KİŞİLƏR

i. males; men; top.i. manhood; kəndin ~i manhood of the village; males of the village

KİŞİLƏNMƏK
KİŞİLƏŞMƏK
OBASTAN VİKİ
Kişilər
Kişi — erkək insandır. "Kişi" sözü yetkinlik yaşına çatmış insanlar barəsində işlənilir, bu sözun tayı az yaşlı uşaqlara və ya yeniyetmələrə oğlan deyilir. Leonardo da Vinçinin "Vitruvius İnsanı" bir kişinin nisbətini göstərməktədir Kişilik erkək insanın bir baliğ mərhələyə qədəm qoymasıdır. Müxtəlif sünnət əsaslı icmalar bu mərhələyə keçmək üçün xüsusi mərasimlər qururlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu baliğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Beynəlxalq Kişilər Günü
Beynəlxalq Kişilər Günü — hər il noyabr ayının 19-da qeyd olunan beynəlxalq tədbirdir. İlk olaraq 1999-cu ildə Trinidad və Tobago adasında (Karib dənizi adaları) yaranmış və Avstraliya, Karib dənizi ölkələri, Şimali Amerika, Asiya, Avropa və Afrika ölkələrində də qeyd olunmağa başlanmışdır. Qadın və Sülh Mədəniyyəti komitəsinin direktoru İngeborg Breyns UNESCO-un adından bildirmişdir ki, "Bu, çox gözəl ideyadır və gender balansı təmin etmiş olacaq". O, əlavə edib ki, UNESCO təşkilatçılarla əməkdaşlıq etmək niyyətindədir. Beynəlxalq Kişilər Gününün qeyd olunmasında məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərə qarşı olan ayrı-seçkiliyi nəzər çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və naliyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir. Beynəlxalq Kişilər Günü 60-dan çox ölkədə qeyd olunur. Trinidad və Tobaqo, Yamayka, Avstraliya, Hindistan, Çin, Amerika Birləşmiş Ştatları, Rumıniya, Sinqapur, Malta, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Tanzaniya, Bosniya və Herseqovina, Macarıstan, İrlandiya, Qana, Kanada, Danimarka, Norveç, Avstriya, Ukrayna, Fransa, İtaliya, Kuba,Azərbaycan və s. ölkələrdə qeyd olunur.
CEV Kuboku (kişilər)
CEV Kuboku kişilər arasında 1972-ci ildən keçirilir. Turnir ilk vaxtlar Challange Kuboku adlandırılsa da daha sonralar CEV Kuboku adını almış və Azərbaycanca tələffüzdə Çev kuboku kimi məşhurlaşmışdır.
Kişilər (film, 1979)
Televiziya tamaşası işləmək istəməyən tənbəl kişilərdən bəhs edir. Bunlardan bəziləri arvadları hesabına dolanır, bəziləri isə işgüzar qadınlarla evlənərək rahat həyat şəraiti əldə etmək istəyənlərdir. Lakin sovet ab-havasında çəkilən tamaşada bu tüfeylilər sonda tərbiyə olunurlar və düzgün yola qaytarılırlar. Televiziya tamaşasında Emin Sabitoğlunun musiqisindən istifadə edilmişdir.
Kişilər Marsdan, qadınlar Veneradandır
Kişilər marsdan, qadınlar veneradandır (ing. Men Are from Mars, Women Are from Venus) — 1992-ci ilin mayında nəşr olunan Con Qrey tərəfindən məşhur psixologiya kitabıdır. Bir çox dillərdə nəşr olundu və bestseller oldu. Tənqidçilər kitabın insan psixologiyasını stereotiplərə endirdiyinə diqqət çəkirlər. Con Qreyin “Kişilər Marsdan, Qadınlar Veneradandır” əsəri ilk dəfə 1992-ci ildə nəşr olundu və dərhal bestseller oldu. Belə populyarlıq, ilk növbədə, kitabın əsasını təşkil edən müəllifin mövqeyinin əksər psixoloqların fikrindən tamamilə fərqli olması ilə bağlıdır. Beləliklə, bu, əslində bir kitab deyil, psixoloji və müalicəvi təsir göstərən bədii üslubda, demək olar ki, elmi bir əsərdir və ən əsası, insanın problemlərində çox vaxt tək olmadığını aydınlaşdırır. Con Qrey hər iki cinsdən olan insanların davranışlarında ümumi və ya oxşar cəhətlər tapmağa çalışmır, əksinə, onların tam əksini, o qədər açıq-aşkar göstərir ki, kitabın başlığına çevrilən metafor onu ən yaxşı şəkildə əks etdirir - kişilər və qadınlar o qədər fərqlidirlər ki, sanki fərqli planetlərin nümayəndələridirlər. “Kişilər Marsdan, qadınlar Veneradandır” kitabı öz növbəsində bir neçə tematik hissəyə bölünmüş giriş və 13 fəsildən ibarətdir. Kitabın girişi sözün əsl mənasında Con Qreyin vəhyidir.
Kişilər Voleybol Dünya Kuboku
Kişilər Voleybol Dünya Kuboku — 1965-ci ildən bu yana hər dörd ildən bir təşkil edilir. Kubok 1977-ci ildən başlayaraq davamlı olaraq Yaponiya da keçirilir. 1991-ci ildən etibarən isə olimpiya seçmələri üçün bir turnir halına gətirilmişdir. Qadınlar Voleybol Dünya Kuboku isə 1973-cü ildən bu yana hər dörd ildə bir təşkil edilməkdədir. Kubok kişilərdəki kimi 1977-ci ildən başlayaraq davamlı olaraq Yaponiya da edilməkdədir. 1991dən etibarən isə olimpiadaya lisenziya verir.
Dağ velosipedi 2015 Avropa Oyunlarında (Kişilər)
Dağ velosipedi 2015 Avropa Oyunlarında (Kişilər) — Kişilər arasında keçirilən idman növü. Dağ velosipedi 2015 Avropa Oyunlarında 13 iyun tarixində keçirildi. Yarışlar Bakı şəhərinin Binəqədi rayonunda yerləşən MTB Veloparkda baş tutdu. Yarışlarda 31 ölkənin 43 idmançısı qüvvəsini sınadı. 2015 Avropa Oyunlarında Dağ velosipedində Kişilərin yarışında hər 3 medalı İsveçrəli idmançılar qazandı. Qızıl medalı Nino Şurter qazandı. Nino Şurter 1 saat 41 dəqiqə 4 saniyə nəticə göstərdi. Gümüş medalı Lukas Flukkiger qazandı. O Nino Şurterdən 13 saniyə geri qaldı. Bürünc medalı isə Fabian Giger qazandı.
Ağır atletika 2014 Birlik Oyunlarında – Kişilər 77 kq
Ağır atletika 2014 Birlik Oyunlarında – Kişilər 77 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində dördüncü müsabiqəsi olub, maksimum bədən çəkisi 77 kiloqram olaraq təyin edilmişdir. Turnir 27 iyul 2014-cü ildə saat 19:30-da Şotlandiyaın Qlazqo şəhərindəki Klayd Auditoriumunda keçirilmişdir.
Ağır atletika üzrə Olimpiya oyunları mükafatçılarının siyahısı (kişilər)
Ağır atletika üzrə olimpiya medalçılarının tam siyahısı 1896-cı ildən 2008-ci ilə qədər
Kişilər arasında rus daması üzrə SSRİ çempionatı 1988
Kişilər arasında rus daması üzrə 48-ci SSRİ çempionatı 1988-ci ilin oktyabrında, Bakı şəhərinin mərkəzi sayılan Beş Mərtəbə adlanan yerin yaxınlığında, yenicə açılan respublika şahmat mərkəzində keçirilmişdir. Yarışma iki mərhələdə aparılırdı. Birinci mərhələ 10–20 oktyabr aralığında 32 damaçının iştirakı ilə keçirilmişdir. İsveçrə sistemi üzrə 9- yur keşirilmişdir. İkinci mərhələ 21–30 oktyabr aralığında dairəvi sistem üzrə keçirilmişdir. Bu mərhələdə 10 qrosmeyster və 2 master iştirak edirdi. Birinci və ikinci yerləri moskvalı Nikolay Abasıyev və kiyevli Mixayil Raxunov, bürünc medalı isə mariyampoleli Arunas Norvayşas tutmuşdur. Методическое пособие СЛШИ. "От Медкова до Иванова". Авторы Ю.А. Арустамов, В.М. Высоцкий, С.Н. Горбачёв. 1990.
Yekatirina kişilər siyahısı
II Yekaterinanın kişilər siyahısına, həyat yoldaşları (qanuni və bəlkə də morqanik; cədvəldə bənövşəyi rənglərlə vurğulanmış), rəsmi favoritlər və sevgililər daxil olmaqla İmparatoriça Böyük Yekaterinanın (1729-1796) yaxın həyatında təsəvvür edən kişilər daxildir. Catherine, çoxsaylı sevgililərlə əlaqələri ilə məşhur idi, lakin müasirlərin xatirələrindən həqiqətən bilinən adların sayı yalnız 23-ə çatır (Catherine'in alimi P.I.Bartenev'in siyahısına görə, Ya.L.Barskovun əlavələri ilə; uyğunsuzluqlar var). Onlardan yalnız 10-u bütün imtiyazları və vəzifələri ilə favoritin rəsmi postunu tutdu və bu səbəbdən digərləri haqqında məlumatlar olduqca qeyri-müəyyəndir; xüsusən də imperatriça ilə münasibətlərinin hansı mərhələyə gəldiyi və nə qədər davam etdikləri hər zaman aydın olmur və bir neçəsi üçün dəqiq adlar bilinmir (cədvəldə yaşıl rənglə vurğulanmışdır). Sevimlilərindən ən məşhuru Qriqori Orlov, Qriqori Potemkin və Platon Zubov idi. 1762-ci ildə əri III Pyotrun ölümündən sonra Orlovla evlənməyi planlaşdırdı, lakin yaxınlarının tövsiyəsi ilə bu fikri tərk etdi və Potemkinlə, çox güman ki, Catherine 1775-ci ildə gizli şəkildə evləndi (baxın Catherine II və Potemkinin toyu) - bu ikisi ilə kişilər, eləcə də erkən vəfat edən Alexander Lansky ilə birlikdə ən güclü hisslərlə əlaqələndirildi. Catherine'in üç uşağı var idi və dörd uşağı ona aid edilir (ayrı cədvələ bax). 1778-ci ildə Fransız Corberon hökumətinə bildirdi ki, “Rusiyada bəzən bir sevimlinin yerdəyişməsi və yeni birinin meydana çıxması ilə üst-üstə düşən bir növ iş dünyası var. Bu hadisə başqalarını kölgədə qoyur. Bütün maraqları öz üzərində cəmləşdirir və onları bir istiqamətə yönəldir; Bu ümumi əhval-ruhiyyənin cavab verdiyi nazirlər də müvəqqəti işçinin son seçimi hər kəsi normal vəziyyətə gətirənə və hökumət maşınına adi gedişini verənə qədər işləri dayandırırlar. " Ümumiyyətlə (1778-1780-ci illərdə, əllinin altında olduğu və qısa müddətdə bir neçə sevgilisini dəyişdirdiyi qısa bir müddət istisna olmaqla), Catherine bir neçə ili favoritləri ilə bölüşdü, ümumiyyətlə xarakterlərin uyğunsuzluğu, favoritlərin zəif təhsili, xəyanətləri və ya ləyaqətsiz davranışları (favoritlərin problemləri imperatriça ilə böyük yaş fərqi, gününün sərt cədvəli və cədvəli üzərində nəzarət və Potemkinə hörmət bildirmə ehtiyacı səbəbindən meydana gəldi).
Albaniyada kişilər arasında basketbol çempionatı
Albaniyada kişilər arasında basketbol çempionatı 1946-cı ildən keçirilir. Hazırda A liqasında olduğu kimi B liqasında da 6 komanda iştirak edir. Albaniyada ən nüfuzlu basketbol klubu ölkə çempionatında 33 dəfə qalib olan "Partizan" komandasıdır. İlk vaxtlar milli basketbol çempionatı yaz-payız sistemi üzrə oynanılırdı, 1966-1967-ci il mövsümündən başlayaraq payız-yaz sistemi üzrə oynanılır. Son illərdə çempionatda ən çox fərqlənən komanda "Vlazniya" komandasıdır.. "Kampionët meshkuj" (alban). Federata Shqiptare e Basketbollit. 2012-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-15.
Avropa Kişilər CEV Challenge Kuboku
Avropa Kişilər Çev Çelenc Kuboku — Avropa voleybolunun kulublar arasındakı 3-cü səviyyəli kuboku. CEV Kuboku adı altında 1980-ci ildən etibarən keçirilməyə başlandı. 2007-ci ildən sonra kubokun adında dəyişiklik edildi. Turnir Çelenc Kuboku adını aldı. Həmçinin turnir “GM Capital Qa Challenge Kuboku” olarak da adlandırılır.
Avropa Kişilər CEV Çağırış Kuboku
Avropa Kişilər Çev Çelenc Kuboku — Avropa voleybolunun kulublar arasındakı 3-cü səviyyəli kuboku. CEV Kuboku adı altında 1980-ci ildən etibarən keçirilməyə başlandı. 2007-ci ildən sonra kubokun adında dəyişiklik edildi. Turnir Çelenc Kuboku adını aldı. Həmçinin turnir “GM Capital Qa Challenge Kuboku” olarak da adlandırılır.
Avropa Kişilər CEV Çelenc Kuboku
Avropa Kişilər Çev Çelenc Kuboku — Avropa voleybolunun kulublar arasındakı 3-cü səviyyəli kuboku. CEV Kuboku adı altında 1980-ci ildən etibarən keçirilməyə başlandı. 2007-ci ildən sonra kubokun adında dəyişiklik edildi. Turnir Çelenc Kuboku adını aldı. Həmçinin turnir “GM Capital Qa Challenge Kuboku” olarak da adlandırılır.
Azərbaycanın kişilərdən ibarət milli basketbol komandası
Azərbaycanın kişilərdən ibarət milli basketbol komandası — Azərbaycanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Baş məşqçisi Samit Nuruzadədir.
Açıq hovuz üzgüçülüyü 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 5 km
Kişilər 5 km — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 15iyul 2017-ci il tarixində keçirilən yarışdır. Yarışa 10:00-da start verilmişdir.
Banqladeşin kişilərdən ibarət milli basketbol komandası
Banqladeşin kişilərdən ibarət milli basketbol komandası — Banqladeşi beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Banqladeş Basketbol Federasiyası 1978-ci ildən FİBA-nın üzvüdür.. 1971-ci ilədək Banqladeş Pakistanın Şərqi Pakistan adlanan vilayətini təşkil etdiyindən Banqladeş basketbolçuları kişilərdən ibarət Pakistan basketbol komandasının tərkibində çıxış etmişlər. Banqladeş yığması Asiyanın ən zəif komandalarından biridir. Komanda basketbol üzrə Asiya çempionatında ilk dəfə 1979-cu ildə debut etmiş,, Banqladeş yığması sonuncu — 13-cü yeri tutmuşdur.. Sonralar komanda daha üç dəfə Asiya birinciliyində iştirak etmiş, lakin heç bir qələbə qazanmayaraq hər dəfə turniri sonuncu yerdə başa vurmuşdur.. 2010-cu ildə Cənubi Asiya oyunlarının basketbol turnirində basketbol komandası 3-cü yeri tutmuşdur.. Basketbol üzrə Banqladeşin kişilərdən ibarət basketbol komandası basketbol üzrə dünya çempionatında və olimpiya oyunlarında iştirak etməmişdir.
Birləşmiş Krallığın kişilərdən ibarət milli basketbol komandası
Birləşmiş Krallığın kişilərdən ibarət milli basketbol komandası — Birləşmiş Krallığı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Birləşmiş Krallıq Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Co Prantidir.
Finlandiyanın kişilərdən ibarət milli basketbol komandası
Finlandiyanın kişilərdən ibarət milli basketbol komandası — Finlandiyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Finlandiya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Henrik Dettmanndır.
Fransanın kişilərdən ibarət milli basketbol komandası
Fransanın kişilərdən ibarət milli basketbol komandası — Fransanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Fransa Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Vinsent Kolletdir.
Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası
Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası — Gürcüstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Baş məşqçisi İlias Zourosdur. Gürcüstan Basketbol Federasiyası 4 iyun 1991-ci ildə təsis edilmiş və 1992-ci ildən FIBA-nın üzvü olsa da, milli komanda ilk rəsmi oyununu 1995-ci ildə Polşaya qarşı keçirmişdir. Komnanda tarixinin ən böyük uğurunu ilk dəfə 2011-ci ildə final mərhələsinə vəsiqə qazandığı EuroBasket turnirində əldə etmişdir. Həmin il Litvada təşkil olunmuş final mərhələsində Gürcüstan millisi 11-ci yeri tutmuşdur.
Kiprin kişilərdən ibarət milli basketbol komandası
Kiprin kişilərdən ibarət milli basketbol komandası — Kipri beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Kipr Basketbol Federasiyası tərəfindən idarə olunur. Komanda 2013-cü ildə Avropa basketbol çempionatının təsnifat mərhələsində iştirak etmişdir. Yığma komanda heç bir iri beynəlxalq basketbol yarışlarının iştirakçısı olmamışdır.
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandalarının görüşlərinin siyahısı
Kişilərdən ibarət şahmat üzrə Azərbaycan və Ermənistan yığma komandaları bir-biriləri ilə cəmi 15 dəfə qarşılaşıblar. Bu oyunların dördü Şahmat Olimpiadası, üçü dünya çempionatı, səkkizi isə Avropa çempionatı çərçivəsində baş tutub. Oyunların 5-dən Azərbaycan, 5-dən isə Ermənistan qalib ayrılıb. 5 görüşdə heç-heçə qeydə alınıb. Komandalar arasında ilk görüş 1997-ci ildə, son görüş isə 2022-ci ildə baş tutub. Ermənistan yığması 3 dəfə Şahmat Olimpiadasının (2006, 2008, 2012), 1 dəfə isə dünya (2011) və Avropa (1999) çempionatının qalibi olub. Azərbaycan yığması Şahmat Olimpiadası və dünya çempionatında ciddi uğur qazana bilməsə də, 3 dəfə qitə birinciliyinin (2009, 2013, 2017) qalibi adını qazanıb.
Kişiləri qoruyun (film, 2006)
Orxan (Anar Heybətov) Ceyranın nişanlısıdır. Lakin bir gün Ceyranı (Samirə Rüstəmova) zooparkda ayı ilə təkbaşına buraxıb qaçandan sonra onların arası birdəfəlik dəyir. Ceyran isə ayı qiyafəsində zooparkda işləyən Zaura (Tural Əsədov) aşiq olur. İş evlənməyə qədər gəlib çıxanda Orxan toy günü Zaurdan və Ceyrandan qisas almaq qərarına gəlir. Və dostunun (Əkbər Əlizadə) köməyi ilə toy günü bəyi oğurlayır. Lakin sonluqda yenə xeyir şərə qalib gəlir. Film bir neçə ayrı süjet xəttinə malikdir: Ceyranın atasının (Ramiz Əzizbəyli) baş həkim olduğu ruhi xəstəxanada baş verən tragikomik əhvalatlar, digər şadlıq sarayları ilə rəqabət aparmağa çalışan sarayların birində baş verən əhvalatlar və nəhayət Zaurla Ceyranın başına gələn əhvalat.
Latviyanın kişilərdən ibarət milli basketbol komandası
Latviyanın kişilərdən ibarət milli basketbol komandası — Latviyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. 1932-ci ildən FİBA-nın üzvüdür. Latviya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Aynas Baqatskisdir. Basketbol üzrə Latviya yığması ilk dəfə 1924-cü ildə yaradılmış və elə həmin il Estoniya yığma komandası ilə oynamaq üçün Tallinə dəvət olunmuşdur. O zaman komandanın tərkibinə Latviya İdman Cəmiyyətinin nümayəndələri olan Vilis Liberts, Nikolay Muzis, Karlis Plorinş, Alfred Raminş, həmçinin Gənc Xristian İttifaqı komandasının üzvləri olan Valdemar Baumanis, Yanis Birkmanis, Adolf Qrasis, və Bronislav Malinovski dəvət olunmuşlar. Bu oyunda Latviya komandası 20:16 hesabı ilə qalib gəlmişdir. 5 yanvar 1925-ci ildə Latviyada keçirilən oyunda isə Latviya yığması 23:30 hesabı ilə məğlub olmuşdur. 1935-ci ildə yarımfinalda İsveçə 28:19, finalda isə İspaniyaya 24:18 hesabı ilə qalib gələn Latviya yığması basketbol üzrə Avropa çempionatının qalibi olmuşdur. 1936-cı ilin avqustunda Latviyanın basketbol komandası Berlində keçirilən Olimpiya oyunlarında Uruqvay komandası üzərində 20:17 hesabı ilə qələbə qazansa da, Kanada yığmasına 23:34, Polşa yığmasına isə 23:28 hesabı ilə məğlub olmuşdur.
Litvanın kişilərdən ibarət milli basketbol komandası
Litvanın kişilərdən ibarət milli basketbol komandası — Litvanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Litva Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Daymias Adomaytisdir.
Macarıstanın kişilərdən ibarət milli basketbol komandası
Macarıstanın kişilərdən ibarət milli basketbol komandası — Macarıstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Macarıstan Basketbol Federasiyası — 1935-ci ildən FİBA-nın üzvüdür.. İkinci Dünya müharibəsinədək Macarıstan yığması basketbol üzrə Avropa çempionatında iki dəfə çıxış etmişdir; 1935-ci il çempionatında macarlar basketbol üzrə kişilərdən ibarət Rumıniya yığma komandasına 24:17 hesabı ilə qalib gələrək 9-cu yeri tutmuşdur., 1939-cu ildə basketbol üzrə Avropa çempionatında isə Finlandiyanın kişilərdən ibarət yığma komandasina 43:16 hesabı ilə qalib gələrək 7-ci yeri tutmuşdur1940-cı illərin ortalarından 1960-cı illərin ortalarınadək olan dövr Macarıstanın basketbol yığması üçün ən uğurlu dövr olmuşdur. 1946-cı ildə müharibədən sonra keçirilən basketbol üzrə ilk Avropa çempionatında Macarıstan yığması III yeri tutmuşdur, 1953-cü ildə Moskvada keçirilən Avropa çempionatında isə macarlar II pilləyə yüksəlmişlər, Macarıstan yığması 1955-ci ildə evdə, Budapeştdə keçirilən turnirdə Avropa çempionu olmuşdur. "Ferens Puşkaş" stadionunda 45 min tamaşaçının iştirakı ilə keçirilən həlledici oyunda ev sahibləri SSRİ yığma komandasına 82:68 hesabı ilə qalib gəlmişlər. Sonrakı illərdə Macarıstan yığması mükafatçılar sırasında olmasa da, 3 dəfə: 1957, 1959 və 1963-cü illərdə qitə dördüncüsü olmuşlar. Bundan sonra tənəzzül dövrünə qədəm qoyan Macarıstan yığması yalnız 1969-cu ildə basketbol üzrə Avropa çempionatında 8-ci yeri tuta bilmişdir. Macarıstan yığması Avropa çempionatında yalnız 30 il sonra fərqlənmişlər, macarlar 1999-cu ildə keçirilən çempionatda qrup mərhələsindən çıxa bilməsələr də, yekun sıralamada 14-cü yeri tutmağa müvəffəq olmuşdur. Macarıstan yığması Olimpiya oyunlarında basketbol üzrə turnirdə yalnız dörd dəfə iştirak etmək hüququ qazanmışdır. Macarların Olimpiya oyunlarında qazandıqları ən yaxşı nəticə 1960-cı ildə Romada keçirilən yay Olimpiya oyunlarında əldə etdikləri 9-cu yerdir.
Monteneqronun kişilərdən ibarət milli basketbol komandası
Monteneqronun kişilərdən ibarət milli basketbol komandası — Monteneqronu beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Monteneqro Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Boqdan Tanyeviçdir.
Türkiyənin kişilərdən ibarət milli basketbol komandası
Türkiyənin kişilərdən ibarət milli basketbol komandası — Türkiyəni beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası.
Taekvondo 2015 Avropa Oyunlarında — Kişilər (68 kq.)
Taekvondo 2015 Avropa Oyunlarında — Kişilər (68 kq.) — 17 iyun tarixində Bakının Bakı Kristal Zalı baş tutdu. Yarışlarda 16 ölkənin 16 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 17 iyun tarixində keçirildi. Yarışların qızıl medalını Azərbaycanın idmançısı Ayxan Tağızadə qazandı. Gümüş medalı Polşa idmançısı Karol Robak qazandı. Bürünc medalları isə İspaniya idmançısı Xoel Qonzalez Bonilla və Rusiya Federasiyasının idmançısı Aleksey Denisenko qazandı.
2015 UCI BMX Dünya Çempionatı – Kişilər zaman yarışı
2015 UCI BMX Dünya Çempionatı – Kişilər zaman yarışı — 2015 UCI BMX Dünya Çempionatında təşkil olunan və 25 iyul 2015-ci il tarixində baş tutan yarışdır.
2016 UEC Avropa Trek Çempionatı – Kişilər komanda yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər komanda yarışı — 2016 UEC Avropa Trek Çempionatında 14 komandanın iştirakı ilə 19-20 oktyabr 2016-cı il tarixləri arasında baş tutan yarışdır. Ən sürətli 8 komandadan 4-ü ilk mərhələdə qızıl medal uğrunda, digər 4-ü isə bürünc medal uğrunda mübarizə aparmışdır. Digər yerləri tutanlar isə turnir ilə vidalaşmışdır. Q = vəsiqə qazandı; qızıl medal uğurunda yarışa q = vəsiqə qazandı; bürünc medal uğurunda yarışa İlk tur yürüşləri aşağıdakı kimi nəticələnmişdir: Cığır 1: 6-cı və 7-ci vəsiqəçi Cığır 2: 5-ci və 8-ci vəsiqəçi Cığır 3: 2-ci və 3-cü vəsiqəçi Cığır 4: 1-ci və 4-cü vəsiqəçi 3-cü və 4-cü yürüşlərin qalibləri qızıl medal uğrunda yarışa vəsiqə qazanmışdır. Qalan 6 komandadan isə ən sürətli ikisi bürünc medal uğrunda oyuna vəsiqə qazanmışdır. QG = qızıl medal uörunda yarışa vəsiqə qazandı QB = bürünc medal uörunda yarışa vəsiqə qazandı Final oyununda medalçılar müəyyənləşdi.
2016 UEC Avropa Trek Çempionatı – Kişilər seçmə yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər seçmə yarışı — 2016 UEC Avropa Trek Çempionatında 18 velosipedçinin iştirakı ilə 20 oktyabr 2016-cı il tarixində baş tutan yarışdır.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (5000 m.)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (5000 m.) — 21 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 13 ölkənin 13 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 21 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 14.02.16 nəticə göstərən Azərbaycanın idmançısı, Hayle İbrahimov qazandı. İkinci pilləni 14.12.42 nəticə göstərən Moldovanın idmançısı Roman Prodius qazandı. Üçüncü pilləni isə 14.38.96 nəticə göstərən İsrail idmançısı Aimeru Almeya qazandı. Finalda 13 ölkənin 13 idmançısı mübarizə apardı. Yarışlar 21 iyun tarixində baş tutdu.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (800 m.)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (800 m.) — 22 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 14 ölkənin 14 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 22 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 1.50.16 nəticə göstərən Bosniya və Herseqovinaın idmançısı, Amel Tuka qazandı. İkinci pilləni 1.51.51 nəticə göstərən Slovakiyanın idmançısı Cozef Repçik qazandı. Üçüncü pilləni isə 1.51.91 nəticə göstərən Moldova idmançısı Yon Siuris qazandı. Finalda 14 ölkənin 14 idmançısı mübarizə apardı. Yarışlar 22 iyun tarixində baş tutdu.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (Üçtəkanla tullanma)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (Üçtəkanla tullanma) — 22 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 14 ölkənin 14 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 22 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 16.38 nəticə göstərən Azərbaycanın idmançısı, Nazim Babayev qazandı. İkinci pilləni 16.34 nəticə göstərən Moldovanın idmançısı Vladimir Letnikov qazandı. Üçüncü pilləni isə 15.87 nəticə göstərən İsrail idmançısı Tom Yakobov qazandı. Finalda 14 ölkənin 14 idmançısı mübarizə apardı. Yarışlar 22 iyun tarixində baş tutdu.
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 62 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində ikinci müsabiqəsi olub, maksimum bədən çəkisi 62 kiloqram olaraq təyin edilmişdir. Turnir 22 noyabr 1999-cu ildə 1999 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Yunanıstanın Afina şəhərində keçirilmişdir. Hər bir ağırlıqqaldıran atletin ən yaxşı nəticəsi iki hərəkətin — birdən və təkanla qaldırma hərəkətlərinin cəmi ilə hesablanır. İdmançı hər iki hərəkətdə üç cəhddən istifadə edir. Seçilmiş çəkini idmançı uğurla qaldırarsa, həmin çəki qaldırılmış hesab olunur. Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 77 kq
1999 Ağır atletika üzrə Dünya Çempionatı – Kişilər 77 kq — Kişilərin ağır atletikadakı çəki dərəcəsində dördüncü müsabiqəsi olub, maksimum bədən çəkisi 77 kiloqram olaraq təyin edilmişdir. Turnir 25 noyabr 1999-cu ildə 1999 Ağır atletika üzrə Dünya Çempionatının baş tutduğu Yunanıstanın Afina şəhərində keçirilmişdir. Hər bir ağırlıqqaldıran atletin ən yaxşı nəticəsi iki hərəkətin — birdən və təkanla qaldırma hərəkətlərinin cəmi ilə hesablanır. İdmançı hər iki hərəkətdə üç cəhddən istifadə edir. Seçilmiş çəkini idmançı uğurla qaldırarsa, həmin çəki qaldırılmış hesab olunur. Bu yarışadək, mövcud dünya rekordları aşağıdakı kimi olmuşdur.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Kişilər (fərdi, dayaqla tullanma)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Kişilər (fərdi, dayaqla tullanma) — 15, 20 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda ölkələrin 76 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 15 iyun tarixində baş tutdu. Yarışların finalı isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 15.266 xal toplayan Ukrayna idmançısı Oleq Verniayev, gümüş medalı 15.116 xal toplayan Hollandiya idmançısı Kasimir Şmidt, bürünc medalı isə 14.996 xal toplayan Azərbaycan idmançısı Oleq Stepko qazandı. Təsnifat mərhələsində - ölkənin 76 idmançısı mübarizə apardı. Yarışlar 15 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı. Q — Finala vəsiqə qazandı Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.

Digər lüğətlərdə