Azərbaycan–Kolumbiya münasibətləri — Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Kolumbiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin dekabr ayının 13-də qurulmuşdur[1][2].
Hələlik iki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmamışdır, lakin iqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Kolumbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. Belə ki, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri, həmçinin Kolumbiya Respublikasına da akkreditə olunmuşdur.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[3]. 4 mart 2016-cı il tarixindən Əsabil Qasımov işçi qrupunun rəhbəridir[3].
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |