kəməri bərk çəkib bağlamaq (doyunca yeməmək)

to tighten one’s belt затягивать (затянуть) потуже пояс (недоедать; быть готовым к лишениям, нужде)
kəmənd ilə gətirə bilməzsən
kəmsiyini çeynəmək
OBASTAN VİKİ
Bərk cism
Bərk cisim və ya Qatı — maddənin 4 aqreqat hallarıdan (bərk, maye, qaz, plazma) biridir. Bərk cism başqa aqreqat hallarından öz formasının stabilliyi ilə fərqlənir. Bərk cismin forma stabilliyi onun tərkibində atomlararası əlaqələrin güclü olması, atomların nisbətən taraz vəziyyətdə olmaları və çox zəif titrəyişli hərəkət etmələrinin nəticəsində alınır. Bərk cismlər kristallik və ya amorf hallarına görə fərqlənirlər. Bərk cismlərinin tərkibini və daxili strukturasını öyrənən fizika bölməsi bərk cismlər fizikası adlanır. Bərk cismin xarici təsirlərin və hərəkətin nəticəsində necə dəyişilməsini — bərk cismlərin mexanikası, absolyut bərk cismlərinin hərəkətini — bərk cismlərinin kinematikası adlı elmlər öyrənillər. == Bərk cismlərin texniki xassələri == Bərklik Kütlə Plastiklik Əyilmə möhkəmliyi Sınma möhkəmliyi == Bərk cismlərin elektronikasında istifadə edilən məmulatlar == Bərk cisim elektronikasında istifadə edilən məmulatlar — (tərif) geniş istifadə olunan matreallardan yarımkeçiricilər. === Materialların təsnifatı === Bərk cisim elektronikası (BCE) cihazlarının istehsalında istifadə olunan materiallar 2 qrupa bölünür: əsas (və ya konstruktiv) köməkçi (və ya texnoloji) === Əsas material === Əsas materiala dedikdə birbaşa cihazın konstruksiyasına daxil olan materiallar nəzərdə tutulur. Əsas materilları, öz növbəsində, aşağıdakı qruplara bölmək olar yarımkeçirici materiallar – germanium, silisium, qallium arsenid və s.; legirəedici (aşqarlayıcı) materiallar – yüksək təmizliyə malik ayrı-ayrı elementlər və ya onların xəlitələri; elektrod materialları – qızıl, nikel, kövar, molibden (daxili və xarici) çıxışları düzəltmək üçün); izolyasiya materialları – şüşə keramika, üzvi laklar; mühafizəedici korpus (gövdə) materialları – mis, kovar, polad; antikorrozion örtüklər – xrom, nikel === Materialların sərfiyyat norması === Materialların sərfiyyat norması 1000 ədəd yararlı cihaz hazırlamaq üçün tələb olunan materialın miqdarı ilə müəyyən olunur. Yarımkeçirici materialın seçilməsi, onun təmizliyi və legirə olunma dərəcəsi, istehsalatda onların təkrarlanması cihazların xarakteristikalarına və onların istehsalında yararlı cihazların çıxımına həlledici təsir göstərir.
Bərk itüzümü
Bərk itüzümü (lat. Lycium depressum) == Təbii yayılması == Bu növ Avrasiyada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2,5 m-dək olan bitkidir. Yarpaqların uzunluğu 20–50 mm, eni 4–17 mm-dir, lansertvari-ellipsvaridir, ucu bizdir. Çiçəkləri tək və ya 2-6-dək qrup şəklində uzunluğu 5–7 mm olan çiçək saplağında əmələ gəlir. Kasacığı əlvari, ucu küt və ya iti, nazik tükcüklərlə örtülmüşdür. Çiçək tacı açıq bənövşəyidən bənövşəyi rəngədək dəyişir. Çiçək tacının borucuğunun uzunluğu 4-5mm, qıfvaridir. Erkəkcikləri çiçək tacından kənarda yerləşir., bünövrəsində çılpaqdır. Meyvəsi qırmızı, sferik, uzunluğu 5-6-mm olan giləmeyvədir.
Bərk məhlul
Bərk məhlul– müxtəlif elementlərin atomlarının ümumi kristallik qəfəsdə yerləşdiyi dəyişən tərkib fazaları. == Təsnifat == Nizamsız (atomların xaotik yerləşməsi ilə), tam və ya qismən nizamlı ola bilərlər. Eksperimental olaraq, nizamlılıq əsasən rentgen struktur analizi ilə müəyyən edilir. Bərk məhlul yaratma qabiliyyəti bütün kristallik bərk cisimlər üçün xarakterikdir. Bir çox hallarda bu dar konsentrasiya həddləri ilə məhdudlaşır, lakin davamlı bərk məhlullar sıralı sistemlər də məlumdur (məsələn, Cu-Au, Ti-Zr, GaAs-GaP). Əslində, təmiz hesab olunan bütün kristallik maddələr, çox az tərkibli qarışığı olan bərk məhlullardır. Üç növ bərk məhlul var: əvəzedilmiş bərk məhlullar; daxil edilmiş bərk məhlullar; çıxarılmış bərk məhlullar. Yum-Rozerinin yarıempirik qaydalarına əsasən, əvəzedilmiş bərk məhlulların davamlı sırası metallik sistemlərdə ancaq o elementlərlə yaradılır ki, onlar birincisi, ölçülərinə görə bir-birinə yaxın olan atom radiuslarına malikdirlər (15%-dən çox fərqli olmamaq şərtilə) və ikincisi, gərginliyin elektrokimyəvi sırasında bir-birindən çox uzaq yerləşmirlər. Bu zaman elementlər eyni tip kristallik qəfəsə malik olmalıdırlar. Yarımkeçirici və dielektrik əsaslı bərk məhlullarda, daha "boş" kristallik qəfəslər sayəsində əvəzedilmiş bərk məhlulların yaranması atom radiuslarının böyük fərqi zamanı da mümkündür.
Bərk xəlitə
Bərk xəlitə - tərkibində volfram, titan, tantal karbidləri və kobalt qarışığından ibarət metal-keramik tərkibli alət materialıdır. Tərkibində olan bu karbidlər yüksək kəsicilik xassələrini təmin edirlər. Bu xassələr tezkəsən alət polada nisbətən qat-qat yüksəkdir. Bərk xəlitənin özlülüyü aşağıdır. Kobalt bərk xəlitədə özlülüyə və möhkəmliyə təsir edərək sementləşdirici rolunu oiynayır. Onun miqdarı artdıqca xəlitənin əyilməyə və zərbəyə qarşı möhkəmliyi də artır. Ümumilikdə bərk xəlitələr əyilmədə və kəsilmədə aşağı, sıxılmada isə yüksək möhkəmlik göstərirlər. Bu effektdən istifadə edərək kəsici alətlərin qabaq bucağı mənfi qiymətdə hazırlanır ki, kəsmədə sıxılma deformasiyası yaransın. Bərk xəlitədən hazırlanmış alətlər 800÷900 °C temperaturda öz kəsicilik xassələrini saxlayırlar. Metal-keramik bərk xəlitələr tərkibindəki karbidlərin sayına görə: bir (BK), iki (TK) və ya üç karbidli (TTK) olurlar.
Bərk xəndəkotu
Cod xəndəkotu (lat. Symphytum asperum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin xəndəkotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 30-60 sm-ə qədər hündürlükdə, çox budaqlı, möhkəm qısa, aşağı qövsvari, bir az qabarıq tikanlı qıllardan tikanlı-nahamardır. Yuxarı yarpaqlar qısa, lakin, görünən saplaqların üzərində və ya oturaq olaraq yumurtavari-uzunsov və ya uzunsovdur, ən yuxarıdakılar lansetvariyə qədər, uzun itiuclu, aşağı hissədən adətən kifayət qədər sıx və yumşaq tükcüklərdən bozumtuldur; orta damar boyunca qısa qarmaqşəkilli tikancıqlıdır, yuxarı hissədən cod və seyrək tükcüklüdür. Çiçək tacı mavi, xaricdən nöqtəli-əmzikşəkillidir, başcıqlı dişicik ağzı var. Eremləri demək olar ki, qara, yarıməyilmiş, yumurtavari, arxa hissəsi torvari-qırışlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Çəmənlərdə, kolluqlarda, dağ çaylarının kənarlarında bitir.
Bərk çoğan
Bərk çoğan (lat. Gypsophila robusta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1 ab(i, ii, iii) c (iii, iv) + 2b(i, ii). Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir. Regional IUCN Statusu VU B2ab (iii, v). == Qısa morfoloji təsviri == Çoxillik, göyümtül ot bitkisidir. Hündürlüyü 50-70 sm-dir. Yarpaqları oturaq, uzunluğu 1-2 mm olan qısa qına bitişik, enlidir, uzunsov-ellipsivari, uzunsov-lansetşəkilli, yaxud uzunsov, tərs-yumurtaşəkilli, alt tərəfdəkilər küt, sonrakılar isə iti, eni (0,7) 2-3 sm-ə çatır, 3-5 (7) damarlıdır. Çiçək qrupu budaqlıdır.
Mədəni Bərk
Mədəni Bərk (1913, Mədinə, Hicaz vilayəti – 1994, İstanbul), Türk siyasətçidir. Mehmet Mədəni Bərk 1913-cü ildə atasının Osmanlı zabiti kimi vəzifə yerinə yetirdiyi Ərəbistanda anadan olub. Əslən Aksaray Topakkaya (Çimeli) kəndindən olan Həmzə bəy və Safiyə xanımın dörd övladından biri olaraq atası müqəddəs Mədinə şəhərində doğulmasından ilham alaraq ona "Mədəni" adını verdi. Daha sonra ordu üzvü olduğu üçün vəzifəsini tez-tez dəyişdirən Həmzə bəy ailəsi ilə birlikdə İzmirə gəldi. İlk və orta təhsilini bu şəhərdə bitirən Mədəni Bərk, orta məktəb təhsilini İstanbulda tamamladı. Ali təhsilini 1936-cı ildə Marmara Universitetinin təməlini qoyacaq olan İstanbul İqtisadiyyat və Ticarət Ali Məktəbində bitirmişdir. 1937-ci ildə Təkəl İdarəsində mühasibat işçisi olaraq iş həyatına başladı. Bərk ardıcıllıqla Ziraat Bankında müfəttiş köməkçisi, müfəttiş və menecer olaraq çalışdıqdan sonra, 1950-ci ildə TARİŞ-in, sonra 1951-ci ildə Demokrat Partiyanın hakimiyyətə gəldiyi zaman Türkiyə Əmlak Kredit Bankının baş direktoru oldu. Bu vəzifə, şübhəsiz ki, rayonlaşdırma, mənzil və tikinti sahəsində ixtisaslaşmasına imkan verdi. Vəqflər Bankı və Çimento Sənayesi TAŞ-ın qurucularından biridir.
Bozdoğan kəməri
Bozdoğan kəməri və ya Valensik su kəməri (türkcə Bozdoğan Kemeri, yunanca Άγωγός του ὔδατος, Agōgós tou hýdatos; mənası - "su kəməri") — Roma İmperatoru Valens tərəfindən 368-375-ci illərdə inşa etdirilib. Fərqli dövrlərdə Osmanlı sultanları tərəfindən də restovrasiya etdilib. Orta əsrlərdə şəhərin su ehtiyacını ödəyən ən vacib su kəmərindən biri olub.
Pas Kəməri
Pas Kəməri ABŞ-nin Şimal-Şərqi və Orta-Qərb bölgəsində təxminən 1980-ci ildən başlayaraq sənaye tənəzzülü ilə üzləşən bir bölgədir. ABŞ-nin istehsal sektoru ABŞ-nin ÜDM-ə nisbəti olaraq 1953-cü ildə zirvəyə çatdı və o vaxtdan bəri tənəzzülə uğradı. Şimal-şərq və Orta Qərb (Buffalo, Roçester, Çikaqo, Sinsinnati, Klivlend, Detroyt, İndianapolis, Cersi Siti, Kanzas Siti, Minneapolis-Saint Paul, Dulut, Minnesota, Miluoki, Nyuark, Pittsburq, Sent-Luis və Toledo kimi) gördü adətən 1950-ci ildən başlayaraq ABŞ siyahıyaalınmasının pik əhalisinin onda birindən daha çox ümumi əhalinin azalması müşahidə etməkdə davam edir. Təriflər fərqli olsa da, o, əsasən Böyük Göllər Meqapolisindən ibarətdir. Pas dedikdə, polad istehsalı, avtomobil istehsalı və kömür hasilatı kimi bir vaxtlar güclü sənaye sektorunun daralması nəticəsində sənayesizləşmə, iqtisadi tənəzzül, əhali itkisi və şəhərlərin çürüməsi nəzərdə tutulur. Termin 1980-ci illərdə ABŞ-də populyarlıq qazandı, o zamanlar genişlənən Günəş Kəməri ilə ziddiyyət təşkil edirdi. Pas Kəməri Mərkəzi Nyu Yorkdan qərbə doğru Pensilvaniya, Ohayo, Qərbi Virciniya, Kentukki, İndiana, Miçiqan ştatının Aşağı yarımadası, İllinoys ştatının şimalı, Viskonsin şərqi və Minnesota ştatlarından keçir. Yeni İngiltərə də eyni dövrdə sənaye tənəzzülündən ağır zərbə aldı. 20-ci əsrin ortalarından bəri əvvəllər Amerikanın sənaye mərkəzi kimi tanınan bölgədə ağır sənaye tənəzzülə uğradı.
Taiheiyō kəməri
Taiheiyō kəməri (Yapon dilində: 太平洋 ベ ル ト Taiheiyō beruto; “Sakit okean kəməri”) — Yaponiyada şimaldakı İbaraki prefekturasından cənubdakı Fukuoka prefekturasına qədər təxminən 1200 km uzunluğunda bir meqapoldur. Əhalisi 81 859 345 nəfərdir və ölkə əhalisinin 65% -ni təşkil edir. Bölgə ölkənin sənayesinin və iqtisadiyyatının əsasını təşkil edir və 2007-ci ildə Yaponiya ÜDM-nin 81% -ni əhatə etmişdir.
Təhlükəsizlik kəməri
Təhlükəsizlik kəməri — avtomobillərin ayrılmaz detalı "Volvo PV 544" avtomobili tarixə kəmərin tətbiq olunduğu ilk avtomobil kimi düşüb. 1949-cu ildə bu avtomobildə quraşdırılan üç nöqtədən bərkidilən təhlükəsizlik kəməri iş prinsipinə görə indiki varislərindən seçilmir. Quruluş dəyişməz olaraq qalır, sadəcə olaraq son model təhlükəsizlik kəməri insanın bədəninə görə avtomatik tənzimlənir, sürücü və sərnişinlər rahat hərəkət edə bilirlər. Əvvəlki təhlükəsizlik kəmərləri isə bir vəziyyətdə qalırdı, hərəkət imkanı məhdud idi. Avtomobil sənayesinin tarixi 120 ili keçib. İlk 50 il ərzində heç bir avtomobil etibarlı qoruyucu vasitə ilə təmin olunmayıb. Statistika göstərir ki, bu müddət ərzində təhlükəsizlik kəmərləri tətbiq olunsaydı, bir milyondan çox insanı xilas etmək mümkün idi. Bəlkə də kəmər 120 il əvvəl istehsal olunsa, dünyanın demoqrafik vəziyyəti ayrı cür ola bilərdi. Təhlükəsizlik kəmərini ixtira edən mühəndis Nils Bolin "Volvo" şirkətindən əvvəl aviasiya zavodunda çalışıb. Burada o, katapult oluna bilən oturacaqlar layihələndirib.
Bərk cisimlərin nəzəriyyəsi
Bərk neft məhsulları
Bərk neft məhsulları == Parafinlər == Parafinlər əsasən normal quruluşlu molekulunda 18-35 ataomlu metan sırası, ərimə temperaturu 45-65oC olan karbohidrogen qarışığından ibarətdir. Parafinlərdə adətən bir qədər izoparafin, bir də molekulunda aromatik və naften nüvəli karbohidrogen təşkil edir. Parafin – molekul kütləsi 300-450 olan kristallik quruluşa malik ağ maddədir. Parafinlər əsasən aromatik-keton həlledicilərindən istifadə edərək distillə olunmuş yağ xammalının parafinsizləşdirmə və yağsızlaşdırma yolu ilə alırlar. Əmtəə məhsulları almaq üçün yağsızlaşdırılmış parafinləri sulfat turşusu, kontakt üsulu, süzülmə və hidrogenləşmə yolu ilə təmizləyirlər. Təmizlik səviyyəsinə görə parafinləri yüksək təmizlənmiş və adi təmizlənmişlərə bölünür. Yüksək təmişlənmiş parafinlərin tətbiq sahələri: - yeyinti məhsulları ilə təmasda olan konteynerləri və qablaşdırılma materialın hazırlanmasında; - kosmetik preparatlar hazırlamaq üçün; - əczaçılıq sənayesində; - müxtəlif mumlu tərkiblərin hazırlanmasında. Texniki təyinatlı təmizlənmiş parafinləri istifadə edirlər: - təsərüffatın müxtəlif sahələrində xammal materialı kimi (sintetik yağ turşularının alınmasında, xlorparafinlərin və s.); - kimyəvi məişət məhsullarının, əsasən şamların alınmasında; - müxtəlif növlü kağızların, kartonların, tekstilin, taxta və metal səthlərin hopdurulması və örtülməsi üçün == Serezinlər == Serezinlər- əsasən molekulunda karbon atomlarının sayı 35-dən 55-ə qədər olan izomer və normal quruluşlu parafin karbohidrogenin qarışığından ibarətdir. Serezinlərin tərkibində həmçinin parafin naften və parafin-naften-aromatik karbohidrogenlər vardır. Serezinlər – makrokristallik quruluşa malik maddələrdir.
Bərk cisimlərin nəzəriyyəsi (kitab)
Mütləq bərk cisim dinamikası
Mütləq bərk cisim dinamikası — bir-birinə bağlı cisimlər sisteminin xarici qüvvlələrin təsiri altında hərəkətini öyrənir. Fərz edilir ki, cisimlər mütləq bərkdir, yəni onlar tətbiq edilmiş qüvvələrin təsiri altında deformasiya etmir. Beləliklə, belə sistemlərin analizi sistemin konfiqurasiyasını təsvir edən parametrlərin hər bir cismin başlanğıc konfiqurasiyasının irəlliləmə və fırlanma hərkətlərini təsvir edən parametrlərə azadılması ilə sadələşdirilir. Maye, elastik və plastik xassələrə malik cisimlər belə qanunlarla təyin olunmur. Mütləq bərk sistemin dinamikası hərəkət (kinematika) qanunları və Nyutonun ikinci qanununun (kinetika) tətbiqi ilə təsvir olunur. Bu tənliklərinin həlli, ümumi sistemin və eləcə də onun hər bir komponentinin yerini, hərkətini və təcilini zamandan asılı olan funksiya şəklində müəyyən edir. Robot sistemlərinin analizi üçün Heyvanların, insanların və insana bənzər sistemlərin biomexaniki analizi üçün Kosmik obyektlərin analizi üçün Dinamik əsaslı sensorların, məs. giroskopik sensorların, layihələndirilməsi və inkişafı üçün Video oyunların qrafikasının yaxşılaşdırılması Klassik mexanika E. Leimanis (1965). The General Problem of the Motion of Coupled Rigid Bodies about a Fixed Point. (Springer, New York).
Boru kəməri nəqliyyatı
Boru kəməri nəqliyyatı — ilə məhlul və qaz kimi məhsullar nəql edilir (neft nəqli, neft məhsulu nəqli və qaz nəqli). Boru nəqlinin inkişafı birbaşa neft və qaz sənayesinin inkişafı ilə bağlıdır. Boru ilə neft və neft məhsulları nəqli tanker daşımaları ilə yanaşı bu məhsulların orta və uzaq məsafələrə daşınmasında əsas vasitə hesab edilir. Qaz sənayesinin və qaz nəqlinin inkişafı da elə həmin vəzifəni yerinə yetirməklə bu məhsulların çıxarılması ilə istehlakı arasındakı ərazini (məsafəni) yaxınlaşdırmış olur. == Boru nəqliyyatının fərqliliyi == Bu nəqliyyat digər nəqliyyat növlərindən kifayət qədər fərqlənir. Belə ki, boru xətləri yerin üstü və altında salınmaqla yanaşı, suyun altında da çəkilir. Bununla yanaşı boru nəqliyyatı ən ucuz nəqliyyat növlərindən biri hesab olunur. Boru komərlərinin inşa edilməsi bir sıra təbii və iqtisadi amillərdən asılıdır. Dünyada boru kəmərlərinin coğrafıyası ilk öncə nəql olunan xammal mənbələrinin və istehlakçılarm yerbşməsi əsasında formalaşır. Məhz bu iki mərkəz arasında mövcüd olan məkanın relyefı, infrastruktur şəbəkəsinin yerləşmə xüsusiyyətləri, yaşayış məntəqələrinin yerləşməsi, regionun ekoloji vəziyyəti və digər amillər inşa ediləcək boru xətlərinin istiqamətinin müəyyən edilməsində başlıca rol oynayır.
Drujba neft kəməri
Drujba neft kəməri — Dünyadakı magistral neft boru kəmərləri sistemindəki ən böyüyüdür. 1960-cı illərdə SSRİ "Lengazspetsstroy" müəssisəsi tərəfindən Volqa-Ural neft və qaz bölgəsindən neftin Qarşılıqlı İqtisadi Yardım Şurasının sosialist ölkələrinə çatdırılması üçün qurulmuşdur: Macarıstan, Çexoslovakiya, Polşa və Şərqi Avropada yerləşən Almaniya Demokratik Respublikası. Boru kəməri marşrutu Samaradan Bryanska, oradan Mozira qədər uzanır, sonra iki hissəyə bölünür: şimal (Belarus, Polşa, Almaniya, Latviya və Litva ərazisi boyunca) və cənub (Ukrayna, Çexiya, Slovakiya, Macarıstan və Xorvatiya ərazisi boyunca). Sistemə 8900 km boru kəməri (bunun 3900 km-i Rusiyada), 46 nasos stansiyası, 38 aralıq nasos stansiyası daxildir. Ümumilikdə neft kəməri və anbar təsərrüfatlarında 1,5 milyon m³ neft vardır. Hər il "uzaq xaric" ölkələrinə 66,5 milyon ton , o cümlədən şimal budağı ilə 49,8 milyon ton ixrac olunur. Boru kəmərini Rusiyanın "Transneft" (daha doğrusu, "Transneft Drujba" ASC-nin strukturu)və Slovakiyanın "Transpetrol" şirkəti tərəfindən idarə olunur. Transneft Drujba ASC, həmçinin Baltik dənizindəki Rusiya dəniz limanları ilə Drujbanı birləşdirən Baltik Nəqliyyat Sistemi-II üzrədə fəaliyyət göstərir. 9 fevral 2012-ci ildə Oleg Valentinoviç Bogomolov "Transneft Drujba" ASC-nin baş direktoru təyin edilmişdir. Boru kəmərinin inşasına 10 dekabr 1960-cı ildə başlanıldı, Əlmət inşaatın başlanğıc nöqtəsi oldu.
Nabukko (boru kəməri)
Nabukko Vest qaz kəməri — Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsi. Kəmərin Türkiyə-Bolqarıstan sərhəddindən Avstriyanın Baumqarten un der Març qəsəbəsinə kimi çəkilməsi nəzərdə tutulub. Boru kəmərinin çəkilməsinin məqsədi Avropanın Rusiyadan qaz alışında asılılığını azaltmaqdır. Layihə Avropa Birliyi ölkələri və ABŞ tərəfindən dəstəklənir və Rusiyanın Qazprom şirkətinin həyata keçirmək istədiyi Cənub axını layihəsinə rəqib qismində görülür. Lakin bəzi ekspertlər boru kəməri üçün lazım olan miqdarda təbii qaz ehtiyatlarının olmadığından ehtiyat edirlər. Layihənin əsas xammal tədarükçüsünün Azərbaycan, Türkmənistan və Misirin də həmçinin layihənin təchizatçısı olması ehtimal edilir. Bolqarıstandan başlayıb Rumıniya, Macarıstandan keçərək Avstriyaya qədər uzanması planlaşdırılan bu xəttin ümumi uzunluğu 1 329 km-dir. Nabukko Təbii Qaz Boru Xəttinin minimum 10, maksimum 23 milyard barrel illik daşıma həcminə sahib olması və 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur. 1 329 kilometrlik bu boru xətti layihəsində OMV (Avstriya), Bulgargaz (Bolqarıstan), FGSZ (Macarıstan), Transgaz (Rumıniya) və BOTAŞ (Türkiyə) iştirak edir. Həmçinin, Fransa şirkəti olan Engie (GSZ) SA də 28 may 2013-cü ildə bu layihəyə qoşulmaq istəyini bildirmişdir.
Nabukko qaz kəməri
Nabukko Vest qaz kəməri — Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsi. Kəmərin Türkiyə-Bolqarıstan sərhəddindən Avstriyanın Baumqarten un der Març qəsəbəsinə kimi çəkilməsi nəzərdə tutulub. Boru kəmərinin çəkilməsinin məqsədi Avropanın Rusiyadan qaz alışında asılılığını azaltmaqdır. Layihə Avropa Birliyi ölkələri və ABŞ tərəfindən dəstəklənir və Rusiyanın Qazprom şirkətinin həyata keçirmək istədiyi Cənub axını layihəsinə rəqib qismində görülür. Lakin bəzi ekspertlər boru kəməri üçün lazım olan miqdarda təbii qaz ehtiyatlarının olmadığından ehtiyat edirlər. Layihənin əsas xammal tədarükçüsünün Azərbaycan, Türkmənistan və Misirin də həmçinin layihənin təchizatçısı olması ehtimal edilir. Bolqarıstandan başlayıb Rumıniya, Macarıstandan keçərək Avstriyaya qədər uzanması planlaşdırılan bu xəttin ümumi uzunluğu 1 329 km-dir. Nabukko Təbii Qaz Boru Xəttinin minimum 10, maksimum 23 milyard barrel illik daşıma həcminə sahib olması və 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur. 1 329 kilometrlik bu boru xətti layihəsində OMV (Avstriya), Bulgargaz (Bolqarıstan), FGSZ (Macarıstan), Transgaz (Rumıniya) və BOTAŞ (Türkiyə) iştirak edir. Həmçinin, Fransa şirkəti olan Engie (GSZ) SA də 28 may 2013-cü ildə bu layihəyə qoşulmaq istəyini bildirmişdir.
Sakit okean kəməri
Taiheiyō kəməri (Yapon dilində: 太平洋 ベ ル ト Taiheiyō beruto; “Sakit okean kəməri”) — Yaponiyada şimaldakı İbaraki prefekturasından cənubdakı Fukuoka prefekturasına qədər təxminən 1200 km uzunluğunda bir meqapoldur. Əhalisi 81 859 345 nəfərdir və ölkə əhalisinin 65% -ni təşkil edir. Bölgə ölkənin sənayesinin və iqtisadiyyatının əsasını təşkil edir və 2007-ci ildə Yaponiya ÜDM-nin 81% -ni əhatə etmişdir.
Transxəzər qaz kəməri
Transxəzər qaz kəməri — ideyası ilk dəfə 1997-ci ildə əvvəl Türkiyənin Türkmənistan qazını almaq planları ilə bağlı gündəmə gəlib. Bundan sonra Türkmənistanla Türkiyə arasında qazın alqı-satqısına dair kommersiya sazişi imzalanır. Həmin sazişə əsasən, Türkiyə Transxəzər kəməri vasitəsilə ildə 30 mlrd kubmetr qaz almağa dair öhdəliyi 2000-ci idən başlayaraq öz üzərinə götürür. 1998-ci ilin aprelində Türkmənistan prezidenti Saparmurad Niyazov ABŞ-yə işgüzar səfəri zamanı bu məsələ onun dövlət başçısı Bill Klinton və vitse-prezident Albert Qor ilə görüşlərində yüksək səviyyədə müzakirə mövzusu olmuşdu. 1999-cu ilin 19 fevralında Aşqabadda təntənəli surətdə Transxəzər qaz kəməri layihəsinə dair Türkmənistan hökuməti ilə PGS konsorsiumu arasında müqavilə imzalanır. Müqaviləyə həmçinin ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionunun enerji məsələləri üzrə müşaviri Riçard Morninqstar da imza atır. 1999-cu ilin əvvəlində artıq layihənin texniki-iqtisadi əsaslandırılmış layihəsi mövcud idi və Transxəzər kəmərinin 28 ay müddətində həm türkmən hissəsinin, həm də sualtı hissəsinin tikilməsini başa çatdırmaq nəzərdə tutulurdu. Azərbaycan və Gürcüstan üzərindən keçəcək yerüstü hissə Ərzurumda başa çatmalıydı. O zaman türkmən qazının Avropa bazarına çıxarılması ilə bağlı layihə gündəmdə deyildi: əsas və perspektiv bazar kimi Türkiyə nəzərdən keçirilirdi. O zaman həm Rusiya, həm də İran Transxəzər qaz kəmərinin əleyhinə müxtəlif səviyyələrdə iş aparırdılar.
TƏPH (qaz kəməri)
TƏPH qaz kəməri — uzunluğu 1,735 km olan, Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan ərazisindən keçən,Ş inşa edilməkdə olan qaz kəməri. Layihənin gücü illik 33 mlrd m³²-dir. Belə düşünülür ki, layihənin dəyəri 8 - 10 mlrd ABŞ dollarıdır. Layihənin işə düşməsi 2017-ci ilə planlaşdırılırdı, ancaq sonraya saxlanılmışdır. Kəmərin ümumi uzunluğu 1 735 kilometrdir. Türkmənistan ərazisindən 200 km, Əfqanıstandan 735 km, Pakistandan 800 km keçməklə Hindistana uzanır. Qaz kəmərinin Əfqanıstanın Herat, Qəndahar şəhərlərindən keçməklə, ən sonda Pakistan-Hindistan sərhəddində, Fazilka qəsəbəsində bitəcəkdir. Qaz kəmərinin gücünü təmin etmək məqsədi ilə Türkmənistanın ən böyük qaz yatağı olan «Qalkınış» seçilmişdir. 2018-ci ildə bu qaz kəməri ilə sutka ərzində 90 mln m³ qaz ixrac edilə bilər. Bunun 38 mln m³ Hindistana ixrac edilməlidir.
Cənubi Qafqaz boru kəməri
Bakı-Tbilisi-Ərzurum Boru Xətti — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir. 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. 2012-ci il oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Erzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb. 2015-ci il avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 2015-ci il sentyabrın 3-də kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "APA-Economics"ə bildirdiyinə əsasən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.
Kirkuk-Ceyhan neft kəməri
Kərkük-Ceyhan neft kəməri (İraq-Türkiyə neft nəqledici) — 970 kilometr neft nəqli, Kərküklə Ceyhanı birləşdirən İraqın ən böyük neft nəql etmə sistemi. Neftin ötürülməsi diametri 1, 170 və 1,020 millimetr olan 2 boru ilə həyata keçirilir. Neft nəqletmə qabiliyyəti gün ərzində 1,100 və 500 min barel təşkil edir. Neft nəqli qurğuların ötürmə qabiliyyətinə uyğun tam gücdə istifadə edilmir. 2013-cü ildə Nasos stansiyasında işlərdən sonra İraqın şimalında onunla ötürülən neftin həcmində artım müşahidə olunmuşdur. Belə ki, bu rəqəm 300 dən 500-600 min barelə qədər yüksəlmişdir. Bir çox yerlərdə borular əsaslı təmirə ehtiyac duyur. 2003-cü ildə İraq tərəfdən neft nəqli çoxsaylı sabotaj hərəkətlərinə görə çətinləşdi. 2009-cu il 26 oktyabr tarixində Mosul ətrafında borularda problem yarandı. 2015-ci il iyul ayının 29-da Türkiyədən 18 km sərhəddə boruların bir hissəsi partladıldı.
Kərkük-Ceyhan neft kəməri
Kərkük-Ceyhan neft kəməri (İraq-Türkiyə neft nəqledici) — 970 kilometr neft nəqli, Kərküklə Ceyhanı birləşdirən İraqın ən böyük neft nəql etmə sistemi. Neftin ötürülməsi diametri 1, 170 və 1,020 millimetr olan 2 boru ilə həyata keçirilir. Neft nəqletmə qabiliyyəti gün ərzində 1,100 və 500 min barel təşkil edir. Neft nəqli qurğuların ötürmə qabiliyyətinə uyğun tam gücdə istifadə edilmir. 2013-cü ildə Nasos stansiyasında işlərdən sonra İraqın şimalında onunla ötürülən neftin həcmində artım müşahidə olunmuşdur. Belə ki, bu rəqəm 300 dən 500-600 min barelə qədər yüksəlmişdir. Bir çox yerlərdə borular əsaslı təmirə ehtiyac duyur. 2003-cü ildə İraq tərəfdən neft nəqli çoxsaylı sabotaj hərəkətlərinə görə çətinləşdi. 2009-cu il 26 oktyabr tarixində Mosul ətrafında borularda problem yarandı. 2015-ci il iyul ayının 29-da Türkiyədən 18 km sərhəddə boruların bir hissəsi partladıldı.