LAP

əd. too, very, in a high degree, extremely, quite, fully; exactly, precisely; really; truly; ~ yaxşı very good; özünü ~ yaxşı hiss etmək to feel* very / quite well; ~ çox too much; too many; O, lap cavandır He / She is quite / too young; O, lap asta-asta gedirdi She walked very slowly; Zavallı qız lap kordur The poor girl is stone-blind; Bu lap sənə lazım olan kitabdır This is the very book you need; Evdə lap tək qalmışdım I stayed at home quite alone

LANDŞAFT
LAPDAN
OBASTAN VİKİ
Discolenta lapathifolia
Persicaria lapathifolia (lat. Persicaria lapathifolia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Polygonum lapathifolium L. Polygonum persicaria var. lapathifolium (L.) Meisn.
Dmitri Laptev boğazı
Dmitri Laptev boğazı (rus. Дмитрий Лаптев ) -Böyük Lyaxovski adasını Avrasiya materikindən ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizi ilə Laptevlər dənizini birləşdirir. Boğazın uzunluğu 115 km, eni 50–61 km, dərinliyi 11–16 m təşkil edir. Sahilləri dayazdır. İlin böyük qismi buzla örtülü olur. Cənubunda (Svyatoy Nos burnu və Kondrateva çayı hövzəsi) bereq Oyoqos-Yar adlanır. Boğaz Dmitri Yakoviç Laptevin şərəfinə adlandırılmışdır. Boğaz 1740-cı ildə kəşf edilir. XIX əsrə qədər boğaz daxilində Diomid adası vardı.
Ficus lapathifolia
Ficus lapathifolia (lat. Ficus lapathifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Galium lappaceum
İlişkən qatıqotu (lat. Galium aparine) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Georgi Lapiti
Georgi Lapiti (yun. Γεώργιος Λαπίθες) — orta əsr Kipr yunan yazıçısı, alimi və mülkədarı. Alimlər Lapiti adının Lapitos şəhərindən götürüldüyünü güman edir. O, mülkədar olduğundan xeyli sərvətə sahib idi, bundan öz intellektual işlərində və xristian əsirlərinin Osmanlı qüvvələrinin əlindən azad edilməsində istifadə edirdi. Lapiti müxtəlif mənşəli ziyalıları öz "gözəl iqamətgahında" qonaq edib, onlarla ideyaları müzakirə edirdi. O, məhsuldar tərcüməçi olmuşdur, lakin onun əsərlərinin sadəcə bir neçəsi bu günə qədər gəlib çatmışdır. Devid Pinqri onu "Toledo cədvəlləri"nin latın dilindən yunan dilinə tərcüməçisi olduğunu bildirmişdir.
Hordeum lapponicum
Jan Fransua de Laperuz
Jan Fransua de Qalo, qraf de La Peruz (ənənəvi yazılışı Laperuz; 23 avqust 1741, Qo, Albi — 1788)- hərbi-dəniz zabiti, məşhur fransız dəniz səyyahı. Dünya səyahətinə çıxdığı bütün heyətlə birlikdə Santa-Kruz adalar qrupuna daxil olan Vanikoro adasında həlak olmuşdur. Jan Fransua de Laperuz 15 yaşında Brestdə yerləşən Kral hərbi-dəniz Akademiyasına daxil olmuşdur (1756-cı il). Hələ 17 yaşında ikən, təhsilinin bitməsinə qalmış Yeddi illik müharibə və Şimali Amerika sahillərində müxtəlif döyüşlərdə iştirak etmişdir. 18 yaşında marşal de Konflan ilə admiral Houk arasında baş vermiş döyüş zamanı yaralanmış və əsir götürülmüşdür. Nəticədə, 5 il ərzində İl-de-Frans adasında (indiki Mavriki) müxtəlif vəzifələrdə çalışmışdır. "Sena" gəmisinin kapitanı kimi Hindistana 2 dəfə üzmüşdür. O, burada gələcək həyat yoldaşı kreol əsilli Eleonor Bruda ilə tanış olmuşdur. 1777-ci ildə Fransaya qayıdanda Mae qəsrini sultan Maxaraştrın donanmasının hücumundan qoruduğuna görə Müqəddəs Lüdoviq ordeni və leytenant rütbəsi ilə təltif olunmuşdur. Fransanın hərbi-dəniz donanmasının zabiti kimi ABŞ İstiqlaliyyət müharibəsində və ingilislərə qarşı Antil adalarından Labradora qədər ərazidə baş vermiş döyüşlərdə iştirak etmişdir.
LAPD
Los-Anceles Polis Departamenti — Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərinin polis təşkilatı. On mindən çox məmuru və üç mindən çox vətəndaş personalı var. 3.8 milyonluq əhali və 1.290 km²-lik sahədən məsul olan bu təşkilat; Amerika Birləşmiş Ştatlarındakı ən böyük hüquq mühafizə orqanlarndan biridir. Tarixi boyunca saysız filmdə və televiziya seriallarında mövzu edilən LAPD, bir çox dəfə irqçilik və sui-istifadə iddialarına məruz qaldı və mübahisəli müzakirələrə gətirib çıxardı. Ümumi birləşmiş xilasetmə xidməti olan 911 fəaliyyət göstərir,bu xidmət yanğın,cinayət,xilasetmə fəaliyyətlərin yerinə yetirir.
Lapalis
Lapalis (fr. Lapalisse) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03138. 2008-ci ildə əhalinin sayı 3175 nəfər təşkil edirdi. 2007-ci ildə 1796 nəfər (15-64 yaş) insanlar arasında 1265 nəfər iqtisadi fəal, 531 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.4%, 1999-cu ildə 71.1%). Fəal 1165 nəfərdən (598 kişi və 528 qadın), 139 nəfər işsiz (50 kişi və 89 qadın) işlədi. Aktiv olmayan 531 nəfər arasında 146 nəfər şagird və ya tələbə, 201 nəfər təqaüdçü, 184 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lapanuz
Lapanuz (fr. Lapanouse, oks. La Panosa) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Severak-le-Şato kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12123. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 155 km şimal-şərqdə, Rodezdən isə 37 km şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 750 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15–64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,0%, 1999-cu ildə bu göstərici 69,8%).
Lapanuz-de-Sernon
Lapanuz-de-Sernon (fr. Lapanouse-de-Cernon, oks. La Panosa) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kornyu kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12122. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 140 km şərqdə, Rodezdən isə 29 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 118 nəfər təşkil edirdi. 2007-ci ildə 65 yaşdan yuxarı (15-64 yaş arasında) 55 nəfər iqtisadi fəal, 10 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 84,6%, 1999-cu ildə 60.4%).
Lapathum hortense
Rumex patientia (lat. Rumex patientia) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Acetosa patientia (L.) M.Gómez Lapathum hortense Garsault [Invalid] Lapathum hortense Lam. Rumex callosus (F. Schmidt ex Maxim.) Rech. f. Rumex interruptus Rech. f. Rumex patientia subsp. callosus (F. Schmidt ex Maxim.) Rech. f.
Laperuz (En)
Laperuz (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Laperuz boğazı
Laperuz boğazı (rus. Пролив Лаперуза) və ya Soya boğazı (yap. 宗谷海峡) - Sakit okeanda Saxalin adası və Hokkaydo adalarını ayırır, Yapon dənizi və Oxot dənizilərini birləşdirir. Uzunluğu 94 km, eni isə 43 km təşkil edir. Orta dərinlik 20–40 m-dir. Ən dərin yeri isə 118 m təşkil edir. Qışda boğazın ərazisi donur. Boğazın adına gəldikdə isə fransız səyyahı Jan Fransua de Laperuz 1787-ci ildə boğaz ərazisini üzərək keçir. Yaponiya sahillərində Vakkanay limanı yerləşir. Boğaz ərazisində sərt qayalıqlardan ibarət olan Təhlükəliklər adası mövcuddur.
Laphamia
Lapiş meşəsi
Lapiş meşəsi (rum. Pădurea Lapiș) — Rumıniyanın şimal-qərbində yerləşən, BTMİ-də IV kateqoriya təbiət qoruğu. Sahəsi 430,40 hektar olan meşə Rumıniya Hökumətinin 2004-cü il 2115 saylı qərarı ilə təbii qorunan ərazi elan edilmişdir. Lapiş meşəsi daha böyük meşə qrupu olan qədim Codrii Silvaniei meşələrinin qalığıdır. Yay palıdı (lat. Quercus robur), qayalıq palıdı (lat. Quercus petraea), ürəkvari cökə (lat. Tilia cordata), Quercus frainetto, adi göyrüş (lat. Fraxinus excelsior), Avstriya palıdı (lat. Quercus cerris), Avstriya şamı (lat.
Lapland müharibəsi
Laplandiya müharibəsi (fin Lapin sota) — Finlandiya və Almaniya silahlı qüvvələri arasında 1944-cü ilin sentyabrından 1945-ci ilin aprelinə qədər olan müharibə. 1941-1944-cü illərdəki müharibədə SSRİ-yə məğlub olan Finlandiya, Moskva Atəşkəs Müqaviləsinə əsasən, torpaqlarında olan Üçüncü Reyxin qüvvələrini öz ərazilərini tərk etməyə məcbur etmək üçün mübarizə aparmışdır. Müharibənin sonunda alman qüvvələri Norveçə geri çəkilmiş və Finlandiya Moskva müqaviləsi öhdəliklərini yerinə yetirməyə davam etmişdir.
Laplandiya
Laplandiya (Saam dili Sápmi, Sámeednam, fin Lappi, isv. Lappland и norv. Lapland) — Şimali Avropada yerləşən tarixi-mədəni region, əhalisi saamlardır (qədim adı — loparlar, lapladlılar). Bəzi inanclara görə Laplandiya şaxta babaların vətənidir. Əsasən soyuq iqlimlidir. Burada normal iqlim −20 dərəcədir. Ən böyük yüksəklik 340 metrdir. Ərazisinin 60%-i küknar meşələridir. Burada ağ ayı, çaqqal, bayquş kimi heyvanlar və quşlar mövcuddur. Burada 78 nəfər adam yaşayır.
Laplandiya (Finlandiya)
Laplandiya (fin Lappi; isv. Lappland) - Finlandiyanın ən şimalda yerləşən və ən böyük vilayətidir. Bu vilayət cənubdan Şimali Ostrobotniya vilayəti ilə sərhəddir. Bundan başqa, Laplandiya Botnik körfəzi, İsveçin Norrbotten leni, Norveçin Troms-oq-Finnmark qraflığı və Rusiyanın Kareliya Respublikası və Murmansk vilayəti ilə əhatələnib. Mərkəzi Rovaniemi şəhəridir. Laplandiya bölgəsinin sahəsi 100,367 km² təşkil edir ki, bu da 92,667 km² quru torpaq, 6,316 km² şirin su və 1,383 km² dəniz suyundan ibarətdir. Bölgənin əsas 3 çayı var: Tana, Muoniyo və Torne. Ən böyük göl İnari gölüdür (1,102 km²). Ən hündür nöqtəsi Haltidir (1324 m). Ərazisindən Skandinaviya dağları keçir.
Laplandiyalı qonaq (film, 2009)
Laplandiyalı qonaq tammetrajlı musiqili televiziya film-tamaşası rejissor Faiq Kərimoğlu tərəfindən 2009-cu ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa-Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Əsas rolları Səyavuş Aslan, Yasin Qarayev, Sabir Məmmədov, Tofiq Hüseynov, İlham Binəli və Naibə Allahverdiyeva ifa edirlər. Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa-Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Amma onu cənuba gətirmək elə də asan başa gəlmir. Santa-Klaus bir qrup mədəniyyət işçisindən Azərbaycandan gəldiklərini sübut etmək üçün muğam oxumağı tələb edir.
Laplas teoremi
Laplas teoremi- determinantların minorlar üzrə ayrılışı. TEOREM (Laplas). n {\displaystyle n} -tərtibli D {\displaystyle D} determinantının ixtiyari k {\displaystyle k} sayda ( 1 ≤ k ≤ n − 1 ) {\displaystyle (1\leq k\leq n-1)} sətrini (sütununu) seçib bunların nisbi vəziyyətini dəyişmədən bunlardan mümkün olan bütün müxtəlif k {\displaystyle k} tərtibli minorlar düzəltsək, onda bu minorların öz cəbri tamamlayıcıları ilə hasilləri cəmi determinantın özünə bərabər olar. İSBATI. Tutaq ki, n {\displaystyle n} -tərtibli D {\displaystyle D} determinantında hər hansı i 1 , i 2 , . . . , i k {\displaystyle i_{1},i_{2},...,i_{k}} nömrəli sətirləri qeyd edib, həmin sətirlərdən bunların nisbi vəziyyətini dəyişmədən alınan k × n {\displaystyle k\times n} ölçülü matrisdən buradakı α i 1 , α i 2 , . . . , α i k {\displaystyle \alpha _{i_{1}},\alpha _{i_{2}},...,\alpha _{i_{k}}} sütunlarının köməyi ilə bütün mümkün ola bilən müxtəlif k {\displaystyle k} -tərtibli M 1 , M 2 , .
Laplas tənliyi
Laplas tənliyi riyaziyyatda və fizikada ikitərtibli xüsusi törəməli diferensial tənlikdir. Xüsusiyyətləri ilk dəfə Pyer Simon Laplas tərəfindən tətqiq edildiyinə görə onun adını daşıyır. Tənliyin yazılışı aşağıdaki kimidir: ∇ 2 f = 0 və ya Δ f = 0 , {\displaystyle \nabla ^{2}\!f=0\qquad {\mbox{və ya}}\qquad \Delta f=0,} Burada Δ = ∇ ⋅ ∇ = ∇ 2 {\displaystyle \Delta =\nabla \cdot \nabla =\nabla ^{2}} Laplas operatoru, ∇ ⋅ {\displaystyle \nabla \cdot } divergensiya operatoru, ∇ {\displaystyle \nabla } qradiyent operatoru və f ( x , y , z ) {\displaystyle f(x,y,z)} isə iki dəfə diferensiallana bilən həqiqi qiymətli funksiyadır. Belə ki, Laplas operatoru skalyar bir funksiyanı başqa skalyar funksiyaya inkas etdirir. Sağ tərəfdə h ( x , y , z ) {\displaystyle h(x,y,z)} funksiyası təyin olunarsa, onda Laplas tənliyi aşağıdaki kimi verilir: Δ f = h . {\displaystyle \Delta f=h.} Buna Puasson tənliyi, Laplas tənliyinin ümumiləşdirilməsi deyilir. Laplas və Poisson tənlikləri eliptik xüsusi törəməli diferensial tənliklərin ən sadə nümunələridir. Laplas tənliyi, həmçiin Helmholtz tənliyinin xüsusi bir haldır. Laplas tənliyinin həllərinin ümumi nəzəriyyəsi potensial nəzəriyyə olaraq bilinir. Laplas tənliyinin həlli fizikanın bir çox sahələrində, xüsusən elektrostatikada, qravitasiya və maye dinamikasında mühüm əhəmiyyət daşıyan harmonik funksiyalardır.
Laplas təzyiqi
Laplas təzyiqi — maye səthinin əyriliyindən asılı olan əlavə təzyiqdir, P. Laplas müəyyən etmişdir ki, maye səthinin qabarıq və ya çökük olmasından asılı olaraq səthi gərilmə qüvvəsi hesabına əlavə təzyiq əmələ gəlir; bu təzyiq hər iki halda əyrinin içəri tərəfinə yönəldiyindən qabarıq səthdə daxili təzyiqə əlavə olunur (şəkil 1), çökük səthdə isə ondan çıxılır (şəkil 2). Ona görədə əyri səth altındakı təzyiq P i = p i + δ p {\displaystyle P_{i}=p_{i}+\delta p} burada Pi-daxili təzyiq, pi-molekulyar təzyiq, δ p {\displaystyle \delta p} -Laplas təzyiqidir. Laplas təzyiqi: δ p = σ ( 1 R 1 + 1 R 2 ) {\displaystyle \delta p=\sigma ({\frac {1}{R_{1}}}+{\frac {1}{R_{2}}})} -burada R1 və R2-maye səthinin əyrilik radiusu σ {\displaystyle \sigma } -səthi gərilmə əmsalıdır. Üfiqi vəziyyətdə qoyulmuş silindirin içində olan maye üçün R 1 = ∞ {\displaystyle R_{1}=\infty } və R 2 = R {\displaystyle R_{2}=R} olduğundan Laplas təzyiqi: δ p = σ R {\displaystyle \delta p={\frac {\sigma }{R}}} -olar. Kürə şəklində olan maye üçün R 1 = R 2 = R {\displaystyle R_{1}=R_{2}=R} olduğuna görə δ p = 2 σ R {\displaystyle \delta p={\frac {2\sigma }{R}}} Daxili təzyiq isə P i = p i + σ ( 1 R 1 + 1 R 2 ) {\displaystyle P_{i}=p_{i}+\sigma ({\frac {1}{R_{1}}}+{\frac {1}{R_{2}}})} olur.
Laplasın şeytanı
Laplas şeytanı — Pyer Simon Laplas tərəfindən 1814-ci ildə yayımlanan bir məqalədə yazıldığı kimi kainatdakı hər atomun yerini və hərəkətini bilən və bunun sayəsində kosmosun və kainatın bütün bir keçmiş və gələcəyini bilən virtual bir varlığın mövcud olduğunu iddia edən bir düşüncə təcrübəsidir. Laplasın məqaləsində səbəb determinizmi qavramsallaşdırdığı ifadəsinin özünəməxsus halı bu şəkildədir: "Kosmosun indiki halını keçmişin nəticəsi və gələcəyin səbəbi olaraq düşünə bilərik.
Laplat delfinləri
Laplat delfinləri (lat. Pontoporiidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.

Digər lüğətlərdə