leyttembr
ləb 2021
OBASTAN VİKİ
"Ağ pələng"lə görüş (film, 1988)
'"Ağ pələng"lə görüş — qısametrajlı sənədli film. Rejissorlar Yalçın Əfəndiyev və Çayn Ayn Ça tərəfindən 1988-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolent qardaşlaşmış şəhərlər-Azərbaycan respublikasının paytaxtı Bakı və Vyetnam şəhəri Vunqtaunun dostluğu haqqındadır. == Məzmun == Kinolent qardaşlaşmış şəhərlər-Azərbaycan respublikasının paytaxtı Bakı və Vyetnam şəhəri Vunqtaunun dostluğu haqqındadır. Burada göstərilir ki, Xəzər neftçiləri ilə Vyetnam neftçilərinin əməkdaşlığı ildən ilə möhkəmlənir. Vyetnam neftçilərinin bir çoxu Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş və Xəzər neft mədənlərində təcrübə keçmişlər. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Cavanşir Məlikov Rejissor: Yalçın Əfəndiyev, Çayn Ayn Ça Operator: Valeri Kərimov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
121-lər manifesti
121-lər manifesti (fr. Manifeste des 121, tam başlıq:fr. Déclaration sur le droit à l’insoumission dans la guerre d’Algérie, ing. Declaration on the right of insubordination in the Algerian War, azərb. Əlcəzair müharibəsində tabe olmama haqqı bəyannaməsi‎) - 121 ziyalı tərəfindən imzalanmış, 6 sentyabr 1960-cı ildə Vérité-Liberté jurnalında dərc edilmiş açıq məktubdur. Fransız hökümətini, Qollçu Mişel Debreni və ictimaiyyətini Əlcəzair İstiqlaliyyət müharibəsini qanuni istiqlaliyyət müharibəsi olaraq tanımağa çağırmışdır. Fransız ordusunun işğəncələrini qınayan, Fransa dövlət məmurlarını vicdani rəddə (siyasi, əxlaqi və ya dini səbəblərə görə hərbi xidmətdən boyun qaçırmaq) hörmət etməyə dəvət edən açıq məktubdur.Bəyannamı Dionys Maskolo, Maurise Blanşot və Jan Şüster tərəfindən hazırlanmışdır.
14-ləkəli parabüzən
14-ləkəli parabüzən (lat. Coccinula 14-pustulata L.) — Bunların formaları yarımkürə şəklində olmaqla qanadlarının üzəri şahmat taxtasını xatırladan naxışla bəzədilib == Biologiyası == Bunların formaları yarımkürə şəklində olmaqla qanadlarının üzəri şahmat taxtasını xatırladan naxışla bəzədilib. Yaşadığı təbii zonalarda günəş şüasının bolluğuna uyğun olaraq bəzən qanadüstlüyü tünd və bəzən də açıq ağ-qara, bəzən sarımtıl-qara rəngdə cilvələnmiş olurlar. Çoxlu variasiyalara malikdır ki, bu da onların populyasiyalarında görünür. Əsasən yoncalıqlarda, yabanı otlarda, bostan-tərəvəz sahələrində, az hallarda meyvə kollarında, lap az miqdarda meyvə ağaclarında da rast gəlinir. ən çox albalı, nar və yonca mənənələri ilə, az hallarda torgənəcəyi və tipslərlə (nisbətən çox) qidalanırlar. İl ərzində iki bütöv nəsil verirlər. Birinci nəslin inkişafı mayın 2-ci yarısından başlanır, iyun ayının axırında yekunlaşır. Bundan sonra əksəriyyəti bükülmüş yarpaqlar içərisində, ağacların koğuşunda yay sükunəti (diapauza) keçirirlər. Bunlar da yumurtalarını adətən yarpaqların alt tərəfinə, mənənə koloniyasının arasında qoyurlar.
300-lər Komitəsi
Komitet 300 və ya 300-lər Komitəsi (ing. Committee of 300) — Yer kürəsində Vahid Dünya Hökuməti (Yeni Dünya Nizamı) yaratmaq istədikləri iddia olunan siyasi-iqtisadi-ictimai təşkilat.
300-lər Komitəsi: Dünya hökumətinin sirləri
Üçyüzlər Komitəsi: Dünya hökumətinin sirləri — Con Koulmanın 300-lər Komitəsindən bəhs edən didaktik kitabı. Kitabın yazarı, Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koulman yazır: "Həqiqət isə ondan ibarətdir ki, biz müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxtda müstəqil olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət - Komitet 300 idarə edib" == Məzmun == Təxribatın miqyası dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüurun nəzarət səviyyəsinə çatdırılıb. Kitab, sadaladığı faktlarla oxucunu dəhşətə gətirir, bu gün dünyada baş verən qlobal hadisələri, içində olduğumuz prosesləri anlamaq üçün ona yeni imkanlar yaradır. Çıxış yolu isə sirli və qara niyyətli "Komitet 300" təşkilatının birbaşa öz nəzarəti altına almağa çalışdığı bizlərin hər birimizin öz əlindədir. Xəbərdarlığın sonu == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "The Committee of 300" ( (ing.)). coleman300.net. 2014-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09. "John Coleman Komitet 300" ( (az.)).
73 saylı Lənkəran şəhər seçki dairəsi
74 saylı Lənkəran kənd seçki dairəsi
75 saylı Lənkəran-Masallı seçki dairəsi
76 saylı Lənkəran-Astara seçki dairəsi
78 saylı Lerik-Lənkəran seçki dairəsi
91-lər
"91-lər" — 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalı. == Müraciətin məzmunu == 1992-ci il, 16 oktyabr tarixində Ziyalıların Heydər Əliyevə müraciəti "SƏS" qəzetinin 43-cü (72) buraxılışında "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edilmişdi. Bu müraciətin əvvəlində Azərbaycan Respublikasındakı mövcud vəziyyətə, onun baş vermə səbəbinə ümumi nəzər salınırdıː Daha sonra müraciətdə vəziyyətin doğurduğu digər fəsadlar — "respublikanın olan-qalan iqtisadi potensialının sürətlə dağılması, təbii sərvətlərimizin talan edilməsi", "vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı — yüksək ixtisaslı kadrların tərk etməsi" barədə məlumat verilir. Ən əsası da bu müraciətdə "Xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri — 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlərin cəzasız qalması" xüsusi olaraq qeyd olunur və baş verən problemin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu vurğulanırdıː 91-lər müraciətdə ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasında görərək belə bəyan edirdilərː Müraciətin sonunda bu müraciətə minlərlə Azərbaycan vətəndaşının da məmnuniyyətlə qoşulmağa hazır olması, hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından edilməsi qeyd olunurdu. Son söz olaraq isə bildirilirdiː == Heydər Əliyev 91-lər haqqında == "91-lər"in müraciəti 16 oktyabr 1992-ci il tarixində "Səs" qəzetində çap olunmuşdur. Bu barədə Azərbaycanın sabiq prezidenti Heydər Əliyev Respublika sarayında keçirilən Yeni Azərbaycan partiyasının yaradılmasının 5-ci ildönümü münasibətilə keçirlən təntənəli yığıncaqda nitqində belə demişdir: Heydər Əliyev 26 noyabr 2002-ci ildə Yeni Azərbaycan Partiyasının 10 illik yubiley mərasimindəki çıxışında isə 91-lər barədə belə demişdir: 91-lər Heydər Əliyevə müraciət ünvanlayarkən bəzi şəxslər bu müraciətə qoşulmaq istəməyib. Bu barədə məhz Heydər Əliyevin çıxışında dedikləri xüsusi maraq doğururː == 91-lərin siyahısı == == İstinadlar == == Xarici keçidlər == "91-lər"dən olan hər bir insana diqqət ayrılır. E. İbrahimov; Müsahibəni apardı: K. Həmidov. 525-ci qəzet, 2013, 30 noyabr, s. 8 Azəri N. "Biz fəxr edirik ki, müstəqil Azərbaycan dövlətinin vətəndaşları və regionun ən güclü siyasi təşkilatı — Yeni Azərbaycan Partiyasının üzvləriyik".
AMEA Lənkəran Regional Elmi Mərkəzi
Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi (LREM) - Azərbaycan Milli Elmlər Akademiyasının bölmələrindən və regional elmi mərkəzlərindən biri. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli “Azərbaycan MEA Lənkəran Regional Elmi Mərkəzinin təsis edilməsi haqqında” sərəncamına müvafiq olaraq yaradılmışdır. == Strukturu == == Əsas fəaliyyət istiqamətləri == Lənkəran-Astara bölgəsinin floristik tərkibinin, müxtəlifliyinin öyrənilməsi və qiymətləndirilməsi; Nadir bitkilərinin bioekoloji və fitosenotik xüsusiyyətlərinin öyrənilməsi; Lənkəran – Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, morfoloji bioloji təsərrüfat xüsusiyyətləri, onların məhv olmaq təhlükəsindən qorunması, bərpa edilməsi, müasir seleksiya baxımından qiymətləndirilməsi, yeni sortların seçilməsi və yaradılması; Azərbaycanın Cənub-Şərq regionunun arxeoloji və numizmatik abidələrinin aşkarlanması, onların xəritələrinin tərtibi, numizmatik fondun və muzeyin yaradılması, numizmatik materialların elmi dövriyyəyə daxil edilməsi, kataloqlaşdırılması və digər istiqamətlərdə elmi-tədqiqat işləri həyata keçirilməsi. == Əldə etdiyi əsas elmi nəticələr == Mərkəz tərəfindən çayın klon seleksiyası üzrə uzun illər aparılan tədqiqat işləri nəticəsində toplanılmış 50-dən çox forma – klonun bir sıra morfoloji, bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsulunun keyfiyyət göstəriciləri "Azərbaycan-2" çay sortu ilə müqayisə edilərək hərtərəfli öyrənilib. Lənkəran bölgəsində introduksiya olunmuş və seleksiya yolu ilə yaradılmış limon sort-formlarından yeni "Lənkəran Meyeri" – ağçiçək sortunun alınmasında, naringi sort-formlarının isə qiymətli ilkin material kimi yeni narıngi "Karlik tezyetişən" sortunun yaradılmasında istifadə edilib. Yeni sortlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib. Lənkəran-Astara bölgəsində yabanı floranın və mədəni bitki ehtiyatlarının biomüxtəlifliyinin qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparılıb və genefondun qorunması üçün təkliflər hazırlanıb. Cənub-Şərq regionunda tapılan eramızdan əvvəl I əsrdən başlayaraq eramızın XVIII əsrinin sonuna qədərki dövrə aid sikkələrin topoqrafik, tərkib özəllikləri və təyinatları verilərək, elmi dövriyyəyə daxil edilib, sikkə tapıntıları əsasında regionun siyasi və ictimai-iqtisadi durumu şərh olunub.
Abdulla Lətifzadə
Abdulla Lətifzadə — şair, dramaturq, dialektoloq, ədəbiyyatşünas, pedaqoq. == Həyatı == Abdulla Əbil oğlu Lətifzadə - onun adı qaynaqlarda Abdulla, Abdullah, doğum ili 1890-cı il və ya 1891-ci il, anadan olduğu yer isə gah Akmescid, yəni indiki Simferopol, gah da Yefpatoriya kimi yazılır. Müəllim ailəsində doğulan Abdulla Əbil oğlu Lətifzadə ilk təhsilini atasından almış, ondan rus dilində yazıb oxumağı öyrənmiş, mədrəsəni bitirdikdən sonra rüştiyyə məktəbində oxumuşur. O dövrdə rüştiyyələr yeni aşılırdı və orta təhsil sayılırdı. Keçmiş mədrəsələrdən isə təbiət elmlərini öyrədilməsi və tədris metodu ilə seçilirdi. == Təhsil almaq uğrunda mücadilə == Rüşdüyyədə oxuyarkən inqilabçılara qoşularaq hökumət əleyhinə keçirilən tədbirlərdə fəal iştirak edir. Bundan xəbər tutan xüsusi xidmət orqanları onu məktəbdən qovmaqla cəzalandırırlar. Abdulla Lətifzadə 1908-ci ildə xeyriyyəçilərdən toplanan yardımın hesabına İstanbula gedərək orada ali təhsil almağa çalışır. Lakin atasının vaxtsız ölümü onu 1910-cu ilədə vətənə dönməyə vadar edir. Krıma döndükdə "Tərcüman" və "Vətən xadimi" qəzetlərində şeirlərini çap etdirən gənc şair 1910-cu ildə yazdığı "Xəyal-ömür" şerilə sanki həyat məramnaməsini dilə gətirir.
Auxer lələklivəsi
Auxer lələklivəsi - (lat. Smyrniopsis aucheri Schischk) — Kərəvüzkimilər (Apiaceae Lindl. ) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –Vu D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündədir. Kökətrafı və gövdə yarpaqları iridir, ikiqat lələkvari bölünmüşdür, ayası yumurtavaridir. Çətirləri 12-15 şüalıdır. Çiçəkləri sraı, ikicinsli və erkəkciklidir.
Avropa ləçəkotu
Ayətullah Lənkərani
Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; 1931, Qum – 16 iyun 2007, London) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Əslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Muhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük fəqih,elm və əxlaq sahibi olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi". == Təhsil == Muhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır.
Ayətullah Məhəmməd Fazil Lənkərani
Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; 1931, Qum – 16 iyun 2007, London) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Əslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Muhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük fəqih,elm və əxlaq sahibi olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi". == Təhsil == Muhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır.
Azərbaycan Xalq Cümhuriyyətinin Ləvazimat İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Ləvazimat İdarəsi — Azərbaycan ordusunun ərzaq və əsya təminatı ilə məşğul olan orqanı. == Yaradılması == Əsası 1918-ci il noyabrın 15-də Ümumi qərargahın şöbəsi kimi qoyulmuşdur. Polkovnik Seyfulla Mirzə hərbi nazirin əmri ilə ləvazimat şöbəsinin rəisi təyin edilmişdi. Qoşun hissələrinin təşkili sürətləndikcə, həmin şöbənin üzərinə düşən məsuliyyət də artırdı. Ona görə tezliklə ləvazimat şöbəsinin strukturu və səlahiyyətləri genişləndirildi, ümumi gərargahın tərkibindən çıxarılaraq idarə kimi hərbi nazirə tabe etdirildi. İdarənin rəisi vəzifəsinə polkovnik Serebrennikov təyin olundu. == Fəaliyyəti == Qoşun hissələrinin milli geyim formasına keçirilməsi, gündəlik iaşənin milli kulinariya əsasında təkmilləşdirilməsi hərbi ləvazimat idarəsinin qarşısında dayanan başlıca vəzifələr idi. Bu vəzifələri həll etmək üçün hərbi ləvazimat idarəsinin nəzdində əlbəsə (paltar) anbarı, dəri aşılayan zavod, geyim və çəkmə emalatxanası açıldı, Azərbaycanın toxuculuq fabriklərinə hərbi xarakterli sifarişlər verildi, ərzaq təminatının yaxşılaşdırılması üçün yeni sistem tətbiq edildi. Müsabiqə yolu ilə alınmış ərzaq yeni yaradılmış Gəncə, Ağdam, Hacıqabul, Bakı, Zaqatala, Xankəndi, Qusar və Lənkərandakı ərzaq anbarlarına toplanır və buradan hissələrə paylamrdı. Polkovnik Serebrennikov 1919-cu ildə istefaya çıxdıqdan sonra, hərbi ləvazimat idarəsinin rəisi vəzifəsini bir müddət polkovnik Əlibəyov icra etdi.
Aşağı Ləgər
Aşağı Ləgər (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Aşağı Ləgər (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda qəsəbə.
Aşağı Ləgər (Qusar)
Aşağı Ləgər — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Aşağı Ləgər oyk, mür. Xaçmaz r-nunun Xudat şəhər i.ə.v.-də qəsəbə. Samur-Dəvəçi ovalığındadır. Çkalov adına sovxozun 5-ci şöbəsi yanında yaranmış bu kənd 1965-ci ildən Aşağı Ləgər qəsəbəsi adlandırılmışdır; Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Oykonim "aşağıda yerləşən Ləgər kəndi" deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1790 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 9 km şimalda, Qusar maili düzənliyindədir.
Aşağı Ləgər (Xaçmaz)
Aşağı Ləgər — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Xudat Şəhər inzibati ərazi vahidində qəsəbə. Samur-Dəvəçi ovalığındadır. Ckalov adına sovxozun 5-ci Şöbəsi yanında yaranmış bu kənd 1965-ci ildən Aşağı Ləgər qəsəbəsi adlandırılmışdır.
Aşağı Ləgər bələdiyyəsi
Qusar bələdiyyələri — Qusar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Ləki
Aşağı Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Aşağı Ləki kəndi Orta Ləki kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Ləki kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim "Aşağıda yerləşən Ləki kəndi" deməkdir. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 17 km cənubda, Ləki dəmiryolu stansiyasından 8 km, Türyançayın sağ sahilindən 4 km aralı, Şirvan düzündə yerləşir.
Aşağı Ləki bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Ləkənde (Avurğazı)
Aşağı Ləkənde (başq. Түбәнге Ләкәнде, rus. Нижние Леканды) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuqazaqı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Tolbazı): 32 km, kənd sovetliyindən (Tatar Nuqazaqı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 5 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (50%), başqırdlar (49%) üstünlük təşkil edir.
анони́мщик вы́двинутый контролёрский незатемнённый оказа́тельство распла́вка соро́мник туго́нький худоро́дство в ста́тусе впа́дина загружённый не из той о́перы отсе́ль первенствующий каймак carriage close up coinage equal sign minauderie peter out подданный подозреваться слабогрудый