leksem
leksik-fonetik
OBASTAN VİKİ
Sözün leksik mənası
Hər bir söz müəyyən məna ifadə edir. Sözün əsas vəzifəsi əşya, hadisə, hərəkət və s. adlandırmaqdır. Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir. Sözün leksik mənası dedikdə, onun əsas lüğəvi mənası, birbaşa ifadə etdiyi məna nəzərdə tutulur. Leksik məna konkret predmet barədə olan məlumat, həmin sözü deyərkən nəyi başa düşməyimizdir. Sözün leksik mənasını müxtəlif yollarla izah etmək olar: . Həmin sözə yaxın mənalı söz seçməklə (zəngin – varlı – dövlətli, aramla – sakit -tələsmədən). . Sözün məzmun, əlamət və xüsusiyyətlərini izah etməklə (dalbadal – arasıkəsilmədən, ardıcıl). . Mürəkkəb sözün tərkib hissələrinin mənasını açmaqla (üçbucaq – bucaqlarının sayı üç olan fiqur, enliyarpaqlı – yarpaqları enli olan). .
Leksika
diklakasiyya (q.yun. τὸ λεξικός) – Sözün Lüğət Tərkibini öyrənir. Leksikologiya dilin lüğət tərkibindən bəhs edir. Dilin əsas vahidlərindən biri sözdür. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını, yəni lüğət tərkibini təşkil edir. Leksika yunan sözüdür: lexikos – lüğət, loqos – təlim deməkdir. Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.
Leksikologiya
Leksikologiya (yun. lexikos-lüğət və logos-təlim) — Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini) təşkil edir. == Leksikologiya == Leksikologiya dilçiliyin bir bölməsi olub, dilin müasir vəziyyətində və eləcə də tarixi inkişaf prosesində lüğət tərkibini öyrənir. Müasir Azərbaycan dilinin lüğət tərkibinə danışıqda rol oynayan bütün sözlər və frazeoloji vahidlər daxildir. Bununla belə, lüğət tərkibi, sadəcə söz yığımından ibarət olmayıb, leksik vahidlərin mürəkkəb bir sistemini təşkil edir. Azərbaycan dilinin leksikologiyası müasir və tarixi leksikologiya olmaq üzrə iki qismə ayrılır. Müasir Azərbaycan dilinin leksikologiyası o dildə danışan xalqın tarixi ilə əlaqədar olaraq yaranmış lüğət tərkibinin əsas söz qruplarını və onların müasir vəziyyətini öyrədir. Tarixi leksikologiya isə lüğət tərkibinin əmələ gəlməsindən və onun inkişaf yollarından bəhs edilir. Leksikologiyanın əsas məqsədi dilin lüğət tərkibini bir sistem kimiöyrənməkdən ibarətdir. Odur ki, leksikologiyaya, eyni zamanda sözlərin məna xüsusiyyətindən danışan bəhs də daxil edilir ki, bu bəhs ayrılıqda semasiologiya adlanır.
Leksikon
Leksikon (en. lexicon) – dildə olan sözlərin toplusu. Proqramlaşdırma dillərinin leksikonunu identifikatorlar, açar sözlər, sabitlər (konstantlar) və s. təşkil edir; leksikonun bu elementlərinin birləşəbilmə üsulları dilin sintaksisini əmələ gətirir. = Ədəbiyyat = İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Leksikoqrafik çeşidləmə
Leksikoqrafik çeşidləmə (en. lexicographic sort) – hərflərin əlifbadakı ardıcıllığına görə sıralama. Leksikoqrafik çeşidləmədə ədədlər, onların sözlə yazılışında hərflərin əlifbadakı yerinə uyğun olaraq düzülür; məsələn, 567 ədədi B hərfinə uyğun bölmədə yerləşir (B – "beş"). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Maşınqayırma leksikonu
Leksikoqrafiya
Leksikoqrafiya, lüğətçilik yaxud lüğətşünaslıq — leksikaları öyrənən elm. İki ayrı akademik disiplinə bölünmüşdür. Leksikoqrafiya lüğət yaradıcılığı sənətidir.

Digər lüğətlərdə