mahliqa
mahmızcıqotu
OBASTAN VİKİ
Adi mahmızca
Adi mahmızca (lat. Linaria vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü. == Sinonimləri == Antirrhinum commune Lam. Antirrhinum genistifolium Lapeyr. Antirrhinum glandulosum Lej. Antirrhinum linaria L. Antirrhinum linaria var. peloria With. Antirrhinum linarioides L. Antirrhinum ochroleucum Salisb. Linaria linaria (L.) H.Karst. [Invalid] Linaria vulgaris var.
Ararat mahmızçiçəyi
Ararat mahmızçiçəyi (lat. Delphinium araraticum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Göyümtül mahmızlalə
Göyümtül mahmızlalə (lat. Corydalis glaucescens) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Gözəl mahmızlalə
Gözəl mahmızlalə (lat. Corydalis speciosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Hündür mahmızçiçək
Hündür mahmızçiçək (lat. Delphinium elatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü. == Sinonimləri == Delphinastrum elatum (L.) Spach Delphinastrum hybridum (L.) Spach Delphinastrum urceolatum (Jacq.) Nieuwl. Delphinium alopecuroides R.Hogg Delphinium alpinum Waldst. & Kit. Delphinium alpinum var. hebecarpum Kulikov Delphinium atropurpureum Pall. Delphinium belladonna (Kelway) Bergmans Delphinium clusianum Host Delphinium cryophilum Nevski Delphinium davuricum Georgi Delphinium elatum var. belladonna Kelway Delphinium elatum var. bosniacum Pawł.
Mahmızca
Mahmızca (lat. Linaria) — bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. Yabanı kətanın yarpaqları adi kətanın yarpaqlarına oxşayır.Bu oxşarlığa görə bitki latınca Linaria adlandırılmışdır. Kətanın 100-ə yaxın növü məlumdur ki, onlardan yaşıllaşdırmada, gülçülükdə 20 növü geniş istifadə olunur. Azərbaycanda 17 növü bitir. Yabanı kətanın iki növü L.bipartita, L.maroccana ən çox yayılmışlar. İkihissəli yabanı kətan (L.bipartita)-30 sm hündürlükdə, çiçəkləri salxımşəkilli hamaşçiçəklərə toplanmış bitkidir. Yabanı kətanın gülləri qurdağzının güllərinə çox oxşayır. Onlar sarı-narıncı və bənövşəyi rəngdə olur. Yabanı halda Şimali Afrikada və Portuqaliyada bitir.
Mahmızcayarpaq andız
Mahmızcayarpaq andız (lat. Inula linariifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Mahmızlalə
Mahmızlalə (lat. Corydalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi.
Mahmızlı yemişan
Mahmızlı yemişan (lat. Crataegus crus-galli) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikanın Şərq hissəsidir. Yemişanın bu növü 1656-cı ildən Rusiyada mədəni halda becərilir. == Botaniki təsviri == Hündürlüyü 6-10 m-ə, eni 6-8 m-ə çatan, sallaq budaqlı, xoruzun mahmızına bənzər tikanları, enli-yumru, əyri, şaxəli çətiri olan kol və ya balaca ağacdır. Yarpaqları uzunsov, yumurtaşəkilli, uzunluğu 8-10 sm, eni 4-5 sm-ə qədərdir, ayanın üst səthi parlaq tünd-yaşıl, alt səthi açıq-yaşıl, kənarı sivridişlidir. Çiçəkləri ağ, diametri 2 sm-ə qədərdir, 15-20 ədəd olmaqla qalxan çiçək qrupuna yığılmışdır. Meyvələri al-qırmızı, çəyirdək meyvədir, sentyabrın üçüncü ongünlüyündə yetişir, bütün qış dövründə budaqların üzərində qalır. Payızda al-qırmızı şarşəkilli meyvələri və qırmızı, sarı yarpaqları bitkiyə çox dekorativ görünüş verir. == Ekologiyası == Bitki quraqlığa, şəhər şəraitinə yaxşı dözür, soyuğa davamlı deyil.
Mahmızçiçək
Mahmızçiçək (lat. Delphinium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Gülçülükdə mahmızçiçəyinin aşağıdakı çoxillik növlərindən istifadə olunur. İrigüllü mahmızçiçək (D. grandiflorum) kökümsovlu bitkidir. Onun sallaq gövdəsi 60 sm hündürlüyə çatır. Göy rəngli çiçəkləri gövdənin yuxarı hissəsində salxım çiçək qrupuna yığılmış bu bitkinin vətəni Altay, Şərqi Sibir, Uzaq Şərq, Monqolustan və Çinin şimalıdır. Mədəni mahmızçiçək (hibrid) (D.x. cultorum) (D.x. hybridum). Mahmızçiçəyinin ilk hibrid çeşidləri XIX əsrin ortalarında yaranmış, azləçəkli, çoxləçəkli çiçəkləri ilə xarakterizə olunur.
Mahmızçiçək sovkası
Marşal mahmızlalәsi
Marşal mahmızlalәsi (lat. Corydalis marschalliana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-30 sm olan çoxillik ot bitkisidir. Gövdənin aşağı hissəsində yarpaq olmur, yuxarı hissədə isə iki ədəd yarpağı vardır. Kök yumruları orta ölçüdə, kələ-kötür şarşəkilli, yaşlaşana yaxın isə oyuq olurlar. Qısa saplaqdakı yarpaqların ayası enlidir və ikiqat üç qovuşuq hissədən ibarətdir; dlimləri ellipsvari və yaxud uzunsovdur, ön hissədən bütöv və sivriləşmişdir. Çiçək seyrək salxımda toplanmışdır. Çiçəkaltlığı bütöv, yaşıl rəngli, uzunsov və ya yumurtaşəkilli olub, iridir və 2-3 dəfə çiçək saplağını ötüb keçir. Tacın uzunluğu 22-25 mm, sarı və ya sarımtıl-çəhrayıdır, xarici ləçəkləri çəhrayı, daxili ləçəkləri isə sarıdır. Qutucuq uzunsovdur, sivri uclu, əyilmiş və yaxud asılmış halda olur, uzunluğu 15-20 mm-dir.
Mərakeş mahmızcası
Mərakeş mahmızcası (lat. Linaria maroccana) — bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü. Birillik bitkidir. Gövdəsi dikduran olub hündürlüyü adətən 30-35 sm-ə olur. Bəzən hündürlüyü 2-4 sm uzunluqda yarpaqları ilə birlikdə 50 sm-ə qədər çata bilir. Dekorativ bitkidir. İyunun ortalarından sentyabra kimi çiçəkləyir. Toxumlarının uzunluğu 0,6-0,8 mm, eni isə 0,4-0,5 mm olur.
Pırtlaşıq mahmızçiçək
Pırtlaşıq mahmızçiçək (lat. Delphinium confusum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Solğun mahmızlalə
Solğun mahmızlalə (lat. Corydalis pallida) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Tarla mahmızçiçəyi
Consolida regalis (lat. Consolida regalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin üsgüyotu cinsinə aid bitki növü.
Yalançı mahmızlalə
Yalançı mahmızlalə (lat. Corydalis ambigua) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü.
Yandırıcı mahmızçiçək
Yandırıcı mahmızçiçək (lat. Delphinium staphisagria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Yarımsaqqal mahmızçiçək
Yarımsaqqal mahmızçiçək (lat. Delphinium semibarbatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Çovdar mahmızı
Çovdar mahmızı (lat. Claviceps purpurea) — fungi aləminin ascomycota şöbəsinin sordariomycetes sinfinin hypocreales dəstəsinin clavicipitaceae fəsiləsinin claviceps cinsinə aid göbələk növü. Sıranın nümayəndələrində cinsi çoxalma məlumdur. Onların hamısı homotallikdir. Klavisepslərin inkişaf tsiklində konidilərlə çoxalama da müşahidə olunur. Çovdar mahmızının böyük təcrübi əhəmiyyəti vardır. O bir tərəfdən taxıl bitkilərində parazitlik edərək məhsuldarlığı azaldır, digər tərəfdən isə tərkibindəki zəhərli maddələrdən tibdə geniş istifadə olunur. Onların təsirindən əzələlər büzüşür və nəticədə qanaxma dayanır. Həmin maddələr şiddətli zəhərlənmələr verir. Çovdar mahnuzı mühüm praktiki əhəmiyyət kəsb edir.
İran mahmızlaləsi
İran mahmızlaləsi (Elmi adı - Corydalis persica Cham.et Schlecht. ) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdə 10-20 sm hündürlükdədir. Yarpaqları oturaqdır. Gövdə yarpaqları qarşı-qarşıya duran, üçqatlıdır, ortadaki seqmet daha iridir. Yarpağın hissəcikləri tərs-yumurtavari, küt, 2-3 qanadlıdır. Çiçəklər 4-10 qısa salxımdadır. Tac 20 – 25 mm uzunluqda düz və ya əyiləndir, çəhrayı rənglidir.
İriyarpaq mahmızçiçək
İriyarpaq mahmızçiçək (lat. Delphinium grandiflorum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Əkin mahmızçiçəyi
Consolida regalis (lat. Consolida regalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin üsgüyotu cinsinə aid bitki növü.
Daryarpaq mahmızlalə
Daryarpaq mahmızlalә (lat. Corydalis angustifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 10-15 (20) sm, gövdəsi sadə və ya nazik tək budaqlı çoxillik ot bitkisidir. Kök yumruları kiçikdir, diametri 7-15 mm olub, şarşəkillidir, bərkdir və boz-qonur rəngdədir. Yarpaqlarının sayı 2 ədəddir, kifayət qədər uzun saplaq üzərində yerləşmişdir, uzunsov-xətvari dilimləri olan, ikiqat üçərdir. Çiçəkləri qısa, seyrək, azçiçəkli salxımda toplanmışdır. Çiçəkaltlığı üç bölümlüdür. Çiçək tacı ağ və ya tutqun-sarı rəngdədir, uzunluğu 20-23 mm-dir; mahmızları kifayət qədər nazikdir, düz və kütdür. Qutucuq xətvaridir, uzunluğu 25 mm-ə qədərdir, 2-3 dəfə çiçək saplağından uzundur. Aprel ayında çiçəkləyir.
İriçiçək mahmızca
İriçiçək mahmızca (lat. Linaria grandiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, çılpaq bitkidir. Gövdəsi sadə, bəzən budaqlı olub, hüdürlüyü 40-80 sm-ə çatır. Yarpaqları gövdə üzərində növbəli düzülmüş, oturaq, uzunsov-yumurtaşəkilli, 1,5-4 sm uzunluqlu, 4-10 mm enindədir. Gövdənin aşağı hissəsindəki yarpaqlar pulcuqşəkilli, üçbucaq formalıdır. Çiçək ayaqçığı qısadır. Kasacıq 5 dişlidir. Tac ikidodaqlı, sarıdır. Qutucuğu oval, 7 mm uzunluqludur.

Digər lüğətlərdə