KASKAD (PİLLƏLİ ŞƏLALƏ)

(frans. cascade, ital. cascata-iti sürətlə aşağı düşmək)-yuxarıdan pillələrlə düşən təbii, yaxud süni şəlalə (mis: ABŞ ın Yosemiti-Krik çayında Yosemit şəlaləsi, ümumi hündürlüyü-727 m). каскад kascade
KARTOQRAFİK TƏSVİR
KATAKLAZ
OBASTAN VİKİ
Kaskad
Şəlalə
Şəlalə — Çay yatağı boyu bərk süxurları yuyub keçə bilmədiyi hissələrində əmələ gəlmir. Su bir neçə çıxıntıdan töküldükdə şəlalələr kaskadı əmələ gəlir. Yer kürəsində ən hündür şəlalələr Anhel (1054 m, Venesuela, Çurun çayı), Tugela (933 m, CAR, Tugela çayı) və Yosemitidir (727.5 m, ABŞ, Mersed çayı). Viktoriya şəlaləsinin (120m) eni 1800 m, Niaqara şəlaləsinin (51 m) eni 1100 m-dir.Stenli və Lvinqston şəlaləsi-konqo çayı, İquasa şəlaləsi - parana çayı Azərbaycanda bir neçə kiçik şəlalə (Mucuq, Afurca və s.) vardır. Şəlalənin əsas iki tipi vardır: Niaqara tipli şəlalə — bu tip şəlalənin eni hündürlüyündən xeyli artıq olur. Məsələn, Şimali Amerikada Niaqara şəlaləsi. Josemiti tipli şəlalə — bu tipdə olan şəlalədə su xeyli ensiz zolaqla çox hündürdən tökülür. Məsələn, Kaliforniyada Josemiti, Cənubi Amerikada Anhel və s.
Differensial kaskad
Differensial kaskad və ya Differensial gücləndirici kaskad — iki girişi olan gücləndirici kaskaddır, və o bu girişlərə tətbiq edilmiş gərginliklərin fərqini – differensial siqnalları gücləndirir. Əgər hər iki girişə eyni gərginlik verilərsə (sinfaz siqnal), gücləndirilmə çox kiçik olacaq, yəni, differensial gücləndirici sinfaz siqnalları gücləndirmir. Gücləndirici sxemlərin əksəriyyəti sabit gərginliyi gücləndirmək üçün istifadə edilə bilməz. Çünki bu qurğulara gücləndirilən siqnaldan əlavə sürüşmə gərginliyi də verilməlidir. Lakin, gücləndirilərkən sabit gərginliyi sürüşmə gərginliyindən ayırmaq mümkün deyil. Differensial kaskadlar bu prodlemi tam həll edir. Sinfaz siqnalların söndürülməsi differensial kaskadların çox mühüm və faydalı xassəsidir. Bu xassə onlara böyük təhrifedici sinfaz siqnalların fonunda kiçik siqnalları ayırmağa, siqnaları öz aralarında və ya verilmlş səviyyəli siqnallarla müqayisə etməyə, həmçinin siqnallarla bir sıra başqa əməliyyatlar aparmağa imkan verir. Odur ki, differensial kaskadlar bir çox elektron sxemlərin əsas komponentidir. Differensial kaskadların daha bir böyük üstünlüyü var.
Stillərin kaskad cədvəlləri
CSS (ing. Cascading Style Sheets) — sənədin xarici görünüşünün, işarələmə dilinin istifadəsi ilə yazılmış, formal təsvir dili. Adətən HTML və XHTML işarələmə dillərində yazılmış veb-səhifələrin təsviri və tərtibatı üçün istifadə edilir, lakin istənilən digər XML sənədlərə, məsələn, SVG və ya XUL-a da tətbiq edilə bilər. HTML sənədlərini yaradarkən veb-dizaynerlər müxtəlif mürəkkəb məsələlərlə qarşılaşırlar: müəyyən abzas daxilində şifrələrin dəyişdirilməsi; mətnin və ya təsvirin sənədin hər hansı bir yerində yerləşdirilməsi; mətnin və ya fonun rənginin dəyişdirilməsi; müxtəlif verilənlər cədvəllərinin format edilməsi və s. Bu işləri standart üsulla da yerinə yetirmək olar, yəni HTML dilində hər bir abzası ayrıca əmrlər yığımı ilə təsvir etmək mümkündür. Bu halda proqramın yazılması prosesi həddən artıq çətinləşəcək, sənədin ölçüsü isə çox böyük olacaq. Bu işi sadələşdirmək üçün səhifələrə CSS standartında yerinə yetirilmiş xarici fayl qoşulur və həmin faylda istifadə olunmuş xüsusi makrodil vasitəsilə səhifə birdəfəlik formatlaşdırılır. Başqa sözlə, CSS faylı burada şablon kimi istifadə edilir ki, onun köməyilə HTML sənədlərində mətnlər, cədvəllər və digər elementlər formatlaşdırılır. CSS standartından heç bir məhdudiyyət qoyulmadan istənilən serverdə istifadə etmək olar. CSS kodları, HTML kodlarının içinə yazıla bildiyi kimi xarici bir CSS faylı yaradılaraq da əməliyyat yaradıla bilir.
Qanlı şəlalə
Qanlı şəlalə — qan-qırmızı dəmir oksidli axar olaraq Taylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Dəmirlə zəngin olan duzlu su kiçik çatdan çıxır. Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür. Bu göl dağ arası dərələrin dəniz suyu ilə dolması nəticəsində əmələ gəlir. Bu göl təxmini olaraq 4-1,5 mln il öncə buz qatının altında qalmışdır. Göl suyunun duzluğu okean suyunun duzluğunu 10 dəfə üstələyir. Bu səbəbdən su hətta –10 °C temperaturda belə göl donmur. Qırmızı su mənbəyi 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilmişdir. İlk əvvəllər suyun qırmızı olması Qırmızı yosunla əlaqəli olması düşünülsə də sonradan paslanmış dəmir olması müəyyən edilmişdir. Göldən axan su qrunt tərkibində olan dəmirin oksidləşməsi nəticəsində əmələ gəlir.
İquasu (şəlalə)
İquasu şəlaləsi (isp. Cataratas del Iguazu, port. Cataratas do Iguaçu) — Cənubi Amerika qitəsində, Braziliya ilə Argentinanın sərhəddində, İquasu Milli Parkının ərazisində yerləşən, 1984 cü ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmiş təbiət abidəsi. “Iguazu” quarani dilində “I” - su və “guasu” - böyük deməkdir. Şəlalə ətrafı ərazilərinin yerli sakinləri quaranilər və kaynqanqlar sayılırlar. Şəlaləni ilk aşkar edən avropalı konkistador Kabesa de Vaka hesab edilir. O, 1541 ci ildə Eldorado ölkəsinin xəzinəsini axtarmaq məqsədilə Parana çayını cəngəlliklərin arası ilə üzü yuxarı üzərkən İquasu şəlaləsini aşkar etmiş və onu isp. Considerable - “əhəmiyyətli” adlandıraraq, “su qovucuqları suyun səthindən yüksəkliyə sıçrayır”. Şəlalənin ən böyük hissəsi “İblis boğazı” (isp. Garganta del Diablo) “U” formasında olub, eni 150 və uzunluğu isə 700 metrə çatır.
Şəlalə (1981)
Şəlalə (jurnal)
"Şəlalə" jurnalı (az-əbcəd. شلاله‎) — Azərbaycanda nəşr olunan ədəbiyyat jurnalı. "Şəlalə" jurnalının ilk nömrəsi 1913-cü il yanvar ayının 19-da işıq üzü görüb. Son nömrəsi isə 4 yanvar 1914-cü il tarixdə nəşr edilməklə cəmi 56 sayıda çıxmışdı.
Şəlalə Hüseynova
Hüseynova Şəlalə Məhərrəm qızı (19 iyul 1975) — Yer elmləri üzrə fəlsəfə doktoru, AMEA Neft və Qaz İnstitutunun elmi katib. Şəlalə Hüseynova 19 iyul 1975-ci ildə Qazaxıstan Respublikası nda anadan olmuşdur. 1992-1997-ci ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsi, mühəndis-geoloq olaraq bitirmiş, 2003-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə daxil olmuş və 2008-ci ildə oranı bitirmişdir. 2008-ci ildə AMEA Geologiya və Geofizika İnstitutunun doktoranturası üzrə təhsil almışdır. Müəllif tərəfindən yaradılmış geoloji, geofiziki, termobarik və geokimyəvi elektron məlumat bazası əsasında Bakı arxipelaqı neft və qaz rezervuarlarının 3D və karbohidrogen sistemlərinin 2D modellərinin qurulması və karbohidrogen potensialının qiymətləndirilməsi. Hövzə modelləşdirilməsinin nəticələri əsasında Bakı arxipelaqında flüid generaqsiya intervalının təyin olunması; Eosen, oliqosen-miosen və alt pliosen çöküntülərində karbohidrogenlərin genereğasiya ocaqlarının aşkar edilməsi və onların zaman və məkanca təkamülünün analizi; neft-qaz ana süxurlarının generasiya potensialının realizə dərəcəsinin qiymətləndirilməsi. 3D struktur, litofasial və petrofiziki modelləşdirilməsi əsasında Bakı arxipelaqında Məhsuldar Qatın kollektor süxurlarının xüsusiyyətlərinin dəyişmə qanunauyğunluqlarının aşkar olunması. 2D və 3D hövzə modelləşdirilməsi əsasında Bakı arxipelaqının dərinə gömülmüş çöküntülərinin neft-qazlılıq perspektivlərinin qiymətləndirilməsi və perspektivlik dərəcəsinə görə zonalara ayrılması. Ş.Hüseynova 2013-2016-cı illərdə Bakı Dövlət Universitetinin Geologiya fakültəsi Ümumi və tarixi geologiya kafedrasında saat hesabı qaydada müəllim, 2014-2016-ci illərdə Bakı Ali Neft Məktəbinin Neft və qaz mühəndisliyi kafedrasında müqavilə əsasında müəllim, 2017-ci ildən ADNSU-nun Neft-qaz geologiyası kafedrasında əvəzçi müəllim və AMEA Neft və Qaz İnstitutunun magistraturası vəzifələrində çalışmışdır. Ş.Hüseynova Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı ixtisası üzrə “Hövzə modelləşdirilməsi texnologiyası əsasında Bakı arxipelaqının karbohidrogen potensialının qiymətləndirilməsi” mövzusunda dissertasiya müdafiə edərək Yer elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
Şəlalə Məmmədova
Şəlalə Ağakərim qızı Məmmədova (19 iyun 1952, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyanın sədri, "Azərbaycan Respublikasının Əməkdar hüquqşünası" (2008). Məmmədova Şəlalə Ağakərim qızı 19 iyun 1952-ci ildə Salyan şəhərində anadan olmuşdur. 1970-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, həmin təhsil müəssisəsini 1977-ci ildə bitirib. Ailəlidir, 1 övladı var. 1969–1970 Bakı şəhəri, Buzovna qəsəbəsi, Mədəniyyət sarayında uşaq sektorunun müdiri. 1970–1971 M. F. Axundov adına Respublikası kitabxanasında kitabxanaçı. 1972–1977 Respublika Prokurorluğunda ümumi şöbədə katibə. 1977–1982 Respublika Prokurorluğunda məhkəmədə baxılan mülki işlərin nəzarəti üzrə şöbəsində prokuror və böyük prokuror vəzifəsində işləmişdir. 1982–2000 Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olmuşdur. 2000-ci ilin iyul ayından Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.
Şəlalə Quliyeva
Şəlalə Şahvələd qızı Quliyeva (23 yanvar 1977, Mingəçevir) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2012). Quliyeva Şəlalə Şahvələd qızı 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin "Ah, Paris…Paris!.." satirik komediyasınının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol almışdır. 1996-cı ildə Akademik Teatrın aktrisasıdır. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa etmişdir. 2004-cü ildə Gənclər, İdman və Turizm nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatlandırılıb. 2011-ci ildə Moskvada Beynalxalq teatr məktəbinin aktyor sənəti üzrə ali kursunun məzunudu.
Şəlalə Zeynalova
Şəlalə Kərəm qızı Zeynalova (Füzuli rayonu) — Azərbaycanlı baytar (veterinar), tədqiqatçı-alim, Aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent. Az. BETİ 3-cü Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyasının direktoru 50-dən çox elmi məqalələrin və tezislərin müəlifidir. 2 dərs vəsaiti, 1 monoqrafiya və 3 elmi-metodiki təlimatın müəllifidir. Bir çox beynəlxalq və yerli layihələrin tərtibatçısı, beynəlxalq elmi-tədqiqat konfranslarının iştirakçısı və məruzəçisi, işçi qruplarının üzvü olmuşdur. Zeynalova Şəlalə Kərəm qızı 9 yanvar 1978-ci ildə Füzuli rayonunda anadan olmuşdur. Ailəlidir, iki övladı var. 1994–98-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə, Kənd Təsərrüfatı Akademiyasının Baytarlıq ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2010–2014-cü illərdə Baytarlıq Elmi-Tədqiqat İnstitutunda doktorantura təhsili alıb.
Şəlalə modeli
Şəlalə modeli — proqram yazılarkən bir layihənin ərsəyə gətiriliməsində istifadə olunan modeldir. Şəlalə modeli 4 hissədən ibarətdir. Təhlil (analiz) Dizayn Tətbiq Test Proqramların yazılmasında ən məşhur olan bu model digərlərinin təməlini təşkil edir. Mərtəbələr arası keçidlər tez-tez olan bu modeldə geriyə dönüş bahalı ola bilər. Buna görə hər bir mərhələ diqqətlə incələnməlidir. Bu modeldə hər bir mərhələdən sonra yoxlama məqsədi ilə, layihə gözdən keçirilir. Bu gözdən keçirmənin nəticəsində ya cari mərhələ yenidən işlənilir, ya da ki, növbəti mərhələyə keçilir. İlk olaraq Layihənin təhlili aparılır. Ediləcək olan bütün əməliyyatların siyahısı çıxarılır və SRS (Software requirements specifications , proqram ehtiyac özəllikləri) sənədi hazırlaır. Bu sənədlə birlikdə bir təhlil hesabatı çıxarılır.
Şəlalə Şahvələdqızı
Şəlalə Şahvələd qızı Quliyeva (23 yanvar 1977, Mingəçevir) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2012). Quliyeva Şəlalə Şahvələd qızı 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin "Ah, Paris…Paris!.." satirik komediyasınının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol almışdır. 1996-cı ildə Akademik Teatrın aktrisasıdır. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa etmişdir. 2004-cü ildə Gənclər, İdman və Turizm nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatlandırılıb. 2011-ci ildə Moskvada Beynalxalq teatr məktəbinin aktyor sənəti üzrə ali kursunun məzunudu.
Çayqovuşan (şəlalə)
Çayqovuşan – İsmayıllı rayonunun Çayqovuşan, İstisu və Qalacıq kəndlərinin yaxınlığında yerləşən şəlalə. Şəlalə birbaşa çaya tökülən kiçik və yüksəklikdə yerləşən nisbətən böyük olmaqla iki hissədən ibarətdir.
Şəlalə Həsənova
Şəlalə Həsənova — Baki Slavyan Universitetinin jurnalistika kafedrasının professoru,Azərbaycan Respublikasının əməkdar jurnalisti 2018 - Professor əvəzi (Bakı Slavyan Universitetinin jurnalistika kafedrası üzrə) 2017 - Dosent 2011 - Dosent əvəzi 2004 - Filologiya üzrə fəlsəfə doktoru 1980 - Bakı Dövlət Universiteti, filologiya fakültəsi (fərqlənmə diplomu ilə) 1975 — 189 №-lı orta məktəb (qızıl medalla) 2023.04 -h/h Baki Slavyan Universitetinin jurnalistika kafedrasının professoru 2022.26.01- 2023.04 Baki Slavyan Universitetinin rektorunun müşaviri: 2016- 2022 Baki Slavyan Universiteti (BSU), Jurnalistika kafedrasının müdiri; 2010 - 2016 BSU, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası, müdir müavini; 2009- 2010 “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi, sədr; 1999-2009 Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, dövlət qulluğunun müşaviri; 1997-1999 “NİKOİL” İnvestisiya Şirkəti, icra aparatının rəhbəri; 1995-1997 Azərbaycan Respublikasının Xarici İqtisadi Əlagələr Nazirliyi, mətbuat katibi; 1981-1995 “Azneft” birliyinin (hazırda SOCAR) elmi-tədqiqat stansiyası, Neft Akademiyasının xaricilər üçün rus dili kafedrası, “Aqroprom”-un “Kənd təsərrüfatı xəbərləri” jurnalı, “Bakı-Baku” qəzetinin siyasi şöbəsi, Yazıçılar Birliyinin “Литературный Азербайджан” jurnalında çalışmışam. Dövlət təşkilatları və yaradıcılıq birliyinin ödülləri 1996 - “Humay” mükafatı -Yazıçılar Birliyinin təqdimatı ilə ən yaxşı elmi-tədqiqat əsərinə görə; 2015 - Fərdi təqaüd - Yazıçılar Birliyinin Prezident fondundan; 2017 - Diplom - QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi Filmlər Festivalında “Qafqaza erməni köçü xronikası” filmimə görə; 2018 - Fəxri Fərman - Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyi tərəfindən “Yaradıcılıq və innovasiya sahəsində nailiyyətlərə görə”; 2018 - Medal - Rövşən Mustafayev adına Beynəlxalq fond tərəfindən “Azərbaycan həqiqətlərinia ictimaiyyətinə düzgün çatdırılmasına görə”; 2018 -Təşəkkürnamə - ABŞ, Nyu-York ş. Bruklin rayonunun başçısı Eric L. Adams tərəfindən Azərbaycan mədəniyyəti və tarixini Amerika ictimaiyyətinə tanıtıma görə; 2019 - Türkiyə, İstanbul ş. “Yılın en iyi PR uzmanı” - “Türkiye-Azerbaycan kardeşlik ödülleri” müsabiqəsi. 2005- “İctimaiyyətlə Əlaqələrin İnkişafina kömək” İctimai Birliyinin təsisçisi və sədri; 2008-h/h erməni yalanlarının ifşasına yönəlmiş informasiya savaşı istiqamətində saytlar və filmlərin hazırlaası, PR və kommunikasiya üzrə treninqlərin keçirilməsi; 2016-Riqada keçirilmiş Beynəlxalq elmi konfransda erməni professoru, qondarma “erməni genosidi” muzeyinin sabiq direktoru Ayk Demoyana qarşı çıxışım İnternetdə iki milyondan çox baxış yığmışdır.Baxhttps://youtu.be/bjRunGnPhXA 2017- GHT-lərə dövlət dəstəyi şurasının keçirdiyi sənədli filmlər festivalında “Qafqaza erməni köçü xronikası” filminə görə diplom; 2015-2018 - “Ermənilərin Qafqaza köçü xronikası”, “İlk xristian ölkəsinin izi ilə”, “İrəvanda azərbaycanlıların izi ilə”, “İrsimizə atəş açmayın” adlı sənədli filmlərimin ABŞ, Macarıstan, Latviya, Rusiya, Ukrayna, Gürcüstanda xarici ictimaiyyətə təqdimatı;2019 – “Azərbaycan Ermənistanı” interaktiv xəritə” adlı https//realmap.az saytının hazırlanması. 02.2018 - «Türkmənçay Sülhg müqaviləsi -190: tarixi həqiqətin izi ilə” Beynəlxalq konfransın təşkili və keçirilməsi. QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə yardımı ilə; 11.2018 - İrəvan haqqında filmin Amerikada təqdimatı və ictimai müzakirənin təşkili. QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə yardımı ilə; 10.2019 - “Azərbaycan Ermənistanı” interaktiv xəritəsinin hazırlanması və təqdimatı. AR Gənclər və İdman nazirliyinin maliyyə yardımı ilə; 2019 - Ictimaiyyətlə əlaqələr üzrə tədrisin təkmlləşdirilməsi üçün “PR Ensiklopediyası”nın hazırlanması. QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə yardımı ilə; 2020 - “Fərdi elektron pəncərə məlumat sistemi”-nin təkmilləşdirilməsi üçün modullarin hazirlanması və mövcud resursların səmərəli istifadəsi.
Mamırlı şəlalə (Qax)
Mamırlı şəlaləsi Qax rayonunun Ləkit kəndində, Ləkit Kötüklü kəndinə gedən sıx meşənin dərinliyində yerləşir. Çox nadir şəlalədir. Qayalardan yüzillər boyu süzülərək axan su bunların üstündə sıx mamır bitməsinə səbəb olub. Bu mamırlar qayaları elə örtüb ki, sanki yaşıl xalça sərilib. O qədər sıx ağac bitib ki, əraziyə heç vaxt gün işığı düşmür və bura daim sərin olur. Şəlalə ətrafı piknik cənnətidir. Ləkit və Kötüklü kəndinə gələn turistlər mütləq buraları gəzməyə çıxırlar. Dəniz səviyyəsindən 550 m hündürlüyündə yerləşən Mamırlı şəlalənin hündürlüyü 15 m, eni 30 metrdir. Qax rayonunun Ləkit kəndində yerləşən Mamırlı şəlalə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2006-cı il tarixli 190 saylı qərarı ilə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınıb və dövlət tərəfindən mühafizə olunur.
Şəlalə (film, 1981)