katar

is. tib. catarrhe m ; mədə ~ı gastrite f

kataloqçu
katarakt
OBASTAN VİKİ
Eksudativ-kataral diatez
EKD ətraf mühitin qıcıqlarına qarşı dəri və selikli qişalarda baş verən dəyişikliklərlə təzahür edən uyğunlaşma pozuntusudur. O, mədə-bağırsaq traktının fermentativ sisteminin yaş xüsusiyyətləri, immun sisteminin vəziyyəti və ətraf mühitin orqanizmə təsiri ilə əlaqədardır. Bətndaxili inkişafa mənfi təsir edən amillər – dölün hipoksiyası, mərkəzi sinir sisteminin perinatal zədələnməsi, infeksion xəstəliklər, çoxsaylı medikamentoz müalicələr, qidalanmanın xarakteri EKD yaradan səbəblərdəndir. Bu zaman genetik faktor da mühüm əhəmiyyət kəsb edir və çox hallarda EKD-li körpələrin valideynləri də uşaq ikən bu vəziyyətdən əziyyət çəkirlər. == Kliniki əlamətləri == EKD-li uşaqlarda həyatın ilk həftələrindən dəridə davamlı bişməcələr, dərinin quru və avazımış olması, başın tüklü hissəsində çətin təmizlənən qartmaq, yanaqların dərisinin qızarması və qabıqlanması (bu, soyuq havanın təsirindən daha da kəskinləşir), içərisinə maye yığılan və qaşınan düyüncüklər və artıq çəki müşahidə oluna bilər. Eyni zamanda gözlər, bronxlar, ağız boşluğu, mədə-bağırsaq sisteminin selikli qişaları da bu prosesə cəlb oluna bilir. EKD-li uşaqlarda kliniki əlamətlərin kəskinləşməsi qidalanmanın pozulması və bəzən də iqlim şəraiti səbəbindən baş verir. == EKD-nin profilaktikası == EKD-nin profilaktikaslna ilk növbədə hamiləlik dövründə başlamaq məsləhətdir. Bunun üçün gələcək ana öz qida rasionundan allergenləri mümkün qədər çıxarmalı, ginekoloq isə dölün bətndaxili inkişafına nəzarət etməlidir. Uşağı doğum evindən evə gətirən andan onu əhatə edən mühitdəki allergenləri mümkün qədər aradan qaldırmaq lazımdır.
Katara
Katara (çin. 卡塔拉 Kǎ Tǎ Lā) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialının və Sonuncu hava maqı filminin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. Birinci serialın əvvəlində Katara Cənub qütbdə tək bir su maqı idi. == Yaradılması və konsepsiyası == Yayılmamış pilot seriyasında Kataranın adı Kaya (ing. Kya) idi. Nickelodeon-un hüquq şöhbəsi həmin adın Kya: Dark Lineage video oyunuda artıq işləndiyini öyrənəndə ona veto qoymuşdu. Bundan sonra Kanna adı təklif olunub, amma o daha sonra Kataranın nənəsi üçün işlənilib. Kia isə Kataranın anası olub. Bundan başqa, orijinal konsepsiyada baş personajların yaşı aşağı olmalı idi. Lakin sonra, icraçı prodüsser Erik Kolmen Nickelodeon yetkinləşmə süjeti istəmədiyini xəbər vermişdi.
Katarakta
Katarakta və ya Mirvari suyu — göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması ilə nəticələnən göz xəstəliyidir. Katarakta bəbəyin arxasında yerləşən və görməmizdə vacib rol oyanayan büllurun şəffaflığını itirərək bulanıqlaşması və tədricən görmənin itməsinə səbəb olan xəstəlikdir. Yunan dilindən tərcümədə katarakta – "şəlalə" deməkdir. Qədim yunanlar belə hesab edirdilər ki, katarakta zamanı bəbəyin bulanıq boz rəngi onun üzərinə şəlalə kimi düşən və görməni zəiflədən pərdə ilə bağlıdır. Kataraktalı xəstə ətrafa sanki "çirkli pəncərə" arxasından baxır. Xəstəliyin son həddində gözün rəngi mirvariyə oxşadığından, xalq arasında kataraktaya "Mirvari suyu" da deyilir. Katarakta yaşla bağlı yaranan xəstəlik olub, əsasən orta yaşdan yuxarı şəxslərdə rast gəlinsə də- yenidoğulmuşlarda, şəkərli diabet xəstələrində, göz nahiyyəsindən travma alan şəxslərdə, uzun müddət kortizolla müalicə alan xəstələrdə də yarana bilər. Əlamətləri: Görmənin tədricən zəifləməsi İşığa həssaslığın artması (gözlərin qamaşması) İkili görmə Oxumanın çətinləşməsi Gecə görmənin zəifləməsi Rəngləri solğun və ya sarımtıl görmə Göz önündə ləkələrin görünməsi Eynək nömrələrinin sürətlə dəyişməsi Bulanıqlığın büllurun hansı hissəsindən başlanmasından asılı olaraq klinikada bəzi dəyişikliklər ola bilər. Belə ki, bulanıqlıq büllurun mərkəzində yerləşdikdə (nüvə kataraktası) uzağı görmə zəifləyir, əşyalar dumanlı görünür. Belə xəstələr axşamlar gündüzə nisbətən daha yaxşı görür.
Katarina Beresova
Katarina Beresova (10 oktyabr 1987, Trebişov, Slovakiya) — Slovakiyalı marafonçu. Katarina Beresova Slovakiyanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Katarina Beresova həm də 2015-ci ildə Bakıda baş tutan I Avropa Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Katarina Beresova birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 11 saniyəyə qət edərək 118 marafonçu sırasında 99-cu yeri tutdu. Katarina Beresova növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 50 dəqiqə 54 saniyəyə qət edərək 157 marafonçu sırasında 107-ci yeri tutdu.
Katarina Bulatoviç
Katarina Bulatoviç (15 noyabr 1984) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Katarina Bulatoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Katarina Bulatoviç Monteneqro yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Monteneqro yığması, Rio-de-Janeyro Olimpiadasını 11-ci yerdə başa vurdu.
Katarina Lorenso
Katarina Lorenso (isp. Catarina Lorenzo) — Salvadordan olan braziliyalı iqlim fəalı. == Erkən həyat == Katarinanın nənə və babası ətraf mühitin müdafiəsi üzrə fəallar olmuşdur. O, çayları və meşələri qorumaq üçün tətillərdə iştirak edərək böyüyür, həmçinin sörfinqdən həzz alırdı. == Fəaliyyəti == 23 sentyabr 2019-cu ildə o və Qreta Tunberq, Aleksandriya Villasenor, Ayaha Melitafa və Karl Smit də daxil olmaqla digər 15 uşaq hökumətin iqlim böhranı ilə bağlı fəaliyyətsizliyinə etiraz olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə şikayət edir. Xüsusilə şikayətdə beş ölkənin, yəni Argentina, Braziliya, Fransa, Almaniya və Türkiyənin Paris Sazişindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi iddia edilir. O, bu yaxınlarda beynəlxalq gənclərin ətraf mühit hərəkatı olan Greenkingdoma qoşulub və burada hərəkatın Braziliya bölməsinin koordinatoru kimi işləyir. İndi o, gənclər hərəkatının banisi olan Hindistandan olan 14 yaşlı ekoloq və iqlim dəyişikliyi fəalı Samir Yasin ilə birgə fəaliyyət göstərir.
Katarina Simonoviç
Katarina Simonoviç (25 oktyabr 1994) — Serbiyalı üzgüçü. Katarina Simonoviç Serbiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Katarina Simonoviç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 400 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 4:15.57 saniyəlik nəticəsi ilə 23-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Katarina Sousa
Katarina Sousa (d. 27 aprel 2000) — Anqolalı üzgüçü. Katarina Sousa Anqolanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Katarina Sousa birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 32.24 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 56-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Katarina Sparer
Katarina Sparer (d. 22 fevral 1990; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Katarina Sparer İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Katarina Vitt
Katarina Vitt (alm. Katarina Witt‎; 3 dekabr 1965 və ya 1964, Ştaken[d], Qərbi Berlin) — dünya şöhrətli şərqialmaniyalı fiqurçu, film sənətçisi. Katarina Vitt, 1984-cü ildə Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarının və 1988-ci ildə Kalqaridə baş tutan XV Qış Olimpiya Oyunlarının çempionu olub. O, üç dəfə (1932, 1936, 1940) Olimpiya Oyunlarının qalibi olan Norveç nümayəndəsi Sonya Henidən sonra 2 dəfə Olimpiya Oyunlarının çempionu olmağı bacaran yeganə idmançıdır. Katarina Vitt 1984, 1985, 1987 və 1988-ci illərdə Dünya Çempionatının qızıl medalına sahib olub. 1983, 1984, 1985, 1986, 1987 və 1988-ci illərdə Avropa Çempionatının qalibi olan Katarina Vitt, 1981-ci ildən 1988-ci ilə qədər Şərqi Almaniya Çempionatının 8 dəfə çempionu olub və 1984-cü ildə Şərqi Almaniyada ilin qadın idmançısı seçilib. Karyerasını başa vurduğdan sonra film sahəsində çalışan Katarina Vitt, 1990-cı ildə nüfuzlu "Emmi" televiziya mükafatına layiq görülüb. 32 yaşında «Playboy» jurnalı üçün ehtiraslı pozlar verən Katarina Vitt, bir-sıra televiziya verilişlərinin aparıcısı olub. Karyerası ərzində 39 yarışa qatılan Katarina Vitt, onların 24-də qızıl medal, 6-da gümüş medal, 1-də isə bürünc medal qazanıb. 8 yarışda medal qazana bilməyən Katarina Vitt, ən çox Dünya və Avropa çempionu olan alman fiqurçudur.
Katarina burnu
Katarina burnu — Varoli burnu kimi də tanınan, Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şimalda yerləşən qayalardan ibarət burundur. Burun Dreyk boğazından 1.5 km şimalda yerləşmişdir. Burun Nevestino buxtasından isə şimal-şərqdə yerləşmişdir. Ərazi 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Burun 1820-21-ci illərdə Amerika heyəti ilə Cənubi Şetland adalarına gələn və kapitanı Cozef Henfild olan Katarina gəmisinin adını daşıyır. == Yerləşməsi == Fort Vilyam burnundan 7.24 km şimal-şərqdə, Hammer burnundan 2.08 km şimal-şərqdə, Nevell burnundan 5.27 km şimal-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Çili xəritəsinə 1971-ci ildə Argentina xəritəsinə 1980-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map.
Katarjina Kovalska
Katarjina Kovalska (7 aprel 1985, Lipno, Polşa) — Polşalı marafonçu. Katarjina Kovalska Polşanı 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Katarjina Kovalska birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında 3000 metr məsafəyə maneəli qaçış yarışlarında qüvvəsini sınadı və məsafəni 9 dəqiqə 47.02 saniyəyə qət edərək 47 atlet sırasında 30-cu yeri tutdu. Katarjina Kovalska özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Katarjina Kovalska 3000 metr məsafəyə maneəli qaçışda təsnifat mərhələsində məsafəni 9 dəqiqə 48.60 saniyəyə qət edərək 11-ci yeri tutdu. Katarjina Kovalska növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasa da, məsafəni sona qədər qət edə bilmədi.
Katarjina Skovronska
Katarjina Skovronska ( tam adı Katarzyna Ewa Skowrońska-Dolata ) (d. 30 iyun 1983 - Varşava, Polşa) — Polyak voleybolçusu. == Karyerası == Onda voleybola maraq yeniyetmə olarkən, böyük qardaşının oyununu izləyərkən yaranmağa başlayıb. Karyerasına hücumçu kimi yerli klublardan olan Skra Varşavada başlayıb. 15 yaşı olanda Polşa Voleybol Federasiyasının İdman məktəbinə getməyə başlayıb və burda mövqeyini dəyişərək blokçu olaraq oynayıb. Onun ilk uğuru bu məktəbin tələbəsi olarkən 1999-cu ildə Cadet Avropa Çempionluğu və bir il ardından Yeniyetmələr arasında Avropa Çempionluğunu yaşaması olub. Millidə debüt etdiyi 2003-cü ildə Ankarada keçirilən Avropa Çempionatında finalda Türkiyə millisini məğlub edərək qitə çempionluğunu bayram edib. Yavaş-yavaş ulduzu parlamağa başlayan Kasya 2 il sonra yenidən Zaqrebdə keçirilən analoji yarışın birincisi olub. Bundan sonra 5 il İtaliyada müxtəlif üç klubda forma geyib. Bu illər ərzində 2007/08 mövsümündə Asistel Novara ilə Çempionlar Liqasının bürüncünü, Skavalini Pezaro komandası ilə isə İtaliya Superkuboku və İtaliya Çempionluğunu qeyd edib.
Kataro monastırı
Katarovəng monastırı — Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndləri arasında, Ziyarət dağının zirvəsində yerləşən tarix-memarlıq abidəsi. Monastrın adı mənbələrdə Qafqaz Albaniyasında IV əsrə aid hadisələrlə bağlı xatırlansa da, dövrümüzə çatmış tikili XVII əsrə aiddir. Monastır, dəniz səviyyəsindən 2150 metr hündürlükdə yerləşir. Kilsə, planda düzbucaqlı formaya malik birnefli bazilika olmaqla, ikitərəfli damla örtülmüşdür. Tikilinin inşasında kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. == Tarixi == Moisey Kalankatlı “Alban ölkəsinin tarixi”ndə Müqəddəs Qriqorisin fəaliyyətindən bəhs edərkən qeyd edir ki, xristianlığı təbliğ etməsi Massaget çarı Sanesanın xoşuna gəlmir. Çarın əmri ilə Müqəddəs Qriqoris Xəzər dənizi sahilindəki Vatnean düzündə vəhşi atın quyruğuna bağlanaraq şəhid edilir. Sanesanın xristianlığı qəbul etmiş oğlanları Massaget ölkəsinin digər xristianları ilə birlikdə müqəddəsin cəsədini götürərək Alban Katolikosluğunun mərkəzi Çolaya qaçırlar. Oğlanlarını təqib edən Saneasan Çolaya girərək şəhəri dağıdır, kilsələri və müqəddəs kitabları yandırır. Qaçqın xristianlar Qafqaz Albaniyasının içlərinə doğru irəliləyərək Haband vilayətində sığınırlar.
Katarovəng monastırı
Katarovəng monastırı — Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndləri arasında, Ziyarət dağının zirvəsində yerləşən tarix-memarlıq abidəsi. Monastrın adı mənbələrdə Qafqaz Albaniyasında IV əsrə aid hadisələrlə bağlı xatırlansa da, dövrümüzə çatmış tikili XVII əsrə aiddir. Monastır, dəniz səviyyəsindən 2150 metr hündürlükdə yerləşir. Kilsə, planda düzbucaqlı formaya malik birnefli bazilika olmaqla, ikitərəfli damla örtülmüşdür. Tikilinin inşasında kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. == Tarixi == Moisey Kalankatlı “Alban ölkəsinin tarixi”ndə Müqəddəs Qriqorisin fəaliyyətindən bəhs edərkən qeyd edir ki, xristianlığı təbliğ etməsi Massaget çarı Sanesanın xoşuna gəlmir. Çarın əmri ilə Müqəddəs Qriqoris Xəzər dənizi sahilindəki Vatnean düzündə vəhşi atın quyruğuna bağlanaraq şəhid edilir. Sanesanın xristianlığı qəbul etmiş oğlanları Massaget ölkəsinin digər xristianları ilə birlikdə müqəddəsin cəsədini götürərək Alban Katolikosluğunun mərkəzi Çolaya qaçırlar. Oğlanlarını təqib edən Saneasan Çolaya girərək şəhəri dağıdır, kilsələri və müqəddəs kitabları yandırır. Qaçqın xristianlar Qafqaz Albaniyasının içlərinə doğru irəliləyərək Haband vilayətində sığınırlar.
Katarsis
Katarsis - yunancadan gəlmə olan katarsis, təmizlənmə kimi mənalandırıla bilər. Termin kimi yaranma səbəbi pyeslərdə, ən çox da faciələrdə əsərin sonluğunun tamaşaçı, izləyicilərdə məzmununa görə bir saatlıq, yaxud bir neçə günlük yaratdığı təsirlə təmizlənmə, xeyirxahlıq, peşimançılıq, öz-özünə pak insan olma, günahlardan arınma sözü verilməsi kimi izah olunur. Faciə janrı ilə daha yaxından əlaqədar olması, bu janrda baş qəhrəman(lar)ın ölümü, əbədi yox oluşu, bir daha geri qaıtmaması fikrinin ən itkin şüurlara belə təsir etməsidir.
Katarxey
Katarxey və ya Katarxey eonu — təxminən 4.6 milyard il əvvəl Yerin yaranması ilə başlamış, Yer tarixinin 4 eonundan ilki. 2016-a qədər Beynəlxalq Stratiqrafiya Komissiyası (ing. International Commission on Stratigraphy və ya ICS) bu statusu qeyri-rəsmi olaraq xarakterizə etmişdir. Bu termini ilk əvvəl 1972-ci ildə geoloq Preston Klod Yerdəki ən qədim qayalara qədərki dövrü adlandırmaq üçün işlətdi. Daha sonra Brian Harland bu dövrü adlandırmaq üçün "Priskon dövrü" (lat. priscus-qədim) ifadəsini təklif etdi. Digər köhnə mənbələrdə bu eon Pre-arxey (arxeydən əvvəl) olaraq adlandırılıb. == Süxurlar == 20-ci əsrin son onilliklərində geoloqlar Qərbi Qrenlandiyadan, Kanadanın şimal-qərbindən və Qərbi Avstraliyadan Katerxeyə məxsus bir neçə süxur qalığı aşkarladılar. 2015-ci ildə Qərbi Avstraliyada 4,1 milyard illik qayalıqlarda "biotik həyat qalıqları" olaraq təsnif edilən karbon minerallarının izləri tapıldı. == Atmosfer və okeanlar == Yer kürəsini meydana gətirən materialda çox miqdarda su vardı.
Palma-Sola (Santa Katarina)
Palma-Sola (Santa Katarina) (port. Palma Sola) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 7725 nəfərdir. Ərazisi 331,776 кm²-dir. Əhalinin sıxlığı 23,3 nəfər/кm²-dir. Bələdiyyə 30 dekabr 1961-ci ildə yaradılmışdır.
Santa-Katarina
Santa-Katarina (port. Santa Catarina) — Braziliyanın cənubunda yerləşın ştat. Ştatın inzibati mərkəzi Florianopolis şəhəridir. Cənubdan Riu-Qrandi-du-Sul və şimaldan Parana ştatları, üstəlik şərqdən Argentina ilə sərhədə malikdir. Şərqdən Atlantik okeanla sərhədə malikdir. Santa-Katarina Braziliyanın avropalılardan təşkil olunmuş ştatıdır. Burada əhalinin böyük əksəriyyətini portuqallar, almanlar və italyanların törəmələridir. İqlimi mülayimdir. Mərkəzi hissəsi əsasən tropik meşələrlə ötülüdür. Atlantik okean sahilləri çimərlik, buxta, körfəz və laqunlarla zəngindir.
Santa-Katarina adası
Santa-Katarina (port. Ilha de Santa Catarina) — Atlantik okeanda, Braziliyanın cənub-şərq sahilində yerləşən ada. Ada bütünlüklə inzibati cəhətdən Florianopolis şəhərinə daxildir. Sahəsi 523 km² təşkil edir. Santa-Katarina ştatı ərazisinə daxildir. Materiklə iki körpü vastəsi ilə birləşir. Ada ilə materik arasında olan boğaz 500 metr enə, 28 km dərinliyə malikdir. Eyni adlı arxipelaqın ən iri adasıdır. Arxipelaqa 30 ada daxildir. Kaliforniya qızıl xəstəliyi dönəmində Nyu-Yorkdan Kaliforniyaya hərəkət edən gəmilər adada dayanırdılar.
Katarantus
Katarantus (lat. Catharanthus) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi.
Çəhrayı katarantus
Çəhrayı katarantus (lat. Catharanthus roseus) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin katarantus cinsinə aid bitki növü. Ammocallis rosea (L.) Small Catharanthus roseus var. albus G. Don Catharanthus roseus var. roseus Hottonia littoralis Lour. Lachnea rosea (L.) Rchb. Lochnera rosea (L.) Rchb. ex Endl. Lochnera rosea var. alba (G. Don) Hubbard Lochnera rosea var.
Katarjina Kotula
Katarjina Aqata Kotula (pol. Katarzyna Kotula; 1 fevral 1977, Qrifino, Qərbi Pomeraniya voyevodluğu[d]) — Polşalı müəllim və siyasi fəal, Yeni Sol Partiyasının üzvü. O, 2023-cü il 13 dekabrdan Polşa Respublikasının Bərabərlik naziri vəzifəsini icra edir. 2019-cu ildən Polşa Respublikası Seyminin IX və X çağırış deputatıdır. O, həmçinin feministdir. == Həyatı == Katarjina Kotula 1 fevral 1977-ci ildə Qərbi Pomeraniya voyvodluğunun Qrifino şəhərində anadan olub. Uşaq vaxtından Qrifinonun "Energetik" klubunda tennis oynayan Katarjina 2022-ci ilin noyabrında, 2017-ci ildə Polşa Tennis Assosiasiyasının (PZT) prezidenti seçilən keçmiş məşqçisi Miroslav Skşipçinskonu təcavüzdə ittiham etdi. 2022-ci il 22 noyabrda Onet Wiadomości portalına verdiyi müsahibəsində Kotula, məşqçi Skşipçinskonun ona 13-14 yaşlarında bir neçə dəfə təcavüz etdiyini bildirib. Kotula, məşqçini digər azyaşlı tələbələrə qarşı da cinsi təcavüzdə ittiham edib. Bütün bunların nəticəsində noyabrın 24-də Polşa Tennis Assosiasiyasının rəhbəri Miroslav Skşipçinsko istefa verdi.
Katarina Koşta
Katarina Koşta (21 sentyabr 1996, Koimbra) — Portuqaliyanı təmsil edən cüdoçu. == Karyerası == 2022 və 2023-cü illərdə Avropa Çempionatlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib olub. 2024-cü il Avropa Çempionatını isə bürünc medalla başa vurub. 2021-ci ildə Yaponiyada baş tutan olimpiadada bürünc medal uğrunda görüşdə məğlub olaraq turniri beşinci pillədə başa vurub. 2024-cü ildə Portuqaliyanı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/8 final mərhələsində Paraqvay nümayəndəsi Qabriela Narvaeza məğlub olaraq olimpiadanı 9-cu pillədə başa vurub.
Katarina Menz
Katarina Menz (8 oktyabr 1990) — Almaniyanı təmsil edən cüdoçu. == Karyerası == 2021-ci ildə Almaniyanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində Çili nümayəndəsi Mari Di Vargasa məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub. Komanda turnirində isə olimpiadanın bürünc medalına sahib olub. 2020-ci il Avropa Çempionatını bürünc medalla, 2022-ci il Dünya Çempionatını isə gümüş medalla başa vurub. 2024-cü ildə Almaniyanı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində Portuqaliya nümayəndəsi Katarina Koştaya məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub.

Digər lüğətlərdə