körəməzlik 2021
körfəzətrafı
OBASTAN VİKİ
Buxta (körfəz)
Buxta (alm. Bucht‎) — dəniz, körfəz, göl, su anbarı kimi coğrafi obyektlərdə, külək və dalğalardan ada, sahil və ya qayalıqlarla qorunan su sahəsinə deyilir. Alman dilində buxta (alm. Bucht‎) sözü geniş mənada işlənir. Bəzən körfəz (Hudzon körfəzi — alm. Hudson-Bucht‎), bəzən isə dəniz (Baffin dənizi — alm. Baffin-Bucht‎) anlamını verir. Bir qayda olaraq gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz anlamışda işlədilir. Bakı buxtası Balaklav buxtası — Avropanın ən dərin buxtası. Timbuktu buxtası Avacin buxtası — dünyanın sahəsinə görə ikinci ən böyük buxtası, buraya istənilən gəmi yan ala bilər.
Disko boğazı (körfəz)
Disko boğazı -Qrenlandiya adası Disko adasından ayırır. Boğaz ilin böyük hissəsi buzla örtülü olur. Bu səbəbdən dənizlə əlaqə tamamən bağlanır ki, buna görə də boğaz körfəz adlandırılır. Boğazda daim hərəkət edən Aysberqlərə rast gəlinir. Disko boğazı ilk dəfə Kürən Erik tərəfindən kəşf edilir. O zamanlar ərazidə yaşayış mövcud olmamışdır. Hal-hazırda isə körfəz sahilində Aasiaat, İlulissat və Kasiqiannquit şəhərləri vardır. Körfəz ərazisinin İlulissat şəhəri sahili 2004-cü ildən UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Veb-Atlas.
Körfəz
Körfəz — okeanın və ya dənizin quruya çox daxil olmuş, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Sakit okeanda – Alyaska, Kaliforniya, Atlantik okeanında — Qvineya, Meksika, Müqəddəs Lavrenti, Biskay, Fin, Riqa, Botnik, Fandi, Hind okeanında – Benqal, Böyük Avstraliya, Iran, Ədən, Oman, Şimal Buzlu okeanında – Hudzon, Ob. Dənizlərdən fərqli olaraq, suyunun xassələrinə, axınlarına və orada yaşayan canlılara görə okeanlardan az fərqlənir. Bəzi dənizləri səhvən körfəz, bəzi körfəzləri isə dəniz adlandırmışlar. Əslində Meksika körfəzi dəniz, Qırmızı dəniz isə körfəz adlandırılmalıdır. Çünki Meksika körfəzinin suyunun fiziki-kimyəvi xüsusiyyətləri və üzvi aləmi onu dəniz adlandırmağa imkan verir.
Fandi (körfəz)
Fandi (ing. Bay of Fundy, fr. Baie de Fundy) — Şimali Amerika qitəsində, Kanadanın şərq sahillərində, Meyn körfəzinin şimal şərqində yerləşən körfəz. Fandi körfəzi özünün 18 m-lik qabarma və çəkilməsinə görə digər körfəzlərdən fərqlənir. Körfəzin uzunluğu 300 km, eni isə 90 km olub, dərinliyi 214 m-ə qədər çatır. Vadden dənizi ilə eyni xüsusiyyətə malikdir. Körfəzin böyük limanı Sent-Condur. Körfəz böyük hidroenerji potensialına malikdir. Annapolis QÇESi məhz bu körfəzdə yerləşir. Sen-Kura, Sent-Con çayıSent-Con Fendi körfəzinə tökülən çaylardır.
Havan (körfəz)
Havan — Su tutatının bir hissəsini təşkil edir. Bir qayda olaraq liman akvatoriyasının bir hissəsini təşkil edir. Burada sərnişinlərin minməsi və düşməsi, yüklərin yüklənməsi və boşaldılması həyata keçirilir. Gəmilər uzun zaman havanda qala bilirlər. Üstəlik bir limanda bur necə havan ola bilər. Adətən havan üçün küləkdən və dalğalardan qorunan ərazini seçirlər. Havan təbii və süni ola bilir. Havanları həmdə buxta adlandırır. Məsələn: Sovet Havanı.
Körfəz müharibəsi
Körfəz müharibəsi və ya Birinci Körfəz Müharibəsi, kod adı Səhra Fırtınası əməliyyatı — 2 avqust 1990-cı ildə İraqın Küveyti işğal etməsi ilə başlayan böhranın nəticəsində, ABŞ rəhbərliyində, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Suriya, Misirin də aralarında olduğu 37 ölkənin daxil olduğu koalisiya gücünün İraqa qarşı təşkil etdiyi hərbi əməliyyat (17 yanvar 1991–28 fevral 1991).
Körfəz ölkələri
Fars körfəzinin Ərəb ölkələri, Fars körfəzi sərhəd altı ərəb ölkələri aiddir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Küveyt, Bəhreyn, və Oman.
Quba (körfəz)
Quba (rus. Губа "dodaq") — termini əsasən Rusiyanın ərazisində yerləşən buxta və körfəzlərin bir qismində işlədilir. Bu tip körfəzlərə əsasən iri çaylar tökülür. Faktiki olaraq yalnız Rusiya ərazisindən başqa ərazilərdə işlədilmir. Məsələn: rus. Невская губа Nevski körfəzi, rus. Обская губа Ob estuarisi.
Ria (körfəz)
Ria və ya rias — Çay mənsəbində çay vadisinin dəniz suları ilə basılmasından əmələ gələn, adətən konusvari formaya malik körfəzlərə deyilir. İlk əvvəllər bu termin əsasən İspaniya və Portuqaliya sahillərində yerləşən buxtalara deyilirdi. Ria əsasən dəniz səviyyəsinin quru sahələrindən yüksəyə qalxdığı ərazilərdə meydana gəlir. Ria estuari belə ola bilir. Onları adətən fiordlarla səhv salırlar. Ancaq fərq oların kiçik ölçüləri ilə izah olunur. Rialar 50 kilometrdən çox materik daxilinə irəliləmirlər. Tipik Riaları İspaniyanın Qalisiya sahillərində görmək olar.
Körfəz Əməkdaşlıq Şurası
Körfəz Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası (ing. Cooperation Council for the Arab States of the Gulf, CCASG; ərəb. مجلس التعاون لدول الخليج العربیة‎) və ya qısaca Körfəz Əməkdaşlıq Şurası — altı ərəb ölkəsindən ibarət iqtisadi və ictimai obyektivləri olan beynəlxalq iqtisadi birlik. Birlikdə iştirak edən Ərəb ölkələri nümayəndələrinin ümümi razılığı ilə rəsmi sənədlərdə birliyin adında "Fars" sözü işlənmir. 25 may 1981-ci il tarixində qurulan birlik Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir. Bu ölkələrə tez-tez Körfəz Ölkələri Şurası (Gulf Cooperative Countries) olaraq xitab edilir. Bu dövlətlər arasındakı iqtisadi razılaşma 11 noyabr 1981 tarixində Ər-Riyadda imzalanmışdır. Bütün körfəz ölkələri bu birliyin üzvü deyil. İran xüsusilə daxil edilməmişdir və 2003-cü ilə qədər üzv ölkələr İrana qarşı bir təhlükəsizlik baryeri olaraq iştirak etmişdir. Yəmən 2006-cı ildən üzvlük üçün müraciət edib.
Florida Körfəz Sahili Universiteti
Florida Körfəz Sahili Universiteti (ing. Florida Gulf Coast Universiteti) — ABŞ-nin Florida əyalətində yerləşən, 1991-ci ildə əsası qoyulmuş olan bir dövlət universitetidir. Florida Gulf Coast Universitetində bir çox sahə üzrə bakalavr, magistr və doktorantura təhsili verilir. Fort Myers şəhərində yerləşir. 2008 etibarı ilə 9,510 tələbə qeydə alınmışdır.
San-Fransisko körfəz sahəsi
San-Fransisko Körfəz Bölgəsi — daha tanınmış adı ilə Körfəz Bölgəsi, ya da körfəz Şimali Kaliforniyada San-Fransisko və San-Xose körfəzlərilə əhatələnmiş bölgədir. San-Fransisko Körfəz bölgəsi, Oakland və San-Xose kimi əhalisi çox olan şəhərlərə malikdir. Ümumiyyətlə bölgəni 101 şəhər əhatə edir. San-Fransisko Körfəz bölgəsi, (ölkə daxilində 12) və San-Xose (ölkə daxilində 31) kimi iki böyük metropolitan bölgəylə birlikdə, bunlarla əhatələnmiş 4 kiçik şəhəri əhatə edir. Körfəz bölgəsi 7.2 milyonluq bir əhaliya malikdir. Körfəz bölgəsində bir çox hərbi hissə, hava limanı, milli park, kəsişim yolları, körpülər və tunellər var. San-Fransisko və San-Xose ikilisi, birləştirilmiş şəhər bölgəsi sahəsində əhali olaraq dünyada 49-cu sıradadır. San-Fransisko, Körfəz bölgəsinin maliyyə mərkəzidir (və əhali sıxlığı olaraq Nyu-Yorkdan sonra ölkə daxilində 2-ci şəhərdir). Buna qarşı San-Xose, bölgənin ən çox əhaliyə sahib şəhəridir. Körfəz bölgəsi, təbii gözəllikləri, liberalizm axınının yüksək təsiri və maddi zənginlikləri ilə tanınır.
Bakbo körfəzi
Bakbo körfəzi (vyet. Vịnh Băc Bô; çin. 北部湾) və ya Tonkin körfəzi (fr. Golfe du Tonkin) — Cənubi Çin dənizinin Çin (Quansi-Çjuan Muxtar Rayonu, Quandun vilayəti, Haynan vilayəti) və Vyetnam (Bakbo rayonu) sahillərində yerləşən körfəzi. Şərqdən sərhədi Leyçjoubandao yarımadası və Haynan boğazı ilə ayrılan Haynan adası ilə müəyyən edilir. Bakbo körfəzinin uzunluğu 330 km, girişdə eni 241 km, dərinliyi 82 m-ə qədərdir. Əsas limanı Hayfondur. 4 avqust 1964-cü ildə ABŞ Prezidenti Lindon B. Conson Şimali Vyetnam qüvvələrinin Bakbo körfəzində iki dəfə Amerika esmineslərinə hücum etdiyini iddia etmişdir. Bu, ABŞ-nin Vyetnam müharibəsində iştirakına əsas olmuşdur. Беседнов Л. М. Рыбы Тонкинского залива.
Bakı körfəzi
Bakı buxtası və ya Bakı körfəzi — Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənubundadır. Şərqdə Sultan Burnu, cənub-qərbdə Şıx burnu, cənub-şərq və cənubda Qum, Daş Zirə (Vulf), Böyük Zirə (Nargin) adaları ilə əhatə olunmuşdur. Sahəsi 50 km², sahil xəttinin uzunluğu 20 km. Bakı buxtası şimal və şimal qərb küləyindən qorunduğuna görə gəmilərin daldalanması üçün əlverişlidir. Şiddətli küləklər zamanı dalğanın hündürlüyü 1.5 metrə çatır. Axınları zəifdir. Bakı portu buxtanın şimal sahilindədir. Bakı körfəzi I-VII əsrlərə qədər quraq olmuş və yaxınlığındakı adalarla quru əlaqəyə malik olmuşdur. Ptolemeyin xəitəsinə görə II əsrdə Bakı dənizdən xeyli aralı yerləşmişdir. VII əsrdən başlayaraq IX əsrə qədər Xəzər dənizinin səviyyəsi kəskin qalxmağa başlamış və nəticədə Bakı buxtası formalaşmışdır.
Balxan körfəzi
Balxan körfəzi — Xəzər dənizinin şərqində yerləşir. Türkmənbaşı körfəzinin şimal-şərqində yerləşir. Şimali Çələkən körfəzi ilə Dərdcə yarımadası ilə ayrılır. XX əsrdə uzunluğu 100 km, eni isə 15 km təşkil edirdi. Orta dərinliyi 0,5-1 metrdir. Maksimal dərinliyi 2 metri keçmir. Bu səbəbdən gəmiçilik üçün yararsırdır. Suyuun səviyyəsi qalxarkən körfəz vaxtı ilə mövcud olan çayın estuarisi ilə şərqə genişlənir. Rəvayətə görə buraya Amudərya çayı axırdı. Yüksək buxarlanma səbəbindən burada duzluluq Xəzərdən 2-3 dəfə yüksək olur.
Barquzin körfəzi
Barquzin körfəzi (bur. Баргажанай булан) — Baykal gölündə yerləşən sahəsinə görə ən böyük və ən dərin körfəz. Körfəz Buryatiyanın Barquzin rayonu ərazisində yerləşir. Barquzin çayının töküldüyü ərazi də daxil olmaqla bir hissəsi Zabaykal Milli Parkı ərazisinə daxildir. Körfəzin sahəsi 725 km². Maksimal dərinliyi 1284 metrdir-dir. Körfəz materik daxilinə 29 km daxil olur. Nijne İzqolye və Krestovoy burunları arasında olan hissədə eni 22,8 km dir. Bu burunlar arasında olan sahil xəttinin uzunluğu 90 km qədərdir. Ən enli hissəsi şimaldan cənuba 38 km təşkil edir.
Baydaraskaya körfəzi
Baydaraskaya körfəzi — Kara dənizinin ən iri körfəzlərindən biridir. Qərbdən Yaqorski yarımadası, şərqdən isə Yamal yarımadası ilə əhatələnmişdir. Uzunluğu 180 km, eni çıxacaqda 78 km, dərinliyi isə 20 m təşkil edir. Yayda suyun səthində temperatur 5–6°S olur. Oktyabrdan iyun ayına qədər səthi bütünlüklə buzla örtülü olur. Mərkəzi hissələrdə nadir hallarda donma baş verməyə bilər. Səbəb isə güçlü küləklər və axınlardır. Şimal hissələri isə Kara dənizinə əsən güçlü külətlər səbəbindən bəzi hallarda buzlar mərkəz və cənuba yığılır. Sahilləri hündür deyildir. Əsasən tundra bitkiləri yayılmışdır.
Benqal körfəzi
Benqal körfəzi — Hind okeanının şimal-şərqində yerləşən körfəz. Sahillərində Hindistan, Banqladeş, Myanma və Şri-Lanka yerləşir. Qərbdən Hindustan yarımadasıyla, şərqdə Myanma sahilləri və Andaman və Nikobar adalarının ada qövsələri ilə məhdudlaşdırılıb. Körfəzin şimal qurtaracağında tarixi Benqaliya vilayəti yerləşir, elə körfəzin adı da bu vilayətə görə adlanıb. Dünyanın ən böyük körfəzidir. Benqal körfəzinə Krişna, Qodaveri, Qanq, Brahmaputra, Çauveri, Mahandi , İravadi və Menqxna çayları tökülür. Körfəzin şimal-şərqində isə "Cox's Bazar" adlı dünyanın ən uzun çimərliyi yerləşir (120 km), bu istirahət zonası eyni adlı şəhərdədir. Hidroloji, hidrokimyəvi və başqa parameterlərə görə Benqal körfəzi dənizlərə aid olunur Qədim hind mətnlərinə əsasən, körfəz Mahodbahi adlanırdı. Antik xəritələrdə körfəz ya Sinus Qanqetikus yada Qanqetikus Sinus (tərcüməsi — Qanqın körfəzi) yazılırdı. Çola dövləti körfəz ətrafı əraziləri zəbt edəndə isə bura Çola gölü kimi tanınırdı.
Biskay körfəzi
Biskay körfəzi (isp. Golfo de Vizcaya,Mar Cantábrico, ing. Cantabrian Sea ; fr. Golfe de Gascogne; bask Bizkaiko golkoa; bret. Pleg-mor Gwaskogn; Qaskonca: Golf de Gasconha)- şimalşərq Atlantik okeanında Kelt dənizinin cənubunda yerləşən körfəz. Biskay körfəzinin sahilində əsas şəhərlər bunlardır: Fransa: Brest, Nant, La Roşell, Bordo, Bayonn, Biarritz. İspaniya: Donostia-San Sebastian, Bilbao, Santander, Gijon, Aviles.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Boulari körfəzi
Boulari Bey və ya Baye de Boulari — Yeni Kaledoniyanın cənub-qərbində yerləşən körfəzdir. Bu buxta şərqdə Numeanın su sahəsini formalaşdırır.
Bristol körfəzi
Bristol körfəzi və ya Bristol kanalı (ing. Bristol Channel; vall Môr Hafren) — Atlantik okeanında, Britaniya adasının cənub-qərbində yerləşir. Uelsin cənubundan İngiltərənin Somerset və Devon qraflıqlarının şimal sahillərini əhatə edir. Körfəz Kelt dənizi akvatoriyasına daxildir. Öz adını sahilində yerləşən Bristol liman şəhərindən götürmüşdür.
Bristol körfəzi (Berinq dənizi)
Bristol körfəzi (ing. Bristol Bay) — Berinq dənizində Alyaska yarımadasının cənub-qərbində yerləşir. Körfəz 320 km materikin daxilinə daxil olur. Ən enli yeri 480 km təşkil edir. Körfəzin dərinliyi 27–84 metrdir. Bu isə körfəzə yalnız balıqçı gəmiıərinin daxil olmasına imkan verir. Körfəzə Toqinak, Nuşaqan, Kviçak və Uqaşık çayları axır. Noyabrdan mart-aprel aylarına qədər üzəri buzla örtülü olur. Qabarma və çəkilmənin hündürlüyü 3,7 metr təşkil edir. Sularında çoxlu sayda balıqlar olur.
Buor-Xaya körfəzi
Buor-Xaya körfəzi — Laptevlər dənizinin cənubunda yerləşən körfəzi. Lena deltasının cənub-şərqində qərarlaşır. Körfəzin uzunluğu 120 km, eni 110 km, dərinliyi 18 metrdir. İnzibati cəhətdən Rusiyanın Yakutiya ərazisində yerləşir. Şərqdən Buor-Xaya burnu ilə əhatələnir. Qərb sahilində Tiksi buxtası yerləşir. Körfəzin daxilində Muostax adası yerləşir. Körfəzə tökülən ən iri çay Omoloy çayıdır. İlin 9 ayı buzla örtülüdür. Körfəzdə qütb stansiyası yerləşir Körfəzə tökülən çaylar: Omoloy, Kuloy, Nayba, Xara-Ulax, Ulaxan-Bildyax, Orto-Stan.
Böyük Avstraliya körfəzi
Böyük Avstraliya körfəzi — Nəhəng, açıq hövzəyə malik, Hind okeanına aid körfəz. Avstraliyanın mərkəz və qərb hissələrinin cənubunda yerləşir. Körfəzin sahəsi Avstraliyanın Qərb burnundan Tasmaniya adasındakı cənub-qərb burnuna qədər uzanır. Sahil xəttinin uzunluğu 1160 km, sahəsi isə 1335 min km² təşkil edir. Ən böyük dərinliyi 5670 metrdir. Əsas limanı Adelaidadır. Körfəzin sahilləri əsasən Qərbi Avstraliya və Cənubi Avstraliya ştatları ərazisinə daxildir. Sahil xətti əsasən qayalıqdır və hündürlük 60 metrə çatır. Bəzi hissələrdə qum çimərlikləri və terraslı qayalıqlara rast gəlinir. Körfəzin ərazisinin böyüklüyünə və dərinliyinin çoxluğuna baxmayaraq flora və fauna baxımından çox kasıb heab edilir.
Böyük Pyotr körfəzi
Böyük Pyotr körfəzi — Yapon dənizində, Rusiyanın Primorsk diyarı sahilində yerləşən ən iri körfəzdir. Şərqdə Povorotnı burnundan tutmuş, qərbdə Tumannaya çayının məsəbinə qədər uzanır. Körfəzin uzunluğu şimaldan cənuba 80 kilometr, şərqdən qərbə isə 200 kilometr təşkil edir. Körfəzin ümumi sahəsi 90000 km²-dir. Sahil xəttinin uzunluğu 1230 kilometrdir. Körfəzin duzluğu 32–34 ‰-dır. Körfəzin sahilləri olduqca girintili-çıxıntılırdır. Bu səbəbdən daxili körfəzlər əmələ gətirir: Poset körfəzi, Amur körfəzi, Ussuri körfəzi, Strelok körfəzi, Vostok körfəzi, Naxotka körfəzi. Böyük Pyotr körfəzinin sahillərində yerləşən iri şəhərlər: Vladivostok, Naxodka, Bolşoy Kamen, Fokino, üstəlik Rusiyanın Sakit okeanda yerləşən ən iri limanı Vostoçnı. Adaları: Ruskiy, Popov adası, Reyneke adası, Rikord adası, Moiseev adası, Furuqelm adası, Askold adası, Putyatin adası, Roma-Korsakov arxipelaqı, Paxtusox adası, Jeltuxin adası, İki qardaş adası.
Bəhreyn körfəzi
Bahreyn Körfəzi— Qətər yarımadası vasitəsilə suyun əsas hissəsindən ayrılan Səudiyyə Ərəbistanının şərq sahillərində İran körfəzinin giriş hissəsidir. Körfəz Bəhreyn adalarını əhatə edir. Kral Fəhd körpüsü Bəhreyn körfəzinin qərb hissəsini keçərək, Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasında əlaqə yaradır. Bəhreyn körfəzi, Qətər yarımadası və Səudiyyə Ərəbistanı arasında İran körfəzinin qərb hissəsində uzanan böyük bir körfəzdir. Qətərin şimal hissəsi ilə Səudiyyə Ərəbistanı sahilinə çatmamış altı adadan və bir çox kiçik adacıklar qrupundan ibarət Bəhreyn yerləşir. Bəhreyn körfəzinin bu səbəbdən İran körfəzinə iki girişi var, ucqar qərbində Səudiyyə Ərəbistanına gedən qısa körpü yerləşir. Bəhreyn körfəzinin cənub hissəsinin uzanması Salvah körfəzini formalaşdırır. Bəhreyn adasının cənub-şərqində və Qətər sahillərinə yaxın, indi Bəhreynin bir hissəsi olan Havar adaları uzanır. Səudiyyə Ərəbistanını Bəhreyn adasına birləşdirən Kral Fəhd körpüsünün 26 noyabr 1986-cı ildə təntənəli surətdə açılışı edildi. Körpü bir-birinə bərk bağlanmış beş körpüdən ibarətdir və dizaynı ətraf mühitə təsirini minimuma endirmək üçün seçilmişdir.
Bəsrə körfəzi
İran körfəzi həmçinin Ərəb körfəzi və ya Bəsrə körfəzi (türk. Basra Körfezi; fars. خلیج فارس - Xəlic-e Fars; ərəb. الخليج العربي‎ - əl-Xəlicül-ərəbi, əl-Xəlic əl-ərəbi) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var.İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Azərbaycanda bu körfəz İran körfəzi adlanır ki, bu yanlış addır və heç bir tarixi əsası yoxdur. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır.
Chesapeake körfəzi
Çesapik körfəzi — ABŞ-nin Merilend və Virciniya ştatlarında yerləşən estuari. Körfəz Orta Atlantika bölgəsində yerləşir və Atlantik okeandan Delmarva yarımadası ilə ayrılır. Merilenddəki şimal hissəsi və Virciniyadakı cənub hissəsi ilə Çesapik körfəzi bu iki dövlətin ekologiyası və iqtisadiyyatı, habelə hövzəsi ətrafındakı ərazilər üçün çox vacib bir xüsusiyyətdir. Körfəzin 64,299 kvadrat mil (166,534 km2) sahəsində olan və altı ştatın (Nyu York, Pensilvaniya, Delaver, Merilend, Virciniya və Qərbi Virciniya) bir hissəsini,Vaşinqtonun isə hamısını əhatə edən çay hövzəsinə 150-dən çox böyük çay axır.
Cənubi Abşeron körfəzi
Abşeron körfəzi — Abşeron yarımadasının şərqində mövqe tutur. Körfəzdə Abşeron arxipelaqının adaları yerləşir. Bunlardan Pirallahı, Çilov, Böyük Tava, Kiçik Tava, Tava altı, Yal, Dardanel, Koltiş, Urunus və Qu (ada) adını çəkmək olar. 1944 ildə Pirallahı Abşeron yarımdasından ayıran Abşeron boğazıda "Damba" tipli körpü çəkilir. Bundan sonra körfəz rəsmən iki yerə: "Cənubi və Şimali Abşeron körfəzinə" bölünür. Körfəzlər adını isə eyni adlı yarımadadan götürmüşdür. Şimali Abşeron körfəzinin sahəsi 24 km², Cənubi Abşeron körfəzinin sahəsi isə iki dəfə kiçikdir. Körfəzdə orta dərinlik 3,4 m, maksimal dərinlik isə 11 - 12 metrdir. Yayda suyunun orta temperaturu 24 °C, qışda isə 3-5 °C təşkil edir. Körfəz inzibati cəhətdən Pirallahı rayonu ərazisinə daxildir.
Cənubi Çələkən körfəzi
Cənubi Çələkən körfəzi — Xəzər dəniziində Türkmən körfəzinin şimalında, Çələkən yarımadasının cənubunda yerləşən körfəz. Dənizdən Cənubi Çələkən burnu və Dərviş yarımadası ilə ayrılır. Uzunluğu 20 km, eni 35 km təşkil edir. Dərinliyi 5-7 metri keçmir. Burada Alaca limanı yerləşir. Körfəz özü Dərviş, Mixaylovski körfəzləri yerləşir. Üstəlik burada Uzunada körfəzi və Qırark körfəzləri vardır.
De-Lonq körfəzi
De-Lonq körfəzi — Cekson adasının şimal-qərbində yerləşən körfəz. Körfəz adanı bərabər iki yarımmadaya ayırır. Körfəz . De-Lonq körfəzi cənubdan Bıstrov burnu ilə əhatələnir. Körfəzin çıxacağında Aleksandr adaları yrləşir.
Donuzlar Körfəzi əməliyyatı
Donuzlar körfəzi əməliyyatı və ya Donuzlar buxtası əməliyyatı (isp. Invasión de Bahía de Cochinos) - 1961-ci ilin 17 aprel - 19 aprel tarixlərində Kubanın Donuzlar körfəzi ərazisində baş vermiş hərbi əməliyyat. Əməliyyat Kuba inqilabı vasitəsi ilə hakimiyyətə gələn Fidel Kastro və tərəfdarlarının hakimiyyətdən salınması üçün həyata keçirilmişdir. 2 gün davam edən döyüşlərdən sonra ABŞ tərəfindən dəstəklənən Sürgün Kuba Höküməti birlikləri məğlub olmuş və nəticədə əməliyyat ordunun qələbəsi ilə başa çatmışdır. Donuzlar Körfəzi əməliyyatı Soyuq müharibə dövrünün əhəmiyyəti hadisələrindən biri hesab olunur. 1952-ci ildə ABŞ müttəfiqi olan Fulxensio Batista Kubanın Prezidenti Karlos Prioya qarşı dövlət çevirişi törədərək, onu Mayamiyə sürgünə qaçmağa məcbur etmişdi. Bundan baş verən Kuba İnqilabı zamanı Batista ordusu 1956-1959 arasında Fidel Kastronun partizanları ilə baş verən toqquşmalarda uğursuz olmuşdu. Bundan əlavə Batistanın həmin dövrdə törətdiyi repressiyaları onun qeyri-populyar eləmişdi. Nəticədə, 1958-ci ilin dekabrın 31-də Batista istefa edib vəözü ilə 300 million ABŞ dolları alaraq ölkədən qaçmış. O zaman, Kubanın neft emalı zavodları ABŞ-ın Esso, Standard Oil və Shell şirkətlərin idarəsi altında idi.
Donuzlar körfəzi
Donuzlar körfəzi və ya Donuzlar buxtası (isp. Bahia de Cochinos) — Kubanın cəbubunda Mantanas vilayətinin sahilində yerləşir. 1910-cı ildən Santa Klara vilayətinə, 1961-ci ildən isə Vilya Klara vilayətinə verilir. 1976-cı ildə edilən inzibati dəyişiliklər nəticəsində körfəz sahili ərazilər Mantanas vilayətinin ərazisi olur. Vilayətin körfəz sahili ərazisi acıq dənizdə üzmək və dəniz canlilarını seyr etmək baxımından gözəl yer olaraq dünyada məşhurdur. Körfəz Haquey Qrandedən (cənub) 30 km,Senfeurqosodan 75 km (qərbdə),Havanadan isə 150 km (cənub-şərqdə) aralı yerləşir. Körfəzin şərqində Sanata bataqlığı və eyni adlı yarmada vardır. Qərb sahillərində mərcan rifləri geniş yayılmışdır. Boğazın adlanmasına gəldikdə isə bunun donuzlarla hec bir əlaqəsi yoxdur. Belə ki, İspanlar Atlantik okeanında yaşıyan balıqları Kocino adlandırırdılar (isp.
Ebelyax körfəzi
Ebelyax körfəzi — Laptevlər dənizinə daxil olan körfəz. Dənizin cənub-şərqində yerləşir. İnzibati cətətdən Rusiyanın Saxa Respublikası ərazisinə daxildir. Svyatoy Nos burnu ilə Şirokostan yarımadası arasında yerləşir. Materikin daxilinə 26 km uzanır. Eni 37 km, dərinliyi 11 km təşkil edir. Sahilində tundra bitkiləri yayılmışdır. Cənub sahilləri alçaqdır. Şimalında isə sıldırımlıdır və hündürlük 387 metrdir. Körfəzə Suruktax, Adarqaydax, Ekekey çayları axır.

Digər lüğətlərdə