MƏDƏCİK
MƏDƏN
OBASTAN VİKİ
Mədəd Allahverdiyev
Mədəd Mustafa oğlu Allahverdiyev — Azərbaycanın ilk iqisad elmləri doktorlarından biri, professor, iqtisadçı alim. Mədəd Allahverdiyev 1929-cu il dekabr ayının 21-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1950-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra EA-nın iqtisadiyyat bölməsinin aspiranturasında təhsil almış, 1954-cü ildə isə Moskvada müvəffəqiyyətlə namizədlik dessertasiyası müdafiə etmişdir. M.Allahverdiyevin məhsuldar həyatının böyük bir dövrü Azərbaycan EA İqtisadiyyat İnstitutunda keçmişdir. O, burada baş elmi işçi, elmi katib, şöbə müdiri vəzifələrində çalışmışdır. 1968-75-ci illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktoru vəzifəsində işləmişdir. Professor M.Allahverdiyevin iqtisadi oriyentrlərin dəyişdiyi indiki şəraitdə də öz aktuallığını saxlayan tədqiqatları yaradıcılığının ilk mərhələsində iqtisad elminin aqrar problemlərinə, sonrakı mərhələlərdə isə iş qüvvəsinin təkrar istehsalı, əmək, makroiqtisadi tarazlıq problemlərinə həsr olunmuşdur. Keçən əsrin 50-ci illərinin sonu və 60-cı illərin əvvəllərində M.Allahverdiyevin bir-birinin ardınca “Azərbaycan SSR-in çayçılıq kolxozlarının iqtisadiyyatının inkişafı” (Bakı, Akademiya nəşriyyatı, 1956) “Kolxozlarda ictimai və şəxsi mənafelərin əlaqələndirilməsi” (Bakı, Azərnəşr, 1956), “Kolxoz istehsalının inkişafında maşın-traktor stansiyalarının rolu” (Bakı, “Azərnəşr, 1959), “Dağ rayonları şəraitində kompleks mexanikləşdirmənin bəzi məsələləri” (Bakı, Azərnəşr, 1960), “Pambıqçılıqda əmək məhsuldarlığı və onun artırılması yolları” (Bakı, Akademiya nəşriyyatı, 1960), “Kolxoz və sovxozlarda əməyin və istehsalın düzgun təşkili” (Bakı, Azərnəşr, 1962) kimi əsərləri çap olunur. M.Allahverdiyev 1964-1967-ci illərdə əmək və əmək resurslarına dair bir sıra fundamental əsərlər çap etdirir. “Əmək resursları və Azərbaycan SSRİ kənd təsərrüfatında onlardan istifadə olunması” (Bakı, Azərnəşr, 1964), “Sosialist əhali sakinliyi qanunu” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Akademiya nəşriyyatı, 1965), “Azərbaycan SSR-də iş qüvvəsinin təkrar istehsalı məsələləri” (Bakı, Akademiya nəşriyyatı, 1966), “Məhsuldar və qeyri-məhsuldar əmək” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Azərnəşr, 1967) kitabları müəllifin elmi yaradıcılığının ən uğurlu yekunlarındandır.
Mədəd Coşqun
Mədət Çoşqun (doğum adıyla Mədəd İsa oğlu İsmayılov; d. 18 iyun 1938, Azərbaycan Gəyliyən kəndi, Başkeçid rayonu, Gürcüstan SSR, SSRİ) — azərbaycanlı şair, publisist və ictimai xadim. Mədəd İsa oğlu İsmayılov 1938-cı il iyunun 18-də Borçalıda Dmanisi (Başkeçid) rayonunun Azərbaycan Gəyliyən kəndində anadan olmuşdur. 1959-cu ildə Dmanisi rayonu Qızılkilsə kəndində orta məktəbini qızıl medalla, 1961-ci ildə isə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Tarix-Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tbilisidə nəşr olunan "Samqori" qəzeti Mədəd Coşqunun ilk iş yeri olub. İnstitutu bitirdikdən sonra o, Dmanisi rayonuna qayıdıb, Qamışlı kəndində səkkizillik məktəbin direktor müavini, Dmanisi rayonunun yerli radio verilişləri redaksiyasının redaktoru, rayon partiya komitəsinin ideologiya şöbəsində təlimatçı vəzifələrində çalışıb. Mədəd Coşqun uzun illər Dmanisidə iki dildə (gürcü və Azərbaycan) çıxan "Trialeti" adlı rayon qəzetində Azərbaycan şöbəsinin redaktoru olub. Borçalıda milli qarşıdurma dövründə Mədəd Coşqunun Gürcüstanda sonuncu iş yeri olan "Trialeti" qəzetinin Azərbaycan dilində nəşri 1991-ci ildə dayandırılıb. Gürcüstanda azərbaycanlıların milli zəmində sıxışdırılmasının, yeni-yeni başlayan köç prosesinin qarşısını almaq, soydaşlarımızı məlumat blokadasından çıxarmaq üçün Mədəd Coşqun "İnam" adlı qeyri-leqal qəzet yaradaraq Borçalıda yayımlamağa başlayır. Mədəd Coşqun Dmanisidə 1992-ci ilə qədər mübarizəsini davam etdirir.
Mədəd Çobanov
Mədəd Namaz oğlu Çobanov (11 aprel 1937, Darbaz, Lüksemburq rayonu – 2 iyun 2023, Bakı) – türkoloq və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, Türk Dili Kurumunun üzvü, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü. 1937-ci il aprelin 11-də qədim Borçalı mahalinda – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib, doğma Darbaz kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayıb, bir il müəllim işlədikdən sonra Əsgəri xidmətə yollanıb. Zabitlər məktəbini bitirib. Bir il Bolnisi rayon komsomol komitəsində çalışıb, sonra irəli çəkilib, fəaliyyətini rayon partiya komitəsində davam etdirib. Eyni zamanda, Azərbaycan EA-nın İ. Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil alıb. 1973-cü ildə Daşkənddə Özbəkistan EA-nın Dil və Ədəbiyyat institutinda "Bolnisi rayon şivələrinin leksikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə eləyib. Elə həmin ildən də A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunum Azərbaycan bölməsinə müəllim seçilib. 1994-cü ilədək düz 21 il həmin institutda müəllim, dosent, professor işləyib. 1992-ci ildə Bakı Dövlət Universitetində "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Asif Mədədov
Baranlıq-i Mədədxan (Miyanə)
Baranlıq-i Mədədxan (fars. برنليق مددخان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 294 nəfər yaşayır (70 ailə).
Ədalət Mədədoğlu
Ədalət Mədəd oğlu İsmayılov (Ədalət Mədədoğlu; 1 fevral 1968, Dmanisi) — azərbaycanlı şair, yazıçı, publisist, siyasi xadim. Ədalət Mədədoğlu 1968-ci ilin fevralın 1-də Gürcüstanın Dmanisi şəhərində anadan olub. 1985-ci ildə Dmanisi rus orta məktəbini, 1996-ci ildə isə A. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Müxtəlif illərdə “Kaspi” (rus dilində), “Xəzər” (Azərbaycan dilində), “Nyu Baku Post” (Azərbaycan dilində) qəzetlərinin redaktor, baş redaktorun müavini və məsul katib, “Kaspiy İz” (rus dilində), “İçəri şəhər” (rus dilində), “Mobil time” (Azərbaycan və ingilis dillərində) jurnallarının redaktoru olub, BBC radiosunun rus xidmətində çalışıb. Hal-hazırda, “Əqli mülkiyyət jurnalının” baş redaktorudur. Ədalət Mədədoğlu 2000 ildə təsis etdiyi Azərbaycan Sabit İnkişaf Partiyasının (ASİP) sədridir. ASİP ölkənin siyasi-ictimai həyatında sol-mərkəzçi, islahatçı partiya kimi fəaliyyət göstərir. Ədalət Mədədoğlu Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya Gürcüstan Ukrayna, Özbəkistan, Moldova, Almaniya, Səudiyyə Ərəbistanı mətbuatında dərc edilmiş 200-dən artıq siyasi və elmi məqalələri, “Azərbaycan dilində onomastik vahidlərin semantik inkişafı” adlı avtoreferatın müəllifidir. Адалат Мадатоглу. «Скалы» (“Qayalar”) 1995, Украина, Городская типография Донецкого областного комитета по делам печати и информации.

Digər lüğətlərdə