldu. Briqadir rütbəsi ilə 12-ci diviziya komandiri və 1-ci süvari diviziyasının komandiri vəzifəsində çalışmışdır. 1944-cü ildə general-mayor oldu. General-mayor rütbəsi ilə 1-ci süvari diviziyasının komandiri, 1-ci piyada diviziyasının komandiri və 2-ci süvari diviziyasının komandiri kimi xidmət göstərmişdir. 1948-ci ildə general-leytenant rütbəsinə yüksəldi. General-leytenant rütbəsi ilə 10-cu korpusun komandiri, 9-cu korpusun komandiri, 7-ci korpusun komandiri, 5-ci korpusun komandiri və 3-cü korpusun komandiri oldu.
Könül Bünyadzadə
Bünyadzadə Könül Yusif qızı (2 noyabr 1974, Zod, Vardenis rayonu) — şərqşünas alim, fəlsəfə elmləri doktoru (2007), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2017). Könül Bünyadzadə 2 noyabr 1974-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. Orta təhsilini 1981–1991-ci illərdə Daşkəsən rayonu A. S. Puşkin adına 2 saylı məktəbdə alıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb mütərcimliyi bölməsinə qəbul olunub və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda böyük laborant vəzifəsinə işə götürülüb, eyni zamanda həmin institutun dissertantı təsdiq edilib. 2002-ci ildə "Sərrac Tusinin "əl-Lümə" əsərində sufi-fəlsəfi məsələlər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 2007-ci ildə isə "Şərq və Qərb fəlsəfə tarixində irrasional idrak (orta əsrlər)" adlı doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. 2014-cü ildə Parisdə UNESCO xətti ilə dərc edilən "Le Dictionnaire Universel des Femmes Créatrices" — "Yaradıcı qadınlar ensiklopediyası"nda haqqında məlumat verilmişdir. 2015-ci ildə isə Türkiyədə nəşr olunan 7 cildlik "Tanzimatdan Günümüze Türk Düşünürleri" adlı ontologiyada həyat və yaradıcılığı haqqında geniş yazı çap olunmuşdur. Türkiyə, Fransa, Belçika, İtaliya, İndoneziya, Cənubi Koreya, Malayziya, Əlcəzair, Çin və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda həm məruzəçi, həm də moderator kimi Azərbaycanı təmsil etmişdir.
Könül Kərimova
Könül Kərimova (15 sentyabr 1968, Ağcabədi) — Azərbaycan müğənnisi, bəstəkar, Azərbaycanın əməkdar artisti (2018). K. Kərimova 1968-ci ildə Ağcabədidə anadan olmuşdur. 1983-cü ildə Bakı şəhər 8 №-li Musiqi təmayüllü gimnaziyaya daxil olmuşdur. Elə həmin ildə "Gənc istedadları axtarırıq" adlı müsabiqədə Bakı şəhəri üzrə birinci yerə layiq görülmüşdür. Bu səbəbdən də 1984-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən Bül-Bül adına orta-ixtisas musiqi məktəbinə dəvət almışdır. Bu illər ərzində o, Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun solisti olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasına daxil olmuşdur. Akademiyada təhsil aldığı müddətdə Baba Salahov adına "Araz" xalq çalğı ansamblı ilə əməkdaşlıq etmişdir. Hazırda Azərbaycan Dövlət Muğam Teatrının və Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Könül Nurullayeva
Könül Oruc qızı Nurullayeva (1 dekabr 1985, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi (2009-2016), 2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulmuş "İdmanda Gender Bərabərliyi" Komitəsinin üzvü, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Vankuver 2010 və Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, "Bakı 2020" Təşkilat Komitəsinin icraçı direktoru, "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupun rəhbəri. Könül Nurullayeva 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 1992–2000-ci illərdə N.Tusi adına orta məktəbdə təhsil alıb. 2000–2003-cü illərdə 6 saylı orta məktəbi bitirdikdən sonra 2003–2008-ci illərdə Azərbaycan Dillər Universiteti Avropaşünaslıq və Beynəlxalq Əlaqələr bölməsində təhsilini davam etdirib. 2008–2010-cu illərdə Azərbaycan Dillər Universitetində Avropaşünaslıq və Beynəlxalq Əlaqələr üzrə magistr pilləsinə yiyələnib. 2015-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda dissertantdır. 2019-cu ilin sentyabrından isə İsveçrə Biznes Universitetində MBA proqramı üzrə təhsil alır. 2020-ci il 9 fevral tarixində Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı seçkilərində Könül Nurullayeva 2020–2025-ci illər üçün bitərəf namizəd olaraq Bakı şəhəri 24 saylı Nizami rayonu birinci seçki dairəsindən deputat seçilib. Milli Məclis "Ailə, Qadın və Uşaq Məsələləri" komitəsinin və "Gənclər və İdman" komitəsinin üzvü, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupunun isə rəhbəridir. Könül Nurullayeva 2020-ci ilin aprel ayından etibarən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür.
Könül Nəhmətova
Könül Nəhmətova (tam adı: Könül Aydın qızı Nəhmətova; d. 9 yanvar 1975, Ağcabədi) — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun şöbə müdiri,Kurikulum jurnalının məsul katibi. Orta təhsilini Ağcabədi şəhər 11 saylı orta məktəbdə almışdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-2005-ci illərdə AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. "Azərbaycanda təzkirəçilik ənənəsi və Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsəri" mövzusunda müdafiə etmiş(10 yanvar 2001-ci il) və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2010-2011-ci illərdə APU-nun Yenidənhazırlanma və İxtisasdəyişmə fakültəsini bitirərək Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına yiyələnib. AMEA N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin doktoranturasında təhsilini davam etdirir . 1999-2015-ci illərdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışıb. Sonra AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun Fars əlyazmaları şöbəsinin böyük elmi işçisi olmuşdur.2004-2010-cu illərdə Qərb Universitetində jurnalistika fakültəsində,2010-2013-cü illərdə Sabunçu rayon 67 nömrəli orta məktəbdə Azərbaycan dili müəllimi işləmişdir.2015-ci ildə «Azərbaycan müəllimi» qəzetində müxbir kimi fəaliyyət göstərmişdir.
Könül Xasıyeva
Konül Xasıyeva (17 mart 1968, Şəki) — Azərbaycanın muğam ifaçısı, müğənni, Azərbaycanın Xalq Artisti Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəki şəhərində anadan olmuşdur. Könül Xasıyeva 1975-ci ildə 1-ci sinfinə qədəm qoyur. 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsinin qalibi olmuşdur. 1981–1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986–1991-ci illərdə təhsil alıb-məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) xalq artisti Arif Babayevin tələbəsi olmuşdur. Könül Xasıyeva 7 may 2012-ci il tarixində Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. Səhnəyə 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsində çıxmış və həmin müsabiqənin qalibi olmuşdur. Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də Türkiyə, Almaniya, Fransa, İsveçrə, İtaliya, İran, Rusiya və s. kimi ölkələrin şəhərlərində iştirak edib. Dövlət tədbirlərində, ictimai tədbirlərdə, cəbhə və döyüş bölgələrində böyük konsert çıxışları olub.
Könül Yazar
Könül Yazar (türk. Gönül Yazar; 12 avqust 1936, İzmir) — Türkiyə kino aktrisası və musiqiçi.
Könül Əliyeva
Könül Əliyeva (Könül Cəfərova; 5 fevral 1986, Füzuli rayonu) — teatrşünas, Teatr Xadimləri İttifaqının üzvü Könül Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsində "Teatrşünaslıq" ixtisası üzrə bakalvar (2003-2007) və magistr (2007-2009) pilləsində təhsil alıb. 2006-cı ildən YUĞ Dövlət Teatrının Mətbuat katibi vəzifəsində çalışır. 2010-cu ildən bu günə qədər AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsində kiçik elmi işçisi vəzifəsində çalışır. Universitetdə təhsil aldığı zamandan etibarən mütamadi olaraq müxtəlif mətbu orqanlarında ("Qobustan", "Tənqid.net", "Musiqi dünyası", "Mədəni həyat" jurnalları, "Xəzri" (rus dilində), "Mədəniyyət", "Kino+", "Kaspi" qəzetləri və s.) məqalə və resenziyalarla çıxış edir. 2005-ci il 14-21 dekabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Boş məkanın dolğunluğu" teatr festivalında gənc ekspert kimi iştirak etmiş, tamaşaların müzakirəsi zamanı sərt və tənqidi yanaşma tərzinə görə, fəxri diplomla təltif olunmuşdur. 2007-ci ilin mart ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Yeni Teatr" Gənc rejissorların Respublika festivalında ekspert qrupunun üzvü olmuş, fəal iştirakına görə fəxri diplomla təltif edilmişdir. 2009-cu ildə Teatr Xadimləri İttifaqının üzvlüyünə qəbul edilib. Həmçinin Alternativ Teatr Araşdırmaları Mərkəzinin üzvüdür. 2012-ci ildən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin katibidir. 2-8 oktyabr 2014-cü ildə Tbilisi Beynəlxalq Teatr Festivalında (Tbilisi, Gürcüstan), 19-26 noyabr 2015-ci il tarixlərində Gənclərin II Beynəlxalq Teatr Forumunda (Minsk, Belarus Respublikası) teatrşünas kimi çıxış etmişdir.
Ülviyyə Könül
Ülviyyə Könül (28 sentyabr 1972, Bakı) — klipmeyker, rejissor, ssenari müəllifi. Əməkdar incəsənət xadimi. "Mədəniyyət" telekanalın direktoru. Kərimova Ülviyyə Oqtay qızı 28 sentyabr 1972-ci ildə Bakıda anadan olub. 1989-cu ildə 1 nömrəli Dəmiryol orta məktəbini bitirib. 1991–1995-ci illərdə Bakı Dövlət Universitetinin psixologiya fakültəsində təhsil alıb. 1992–1996-cı illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, daha sonra rejissor kimi fəaliyyət göstərib, musiqili kliplər, sosial və digər reklam çarxlarını, 1996-cı ildə isə yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında eyniadlı televiziya filmini çəkib. 2000-ci ildə "Dəşti" klipinə görə "Humay" mükafatına layiq görülüb. 2004-cü ildə Afinada keçirilən olimpiya oyunları çərçivəsində "Azərbaycan günü" üçün Azərbaycan haqqında tanıtım çarxını hazırlayıb. 2004-cü ildə Bədii gimnastika üzrə Dünya Kubokunun açılış və bağlanış mərasimlərinin, 2005-ci ildə Bədii gimnastika üzrə Dünya Çempionatının açılış və bağlanış mərasimlərinin, həmin il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə UNESCO qərargahında təşkil edilmiş tanınmış akademik, alim Yusif Məmmədəliyevin 100 illik yubileyinə həsr edilmiş təntənəli konsertin və digər layihələrin rejissoru olub.
Könül Ələkbərov
Könül Hüseynova
Könül Qabil qızı Hüseynova (8 yanvar 1981, Bakı) — Azərbaycan pianoçusu, pedaqoqu və bəstəkarı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru; Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru. == Təhsili == 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini fərqlənmə attestatı ilə bitirib. Təhsildəki uğurlarına görə Bülbül adına məktəbin "Fəxri fərmanı" ilə təltif olunub. 1998-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano şöbəsinə daxil olaraq professor Yuri Sabayevin sinfində təhsil alıb. 2002-ci ildə həmin təhsil müəssisəsinin bakalavr, 2004-cü ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. Təhsil illərində Niyazi adına təqaüdə layiq görülüb. 2004-cü ildə daxil olduğu Bakı Musiqi Akademiyasının əyani aspiranturasında bütün minimumları əla qiymətlərlə tamamlayaraq vaxtından əvvəl dissertasiya işini müdafiəyə təqdim etmiş, 2008-ci ilin may ayında "Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fərhad Bədəlbəyli yaradıcılığının yeri və rolu" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2008-ci ildə BMA-nın assistent stajorluq pilləsini də fərqlənmə ilə bitirmişdir. == Pedaqoji fəaliyyəti == 2004-cü ildən Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı" kafedrasında müəllim, 2008-ci ildə baş müəllim, 2010-cu ildən dosent, 2021-ci ildən isə professor vəzifəsində çalışır. 2010-cu ildən həmçinin 1 saylı "İxtisas fortepiano" kafedrasında da fəaliyyət göstərir.
Göyçək Fatma (1973)
Göyçək Fatma (rus. Прекрасная Фатьма) — Azərbayacan televiziya cizgi filmi. Xeyirxah, göyçək Fatma qarşısına çıxan hər cür çətinlikləri təmkinlə aradan qaldırıb öz istəyinə nail olur. 1)1976-cı ildə Tbilisidə VI Ümumittifaq televiziya filmləri festivalı Ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudov Priz almışdır. Kukla filmidir. Film Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. Rejissor: Vaqif Behbudov Ssenari müəllifi: Ədhəm Qulubəyov Operator: Vaqif Behbudov Quruluşçu rəssam: Solmaz Musayeva Bəstəkar: Aqşin Əlizadə Səs rejissoru: Ruhəngiz Qasımova Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh.
Göyçək Fatma (1988)
Göyçək Fatma — Azərbaycanın ilk beş hissəli cizgi film-operası. Film Göyçək Fatmanın başına gələn əhvalatlardan bəhs edir. Film Azərbaycan kinosunda ən uzunmetrajlı cizgi filmidir. Applikasiya filmidir. Bu film-opera Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə istehsal olunmuşdur. Kinolent Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. Rejissor: Nazim Məmmədov Ssenari müəllifi: Mirvarid Dilbazi Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamı : Firəngiz Quliyeva Azərbaycan Xalq Təhsili Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Kinonu sevən adam
Kinonu sevən adam — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Film yazıçı, ssenari müəllifi, görkəmli rejissor, Azərbaycanın xalq artisti Həsən Seyidbəylinin 95 illik yubileyinə həsr olunur. Filmdə, "Doğma xalqıma", "Qızmar günəş altında", "Uzaq sahillərdə", "Telefonçu qız", "Möcüzələr adası", "Sən niyə susursan?", "Litfçi qız", "Bizim Cəbiş müəllim", "Nəsimi", "Xoşbəxtlik qayğıları", "Onun bəlalı sevgisi" filmlərinin, "Toral və Zəri" animasiya, "Sovet Azərbaycanı" sənədli televiziya, "Kamillik" sənədli filmləri, eləcə də "Ömrün səhifələri" kinoalmanaxın kadrlarından istifadə edilmişdir.
Göyçək Fatimə (film)
Daxili yoxsa xarici gözəllik? Kimlər cəmiyyət üçün daha maraqlıdır? Zahirən çirkin, qəlbən isə təmiz və bilikli xanımlar, yoxsa qlamur həyat tərzi ilə kişilərin ağlını başından alan, daxilən kasıb və kütbeyin olan qızlar? Tanınmış Şirkətlərdən birinin rəhbəri Nadir Musayev, oğlu, eyni zamanda Şirkətin vitse-prezidenti Anarın etinasız, əyləncə dolu həyatından narahatlıq nümayiş etdirərək, ona yeni katibə axtarır. Və katibə xarici görkəminə görə oğlanları maraqlandırmayan Fatimə olur. Təhsili, ağlı və hazırcavablığı ilə Fatimə Anarın ən yaxşı köməkçisinə çevrilir. Lakin Anar Fatimədən savayı məcburən ikinci xanımı – Gülyanı da katibə kimi yanında işə götürməli olur... Kütbeyin Gülya Anarın nişanlısı Aykanın yaxın rəfiqəsidir. Evlilik ərəfəsində olan Anar isə, köhnə əməllərindən qalmır. Şirkətin jurnalı üçün qondarma fotosessiyalar keçirərək, xanımlarla məhz bu üsulla ünsiyyət qurur.
Könül Əliyeva (teatrşünas)
Könül Əliyeva (Könül Cəfərova; 5 fevral 1986, Füzuli rayonu) — teatrşünas, Teatr Xadimləri İttifaqının üzvü Könül Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsində "Teatrşünaslıq" ixtisası üzrə bakalvar (2003-2007) və magistr (2007-2009) pilləsində təhsil alıb. 2006-cı ildən YUĞ Dövlət Teatrının Mətbuat katibi vəzifəsində çalışır. 2010-cu ildən bu günə qədər AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsində kiçik elmi işçisi vəzifəsində çalışır. Universitetdə təhsil aldığı zamandan etibarən mütamadi olaraq müxtəlif mətbu orqanlarında ("Qobustan", "Tənqid.net", "Musiqi dünyası", "Mədəni həyat" jurnalları, "Xəzri" (rus dilində), "Mədəniyyət", "Kino+", "Kaspi" qəzetləri və s.) məqalə və resenziyalarla çıxış edir. 2005-ci il 14-21 dekabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Boş məkanın dolğunluğu" teatr festivalında gənc ekspert kimi iştirak etmiş, tamaşaların müzakirəsi zamanı sərt və tənqidi yanaşma tərzinə görə, fəxri diplomla təltif olunmuşdur. 2007-ci ilin mart ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Yeni Teatr" Gənc rejissorların Respublika festivalında ekspert qrupunun üzvü olmuş, fəal iştirakına görə fəxri diplomla təltif edilmişdir. 2009-cu ildə Teatr Xadimləri İttifaqının üzvlüyünə qəbul edilib. Həmçinin Alternativ Teatr Araşdırmaları Mərkəzinin üzvüdür. 2012-ci ildən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin katibidir. 2-8 oktyabr 2014-cü ildə Tbilisi Beynəlxalq Teatr Festivalında (Tbilisi, Gürcüstan), 19-26 noyabr 2015-ci il tarixlərində Gənclərin II Beynəlxalq Teatr Forumunda (Minsk, Belarus Respublikası) teatrşünas kimi çıxış etmişdir.
Göyçək Fatimə (film, 2013)
Daxili yoxsa xarici gözəllik? Kimlər cəmiyyət üçün daha maraqlıdır? Zahirən çirkin, qəlbən isə təmiz və bilikli xanımlar, yoxsa qlamur həyat tərzi ilə kişilərin ağlını başından alan, daxilən kasıb və kütbeyin olan qızlar? Tanınmış Şirkətlərdən birinin rəhbəri Nadir Musayev, oğlu, eyni zamanda Şirkətin vitse-prezidenti Anarın etinasız, əyləncə dolu həyatından narahatlıq nümayiş etdirərək, ona yeni katibə axtarır. Və katibə xarici görkəminə görə oğlanları maraqlandırmayan Fatimə olur. Təhsili, ağlı və hazırcavablığı ilə Fatimə Anarın ən yaxşı köməkçisinə çevrilir. Lakin Anar Fatimədən savayı məcburən ikinci xanımı – Gülyanı da katibə kimi yanında işə götürməli olur... Kütbeyin Gülya Anarın nişanlısı Aykanın yaxın rəfiqəsidir. Evlilik ərəfəsində olan Anar isə, köhnə əməllərindən qalmır. Şirkətin jurnalı üçün qondarma fotosessiyalar keçirərək, xanımlarla məhz bu üsulla ünsiyyət qurur.
Göyçək Fatimə (teleserial, 2013)

Göyçək Fatma (film, 1973)
Göyçək Fatma (rus. Прекрасная Фатьма) — Azərbayacan televiziya cizgi filmi. Xeyirxah, göyçək Fatma qarşısına çıxan hər cür çətinlikləri təmkinlə aradan qaldırıb öz istəyinə nail olur. 1)1976-cı ildə Tbilisidə VI Ümumittifaq televiziya filmləri festivalı Ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudov Priz almışdır. Kukla filmidir. Film Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. Rejissor: Vaqif Behbudov Ssenari müəllifi: Ədhəm Qulubəyov Operator: Vaqif Behbudov Quruluşçu rəssam: Solmaz Musayeva Bəstəkar: Aqşin Əlizadə Səs rejissoru: Ruhəngiz Qasımova Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh.
Göyçək Fatma (film, 1988)
Göyçək Fatma — Azərbaycanın ilk beş hissəli cizgi film-operası. Film Göyçək Fatmanın başına gələn əhvalatlardan bəhs edir. Film Azərbaycan kinosunda ən uzunmetrajlı cizgi filmidir. Applikasiya filmidir. Bu film-opera Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə istehsal olunmuşdur. Kinolent Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. Rejissor: Nazim Məmmədov Ssenari müəllifi: Mirvarid Dilbazi Quruluşçu rəssam: Rafiz İsmayılov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamı : Firəngiz Quliyeva Azərbaycan Xalq Təhsili Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Hər bir sevən ürək
Har Dil Jo Pyar Karega (mənası: Hər bir sevən ürək) – 2000-ci ildə Rac Kanvarın rejissorluq etdiyi Bollivud filmidir. Filmin baş rol ifaçıları Salman Xan, Priti Zinta və Rani Mukhercidir. Filmin digər əsas rolunda Şahrux Xan yer alıb. Kifayət qədər kassa gəliri əldə etmiş film Box Office Hindistan tərəfindən Ortamala olaraq elan olundu. Bu film 1998-ci ildə istehsal olunmuş Chandralekha Malayalam filminin yenidən istehsal olunmuş versiyasıdır. Həmçinin filmin süjetində 1995-ci ildə çəkilmiş Sandra Ballokun iştirak etdiyi Sən yatarkən adlı Hollivud filmindən də istifadə olunmuşdur. Salman Xan — Raj/Romi Priti Zinta — Jahnvi Rani Mukherci — Pooja Oberoi Kamini Kauşai — Biji Raciv Verma — Mr.Oberoi Pareş Reval — Goverdhan Şakti Kapur — Abdulun dayısı Satiş Şah — Mahesh Hirwani Şahrux Xan — Rahul (Kameo) Köməkçi Aktrisa — Rani Mukherci Qadın Mahnı Müğənnisi — Preety və Pinky — Piya Piya Film tənqidçilər tərəfindən kifayət qədər müsbət qarşılandı və xüsusilə üç aparıcı oyunçunun performansları qiymətləndirildi. Screen film jurnalı Şahrux Xanın və Priti Zintanın performanslarını tərifləyərək "Filmin rejissoru filmdə bir çox suprizlər edərək bir çox səylər etməklə yanaşı, aparıcı oyunçulardan ən yaxşı performans çıxarmaqla məsləhət görülən bir rejissor olmağa layiq biridir." deyə qeyd etdi.
Sevən ürək (film, 2001)
Sevən ürək (hind: दिल चाहता है; Rom: Dil Chahta Hai) — 2001-ci ildə Fərhan Axtarın ssenarisini yazdığı və rejissoru olduğu hind dilində çəkilmiş yetkinlik yaşına çatan şəxslər üçün nəzərdə tutulmuş komediya dram filmidir. Bu, Ritesh Sidhwani tərəfindən istehsal edilmiş və Excel Entertainment (Akhtar və Sidhwaninin həmtəsisçiləri olduğu şirkət) distrubityorluğu altında buraxılmış və onların Hindistan kinomatoqrafiyasındakı debütlərini işarə edən ilk filmdir. Film üç kollec məzunu olan dostun (Aamir Khan, Saif Ali Khan və Akshaye Khanna) romantik həyatlarındakı əhəmiyyətli bir keçid dövrünə diqqət yetirir. Filmdə həmçinin, həmçinin Preity Zinta, Sonali Kulkarni və Dimple Kapadia da rol almışdır.
Könül dağı (serial, 2020)
"Könül dağı" serialı — 17 oktyabr 2020-ci ildən TRT 1 kanalında yayımlanan ailə, sevgi, komediya və dram janrında olan Türkiyə komediya serialıdır. Serial yazıçı Mustafa Çiftçinin yayımlanmamış hekayələrinin motivləri əsasında çəkilmişdir. "Köprü Film" kinoşirkətinin çəkdiyi serialın prodüserliyini Ferhat Eşsiz edir. Rejissor kürsüsündə daha əvvəl tamaşaçı kütləsinə çatan "Yaşıl dəniz" serialının rejissoru olan Yahya Samancı yer alır. Serialda baş rolları Berk Atan, Ecem Özkaya, Ferdi Sancar, Cihat Süvarioğlu və Semih Ertürk canlandırır. Serial Əskişəhərin Sivrihisar bölgəsində çəkilir. Serialdakı bütün hadisələrin cərəyan etdiyi və baş rolun yaşadığı Gedelli kəndi Niğdə ilinin Uluqışla ilçəsində yerləşir. Taner, Ramazan və Veysəl 3 əmioğlulardır. Onlar Gedelli qəsəbəsində yaşayırlar. Gedelli qəsəbəsində bir dağ var.