Gəncə Alban Məbədi-1

Müqəddəs İohann kilsəsiGəncə şəhərində yerləşən Alban Həvari kilsəsidir. Şəhərdə ən qədim və əsas alban kilsəsi olan Müqəddəs İohann kilsəsi 1633-cü ildə inşa edilmişdir.

Müqəddəs İohann kilsəsi
erm. Սուրբ Հովհաննես եկեղեցի
Xəritə
40°40′10″ şm. e. 46°21′49″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir M.A.Abbaszadə küçəsi
Tikilmə tarixi 1633
Vəziyyəti Gəncə Dövlət Filarmoniyasının Kamera zalı kimi istifadə olunur, fasadındakı kitabələr sökülüb.
İstinad nöm.187
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin qədim Kilsəkənd məhəlləsi (Gəncəçayın sağ sahili) ərazisində yerləşən Müqəddəs İohann kilsəsi üçnefli bazilika formasına malikdir. Kilsənin üzəri ikimeylli dam altında yerləşən yarımdairəvi tağtavanla örtülmüşdür. Tavan tağları üç cüt sütun üzərində dayanır.

Kilsənin fasadında olmuş və 1990-cı illərdə dağıdılmış kitabələr

XIX əsrə qədər Alban kimliyini qoruyan və sonradan ermenilər tərəfindən restavrasiya olunur və Gəncədə dörd erməni kilsəsindən biri kimi fəaliyyət göstərirdi ki, onlardan üçü şəhərdə, biri isə qəbirsanlıq ərazisində yerləşir. 1849-cu ilə aid arxiv sənədində həmin kilsələrin adları qeyd edilir. Müqəddəs İohann kilsəsi, Müqəddəs Gevorq kilsəsi, Müqəddəs Tanrı anası kilsəsi və Müqəddəs Sərkis kilsəsi.[1]

1870-ci ildə Gəncədə ümumilikdə dörd şəhər kilsəsinin olması haqqında məlumat verilir.[1] 1885-ci ilin məlumatında artıq şəhərdə altı kilsənin olması xəbər verilir.[1]

Şəhərdə ən qədim və əsas erməni kilsəsi olan Müqəddəs İohann kilsəsi XVII əsrdə inşa edilmişdir. Kilsənin cənub divarında günəş qabartması ilə yanaşı yerləşdirilmiş kitabədə onun nəzaman və kim tərəfindən inşa etdirilməsi dəqiq göstərilmişdir:

" Müqəddəs İohann kilsəsi 1633-cü ildə Katolikos Hovannesin dövründə inşa edilmişdir.[2][3] "

Vestibülün fasadında yerləşdirilmiş və XIX əsrə aid olan digər bir kitabədə isə deyilir:

" 1860. Bu kitabə xatirəsini əbədiləşdirmək istəyən Hosep Zarab Qriqoryants tərəfindən inşa etdirilmişdir.[2] "

Kilsənin cənub fasadında yerləşdirilmiş başqa bir kitabə isə, onun damının inşa edilməsi (və ya təmir edilməsi) ilə əlaqəlidir:

" Rəbbimizin rəhmi ilə 1862-ci ildə mən, Məhsəti Ağacan Xaçaturyan Müqəddəs İohann kilsəsinin damını zərif daşlardan inşa etdirdim, daxili və xarici divarlarını ağartdım ki, sağ və vəfat etmiş qohumlarımın xatirəsini əbədiləşdirim.[2] "

Arxiv sənədlərində də Müqəddəs İohann kilsəsində aparılmış inşaat və yenidənqurma işləri ilə bağlı məlumatlar dövrümüzə çatmışdır. Xüsusi diqqət çəkən məsələlərdən biri XX əsrin əvvəllərinə kimi kilsədə dəfələrlə əsaslı təmir işlərinin aparılmasıdır. İlk əsaslı yenidən qurma işinin layihə və smetası 1903-cü ildə memar Oltarjevskiy tərəfindən hazırlanmışdır.[1] Təmir işləri ilə bağlı səənədlər 1899-cu ildə şəhər rəhbərliyinə təqdim edilsə də, sonradan Erməni-türk müharibəsinə görə təxirə salınmış və yalnız 1910-cu ildə inşaata başlamaq mümkün olmuş və elə həmin il də yekunlaşdırılmışdır. İnşaat işlərinə Hovsep bəy Məlik-Bəyləryan, Simeon Afanasyan, Mixail Lazaryan, Akop Lisikyan, Martiros Nabatyan və Simeon Babakevxiyan rəhbərlik etmişlər.[4]

1920-ci ildə döyüşlər zamanı atılmış mərmilərdən beşi kilsəyə düşmüş, onlardan üçü kilsənin günbəzini, ikisi isə divarlarını dağıtmışdır.[5]

Müqəddəs İohann kilsəsinin bəzi keşişlərinin adları və xidmət dövrləri haqqında məlumatlar da dövrümüzə çatmışdır. Belə ki, mənbələrdə adı xatırlanan ilk keşiş Hovannes Yengibariants 1862-ci ildə vəfat etmişdir.[6] Qaregin Ter-Qriqoryan Tumanyants 15 noyabr 1898-ci ildə baş keşiş təyin edilmiş, 1908-ci ildən keşiş Qriqor Babakevxyantsla (1908-ci ildə vəfat edib), daha sonra isə Daniel Ter-Danielyants, Mkrtç Ter_Hovsepyan və Şmavon Boriyantsla birlikdə xidmət etmişlər.[6]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Şəhərin qədim Kilsəkənd məhəlləsi (Gəncəçayın sağ sahili) ərazisində yerləşən Müqəddəs İohann kilsəsi üçnefli bazilika formasına malikdir. Kilsənin üzəri ikimeylli dam altında yerləşən yarımdairəvi tağtavanla örtülmüşdür. Tavan tağları üç cüt sütun üzərində dayanır.[1]

Kilsənin iki qiriş qapısı onun cənub və qərb divarlarında yerləşdirilmişdir. Şərq tərəfində isə iki mərtəbəli cübbəxana yerləşir. Sonrakı dövrdə kilsə binasına əlavə kimi gavit, vestibül və zəng qülləsi inşa edilmişdir.[1]

XVIII-XIX əsrlərdə kilsənin həm vestibülündə, həm daxilində, həm də həyətində dəfnlər həyata keçirilmişdir.[4]

  1. 1 2 3 4 5 6 Karapetyan, 2007. səh. 45
  2. 1 2 3 Бархударянц, Макар. Арцах. Баку: Арор. 1895. 37.
  3. Nor-Dar (No. 85): 2. 1899.
  4. 1 2 Karapetyan, 2007. səh. 46
  5. Karapetyan, 2007. səh. 47
  6. 1 2 Karapetyan, 2007. səh. 51
  • Barkhutariants, M. Artsakh. Baku, 1895
  • Karapetyan, S. Northern Karapetyan. Yerevan, 2007

П:  Gəncə portalı П:  Memarlıq portalı П:  Xristianlıq portalı П:  Azərbaycan portalı П:  Tarix portalı