Kaxeti
Kaxeti diyarı (gürc. კახეთის მხარე) — Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biridir. Tarixi və müasir elmi Azərbaycan mənbələrində bəzən Qaxet adıyla tanınır. İnzibati mərkəzi Telavi şəhəridir. Diyar Azərbaycan və Rusiya ilə həmsərhəddir. Kaxetinin cənubunda Keşiş dağ məbədi yerləşir.
== İnzibati-ərazi bölgüsü ==
Kaxeti diyar səkkiz bələdiyyəyə bölünür (2014):
Telavi bələdiyyəsi (ərazisi 1,094 km², əhalisi 58.350)
Axmeta bələdiyyəsi (ərazisi 2,248 km², əhalisi 31.461)
Qurcaani bələdiyyəsi (ərazisi 849 km², əhalisi 54.337)
Kvareli bələdiyyəsi (ərazisi 1,000 km², əhalisi 29.827)
Dedoplistsğaro bələdiyyəsi (ərazisi 2,531 km², əhalisi 21.221)
Laqodexi bələdiyyəsi (ərazisi 890 km², əhalisi 41.678)
Saqareco bələdiyyəsi (ərazisi 1,515 km², əhalisi 51.761)
Sığnaq bələdiyyəsi (ərazisi 1,251 km², əhalisi 29.948)
== Tarixi ==
VIII əsrdən başlayaraq Kaxeti müstəqil feodal knyazlıq olmuşdur. XI–XII əsrlərdə o, çar Qurucu Davidin səyləri nəticəsində birləşmiş Gürcüstan çarlığının tərkibidə girmişdir.
Gürcüstan çarlığının süqutundan sonra Kaxeti 1460-cı illərdə yenidən müstəqil olub yerli çar tabeliyində kiçik dövlət kimi mövcudluğunu davam eləmişdir. 1762-ci ildə Kaxeti çarlığı qonşu Kartli çarlığı ilə birləşmiş, Kaxetinin paytaxtı Telavi yeni birləşmiş Kartli-Kaxeti çarlığının paytaxtı olmuşdur.