məcusilik 2021
mədaxil-məxaric
OBASTAN VİKİ
Mədaxil
Mədaxil Cavadlı
Cavadov Mədaxil Məqatil oğlu (Mədaxil Cavadlı) — şair, publisist, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Mədaxil Cavadlı 1 mart 1958-ci ildə Ağsu rayonunun Sanqalan kəndində anadan olmuşdur. Kənd səkkizillik məktəbi, Sumqayıt şəhərində 44 saylı peşə məktəbini bitirmişdir. Bakı Sənaye Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1976-1978). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1978-1980). Marksizm-leninizm universitetinin dinləyicisi olmuşdur (1982-1984). Hazırda Sumqayıt şəhərində 14 saylı orta məktəbdə direktor müavinidir (1994-cü ildən). Eyni zamanda Rusiya Federasiyasında nəşr olunan "Gülüstan" qəzetinin Sumqayıt şəhəri üzrə təmsilçisidir (2000). XX əsrin 90-cı illərindən dövri mətbuatda lirik şeirləri ilə çıxış edir. "Bu yurdun alınmaz dağları qala", "Sevgi məktubları", "Ümid işığı" və s.
Mirzəbəyovun mədaxil evi
Mirzəbəyovun mədaxil evi — Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 29/31 və Şeyx Şamil küçəsi 3/5 kəsişməsində, Bakı metropoliteninin İçərişəhər metrostansiyası və Filarmoniya bağı ilə üzbəüz yerləşən yeddi mərtəbəli tarixi binadır. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Əsası 1911-ci ildə qoyulmuş binanın inşasına Mirzəbəyov (Mirzabekyants) qardaşlarının sifarişi ilə başlansa da, 1915-ci ildə Birinci Dünya müharibəsinin başlanmasından sonra sifarişçi inşaatı hələ tamamlanmamış binanı Musa Nağıyevə sataraq Bakını tərk etmişdir. Binanın memarı mülki-mühəndis Vartan Sarkisovdur. Klassik memarlıq elementlərindən geniş istifadə ilə intibah memarlığı üslubunda inşa edilmiş bina demək olar ki, bütöv bir kvartalı əhatə edir. Bina keçmiş Qubernator bağı, hazırda Filarmoniya bağı adlandırılan şəhər bağı ilə üzbəüz, İstiqlaliyyət küçəsi, 29/31 və Şeyx Şamil küçəsi 3/5 kəsişməsində yerləşir. Əsası 1911-ci ildə qoyulmuş binanın inşasına Mirzəbəyov (Mirzabekyants) qardaşlarının sifarişi ilə başlansa da, 1915-ci ildə Birinci Dünya müharibəsinin başlanmasından sonra sifarişçi inşaatı hələ tamamlanmamış binanı 1.200.000 qızıl rubla Bakı milyonçularından Musa Nağıyevə sataraq pulları ABŞ banklarından birində yerləşdirmiş, özü isə Nyu-Yorka köçmüşdür. Sonradan binanın inşaat işləri 1917-ci ilə kimi Musa Nağıyevin hesabına aparılmışdır. Evin birinci sahibinə hörmət əlaməti olaraq Nağıyev binanın fasadında Mirzəbəyovların venzelinin saxlanılmasına qərar vermişdir. Bina inşa edilməzdən əvvəl onun yerində bir neçə yarımdağılmış vəziyyətdə olan daxmalar var idi.
Muxtarovun mədaxil evi
Muxtarovun mədaxil evi — Bakıda Rəşid Behbudov küçəsində, 1910-cu ildə Bakı neft maqnatı və milyonçusu Murtuza Muxtarov tərəfindən tikilmiş mədaxil evi. İtaliyanın İntibah memarlığı üslubunda, memar İosif Ploşko tərəfindən işlənmiş bir binadsır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, ölkənin yerli əhəmiyyətli tarixi və mədəniyyət memarlıq abidəsidir. Murtuz Muxtarov Xəzər küçələrinin (indi Rəşid Behbudov) və Nijne-Priyutskaya (indi Süleyman Rəhimov) küçələrinin kəsişməsində bir torpaq sahəsinə sahib idi. O, bu bölmədə iki mərtəbəli bir evin tikintisini Ploşkoya əmanət etdi. Birinci mərtəbədə zirzəmilər və ofisləri olan dükanlar, ikinci mərtəbədə — bütün şəraiti olan mənzillər var idi. Mənzillərin otaqları iki sıra təşkil edilir. Hər bir mənzildə də balkon var idi — şüşəbənd. Əsas giriş böyük bir portal tərəfindən hazırlanmışdır. Fasad memarlığında İtaliyanın İntibah dövrünün forması istifadə edilmişdir.
Sadıqov qardaşlarının mədaxil evi
Sadıqov qardaşlarının mədaxil evi — Bakı şəhərində, İstiqlaliyyət küçəsi və Niyazi küçəsinin kəsişməsində, Filarmoniya bağı ilə üzbəüz yerləşən yeddi mərtəbəli tarixi binadır. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Sadıqov qardaşlarının mənfəət evi 1910–1912-ci illərdə Qavriil Ter-Mikelovun layihəsi əsasında inşa edilmişdir. Bina fərqli kompozisiya quruluşu və memarlıq işləmələri, yerli memarlığın zərif elementləri və detalları ilə qeyd edilmişdir. Yaşayış evi zəngin həcmli plastikaya və yüksək tikinti mədəniyyətinə malikdir. Binanın yerləşdiyi ərazidə əvvəl qəbirsanlıq olub. Ona görə də binanın inşasına başlandığı zaman yerli əhali sifarişçiyə xitabən deyir ki, "Ay Kərbəlayi, nə uğursuz yer seçmisən, boşuna pulu havaya sovurdun." O, isə cavabında bildirir ki, "Boş-boş danışmayın, lap da yaxşı yerdir. Hətta qubernator da, evin qabağında mənim üçün bağ saldırıb." Sadıqov qardaşlarının mənfəət evi 1910–1912-ci illərdə Milli-romantik memarlıq stilində inşa edilmişdir. 1909-cu ildə bu evin layihəsinin tərtib olunması üzrə ümumrusiya müsabiqəsi elan edilir, binanın müəllifi olan Qavriil Ter-Mikelov birinci mükafatı əldə edir. SSRİ dövründə binada Azərbaycan SSR-in Mərkəzi İcrayə Komitəsi yerləşmişdir.
Musa Nağıyevin dördmərtəbəli mədaxil evi
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi— Xaqani küçəsi, 47 ünvanında 1910–1912-ci illərdə inşa edilmiş dörd mərtəbəli mədaxil evi. Binanın sifarişçisi Ağa Musa Nağıyev, memarı isə İosif Ploşkodur. 1910–1912-ci illərdə Ağa Musa Nağıyevin sifarişi ilə şəhərin tarixi məhəllələrinin sərhədindəki boş yerdə, Molokanskaya küçəsi, 47-də (indiki Xaqani küçəsi, 47) növbəti mədaxil evini tikdirir. Mədaxil evi küncvaridir, o öz monumental siması və şəhərsalma mövqeyi ilə seçilir. Fasadlarda genişlik və mütənasib bölünmə duyğusu memar İ. Ploşko üçün səciyyəvidir. O, binanın kompozisiya strukturunu monolit həcm formasında qurmuş və sonradan əsas elementləri birinci qaydada, həmçinin tətbiqi elementləri ikinci qaydada ayırmışdır. Fasadın memarlıq karkasını yaradarkən mənzillərin planlı təşkilinə diqqət yetirmişdir. Bina künc yerləşməsi və çoxsaylı balkonlar, erkerlər və lociyaları olan ümumi görünüşün ifadəliliyi Bakının şəhər məhəllələri sistemində memarlıq əhəmiyyətini müəyyənləşdirmişdir. Bəndlərin öz şaquli ox, küncləri ilə əlaqədə dekorativ gümbəzli erkerlərə birləşdirilməsinin nəzərə çarpan ritmi binanın çoxplanlı məzmununu açır. Fasadın əsas vasitələri sırasında memarlıq miqyasının istiqamət verilmiş dinamikası özünü göstərir.
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi
Ağa Musa Nağıyevin dörd mərtəbəli mədaxil evi— Xaqani küçəsi, 47 ünvanında 1910–1912-ci illərdə inşa edilmiş dörd mərtəbəli mədaxil evi. Binanın sifarişçisi Ağa Musa Nağıyev, memarı isə İosif Ploşkodur. == Haqqında == 1910–1912-ci illərdə Ağa Musa Nağıyevin sifarişi ilə şəhərin tarixi məhəllələrinin sərhədindəki boş yerdə, Molokanskaya küçəsi, 47-də (indiki Xaqani küçəsi, 47) növbəti mədaxil evini tikdirir. Mədaxil evi küncvaridir, o öz monumental siması və şəhərsalma mövqeyi ilə seçilir. Fasadlarda genişlik və mütənasib bölünmə duyğusu memar İ. Ploşko üçün səciyyəvidir. O, binanın kompozisiya strukturunu monolit həcm formasında qurmuş və sonradan əsas elementləri birinci qaydada, həmçinin tətbiqi elementləri ikinci qaydada ayırmışdır. Fasadın memarlıq karkasını yaradarkən mənzillərin planlı təşkilinə diqqət yetirmişdir. Bina künc yerləşməsi və çoxsaylı balkonlar, erkerlər və lociyaları olan ümumi görünüşün ifadəliliyi Bakının şəhər məhəllələri sistemində memarlıq əhəmiyyətini müəyyənləşdirmişdir. Bəndlərin öz şaquli ox, küncləri ilə əlaqədə dekorativ gümbəzli erkerlərə birləşdirilməsinin nəzərə çarpan ritmi binanın çoxplanlı məzmununu açır. Fasadın əsas vasitələri sırasında memarlıq miqyasının istiqamət verilmiş dinamikası özünü göstərir.

Digər lüğətlərdə