Miqdad ibn Əsvəd əl-Kindi
Miqdad ibn Əmr əl-Kindi (təq. 590, Yəmən – 652, Mədinə, Hicaz, Rəşidi xilafəti) — Məhəmmədin səhabəsi, Dörd sadiq səhabədən biri.
Əmr ibn Səlbənin oğlu Miqdad Bəhra adlı qəbilələrində bir nəfəri qətlə yetirərək Kindi qəbiləsinə qaçır, onlarla əhd bağlayaraq “Miqdad Kindi” adlanır. Həmin qəbilədə də bir nəfəri öldürərək Məkkəyə yollanır, Əsvəd ibn Əbd Yəğus adlı bir şəxslə əhd-peyman bağlayır. Bəni-Zəhrə qəbiləsindən olan bu şəxs Miqdadı cahiliyyət adətləri əsasında oğulluğa götürür. Bundan sonra Miqdad “Miqdad ibn Əsvəd” adlanır. Sonralar “Onları öz atalarının adı ilə çağırın, bu, Allah yanında ədalətə daha yaxındır” ayəsi nazil olduqda Miqdad “Miqdad ibn Əmr” adlandırıldı. Miqdadın kunyəsi Əbu-Məbəd idi. Miqdad hündür boylu, cüssəli qiyafəyə malik bir şəxs idi.
Miqdad İslam dinini ilk qəbul edənlərdən və Həbəşəyə hicrət edənlərdəndir.