ləkə
lə'nət
OBASTAN VİKİ
Ləqəb
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Zəhirəddövlə (ləqəb)
Zəhirəddövlə — Qacarlar dövlətində şah tərəfindən verilən ləqəblərdən biri. İbrahim xan Qırxlı-Avşar, Nadir şahın qardaşı.
Əli (ləqəb)
Əli — Dünyada daha çox işlədilən kişi adı və təxəllüs.[mənbə göstərin] Əli — Məhəmmədin əmisioğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Əli Bayramov Əli Bayramov (inqilabçı) — Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübariz Əli Bayramov (sahibkar) — Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bozan Əli Əsədov — Azərbaycan Respublikası onuncu baş naziri Əli Məmmədov Əli Məmmədov — Kaskadyor. Trük quruluşçusu. Aktyor. Döyüş səhnələrinin quruluşçusu. Filmlərdə iştirak edən. Əli Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Ləqəb və Adların Ləğvi Haqqında Qanun
Ləqəb və Adların Ləğvi Haqqında Qanun Türkiyədə 26 noyabr 1934-cü il tarixli 2590 nömrəli qəbul edilmiş qanundur. Türkiyənin Rəsmi Qəzetində (2867 saylı, 3-cü cild, 6-cı səhifə) 29 noyabr 1934-cü ildə nəşr edilmişdir. Türkiyə Böyük Millət Məclisində köhnəlmiş olmasına görə müzakirə edilmişdir. Qanuna görə: Maddə 1 - Ağa, Hacı, Hafiz, Xoca, Molla, Əfəndi, Bəy, Bəyəfəndi, Paşa, Xanım, Xanıməfəndi və Həzrətləri kimi ləqəb və adlar ləğv edilmişdir. Kişi və qadın vətəndaşlar qanun qarşısında və rəsmi sənədlərdə yalnız adları ilə qeyd olunmalıdır. Maddə 2 - Mülki, rütbə və rəsmi nişanlar və medallar ləğv edilmişdir və bu nişanların və medalların istifadəsi qadağandır. Müharibə medalları istisnadır. Türklər xarici dövlət nişanələrini üstlərində daşıya bilməzlər. Maddə 3 - Hərbi rütbələrdən adın əvvələ gəlməsi şərti ilə quru qoşunlarında və hava qüvvələrində xidmət edən Müşir, Birinci Ferik, Ferik ve Liva rütbəli şəxslərə General, dənizdə xidmət edən Birinci Ferik, Ferik və Liva rütbəli şəxslərə Admiral adı verilir. General və Admiralların dərəcələrini göstərən rütbələrlə hərbi dəniz zabitlərinin və digər hərbi birləşmələrdə xidmət edənlərin dərəcələrini göstərən rütbələrlə təltif edilməsi Ali Hərbi Şuranın qərarı və Deputatlar Şurasının təsdiqi ilə müəyyən edilir.
Azərbaycan şəhərlərinin ləqəblərinin siyahısı
Siyahıda Azərbaycan şəhərlərinin rəsmi və qeyri-rəsmi olaraq bələdiyyə, yerli sakinlər, kənar şəxslər və ya turizm şirkətləri və ya ticarət palatalarına məlum olan (və ya tarixən tanınan) ləqəbləri qeyd olunmuşdur.
Birinci Qarabağ müharibəsi iştirakçılarının ləqəbləri
Aşağıdakı siyahıda Qarabağ müharibəsi iştirakçılarının ləqəbləri verilmişdir.
Birinci Qarabağ müharibəsi iştirakçılarının ləqəblərinin siyahısı
Aşağıdakı siyahıda Qarabağ müharibəsi iştirakçılarının ləqəbləri verilmişdir.
Ləqəbi "İKA"dır (1997)
Ləqəbi "İKA"dır (film, 1997)
Milli futbol komandalarının ləqəbləri
Aşağıdakı siyahıda milli futbol komandalarının ləqəbləri verilmişdir..
Motor ləqəbli Cekson (film, 1988)
"Motor" ləqəbli Cekson və ya Cekson hərəkəti (ing. Action Jackson) — 1988-cu ildə istehsal olunmuş ABŞ filmidir. Filmin rəssamlarından biri Filipp Leonarddır. Detektiv "Motor" ləqəbli Cekson politika gücü ilə insanları öldürən narkobandalara müharibə elan edir.Cekson onlarla qətiyyətlə mübarizə aparır.
Qarabağ müharibəsi iştirakçılarının ləqəbləri
Aşağıdakı siyahıda Qarabağ müharibəsi iştirakçılarının ləqəbləri verilmişdir.
Ləqəbi "İKA"dır
Ləqəbi "İKA"dır — 1997-ci il Azərbaycan istehsalı dram janrında film. == Məzmun == Film SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının 1953–1990-cı illərdəki fəaliyyətindən, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisələrin təşkilində bu komitənin bilavasitə iştirakından bəhs edir. == Film haqqında == Film rejissor Teymur Bəkirzadənin kinoda son işidir. Filmdə sənədli kadrlardan istifadə edilmişdir. Çəkiliş vaxtı səhvən İran sərhədi 25 km keçilmişdi. Xəbərdarlıqdan sonra çəkiliş vertolyotu geri qayıtdı. Kütləvi səhnələrin birində Prişibdə yaşayan malakanlar iştirak etmişlər. Filmin çəkilişinə Ramanadakı hərbi hissənin paraşütçüləri köməklik göstəriblər. "Ürək yaddaşı" adlanan ədəbi ssenarini rejissor Vaqif Mustafayev 90-cı il hadisələri zamanı yazıb, amma öz ssenarisinə quruluş vermək fikrində olmayıb. Ssenarini Teymur Bəkirzadə bəyənmişdi.

Digər lüğətlərdə