Lion Feyxtvanger
Lion Feyxtvanger (alm. Lion Feuchtwanger; 7 iyul 1884[…], Münxen – 21 dekabr 1958[…], Los-Anceles, Kaliforniya) — yəhudi əsilli alman yazıçı.
== Həyatı ==
Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger 1884-cü il iyulun 7-də Münhen şəhərində anadan olub. Berlin və Münhen şəhərlərində filoloji təhsil alıb. Jurnalistika və teatr tənqidi ilə məşğul olub. Fəlsəfə elmləri doktoru adını alıb.
1933-cü ildə faşistlərin Almaniyada hakimiyyətə gəlməsindən sonra Fransaya mühacirət edərək orada yaşayıb. Feyxtvanger beynəlxalq mədəniyyəti müdafiə hərəkatında iştirak edib, B.Brext və B.Bredel ilə birgə 1936-1939-cu illərdə Moskvada almanca nəşr olunan "Söz" (Das Vort) jurnalının redaktoru olub, "Moskva – 1937" kitabını yazıb.
1940-cı ildə alman qoşunları Fransanı işğal edərkən Fransa hökumətinin mürtəce siyasətini tənqid etdiyinə görə həbs düşərgəsinə salınıb, çətinliklə xilas olub, ABŞ-a mühacirət etmişdir.
Feyxtvangerin "Hərbi əsirlər" (1918), "Sülh" (1918) şeirlərində, həmçinin "Gözləmə zalı" trilogiyasında, "Müvəffəqiyyət" (1930) "Oppenheymlər ailəsi" (1933), "Sürgün" (1939), "Lautenzak qardaşları" (1943) romanlarında faşizm ifşa olunur.