KÜRƏN

прил. расу; куьрен (чӀарар хъипивални-ярувал акахьай расу рангунин); kürən oğlan расу гада; kürən at куьрен (расу) балкӀан; // сущ. гьахьтин чӀарар авай балкӀан, инсан ва мс.
KÜRƏMƏK
KÜRƏNMƏK
OBASTAN VİKİ
Kürən Erik
Kürən Erik (950, Norveç – 1003, Brattalid[d]) — Qrenlandiyanı kəşf edən Vikinq hökmdarı, Norveç mənşəli İslandiya Vikinqlərindən idi. Qrenlandiyada məskən salan ilk avropalı. 982-ci ildə öz adamları ilə qərbə üzərək tapdığı torpağı Green Land (Yaşıl torpaq,diyar) adlandırmışdır. == Qrenlandiyanın kəşfi == Torpaq üstündə düşən davaların birində adam öldürən Erik İslandiyanı tərk etdi. Bunun iki səbəbi var idi. 1) Məhkəmə qərarı ilə o İslandiyadan sürgün edilib 2) Öldürdüyü şəxsin yaxınlarının qisasından qorxaraq İslandiyanı tərk edib. 982-ci ildə İslandiyanı bir qrup köçərilərlə tərk edən Erik üzü qərbə gedərək Qrenlandiya adasını kəşf edir. 80%-i buzdan ibarət olan adanın Green Land (Yaşıl Torpaq, diyar) adlandırılmasının iki versiyası var: Birincidə 982-ci ildə Qrenlandiyanın iqlimi indikindən fərqlənirdi. İkinci versiyaya görə isə bu ad adaya daha çox insan cəlb etmək üçün verilmişdi. == İslandiyaya qayıtması == 986-cı ildə Kürən Erik yenidən İslandiyaya qayıdır.
Kürən atlanqaç
Kürən atlanqaç (lat. Elephantulus rufescens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Kürən canavar
Kürən canavar (lat. Canis lupus rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Kürən günotu
Kürən günotu (lat. Hemerocallis fulva) — günotu cinsinə aid bitki növü. == Sinonim == Gloriosa luxurians Lour. ex B.A.Gomes Hemerocallis crocea Lam. Hemerocallis disticha var. kwanso (Regel) Nakai Hemerocallis flava Suter [Illegitimate] Hemerocallis fulva var. fulva fulva Hemerocallis fulva var. kwanso Regel Hemerocallis fulva f. kwanso (Regel) Kitam. Hemerocallis fulva var.
Kürən qaratoyuq
Kürən qaratoyuq (lat. Turdus naumanni) — qaratoyuq cinsinə aid quş növü. == Təsviri == Kürən qaratoyuq uzunluğu 23 sm-ə çatan və bir-birindən dəqiq fərqlənən iki yarımnövə malikdir: T. n. naumanni и T. n. eunomus. === T. n. naumanni === Bədəbinin yuxarı hissəsi qonur rəngdədir. Sinəsi və böyür tərəfləri qırmızı-qonur rəngli xalları olan ağ rəngdədir. Quyruğu qırmızı-qonur rəngdədir. Yarımnöv Mərkəzi və Şərqi Sibirin cənub hissələrində yuvalayır.
Kürən vağ
Kürən vağ (lat. Ardea purpurea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü. == Qısa təsviri == Leylək formalı iri quşdur. Ayaqları, boynu və dimdiyi uzundur (10 sm). Dimdiyi düz və ucu biz kimidir. Bel tərəfi boz-qonur, qarın tərəfi qaramtıldır. Başı, boynu və döşü kürəndir. Qanadları çirkli-boz, amma ucları qaradır. Ayaqları və dimdiyi sarımtıl-bozdur. == Statusu == Nadirdir.
Kürən vaşaq
Kürən vaşaq (lat. Lynx rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinə aid heyvan növü. Şimali Amerikada yaşayırlar. == Xarici görünüşü == Kürən vaşaq xarici görünüşcə tipik vaşaqdır, ancaq ölçüsü adi vaşaqdan iki dəfə kiçikdir. Ayaqları o qədər də uzun, pəncələri isə enli deyil. Quyruğu qısa olur. Bədəninin uzunluğu 60-80 sm, süysününün hündürlüyü 30-35 sm, kütləsi isə 6-11 kq olur.
Kürən xul
Kürən xul (lat. Neogobius pallasi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. == Yayılması == Kürən xul balığı Qara dəniz, Azov dənizi və Xəzər dənizinin hövzələrində geniş yayılmışdır. Azərabaycanda Kür çayı hövzəsində bu balığa Ağstafa rayonundan Alazana qədər olan bütün çaylarda, Lənkəran, Astara çaylarında, Quba-Xaçmaz rayonlarının çaylarında və Araz çayında təsadüf edilir. Qafqazın dağ çaylarında, o cümlədən Kür çayının yuxarı axarında və qollarında Qafqaz çay xulu yarımnövü-''N.platyrostris constructor Nordman'' təsadüf edilmişdir. == Morfoloji əlamətləri == D VI-VII ,I 16 - 19, A 11-13 (15), squ (53) 56-68 (71)-dir. Bədəni uzunsov-silindrikdir, quyruğa doğru getdikcə nazikləşir. Başı enli, yanlardan basıqdır. Ağzı kiçikdir. Rostrumu kütdür, alt çənə önə çıxmır.
Kürən (film, 1989)
== Məzmun == Yaramaz Ağ kloun Xeyirxah kürən klouna həsəd aparır. Xeyirxah kürən hər dəfə özünü Yaramazın pis əməllərindən qorusa da çətin vəziyyətlərə düşür, amma qorxub geri çəkilmir. == Film haqqında == "…Mövzu üzrə kompozisiya" serialının birinci filmidir. Kinolent Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Kürən axşam yarasası
Kürən axşam yarasası (lat. Nyctalus noctula) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin axşam yarasası cinsinə aid heyvan növü. Xəzi qəhvəyi-kürən rəngdə olan iri yarasadır. Kütləsi 23,0–40,0 q, bədəninin uzunluğu 67,0–80,0 mm-ə, bazusunun uzunluğu 51,0–56,0 mm-ə çatır. == Yayılması == Avropada, Şimali Afrikada, Asiyada yayılmışdır. Azərbaycanın bütün ərazisində meşə landşaftlarında və orada yerləşən yaşayış məntəqələrində rast gəlinir. Dəniz səviyyəsindən 1000 m-dək hündürlükdə yerləşən ərazilərdə tapılmışdır. == Yaşayış yeri və həyat tərzi == Azərbaycanın qərbində oturaq, şərqinsə isə Rusiyanın Şərqi Avropa vilayətlərində (çox güman ki, Volqa boyunda) yaylayan köçəri populyasiya təmsil olunmuşdur. Xəzəryanı ovalıqlarda ilk baharda nisbətən bol olan axşam yarasalarının sayı mayın 2-ci yarısından sonra kəskin şəkildə azalmışdır. Axşam yarasalarının sığınacaqları həm koğuşlar, həm də tikililərlə bağlıdır. Çox vaxt, xüsusən Tuqay meşələrində ağyarpaq qovaqların gövdəsindəki boşluqlarda məskunlaşırlar.
Kürən ağac ördəyi
Kürən ağac ördəyi (lat. Dendrocygna bicolor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Xallı kürən pişik
Xallı kürən pişik (lat. Prionailurus rubiginosus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü. Benqal pişiyinin yaxın qohumu. Asiyada pişik ailəsinin ən kiçik nümayəndəsi (Afrikada qara ayaqlı pişik dünyada pişik ailəsinin ən kiçik nümayəndəsi adına iddia edir). Yalnız Hindistan və Şri Lankada tapılır. Növün nəsli kəsilməkdə olan 10.000-dən az yetkin üzvü var və təbii yaşayış mühitindəki dəyişikliklər səbəbindən daimi azalma müşahidə olunur. Paslı pişiyin bədən uzunluğu 35 ilə 48 sm arasında, quyruğun uzunluğu 15 ilə 30 sm arasındadır, yetkin heyvanların çəkisi cəmi 0,9-1,6 kq-dır. Beləliklə, vəhşi pişiklərin ən kiçik növlərindən biridir. Xarici olaraq, Bengal pişiyinə çox bənzəyir, lakin ləkələr daha az aydındır və qeyri-müəyyən təəssürat yaradır. Pişik bütün uzunluğu boyunca qısa tüklərlə örtülmüşdür.
Kürən Sonya (film, 1985)
Kürən Sonya (ing. Red Sonja) — 1985-ci ildə istehsal olunmuş ABŞ döyüş filmi. Baş rolda Arnold Şvartsenegger iştirak edir. Filmə Metro-Goldwyn-Mayer kinokompaniyası distribütorlik etmişdir. == Məzmun == Sehrli gücə sahib olan Kraliça Qedren Sonyanın ailəsini öldürür. Sonyanın intizarını görən ilahələrdən biri ona sehrli güc verir. Bu səbəbdən Sonya Çin ustasının yanına gedir ki, qazandığı güclə qılınc oynada bilsin. Həmçinin, bu müddətdə müxtəlif sehrli qüvvəsi olan talisman haqqında öyrənir. Həmin talismanı məbədin kahinləri qoruyur. Talismanı qaranlığa qərq etməsələr, dünyada güclü zəlzələ yaradacaq və insanları məhv edəcəkdir.
Kürən güzgülər diyarında (film, 2011)
Kürən güzgülər diyarında (rus dilində: «Рыжик в зазеркалье», Belarus dilində: Рыжык у залюстаркоўе) — Yelena Turovanın rejissorluğu ilə 2011-ci ildə “Belarusfilm” kinostudiyasında nümayiş olunmuş ailə fantastika filmidir. == Süjet xətti == Pərilərin hakim olduğu səltənətlərin birində bədxah bir sehrbaz bütün güzgüləri ovsunlayır. Beləliklə qısa bir zaman ərzində bu səltənətin bütün sakinləri güzgüyə baxan kimi dərhal gözdən itib müəmmalı bir yerə gedirlər. Lakin bədxah sehrbaz üçün bütün bunlar kifayət deyildir. Bədxah sehrbaz yavaş-yavaş pərilər səltənətindən real dünyaya nüfuz etməyə başlayır. Həmin bədxah sehrbazı məğlub etmək bir o qədər də asan iş deyil - bunu pərilər səltənətinin hökmdar nəslinin qanından olan bir adam reallaşdıra bilər və belə bir adam xoşbəxtlikdən mövcuddur. Həmin adam kürən ləqəbli bir qız uşağıdır.
Kürənbaş qızılquş
Kürəni ev uzunbığı
Kürəni ev uzunbığı (lat. Stromadium unicolor) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. == Təsviri == == Yayılması == Kürəni ev uzunbığı Cənubi Avropada, Krımda, Qafqazda, Qərbi Asiyada yayılmışdır. Azərbaycanda bu növə bütün rayonlarda təsadüf edilir. == Həyat tərzi == Sürfəsi müxtəlif ağac cinslərinin oduncaq hissəsində yaşayır. Yemləndiyi bitkilərdən palıd, püstə, fıstıq, qarağac, cökə, şabalıd, meyvə ağacları, söyüd, şam və s. xüsusi yer tutur. Bu uzunbığ nəinki tələf olmuş və ya qurumaqda olan ağac budağı və gövdəsi, həmçinin müxtəlif taxta-şalban, tir, ağac məmulatları və tikililəri də yoluxdurur. O, qismən quru olan oduncaqlara üstünlük verir. Çoxalma illərində böyük zərər verə bilir.
Kürənquyruq sufərəsi
Kürənsaçlılar festivalı
Kürənsaçlılar festivalı (nid. Roodharigendag) — Hər il sentyabrın ilk həftəsonunda minlərlə kürənsaçlı insan Hollandiyanın Breda şəhərində toplaşması == Tarixi == Festival 2005-ci ildən etibarən keçirilir. Həmin vaxt hollandiyalı rəssam Bart Rouvenhorst 15 kürənsaçlının şəklini çəkmək istəyib. Bunun üçün o, kürənsaçlı model axtarışına çıxıb. Onun müraciətinə 150 nəfər müsbət cavab verib. Tədricən bu ənənə festival halını alaraq, 5 minədək kürən insanı bir araya gətirib. Festivala qoşulan kürənlər buraya daha çox Böyük Britaniya, ABŞ, Avstraliya və Almaniyadan gəlirlər. Festivalda musiqi, piknik, dəb nümayişi keçirilir.
Kürənquyruq kiçik sufərəsi
Kürənquyruq kiçik sufərəsi (lat. Amaurornis moluccana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin kiçik sufərəsi cinsinə aid heyvan növü.

Digər lüğətlərdə