Kürəkçi
Kürəkçi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
== Tarixi ==
Yaşayış məntəqəsi Pirimbel tayfasının Kürəkçi tirəsinin məskunlaşması nəticəsində yaranmışdır.
== Coğrafiyası və iqlimi ==
Kənd Viləşçayın sahilində, Talış dağlarının Peştəsər silsiləsinin ətəyindədir.
== Əhalisi ==
1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 410 nəfər əhali yaşayırdı.