Böyük Pyotr körfəzi
Böyük Pyotr körfəzi — Yapon dənizində, Rusiyanın Primorsk diyarı sahilində yerləşən ən iri körfəzdir. Şərqdə Povorotnı burnundan tutmuş, qərbdə Tumannaya çayının məsəbinə qədər uzanır.
Körfəzin uzunluğu şimaldan cənuba 80 kilometr, şərqdən qərbə isə 200 kilometr təşkil edir. Körfəzin ümumi sahəsi 90000 km²-dir. Sahil xəttinin uzunluğu 1230 kilometrdir. Körfəzin duzluğu 32–34 ‰-dır.
Körfəzin sahilləri olduqca girintili-çıxıntılırdır. Bu səbəbdən daxili körfəzlər əmələ gətirir: Poset körfəzi, Amur körfəzi, Ussuri körfəzi, Strelok körfəzi, Vostok körfəzi, Naxotka körfəzi.
Böyük Pyotr körfəzinin sahillərində yerləşən iri şəhərlər: Vladivostok, Naxodka, Bolşoy Kamen, Fokino, üstəlik Rusiyanın Sakit okeanda yerləşən ən iri limanı Vostoçnı.
Adaları: Ruskiy, Popov adası, Reyneke adası, Rikord adası, Moiseev adası, Furuqelm adası, Askold adası, Putyatin adası, Roma-Korsakov arxipelaqı, Paxtusox adası, Jeltuxin adası, İki qardaş adası.