MƏBƏD

ibadət məqsədi ilə inşa edilən dini məkanlarıdır. Bu məscid, kilsə, sinaqoq və ya bütpərəstlərin tanrılarına tapındıqları yerlər də ola bilər. Müsəlmanlar Allaha ibadət etmək üçün tikilən binaları “məscid” və ya “cami” adlandırırlar. Məbəd sözü isə daha çox bütpərəstlərin tapındıqları yerlər mənasında işlədilir.
MERAC
MƏBUD
OBASTAN VİKİ
Məbəd
Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir. Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi. == Məbəd tikililəri == Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir. Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir.
Dairəvi məbəd
Dairəvi məbəd, Nuxa Üçmüqəddəs kilsəsi (rus. Нухинская трехсвятительская церковь) və ya Nuxa Müqəddəs kilsəsi" (rus. Нухинская Святительская церковь) — Şəki şəhərindəki Nuxa qalasında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi. Hazırda bu tikilinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir. == Haqqında == Dairəvi məbədin əsas hisəsinin (artırmalarsız) üstü günbəzlə tamamlanır və bu ilkin hissə memarlıq üslubuna, tikintisində istifadə edilmiş inşaat materiallarının növünə görə qaladakı digər tikililərdən xeyli fərqlənir. Həmin səbəbdən də bəzi tədqiqatçılar onun tarixini Qafqaz Albaniyası dövrünə aid edirlər. Lakin XX əsrin ortalarında mütəxəssislər Nuxa qalası ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərazini əhatə edən qalanın içində məscid və Şəki xan sarayı istisna olmaqla, bütün tikililər rus dövrünə aiddir. Dairəvi məbəd XIX əsrin ən geci 1853-cü ildən XX əsrin əvvəllərinə qədər indiki Şəki şəhərində fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi idi. Kilsə binası təmiz yonulmuş əhəngdaşı ilə əvvəl dairəvi planda tikilmiş və üstü günbəzlə tamamlanmışdı. Sonralar isə ona üç tərəfdən çay daşı və kərpic hörgüsü ilə əlavələr edilərək genişləndirilmiş və o xaç formasına (yuxarıdan baxdıqda) salınmışdır.
Məbəd adı
Məbəd adı — Çin, Koreya (Koryö və Coson dövrləri) və Vyetnam tarixində hökmdarların istifadə etdiyi ad növü. Bu adlar imperatorun ölümündən sonra verilirdi və adətən iki hecadan ibarət idi: Sifət — imperatorun hakimiyyətinin səciyyəvi xüsusiyyətlərindən seçilirdi. Sülalənin baniləri çox vaxt Uca (高) və ya Böyük (太) epitetləri ilə anılırdılar. İmperator — əsasən çu (祖) və ya çonq (宗) heroqlifləri ilə bildirilirdi. Çu (祖 — əcdad) — əsasən sülanin banilərinə verilirdi. Koreya ekvivalenti co (조), Vyetnam ekvivalenti to adlanır. Çonq (宗 — ulu baba) — sülalənin digər üzvlərinə verilirdi. Koreya ekvivalenti conq (종), Vyetnam ekvivalenti tonq adlanır. Bu adların yazıldığı löhvələr saraylardakı əcdad məbədlərində yerləşdirilir, insanların ibadəti üçün açılırdı. Xan sülaləsi, Tan sülaləsi və Min sülaləsində bu adlar geniş istifadə olunurdu.
Məbəd cəngavərləri
Tampliyerlər (fr. templiers — "məbədçilər"; fr. temple sözündən), Məbəd cəngavərləri və ya Məsihin və Süleyman məbədinin cəngavərləri (lat. Pauperes commilitones Christi Templique Salomonici) — orta əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş cəngavər ordenlərindən biri. Səlib yürüşlərində fəal iştirak etmişlər. I Səlib yürüşü zamanı ələ keçirilmiş Qüdsü ətrafdakı müsəlman dövlətlərindən qorumaq və bura ziyarətə gələn xristian zəvvarları mühafizə etmək məqsədilə Huqo de Peynin başçılıq etdiyi bir qrup cəngavər tərəfindən 1119-cu ildə yaradılmışdır. Təriqət Avropada bank və sələm sistemini genişləndirmişdir. Fransa kralı IV Filipin 1307-ci il sentyabrın 22-də verdiyi göstərişə əsasən oktyabrın 13-ü, cümə günü ordenin Fransa ərazisindəki bütün üzvləri həbs olunaraq istintaqa cəlb edilmişdir. Tampliyerlərə vurulan son zərbə, 23-cü və sonuncu magistr olan Jak de Molenun tonqalda yandırılması olmuşdur. Orden XII–XIII əsrlərdə çox varlı olmuşdur.
Məbəd dağı
Məbəd dağı (ərəb. الحرم القدسي الشريف‎; ivr. ‏הַר הַבַּיִת‏‎) — Qüdsdə olan köhnə şəhərin ən əsas dini məkanlarından biridir. Əl-Əqsa məscidi burada yerləşir.
Qızıl Məbəd
Qızıl məbəd (Hindistan)
İkinci məbəd
Herod məbədi (ivr. ‏מקדש הורדוס‏‎) və ya İkinci məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ הַשֵּׁנִי‏‎: Beyt HaMikdaş HaŞeni) — Yerusəlim şəhərindəki Məbəd dağında olmuş yəhudi müqəddəs məbədinə verilən ad. Məbəd dağında eyni yerdə iki yəhudi məbədi olmuş və onlar təxminən e.ə. 516-cı ildən b.e. 70-ci ilinə kimi fasiləsiz və ardıcıl olaraq ibadətçilərə xidmət etmişlər. Yəhudi tarixinin İkinci məbəd dövrünün adı bu məbədlə əlaqəlidir. Yəhudi Bibliyasına görə İkinci məbəd e.ə. 586-cı ildə Yeni Babil imperiyasının Yerusəlimi işğal edib, İudey krallığının əhalisinin bir hissəsini əsir alması zamanı dağıdılmış Solomon məbədinin (Birinci məbəd) yerində inşa edilmişdir. Bibliyaya görə, İkinci məbəd əvvəlcə Əhəmənilərin hakimiyyəti dövründə Babildən Lenavta qayıtmış bir qrup yəhudi tərəfindən Zarovavelin rəhbərliyi ilə inşa edilmiş kiçik tikili olmuşdur.
Məbəd İnstitutu
Temple Institute (מכון המקדש – Machon HaMikdash) Yerusəlimdə bir muzey, tədqiqat institutu və təhsil mərkəzi edir. Bu 1987-ci İnstitutu-ci ildə qurulan iki həsr olunur [Qüds Yerusəlimdə Temples və İkinci Temple s Süleymanın Məbədi adlanır.
Qızıl məbəd
Qızıl məbəd (Hindistan)
Arılıqbinə məbəd kompleksi
Arılıqbinə məbəd kompleksi Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. Məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindəndir.
Dəndərə məbəd kompleksi
Dəndərə məbəd kompleksi (q.misir Iunet və ya Tantere) — Misirin Dəndərə şəhərindən təqribən 2.5 kilometr (1.6 mil) ) məsafədə yerləşir. Misirdə ən yaxşı qorunan məbəd komplekslərindən biridir. Ərazi Abidosun cənubunda, Yuxarı Misirin altıncı nomu kimi istifadə olunurdu. == Hathor məbədi == Kompleksdə üstünlük təşkil edən bina Hathor məbədidir. Məbəd orta padşahlıq dövründən başlayaraq Roma imperatoru Trayanın dövrünə qədər eyni yerdə olmuş, lakin bir qədər dəyişdirilmişdir. Mövcud strukturun tikintisi e.ə. 54-cü ilin iyulunda XII Ptolemey Neos Dionisin dövründə başlamışdır. və hipostil zalı Tiberi dövründə tikilmişdir. Trayan Misirdə binalar tikməkdə və onları bəzəməkdə kifayət qədər fəal idi. O, Domisian ilə birlikdə Hathor məbədinin propilonunda səhnələr təqdim etmişdir.
Karnak (məbəd kompleksi)
Karnak məbəd kompleksi və ya sadəcə olaraq Karnak (ərəb. خورنق‎ Xurnak sözündən; mənası – "istehkamlı kənd") — indiki Misirdə, Nil çayının sağ sahilində, qədim Teben şəhərinin mərkəzi meydanının şimal-şərq hissəsində bir qrup məbəd kompleksi. == Tarixi == Karnak Teben padşahlığı bütün Misirə genişləndikdən sonra (XI–XII sülalələr) bu ərazi ölkənin mərkəzi ziyarətgahına çevrilmişdir. Teben triadasının tanrıları Amon, Mut və Xonsuya həsr edilmişdir. Tarixin bütün sonrakı dövrlərində burada iz qoyulmuşdur. Hər bir firon öz adını burada əbədiləşdirməyə çalışırdı. Hətta XVI sülalənin nümayəndələri də məbədin şimal iqamətgahında öz izlərini qoymuşdular. Əsas məbədin ziyarətgahının tikintisi III Tutmos tərəfindən tamamlanmışdır. Məbədin şərq yarısının digər hissələrinin tikintisi XVIII sülalənin digər padşahlarının hakimiyyət dövrünə təsadüf edir. Məbədin bir zolaqla ayrılmış qərb yarısı daha yaxşı qorunub saxlanılmışdır.
Qızıl Məbəd (dəqiqləşdirmə)
Qızıl məbəd (Hindistan)
Qızıl məbəd (Hindistan)
Qızıl Məbəd — Hindistanın şimalındakı Pəncab ştatının Amritsar şəhərində yerləşir. == Tarixi == O, məbəd kompleksindən ibarətdir. Adını günbəzi və divarları örtən qızıl suyuna çəkilmiş mis lövhələrdən almışdır. Qızıl Məbəd siqhlərin əsas ibadətgahıdır. Onun digər adları Darbar Sahib (Allahın evi) və Harmandir Sahib (Allahın məbədi) - dir. Məbəd siqh qurdvaralarından (quru qapıları, onların fəaliyyəti ilə bağlı olan məbədlər) ən əsasıdır. O, süni gölün mərkəzində yerləşir. Həmin gölün siqhlər üçün dini mahiyyəti çox böyükdür. Rəvayətə əsasən onun suyu insana sağlamlıq və uzun ömür bəxş edir. Bu göl, şəhər və məbədi XVI əsrin sonlarında siqhərin dördüncü qurusu Ram Das Ci inşa etmişdir.
Qızıl məbəd (Yaponiya)
Kinkaku məbədi – Kiotoda yerləşən qədim məbədlərdən biri. Hərfi tərcümədə Qızıl pavilyon məbədi deməkdir. Tikilinin üzəri təmiz qızıldan örtülüb. == Tarix == 1394-cü ildə Yaponiyanın III imperatoru Sequn Yoşimitsu taxt-tacdan əl çəkdikdən sonra ömrünü sakit bir guşədə başa vurmağı qərara almış və Kinkaku məbədinin tikintisinə başlamışdır. Yoşimitsunun vəfatından sonra imperator Kinkaki bu məbədin tikintisini başa çatdırmışdır. Məbədin hər mərtəbəsinin öz adı vardır və özünəməxsus bəzədilmişdir. Binanın ikinci və üçüncü mərtəbələri, üzərinə yapon lakı çəkilmiş nazik qızıl təbəqə ilə örtülmüşdür. Kinkaku məbədi Yaponiyanın nadir incilərindən biridir. 1397-ci ildə inşa edilib. Bir neçə dəfə bina tamam yandırılıb.
Qızıl məbəd (Çin)
Qızıl məbəd — Çində yerləşən məbəd. Vudang Dağının ana təpəsində olan "Qızıl Məbəd", Çində qoruma altına alınan bürüncdən hazırlanmış və qızıl örtməli ən böyük məbəddir. Beş metr yüksəkliyində və dörd metr genişliyində olan "Qızıl Məbəd", qüsursuz bir şəkildə tikilmişdir və içəriyə külək belə sızmaz. Bu məbəddə bürüncdən hazırlanmış və üzəri qızıl örtmə 10 ton ağırlığında "Taoizmin Tanrısı Zhenwu" heykəli var. Qeydlərə görə; bu məbəd, 20 ton bürünc və 300 kilo qızıl istifadə edilərək Beijingdə tikildikdən sonra, Vudang Dağına daşınmışdır. "Qızıl Məbəd"in yaxşı ötürücü qüvvəsi olduği üçün, üzərinə tez-tez ildırım düşməkdədir. Lakin, ildırımlar məbədə heç də zərər verə bilməməkdə, əksinə daha da parlaqlıq qazanmasına səbəb olmaqdadır. Bu, möcüzəvi bir vəziyyətdir.
Xudavəng məbəd kompleksi
Xudavəng monastırı — Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Qafqaz Albaniyasına məxsus tarixi-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor G. Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir. Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII–IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir. Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunmuşdur. Həmçinin Dadivəng və Xutavəng də adlandırılır. == Tarixi == Monastır, Murovdağ və Qarabağ silsilələrinin yaxınlaşdığı yerdə formalaşan dağlı vadidə, yüksək təpəlik üzərində yerləşir.
Qızıl məbəd (dəqiqləşdirmə)
Qızıl məbəd (Hindistan)
Yunqan mağara-məbəd kompleksi
Yunqan mağara-məbəd kompleksi — Çinin dünya əhəmiyyətli abidələrindən biri. == Tarixi == Yunqan mağaralar kompleksi Şansi əyalətinin Datuna şəhərindən 16 km qərbdə Ujou dağlarının ətəyindədir. Mağaralar 1 km məsafədə dağ yamaclarında yerləşir. Yunqan mağaralarının yaradılması fəaliyyətinin başlanğıcı 453-cü il göstərilir, o zaman Şimali Vey imperatorunun əmri ilə buddizm monaxı Tanyao tikintinin təşklinə başlamışdır. Mağara və heykəllərin əksəriyyəti 40 il ərzində tökülmüşdür. Az sonra nisbətən kiçik ölçülü mağara və heykəllər yaradılmışdır. Yunqan mağaralarının yaradılması üçün təxminən 40 min nəfər 50 il ərzində işləmişdir. Tikintidə iştirak etmək üçün hətta Şitszıqo ölkəsindən (indiki Şri-Lanka) budda monaxları da cəlb olunmuşdur. Yunqan mağaralar kompleksi – Çinin şərq məktəbi ənənələri ilə yaradılan daş əsərlər xəzinəsidir. Bununla yanaşı, orada həmin dövrdə dəbdə olan qərb (Yunanıstan) və hind məktəbinin elementlərini də görmək mümkündür.
Gəncə Alban Məbədi-1
Müqəddəs İohann kilsəsi – Gəncə şəhərində yerləşən Alban Həvari kilsəsidir. Şəhərdə ən qədim və əsas alban kilsəsi olan Müqəddəs İohann kilsəsi 1633-cü ildə inşa edilmişdir. Şəhərin qədim Kilsəkənd məhəlləsi (Gəncəçayın sağ sahili) ərazisində yerləşən Müqəddəs İohann kilsəsi üçnefli bazilika formasına malikdir. Kilsənin üzəri ikimeylli dam altında yerləşən yarımdairəvi tağtavanla örtülmüşdür. Tavan tağları üç cüt sütun üzərində dayanır. == Tarixi == XIX əsrə qədər Alban kimliyini qoruyan və sonradan ermenilər tərəfindən restavrasiya olunur və Gəncədə dörd erməni kilsəsindən biri kimi fəaliyyət göstərirdi ki, onlardan üçü şəhərdə, biri isə qəbirsanlıq ərazisində yerləşir. 1849-cu ilə aid arxiv sənədində həmin kilsələrin adları qeyd edilir. Müqəddəs İohann kilsəsi, Müqəddəs Gevorq kilsəsi, Müqəddəs Tanrı anası kilsəsi və Müqəddəs Sərkis kilsəsi. 1870-ci ildə Gəncədə ümumilikdə dörd şəhər kilsəsinin olması haqqında məlumat verilir. 1885-ci ilin məlumatında artıq şəhərdə altı kilsənin olması xəbər verilir.
Gəncə Alban məbədi-2
Müqəddəs Sərkis kilsəsi — XVIII əsrdə bərpa edilən binanın dəqiq tikilmə tarixi məlum deyil. Məbədin tikintisində qırmızı kərpic və gil əhəng qatışığından istifadə olunub. Bina günbəzli və sütunludur. Gəncə şəhərinin Gəncə küçəsi döngə 9 ünvanında yerləşir və hal-hazırda Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13-14 nömrəli filialı olaraq fəaliyyət göstərir.
Gəncəsər alban məbədi
Gəncəsər monastırı və ya Qandzasar monastırı (erm. Գանձասար, Qanczasar) — Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən tarix-memarlıq abidəsi. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Gəncəsər monastırının başkilsəsi olan Müqəddəs İohann kilsəsi daha qədim kilsənin yerində, Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən inşa edilmişdir. Kilsənin inşasına 1216-cı ildə başlanılmış və tikinti 1238-ci ildə yekunlaşdırılmışdır. 22 iyul 1240-cı ildə Albaniya Katolikosu II Nersesin iştirakı ilə kilsənin ithaf mərasimi keçirilmişdir. Kilsənin narteksinin inşasına Həsən Cəlalın oğlu Atabəy və həyat yoldaşı Mamkan xatunun sifarişi ilə 1240-cı ildə başlanılmış və inşaat işləri 1266-cı ildə tamamlanmışdır. 1240-cı ildən Alban Həvari Kilsəsi Katolikosunun iqamətgahı Həmşivəng monastırından Gəncəsər monastırına köçürülmüş, 1836-cı ildə Alban Katolikosluğunun Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsinə kimi Gəncəsər monastırı katolikosluğun mərkəzi və Alban katolikoslarının iqamətgahı olaraq qalmışdır. Katolikosluq mərkəzinin Gəncəsərə köçürülməsindən sonra Alban Katolikosluğu həm də Gəncəsər Katolikosluğu kimi tanınmağa başlamışdır. Bəzi azərbaycandilli müasir mənbələrdə abidənin əsil adının Xəzinədağ məbədi olduğu qeyd edilir.
Gəncəsər məbədi

Gərni məbədi
Gərni məbədi — Gərnibasar mahalının dağlıq hissəsində, Gərni çayının sağ sahilində Gög dağının ətəyində Ellər (12.10.1961-ci ildən Abovyan) rayonunun Baş Gərni (03.01.1935-ci ildən Qarni) kəndində bütpərəst məbədi. == Tarixi == 1945-ci ildə məbəddə rəssam Martiros Saryan tərəfindən kəşf edilən yunan yazısında "Günəş Trdat" tərəfindən əsasının qoyulduğu qeyd olunur. Məbəd XVII əsrdə zəlzələ nəticəsində dağılmış, 1969–1974-cü illərdə bərpa edilmişdir. Xristianlığın qəbul edilməsindən sonra saray kimi fəaliyyət görmüşdür. Hazırda erməni bütpərəstlər məbədi mütəmadi ziyarət edib ibadətlərini yerinə yetirirlər. Hər il 136.000 turist məbədi görməyə gəlir. Məbədin divarlarında 9–10-cu əsrlərdə qazınmış ərəbcə yazılar da tapılmışdır. == Haqqında == Qədim Qaqar türklərinə məxsus Gərni qalasının qalıqları da vaxtilə burada türk tayfalarının yaşadığını və onların xəttatlıq qabiliyyətini təsdiqləyirdi. Qaladan yadigar qalan qalıqlarda qəribə ornamentlər, naxışlar var idi. Həmin mahalda eramızın I yüzilliyinə aid olan başqa bir məbədin də xarabalıqları qalırdı.
Hakozaki məbədi
Hakozaki məbədi (筥崎宮, Hakozaki-qu) – Yaponiyanın Fukuoka prefekturasının Fukuoka şəhərində yerləşən şintoist məbədi. İmperator Ocinə həsr olunmuşdur. == Tarixi == Hakozaki məbədi X əsrin əvvələrində Usa məbədinin bir qolu kimi qurulmuşdur. Məbədin qurulmasında məqsəd Koreya dövləti olan Şila krallığının hücumlarından qorunmaq olmuşdur. 927-ci ildə yazılmış "Enqişiki" kitabında Hakozaki məbədi myocin-tayşa olaraq göstərilmişdir. == Xüsusiyyətləri == Məbəd İmperator Ocin, İmperatriça Cinqu və ilahə Tamayorihimeyə həsr olunmuşdur. Məbədin illik festivalı 15 sentyabr tarixində baş tutur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha.
Heliodorun məbəddən çıxarılması
Heliodorun məbəddən çıxarılması — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. "Heliodorun məbəddən çıxarılması" əsəri hal-hazırda Vatikanda saxlanılır. == Əsərin tarixi == Rafel əsəri 1511-1512-ci illərdə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.
Heyan məbədi
Heyan məbədi (平安神宮, Heyan-cinqu) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən şintoist məbədi. Yaponiya imperatorları Kanmu və Komeyə həsr olunmuşdur. == Haqqında == Heyan məbədi 1895-ci ildə Heyan şəhərinin qurulmasının 1100 illiyi münasibətilə tikilmişdir. Məbəd Heyan şəhərinin qurulduğu dövrdə imperator olmuş Kanmuya və 1868-ci ildə Kiotoda oturan son imperator olan Komeyə həsr olunmuşdur. Məbədin haydeni və əsas darvazası Kioto sarayının orijinal binasının replikalarıdır. Məbəd bağçalarına görə tanınır. İllik festivalları 3 aprel və 30 yanvar tarixlərində baş tutur. 3 apreldəki festival İmperator Kanmuya, 30 yanvardakı festival isə İmperator Komeyə həsr olunur. Bunlardan əlavə, məbəd 22 oktyabr tarixində baş tutan Ciday festivalına sponsorluq edir. Bu tədbir münasibətilə Kioto şəhərinə bir çox ziyarətçi gəlir.
Hie məbədi
Hie məbədi (日枝神社, Hie-cinca) – Yaponiyanın Tokio şəhərinin Çiyoda rayonunda yerləşən şintoist məbədi. Məbəd kami Oyamakuiyə həsr olunmuşdur. == Tarixi == 1457-ci ildə Edo qəsrini tikdirən Ota Dokan Kavaqoe şəhərinin yaxınlığında yerləşən və Oyamakuiyə həsr olunan məbədin Edo qəsrinin yanına köçürülməsini əmr etmişdir. Daha sonra məbəd qəsrin xarici hissəsinə köçürülmüşdür. Tokuqava şoqunları Hie məbədinə böyük diqqət ayırmışdırlar. Belə ki, Tokuqava şoqunluğu məbədi Edo şəhərinin qoruyucusu hesab etmişdir. Bundan əlavə, məbəd şəhərin ən məşğul bölgəsində yerləşdiyi üçün Edo şəhərinin ən populyar məbədlərindən birinə çevrilmişdir. 1868-ci ildə şintoizmlə buddizmin rəsmi olaraq ayrılmasına qədər məbəd Sanno Qonqen (山王権現) adı ilə də tanınmışdır. == Xüsusiyyətlər == Hər ilin 10–16 iyun tarixlərində məbəddə Sanno festivalı baş tutur. Bu festival Kanda məbədinin festivalı ilə birlikdə Tokio şəhərinin iki əsas məbəd festivalından biridir.
Hie məbədi (Otsu)
Hiyoşi məbədi (日吉大社, Hiyoşi-tayşa) – Yaponiyanın Şiqa prefekturasının Otsu şəhərində yerləşən şintoist məbədi. İkinci dünya müharibəsindən əvvəl Hie məbədi (日枝大社, Hie-tayşa) kimi tanınırdı. Məbəd iki hissədən ibarətdir: Şərq məbədi və Qərb məbədi. Bu iki məbəd Yaponiyanın milli xəzinəsi statusuna malikdir. == Tarixi == Şərq məbədi e.ə. 61-ci ildə qurulmuşdur. İmperator Tenci 668-ci ildə paytaxtı Otsu şəhərinə köçürdükdən sonra imperator ailəsinin və Yamato sarayının qoruyucusu hesab olunan Omiva məbədinin kamisi Onamuçi üçün Qərb məbədini tikdirmişdir. Buddizmin Tenday sektasının qurucusu Sayço 788-ci ildə Hiey dağında Enryaku məbədini qurduqdan sonra Hiyoşi məbədi bu məbədin qoruyucusu hesab olunmağa və tez-tez onunla assosiasiya edilməyə başlamışdır. Hiyoşi məbədinin bir çox davamçı məbədi tikilmişdir və onların arasında 21 böyük məbəd "Sannonun 21 məbədi" adı ilə tanınmışdır. XIII–XVI əsrlərdə Hiyoşi məbədi güclü məbəd kimi tanınmış və məbədin akolitləri Hiey dağının döyüşçü-keşişləri ilə birlikdə siyasi cəhətdən güclü olan qrup formalaşdırmışdırlar.
Hie məbədi (Tokio)

Hikava məbədi (Saytama)
Hikava məbədi (氷川神社, Hikava-cinca) – Yaponiyanın Saytama prefekturasının Saytama şəhərinin Omiya rayonunda yerləşən şintoist məbədi. Məbəd Amaterasunun qardaşı Susanooya həsr olunmuşdur. == Tarixi == Məbəd kənd təsərrüfatı və hərb ilahı Susanooya həsr olunduğu üçün Yaponiyada populyar məbədlərdən biri olmuşdur. Məbədin mənşəyi naməlum olsa da, 927-ci ildə yazılmış "Enqişiki" kitabında myocin-tayşa olaraq göstərilmişdir. Məbədin festivalında iştirak etməsi və hədiyyə təqdim etməsi üçün məbədə imperiya emissarı göndərilirdi. == Xüsusiyyətləri == Məbəd Amaterasunun qardaşı olan kami Susannoya, eləcə də, digər iki ilaha həsr olunmuşdur. Hikava məbədinin Saytama prefekturasında 162 davamçı məbədi, Tokioda isə 59 davamçı məbədi yerləşir. Hikava məbədləri Tokio ətrafındakı prefekturalarda populyar olsa da, Yaponiyanın digər bölgələrində tanınmır. Məbədin illik festivalı 1 avqust tarixində baş tutur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Hiyoşi məbədi
Hiyoşi məbədi (日吉大社, Hiyoşi-tayşa) – Yaponiyanın Şiqa prefekturasının Otsu şəhərində yerləşən şintoist məbədi. İkinci dünya müharibəsindən əvvəl Hie məbədi (日枝大社, Hie-tayşa) kimi tanınırdı. Məbəd iki hissədən ibarətdir: Şərq məbədi və Qərb məbədi. Bu iki məbəd Yaponiyanın milli xəzinəsi statusuna malikdir. == Tarixi == Şərq məbədi e.ə. 61-ci ildə qurulmuşdur. İmperator Tenci 668-ci ildə paytaxtı Otsu şəhərinə köçürdükdən sonra imperator ailəsinin və Yamato sarayının qoruyucusu hesab olunan Omiva məbədinin kamisi Onamuçi üçün Qərb məbədini tikdirmişdir. Buddizmin Tenday sektasının qurucusu Sayço 788-ci ildə Hiey dağında Enryaku məbədini qurduqdan sonra Hiyoşi məbədi bu məbədin qoruyucusu hesab olunmağa və tez-tez onunla assosiasiya edilməyə başlamışdır. Hiyoşi məbədinin bir çox davamçı məbədi tikilmişdir və onların arasında 21 böyük məbəd "Sannonun 21 məbədi" adı ilə tanınmışdır. XIII–XVI əsrlərdə Hiyoşi məbədi güclü məbəd kimi tanınmış və məbədin akolitləri Hiey dağının döyüşçü-keşişləri ilə birlikdə siyasi cəhətdən güclü olan qrup formalaşdırmışdırlar.
Həmşivəng məbədi
Həmşivəng monastırı – Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir. Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına malikdir. İkisi müstəqil dayanan ikisi isə divar qarşısında ucaldılmış sütunlar və onlar üzərində ucaldılmış oxvari tağlar kilsənin interyerini üç nefə bölür. Həmşivəng monastırının zəng qülləsində yerləşmiş xaçdaş unikal dizaynı və dekorativ elementləri ilə məşhur olmuşdur. Xaçdaş 1960-cı illərdə monastır ərazisindən Ermənistana aparılmışdır və hazırda Vağarşapat şəhərində Katolikos sarayının qarşısında saxlanılır. == Tarixi == Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir: XIII əsrin 20-ci illərindən XIV əsrin əvvəllərinə kimi Həmşivəng monastırı Alban Katolikoslarının iqamətgahı kimi statusunu saxlayır. XIV əsrin əvvəllərində isə iqamətgah Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırına köçürülür. == Memarlıq xüsusiyyətləri == Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına (15.6x9.80 m) malikdir.
Kehi məbədi
Kehi məbədi (氣比神宮, Kehi-cinqu) – Yaponiyanın Fukui prefekturasının Tsuruqa şəhərində yerləşən şintoist məbədi. Girişində yerləşən torii Yaponiyadakı ən böyüklərindən biridir. == Həmçinin bax == Cinquların siyahısı == Xarici keçidlər == Vikianbarda Kehi məbədi ilə əlaqəli mediafayllar var.
Kerefto məbədi
Kerefto məbədi və ya Herakl məbədi — Güney Azərbaycan ərazisində, Qərbi Azərbaycan və Kürdüstan əyalətlərinin sərhədində, Kerefto dağlarında həm özünün memarlığı, həm də otaqlardan birinə girişin üzərində həkk olunmuş yunan apotropeik yazısı ilə nəzəri cəlb edən erkən Atropaten dövrünə aid qaya məbəd kompleksi. Yazının mətnində deyilir: "Ἡρακλῆ ἐνάδε κατοικεῖ·μηθὲν ἰσέλθοι κακόν" - "Burada Herakl yaşayır, hər cür pislikdən uzaq olsun". == Tarixi == === Təyinatı === Kereftodakı bu mağara tipli tikilinin funksional təyinatına dair ədəbiyyatda iki nöqteyi-nəzər irəli sürülmüşdür. Tədqiqatçıların bir qismi onun sitayiş təyinatlı tikinti olduğunu iddia edir. Digər tədqiqatçılar isə əksinə, qayalıqlarda oyulmuş otaqlar kompleksinin mülki səciyyə daşıdığını söyləyirlər. Onlar belə hesab edirlər ki, bu kompleks yunan hərbi hissəsinin yerləşdiyi obyekt olmuşdur və Böyük Madanın şimal sərhədlərinin onu əhatə edən "barbar" xalqlardan müdafiəsi həmin hərbi hissənin vəzifəsi olmuşdur. Kereftonun yaşayış kompleksi olduğunu iddia edən alimlər qeyd edirlər ki, Heraklın adı olan apotropeik formul həmişə şəxsi evə girişin üzərində yerləşir və bir növ tanrının himayəsi altında olan yaşayış yeri ilə əlaqələndirilmiş xeyir-duadır. Bu nöqteyi-nəzərin tərəfdarları habelə Kerefto kompleksinin təcrid halında olduğunu, kompleksin böyük yollardan kənarda yerləşdiyini, yalnız otlaq yeri kimi istifadə oluna biləcək, kasıb bitki örtüyünə malik olan ərazidə qərarlaşdığını qeyd etmişlər. A. Fazili qeyd edir ki, birincisi, Kerefto yazıları kimi yazılar yalnız yaşayış binalarında tətbiq edilmirdi. Bu cür formullar məqbərələrdə, qəbirüstü daş lövhələrdə, ictimai binalarda, habelə dini mahiyyətli memarlıqda da məlumdur.
Keşikçi məbədi
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089–1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184–1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. == Məbədə gürcü iddiasının arqumentləri == Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib.
Keşiş dağ məbədi

Kodandarama məbədi
Kodandarama məbədi — Hindistanın Andhra Pradeş ştatının, Kadapa bölgəsinin Racamet talukdakı Vontimitta qəsəbəsində yerləşən ilahi Ramaya həsr edilən bir hind məbədidir. Vicayanaqara memarlıq üslubunun bir nümunəsi olan məbəd XVI əsrdə inşa edilmişdir. Bölgədəki ən böyük məbəd olduğu bildirilir. Məbəd Kadapadan 25 km uzaqlıqda Racampet yaxınlığında yerləşir. Məbəd və ona bitişik tikililər, milli əhəmiyyətli qorunan abidələr sırasına daxil edilmişdir. == Əfsanə == Yerli əfsanəyə görə məbəd əvvəl soyğunçu olmuş sonrada Ramanın müridlərinə çevrilən Vontudu və Mittudu tərəfindən tikilmişdir. Məbədin tikintisi bitdikdən sonra onların daşa çevrildikləri deyilir. == Tarix == Məbəd XVI əsrdə, Çola və Vicayanaqra krallarının dövründə tikilmişdir. Vontimittada yaşayan Bammera Potana, şah əsəri olan "Maha Bhagavatham"ı teluqu dilində yazır və onu Ramaya ithaf edir. Valmikinin Ramayanasını (Ramanın hekayəsindən bəhs edən hind dastanı) teluqu dilinə tərcümə edən və "Andhra Valmiki" kimi tanınan Vavilakolanu Subba Rao, burada Ramaya ibadət etmək üçün vaxt keçirirdi.
Konarakda Günəş Məbədi
Konarakda Günəş Məbədi "Qara Paqoda" kimi tanınan Konarkdakı günəş tanrısı Suryanın məbədi (ing. Konark Sun Temple, hind. कोणार्क सूर्य मंदिर, oriya ସୂର୍ଯ୍ୟ ମନ୍ଦିର, କୋଣାର୍କ) Benqal körfəzi sahilindən çox da uzaq olmayan Hindistanın Orissa əyalətinin Konarak şəhərində XIII əsrə aid abidədir. Məbəd eramızın 1250-ci illərində Şərqi Qanqa sülaləsindən olan kral I Narasimhadevaya aid edilir. Yeddi əsr ərzində dəniz çəkilmiş və məbəd sahildən təxminən üç kilometr uzaqlıqda qalmışdır. 1984-cü ildə məbəd YUNESKO-nun Ümumdünya irs siyahısına 246 nömrə altında daxil edilmişdir. Bina 75 m hündürlükdə idi və 2000 tondan artıq çəkisi olan dəqiqliklə işlənmiş daş plitə ilə örtülmüşdür. Məbədin ansamblı üç hissədən - vaxtilə məbəd rəqqaslarının ritual rəqsləri ifa etdiyi rəqs pavilyonundan, ibadət zalı - caqamohana və hazırda dağılmış ziyarətgahdan - deuladan ibarətdir. Məbədin qarşısında daş fiqurlar - yeddi at və on iki təkərli bir araba var. Məbəddə əsasən sevgi və erotik mövzularda çoxlu təsvirlər və heykəllər var.
Konpira məbədi
Kotohira məbədi (金刀比羅宮, Kotohira-qu) və ya Konpira məbədi – Yaponiyanın Kaqava prefekturasının Kotohira qəsəbəsinin Nakatado rayonunda yerləşən şintoist məbədi. Şintoizm ilahı olan Omononuşi-no-kamiyə və İmperator Sutokuya həsr olunmuşdur. == Tarixi == İmperator Sutoku Sanuki əyalətində sürgün zamanı öldüyü üçün məbəd XI əsrin əvvəllərində həmin əyalətdə tikilmiş və əvvəlcə buddizm-şintoizm ilahı olan Konpiraya həsr olunmuşdur. Bu ilahın mənşəyi Hindistanda Qanq çayının timsah tanrısı olan Kumbhira ilə əlaqədardır. Məbəd dənizə yaxın yerləşdiyi üçün Konpira balıqçıların və dənizçilərin qoruyucu ilahı hesab edilmiş, hətta yaxınlıqda yerləşən bir buddist məbədinin qoruyucu ilahı olmuşdur. 1868-ci ildə buddizm ilə şintoizmin ayrılmasından sonra Konpira şintoizm ilahlarından biri olan Omononuşi-no-kami olaraq yenidən identifikasiya edilmişdir. Omononuşi-no-kami VIII əsrə aid "Kociki" salnaməsində "dənizi işıqlandıran tanrı" kimi təsvir edilmişdir. Hər ilin 10 oktyabr tarixində məbəddə festival keçirilir. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild (J–Libe).
Kutay məbədi
Coruri məbədi (浄瑠璃寺, Coruri-ci) və ya Kutay məbədi (九体寺, Kutay-ci) – Yaponiyanın Kioto prefekturasının Kamo qəsəbəsində yerləşən buddist məbədi. Buddizmin Şinqon Ritsu sektasına aiddir. XII əsr memarlığını əks etdirən əsas zal və paqodasına, heykəltəraşlıq elementlərinə, eləcə də, yerləşdiyi yerin mənzərəsinə görə tanınır. == Tarixi == Təsdiqlənməmiş əfsanələrə görə məbəd 739 və ya 982-ci ildə tikilmişdir. Lakin XIV əsrdə aid bir əlyazmada məbədin əsas zalının 1047-ci ildə keşiş Qimyo tərəfindən tikildiyi qeyd olunur və bu tarix məbədin tikilmə tarixi kimi qəbul olunur. Amidanın 9 surətinə ev sahibliyi etməsi üçün əsas zal 1108-ci ildə yenidən tikilmişdir. Məbədin adı yapon dilindən tərcümədə "təmiz lazurit məbədi" mənasını verir. Belə ki, əsas zal ilk öncə budda Yakuşini müqəddəsləşdirmək üçün nəzərdə tutulmuşdur və Yakuşinin torpağı lazuritlə əlaqələndirilmişdir. == Memarlığı == Əsas zal hazırkı yerinə 1157-ci ildə köçürülmüşdür. Bu zal Heyan dövrünün məbəd memarlığının sağ qalmış yeganə nümunəsidir və "Doqquz Amida buddasının zalı" kimi tanınır.
Laliş məbədi
Laliş məbədi (kürd. Lalişa Nûranî) — yezdanizm dini inancını əsas məbədi. Yezidilər üçün həcc məkanı hesab edilən müqəddəs yer. Laliş və ya Lalişa olaraq adlandırılan məbəd, İraqın şimalında, Mosul şəhərindən 60 km şimal-qərbdə yerləşməkdədir. Yezidilərin əsas fiqurlarından olan Şeyx Adi bin Müsafirinin məzarı məbədin daxilində yerləşir. Yezidi olan bir şəxs ən azı həyatında bir dəfə olmaqla, Laliş məbədinə doğru 6 günlük həcc ziyarətini gerçəkəşdirməlidir. Bura gələn yezidilər müxtəlif dini rituallar icra edir və günşə doğru ibadətlər edirlər. Bölgədə yaşayan yezidilər isə illik təşkil edilən İçitma bayramı münasibətilə məbədə axın edirlər. Yezdanizm inancında ən müqəddəs yerlərdən biri olduğuna inanılan məbədə və ətrafına ayaqqabı ilə daxil olmaq qadağandır. Yezidilər bayramlarda və xüsusi günlərdə ailəlikcə məbədi ziyarət edərək, ətrafını süpür və təmizləyirlər.
Ləkit məbədi
Dairəvi məbəd — Qax rayonunun Ləkit kəndinin 1 km uzaqlığında yerləşən qədim alban məbədi. == Tarixi == İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Kilsə qədim zərdüştü məbədi əsasında yaradılmışdır. Məbədin elmi cəhətdən öyrənilməsi və bərpa işləri XX əsrin 40-cı illərində P.D.Baranovskinin rəhbərliyi ilə aparılmışdır. Məbədin ətrafı meşəlikdən təmizlənmiş və dağılmaqda olan divarlardan biri möhkəmləndirilmişdir. Məbədin tikilmə tarixi haqqında müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləmişlər. Rus alimi P. D. Baranovski məbədi VII əsrə aid edir. K. M. Məmmədzadə isə Ləkit kilsəsinin Kilsədağ kilsəsindən sonrakı dövrdə, təxminən VI əsrin ortalarında inşa edilməsini qeyd edir. Bu kilsə haqqında aparılmış araşdırmaları analiz edib, onun Cənubi Qafqaz ölkələrinin memarlığındaki yerini müəyyən etməyə çalışan A.Y. Kazaryan isə məsələyə daha detallı yanaşdığı üçün məbədin nəticə olaraq VII əsrin 70-80-ci illərində inşa edildiyini açıqlayır ki, məntiqlə ən doğru tarixləndirilmə də budur.
Minakşi məbədi
Minakşi məbədi — Hindistanın Tamilnad ştatında yerləşir. == Tarixi == Minakşi məbədi Hindistanın Tamilnad ştatında yerləşir. 1310-cu ildə tikilmiş məbəd dəfələrlə işğalçıların hücumuna məruz qalsa da, dövrümüzə qədər gəlib çata bilib. Məbədin xarici görünüşü turistlərin diqqətini xüsusilə cəlb edir. Bu da əbəs deyil. Belə ki, məbəd xaricdən biri digərindən tamamilə fərqlənən minə yaxın kiçik heykəllərlə bəzədilib. Heykəllərin arasında müxtəlif hind tanrıları, uydurma heyvanlar, musiqiçilər, eləcə də sadə qadın və kişi fiqurlarına rast gəlmək mümkündür. Məbəd binasının fasadını bəzəyən heykəllər hər 12 ildən bir bərpa olunur və rənglənir. Qeyd edək ki, heykəllər üzərində son bərpa işləri 2009-cu ildə aparılıb. Kompleksin eni 258 metr, uzunluğu isə 223 metrdir.
Qax rayonunun Ləkit kəndindəki dairəvi məbəd
Dairəvi məbəd — Qax rayonunun Ləkit kəndinin 1 km uzaqlığında yerləşən qədim alban məbədi. == Tarixi == İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Kilsə qədim zərdüştü məbədi əsasında yaradılmışdır. Məbədin elmi cəhətdən öyrənilməsi və bərpa işləri XX əsrin 40-cı illərində P.D.Baranovskinin rəhbərliyi ilə aparılmışdır. Məbədin ətrafı meşəlikdən təmizlənmiş və dağılmaqda olan divarlardan biri möhkəmləndirilmişdir. Məbədin tikilmə tarixi haqqında müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləmişlər. Rus alimi P. D. Baranovski məbədi VII əsrə aid edir. K. M. Məmmədzadə isə Ləkit kilsəsinin Kilsədağ kilsəsindən sonrakı dövrdə, təxminən VI əsrin ortalarında inşa edilməsini qeyd edir. Bu kilsə haqqında aparılmış araşdırmaları analiz edib, onun Cənubi Qafqaz ölkələrinin memarlığındaki yerini müəyyən etməyə çalışan A.Y. Kazaryan isə məsələyə daha detallı yanaşdığı üçün məbədin nəticə olaraq VII əsrin 70-80-ci illərində inşa edildiyini açıqlayır ki, məntiqlə ən doğru tarixləndirilmə də budur.

Digər lüğətlərdə