məhəkdaşı
məhəl qoymamaq 2021
OBASTAN VİKİ
Dəmirbulaq məhəlləsi
Dəmirbulaq məhəlləsi — İrəvannin qədim məhəllələrindən biri. == Haqqında == 1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», «Dəmirbulaq», «Dərəkənd», «Təpəbaşı») ibarət olmuşdu. == 1831-ci ildə Dəmirbulaq məhəlləsi == İrəvan şəhəri aşağıdakı hissələrdən ibarətdir: 1. Şəhər hissəsi 2. Təpəbaşı hissəsi 3. Dəmirbulaq hissəsi Təpəbaşı hissəsinə aid olanlar: Əhalisi: “İrəvan şəhərinin əhalisi aşağıdakı kimidir: Azərbaycanlılar: Dəmirbulaq hissəsi - 411 ailə, 789 kişi, 806 qadın, cəmi 1.595 nəfər. İrandan köçürülən ermənilər: Dəmirbulaq hissəsi - 48 ailə, 118 kişi, 112 qadın, cəmi 230 nəfər. Dəmirbulaq hissəsindəki bütün əhali - 459 ailə, 907 kişi, 918 qadın, cəmi 1.825 nəfər; Dəmirbulaq hissəsi müharibədən daha artıq ziyan çəkib. İrəvan şəhərinin imtiyazlı əhalisi: Dəmirbulaq hissəsi - Azərbaycan türkləri: 14 bəy ailəsi, 46 kişi, 46 qadın, cəmi 92 nəfər 1 mirzə ailəsi, 1 kişi, 1 qadın, cəmi 2 nəfər 7 molla ailəsi, 13 kişi, 16 qadın, cəmi 29 nəfər 11 seyid ailəsi, 22 kişi, 19 qadın, cəmi 41 nəfər 3 dərviş ailəsi, 6 kişi, 4 qadın, cəmi 10 nəfər Ermənilərdə: 3 məlik ailləsi.
Dəmirçilər məhəlləsi
Dəmirçilər məhəlləsi — Şuşanın yuxarı 8 məhəllələrindən biri. Hər məhəllədə hamam, məscid və bulaq olduğu kimi Dəmirçilər məhəlləsinin də hamamı, məscidi, bulağı var idi. == Yaranma tarixi == Pənahəli xanın oğlu İbrahimxəlil xan tərəfindən Şuşanın şərq hissəsində Aşağı məhəllədən fərqli olaraq nisbətən dağlıq və sıx meşəli ərazidə 8 məhəllədən ibarət ikinci böyük Yuxarı məhəllənin təşkil olunması 1759–1805-ci illəri əhatə etməklə II dövrü təşkil edir. == Haqqında == Məhəllə öz adını orada yaşayan eyniadlı türk tayfasının adından götürmüşdür. Bəzən isə məhəllənin dəmirçiliklə məşğul olan sənətkarların burada yaşadığına görə belə adlandırıldığı deyilir. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Dəmirçilər məhəlləsində eyniadlı türk tayfasından olan dəmirçilər yaşayırdılar. Dəmirçilər "Şeytanbazar" ətrafında yaşayıb işləyirdilər. == Toponomikası == Məhəllə dəmirçi peşə sahiblərinin, sənətkarlarının çoxluq təşkil etməsi baxımından, nəsillikcə dəmirçi peşəsinə məxsus, eyni adlı türk tayfasının nümayəndələrindən ibarət sənətkarların cəm olduğu məhəllə olduğundan adlandırılmışdır.
Dəmirçilər məhəlləsi (Gəncə)
Dəmirçilər məhəlləsi — Gəncədə V-VII əsrlərdən XIX əsrə kimi mövcud olmuş peşə-sənət yönümü ilə barəbər əsasən tirə-tayfa əlamətinə görə formalaşmış məhəllə. == Haqqında == Dəmirçilər məhəlləsi Gəncədə V-VII əsrlərdən XIX əsrə kimi mövcud olmuş peşə-sənət yönümü ilə barəbər əsasən tirə-tayfa əlamətinə görə formalaşmış məhəllədir. Bu məhəllə bəhs olunan mərhələdə Gəncənin əsas sənətkar məhəllələrindən olmuşdur. Şimaldan Sofulu, şərqdən İmamlı, cənubdan Şah Abbas meydanı (Dəmirçi bazarı, Sərrac bazarı, Dəmirçi karvansarası və Çökək hamam xətti ilə), qərbdən yenə də Sofulu məhəlləsi ilə hüdudlanırdı. Məhəllənin adı Şahsevənlərin altı böyük tayfalarından biri olan Dəmirçilərlə əlaqədardır. XIII əsrin tarixçisi Şəhabəddin Nəsəvi dəmirçilərin Çingiz xan nəslindən olduğunu, XIX əsrdə yaşamış M. M. Xəzani isə onların Azərbaycana XVIII əsrdə Pənahəli xan Cavanşirin dövründə gəldiyini yazırlar. Gəncədən başqa "dəmirçilər" toponiminə Qazax, Qubadlı və Tərtər rayonlarında kənd, Şuşa şəhərində məhəllə adı kimi rast gəlirik. Məhəllədə yerləşən Dəmirçi bazarında çilingərlər, bıçaqçılar, zirehgərlər, fəttahlar, nalbəndlərin ticarət cərgələri uzanıb gedirdi.
Dəvəçi məhəlləsi
Dəvəçi məhəlləsi — Təbriz şəhərinin böyük məhəllələrindən biri. == Tarixi == Bəzi qaynaqlarda bu məhəllənin adı farsca Şütürban yazılır.
Erməni məhəlləsi
Erməni məhəlləsi (ərəb. حارة الأرمن‎; ivr. ‏הַרֹבַע הַאַרְמֶנִי‎‏‎) — Yerusəlimdə (Qüds) olan köhnə şəhərin dörd məhəlləsindən biri. == Tarixi == === Zəmin === Tarixçilərə görə, ermənilər IV əsrdə xristianlığı qəbul etdikdən sonra Yerusəlim şəhərinə gəlmiş və orada erməni məhəlləsi qurmuşdur. Erməni məhəlləsi şəhər ilə birlikdə müxtəlif dövrlərdə Bizans, Xilafət, Osmanlı, Britaniya və başqa imperiyaların hakimiyyəti altında qalmışdır. Buna baxmayaraq, 1948-ci ildə baş tutan Ərəb-İsrail müharibəsi nəticəsində şəhər 2 hissəyə bölünmüşdür. Erməni məhəlləsinin də yerləşdiyi Şərqi Yerusəlim nəticədə İordaniyanın nəzarətinə keçmişdir. 1967-ci ildə baş tutmuş Altı günlük müharibə nəticəsində İsrail qüvvələri Şərqi Yerusəlimi ələ keçirmişdir. Ermənilərin böyük əksəriyyəti İsrail vətəndaşlığını qəbul etsə də, ərəb ökələrinə səyahət şanslarını itirməmək üçün hələ də İordaniya pasportlarını saxlamaqla erməni məhəlləsində yaşayırlar. === İndiki dövrdə === Erməni məhəlləsi ağlama divarına gedən əsas yollardan biri üzərində yerləşir.
Gəncə məhəllələri
Qədim Gəncə şəhərinin 1727 ci ildə 14 məhəlləsi olub: Gəncə şəhri, Gəncə çayı ilə ikiyə ayrılmıştır, şəhrin dağlık yerində və dağlara doğru kəndlərdə Ermənilər, ova qisminda ovaya uzanan kəndlərdə isə Türklər yaşıyırdılar. Gəncənin Türk məhəllələri arasında Noreşen ismində bir Erməni məhəlləsi vardı Gəncənin Erməni qismində isə üç türk məhəlləsi vardı: Mollacəlilli, Çaylı və Hacıməlihli.
Gəncəli məhəlləsi
Gəncəli məhəlləsi — Şəkinin qədim məhəllələrindən biri. == Haqqında == Şiələr kompakt halında Şəki şəhərində Gəncəli məhəlləsində məskunlaşmışlar. Gəncəli məhəlləsinin əhalisi Səfəvilər dövründə Şəkini idarə etmək və dayaq yaratmaq üçün Gəncədən Şəkiyə köçürülənlərin nəsilləridir. Şəkinin sünnü əhalisi şiələri "qızılbaş", bəzən də "qəcər" adlandırırlar. Məlumdur ki, şiə yönlü səfəvi təriqəti həm də "qızılbaş" adlanmışdır. Şiələrin "qızılbaş" adlandırılması Azərbaycanın başqa sünnü bölgələrində də (Qax, Zaqatala, Balakən rayonlarında və s.) özünü göstərir. Başqa məlumata görə buranın əhalisi İrandan və ya Xoydan Gələnlərlər məskunlaşmışlar. Gəncəli məhəlləsində Mirzə Fətəli Axundov, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, xalq artisti Əlövsət Sadıqov, dilçi Əbdüləzəl Dəmirçizadə, akademiklər Cəmil və Cəbrayıl Hüseynovlar, professor Yaşar Qarayev kimi böyük bir ziyalı bu məhəllədən yetişmişdir.
Hacı Yusifli məhəlləsi
Hacı Yusifli məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Məhəllə öz adını məşhur divanbəyi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu Muğanlının adından götürüb. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Məşhur Azərbaycan şairi Qasım bəy Zakirin evi, məhəllə məscidindən başqa, Aşağı Gövhər ağa məscid kompleksi də bu məhəllədədir.
Hamamqabağı məhəlləsi
Hamamqabağı məhəlləsi — Şuşanın 18-ci əsrin sonları, 19-cu əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Əbdül Səməd Bəyə məxsus ilk hamamlardan biri burada yerləşdiyindən, məhəllə belə adlandırılmışdır. == Xarici keçidlər == "Şuşanın 17 məhəlləsinin hekayəsi". aqreqator.az. İstifadə tarixi: 28 apr 2022. "Şuşanın 17 məhəlləsi". www.gununsesi.info. İstifadə tarixi: 28 apr 2022.
Kilsəkənd məhəlləsi
Kilsəkənd məhəlləsi - Gəncənin qədim məhəllərindən biri. Məhəllənin adı Müqəddəs İohann kilsəsi (Gəncə) kilsəsin burda yerləşməsi ilə əlaqədar belə adlnmışdır. Gəncəçayının sağ sahilində(II hissə) yerəşir. Məhəllənin başqa adıda Dik küçədir. Sovet dövründə bu məhəlləyə Qırmızı körpü deyirdilər. Şah Abbasın tikdirdiyi qədim bir körpünün yerində. Qafqazda tikilən ilk dəmir və metal konstruksiyalı körpüdür. 1843-cü ildə inşa edilib. Layihəsini də çar ordusunun hərbi mühəndisi, poruçik A.Q.Çarnetski hazırlayıb. Körpü şəhərin iki məhəlləsini birləşdirib.
Köçərli məhəlləsi
Köçərli məhəlləsi — Şuşanın XIX əsrdə salınmış, Şuşanın şimal-qərbində qədim yuxarı 8 məhəlləsindən biri. == Haqqında == Saatlı məhəlləsində sol tərəfdə dik yamac üzərində yerləşən yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzinə doğru uzanan və nisbətən bir qədər enli yolun hər iki tərəfində yaşayış binaları, məscid, bulaq, hamam və daha aşağı hissədə Körpü və Meydança var idi. Məhəllə körpüsünə "Şahlıq körpüsü" deyilirdi. XX əsrin 40-cı illərində körpü söküldü və meydan bir qədər genişləndirildi. məhəllənin yaşayış binaları biri-birindən fərqlənirdi. Bu sosial bərabərsizliklə əlaqədar idi. Məhəllədə 6-ya qədər iki mərtəbəli yaşayış binası var idi. Qalan binalar isə bir mərtəbəli idi. XVIII əsrin ortalarında Cavanşir mahalının Köçərli kəndindən köçüb gəlmiş Məhəmməd adlı (Firidun bəy Köçərlinin ulu babası) bir nəfər burada kök salıb, sonralar onun övladları köçərlilər kimi tanınıb və yaşadıqları məhəllə də "Köçərli" adlandırılıb.
Latın məhəlləsi
Latın məhəlləsi ya Latın kvartalı (fr. Quartier latin) — Parisin V və VI dairələrini əhatə edən, Sena çayının sol sahilində Sorbonna universitetinin əhatəsini təşkil edən ənənəvi tələbə məhəlləsi. Məhəllə kiçik dalan və küçələrə, bistro kafe və restoranlarla zəngindir. Cakomo Puççininin Bohema operasının II pərdəsindəki hadisələr məhz bu Latın məhəlləsində cərəyan edir.
Malakanlar məhəlləsi
Malakanlar məhəlləsi — XIX əsrdə Xan bağının boş qalmış ərazisində Gəncəyə köçürülən malakanların saldıqları məhəllə.Xalq arasında bura həm də "Malaqannar", "Kələmlik" kimi də adlanır. == Tarixi == Gəncə xanlığının dövründə Xan bağının ətrafında çay daşından və gil palçıqdan hündür hasar çəkilmişdi. 1803-cü ilin dekabrında Sisianovun qoşunları ilə gəncəlilər arasında Quru qobu döyüşündən sonra ikinci şiddətli toqquşma məhz Xan bağında olmuşdur. Həmin toqquşma zamanı 200 şəmşəddilli, 300 erməni iki saat keçməmiş düşmənə təslim olmuş, 250 nəfər müdafiəçi həlak olduqdan sonra podpolkovnik Simonoviçin dəstəsi bağı tutmuşdur. Hasarların əhatəsində müxtəlif ağacların yaşıllıqların içərisində xanın imarəti, Xan xəlvətxanası və heyvanxana var idi. Sonradan bu yerlər dağıdılmış və ərazi boş qalmışdır. XIX əsrin 30-cu illərində Gəncəyə köçürülən sektantlar-malakanlar Xan bağının boş qalmış ərazisində yerləşdirilmiş, bundan sonra həmin ərazilər xalq arasında "Malaqannar", "Kələmlik" kimi çağırılmağa başlamışdır.
Mamayı məhəlləsi
Mamayı məhəlləsi - Şuşanın XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Məhəllə şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, Mamayı bulağı, kiçik meydan və hamam olmuşdur. Məhəllə Mamay bəyin adı ilə bağlıdır. Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamamaqabağı məhəllələri yaşayış və inzibati binalar, küçələr biri-birini tamamlayır. Mamayı məhəlləsinin kiçik düzbucaqlı sahəsi qonşu küçənin şimal tərəfindəki kurdener tərəfindən formalaşaraq, bulağın yerləşdiyi qovşağın bir az yuxarısında yerləşir. Meydanın içəri tərəflərində əsas fasadı meydana baxan və cənuba istiqamətlənmiş məhəllə məscid var. Şuşa qalasının aşağı məhəlləri mövqeyinə, iqliminə görə, yuxarı məhəllələrindən fərqli idi. Burada düzənlik ərazilər, məhəllə meydanları, məscidlər daha geniş olmaları ilə və memarlıq üslubu ilə başqalarından fərqlənir. Qalanın aşağı ərazisində su quyuları,çarhovuzlar,çeşmələr, kəhrizlər çoxluq təşkil edir.
Merdinli məhəlləsi
Mərdinli məhəlləsi — Şuşanın XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllənin əhalisi Cavanşir-Dizaq mahalı Hacılı camaatından, eləcə də Yağləvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarının əhalisindən təşkil olunmuşdu. Mərdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirməsidir. Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirmələridir. Şuşa yalnız əsrarəngiz təbiəti ilə deyil, məşhurların yetişdiyi məhəllələri ilə də tanınmışdır. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Şirin su hamamı da bu məhəllədədir.
Meydan məhəlləsi (Şamaxı)
Meydan məhəlləsi — Şamaxının böyük məhəllərindən biri. Türk səyyahı E.Çələbinin adını çəkdiyi, Şamaxınn 26 məhəlləsindən biri. 1771 ilin avqustunda şəhəri gəzən alman alimi S.Qmelin Şapuran məhəlləsinin adını şəkir.
Mingis (məhəllə)
Mingis (digər adı: Məngis) — Ordubad şəhərində qədim məhəllə Ordubad çayının sol sahilindədir. Adi mingislilərlə, yəni, müəyyən tarixi, iqtisadi əlaqələr nəticəsində Mingis adlanan yerdən köçüb gələnlərlə əlaqədardır. XVIII əsrin əvvəllərində Naxçıvan sancağının tərkibinə daxil olan Azadciran nahiyyəsi Ordubad qəsəbəsinin məhəllərindən biri kimi adı çəkilir. Mənbələrin yazdığına görə, məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi, kəhriz, xırda dükanlar yerləşirdi. Mingis meydanı orta əsr məhəllə meydanının gözəl örnəyi kimi cəhətlərini qoruyub saxlamaqla, buradak məscid və bazar bitkin, vahid kompleks təşkil edir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 321.
Mollacəlilli məhəlləsi
Mollacəlilli məhəlləsi — Mollacəlilli məhəlləsi əvvəllər Gəncənin yuxarı hisəsində mövcud olmuşdur.Gəncənin yuxarı hissəsində əsasən Ermənilər yaşayırdı ancaq burda üç müsəlman məhəlləsi olub bunlar. Mollacəlilli, Çaylı və Hacıməlikliydi. Sonradan Məhəllə 1905 də indiki yerinə köçmüşdür. Gəncənin salınmış ən son həhəllələrindəndir. 1905 Ermənilərin qırğını nəticəsindən Köçüb gəlmışlər. Məhəllədə Mollacəlilli məscidi hələdə qalır. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı.
Müsəlman məhəlləsi
Müsəlman məhəlləsi (ərəb. حارة المسلمين‎‎‎; ivr. ‏הרובע המוסלמי‎‏‎) — Qüdsdə olan köhnə şəhərin dörd məhəlləsindən biri.
Məcidli məhəlləsi
Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri. Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi. Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir.
Məhəllat
Məhəllat — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Məhəllat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 35,319 nəfər və 10,285 ailədən ibarət idi.
Məhəllat şəhristanı
Məhəllat şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Məhəllat şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 48,458 nəfərdən və 14,139 ailədən ibarət idi.
Məhəlli sular
Məhəlli sular — hər bir suveren dövlətin sahilindən okeana (dənizə) doğru 12 dəniz mili məsafədə olan sulara deyilir. Bu sularda dövlətin tam suverenliyi tanınır.
Məhəllə
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı. Bəzi ölkələrdə məhəllələrdə məhəllə komitələri olur və yaşayış yeri üzrə sakinlərin təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir.
Məhəllə (dəqiqləşdirmə)
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı.

Digər lüğətlərdə