Marşall adaları

coğ. Marshall m

Marşal
marşallıq
OBASTAN VİKİ
Marşall adaları
Marşall Adaları Respublikası — 1986-cı ilə qədər ABŞ-nin qəyyumluğu altında olmuşdur. Respublikanın ərazisində 34 mərcan adası, 1150 digər adalar daxildir. Onlardan yalnız 20-də yaşayış vardır. Arxipelağın ümumi sahəsi 181 km². Əhalinin sayı-təxminən 59 min nəfərdir (2015-ci il). Paytaxtı — 20 minlik Macuro şəhəridir. ABŞ ilə assosiasiya edilmiş dövlətçiliyə malikdir. 1990-cı ildə BMT-yə üzv olub.
Marşall adaları himni
Əbədi olaraq Marşall adaları — Marşall adalarının dövlət himnidir. Sözlərinin müəllifi və bəstəkarı keçmiş prezident Amata Kabuadır. 1991-ci ildə təsdiq olunub. My island (heart) lies o'er the ocean; Like a wreath of flowers upon the sea; With a (the) light of Maker from far above; Shining the with the brilliance of rays of life; Our Father's wondrous creation; Bequeathed to us, our Motherland; I'll never leave my dear home sweet home; God of our forefathers protect and bless forever Marshall Islands. marş. Aelōn̄ eo ao ion lometo; Einwot wut ko lōti ion dren elae; Kin meram in Mekar jen ijo ilan̄; Erreo an romak ioir kin meram in mour; Eltan pein Anij eweleo im wōj; Kejolit kij kin ijin jikir emol; Ijjamin Ilok jen in aō lemoran; Anij an ro jemem wonakke im kejrammon Aelin̄ kein am. Mənim adam (ürəyim) okean üzərində yerləşir; Dəniz üzərində gül əklili kimi; Çox yuxarıdan yaradıcısının bir işığı ilə; Həyat şüalarının parıltısı ilə parıldayır; Bizim Atamızın dizayn möcüzəsi; Bizə miras qalan, bizim Anavətən; Mən əziz evimi şirin evimi heç vaxt tərk etməməyəcəyəm; Bizim ata-babalarımızın Allahı əbədi olaraq Marşall adalarını qoru və bərəkətli et.
Alfred Marşall
Alfred Marşal (ing. Alfred Marshall; 26 iyul 1842[…], London – 13 iyul 1924[…], Kembric[…]) ingilis iqtisadçı və öz vaxtının ən təsiredici iqtisadçılarından biri olmuşdur. Neoklassik iqtisadiyyatın tamamlayıcısı kimi tanınır. Onun "İqtisadiyyatın Prinsipləri" (1890) kitabı İngiltərədə üzün müddət dərslik kimi istifadə olunub. O, tələb və təklif, marjinal fayda və istehsalın xərcləri anlayışlarını qaydaya salınmış halda təqdim edir. 1842-ci ilin iyulun 26-da Bermondsey, London, İngiltərədə anadan olmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində mə'lum olduğu kimi dünya kapitalist iqtisadiyyatında ciddi dəyişikliklər baş verdi. Kapitalizm öz fərdi fəaliyyətini genişləndirib, ictimai xarakter almağa başladı. Belə şəraitdə baş verən iqtisadi hadisələrə klassik yanaşmaq metodundan fərqli olaraq, yeni yanaşma metodları baş verdi. İqtisadi hadisələr təkcə əmək-dəyər baxımından deyil, subyektiv psixoloji və faydalılıq baxımından qiymətləndirilməyə başladı.
Berri Marşall
Berri Marşall — avstraliya alimi, 2005-ci ildə həmyerlisi Robin Uorrenlə birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Corc Marşall
Corc Ketlet Marşall (31 dekabr 1880[…] – 16 oktyabr 1959[…], Vaşinqton) — Amerika əsgəri və dövlət xadimi. Prezidentlər Franklin Delano Ruzvelt və Harri Trumenin yanında Baş qərargah rəisi olmaq üçün Birləşmiş Ştatlar Ordusundan keçdi, sonra Trumenin yanında ABŞ dövlət katibi və Müdafiə katibi vəzifələrini tutdu. Vinston Çörçill Marşallı İkinci Dünya Müharibəsindəki Müttəfiq qələbəsinə rəhbərliyi üçün "qələbənin təşkilatçısı" olaraq təriflədi, baxmayaraq ki, Marşall sonuncu liderlik mövqeyindən imtina etdi, daha sonra ABŞ prezidenti olan Duayt Eyzenhauerin köməkçisi olaraq getdi. Müharibədən sonra, dövlət katibi olaraq, Marşall ABŞ-nin müharibədən sonra Qərbi Avropa dövlətlərinin bərpası üçün əhəmiyyətli olan iqtisadi və siyasi öhdəliyi müdafiə etdi, o cümlədən onun adını daşıyan Marşall Planını hazırladı. Bu işin tanınması ilə, 1953-cü ildə Nobel sülh mükafatına layiq görüldü. Yuniontaun, Pensilvaniya ştatında anadan olan Marşall, 1901-ci ildə Virciniya Hərbi İnstitutunu (VMI) bitirib. Virciniyadakı, Danville Hərbi Akademiyasında tələbələrin komendantı olaraq qısa müddətə xidmət etdikdən sonra, Marşall, 1902-ci ilin fevralında ikinci piyada leytenantı oldu. İspan-ABŞ müharibəsindən sonrakı illərdə, ABŞ-də və xaricdə artan rütbə və məsuliyyət vəzifələrində xidmət etmiş, o cümlədən Filippin-Amerika müharibəsi zamanı Filippində taqım komandiri və rota komandiri vəzifələrində çalışmışdır. 1907-ci ildə piyada-süvari məktəbi kursunun fəxri məzunu,1908-ci ildə ordu heyəti kolleci sinifinin ilk məzunu oldu. 1916-cı ildə Marşal Franklin Bellə adyudant, Qərb cəbhəsinin komandiri təyin edildi.
Marşall dili
Marşall dili (Marşallca: Kajin M̧ajeļ və ya köhnə orfoqrafiya ilə Kajin Majõl [1] Arxivləşdirilib 2010-11-22 at the Wayback Machine) Malay-Polineziya dillərinə aid olan və Marşall adalarında danışılan dildir. İki əsas dialekti var: Ralik (qərbi) və Ratak (şərqi).
Marşall sarılıqotu
Marşall sarılıqotu (lat. Erysimum marschallianum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.
Qarri Marşall
Garry Kent Masciarelli (ing. Garry Marshall; 13 noyabr 1934) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Con Marşall
Con Marşall (ing. John Marshall; 24 sentyabr 1755[…], Cermantaun[d], Virciniya – 6 iyul 1835[…], Filadelfiya, Pensilvaniya) — ABŞ dövlət katibi, vəkil və 1801—1835-ci illərdə ABŞ-nin 4-cü Baş hakimi vəzifəsində xidmət etmiş qurucu ata. ABŞ Ali Məhkəməsinin tarixində ən uzun müddət vəzifədə olmuş Baş hakim olmuşdur. Marşall məhkəmədə işləməzdən əvvəl qısa müddət Prezident Con Adamsın dövründə ABŞ-nin xarici işlər naziri olmuşdur.
Marşall Obrian Mozes
Azor adaları
Azor adaları (port. Açores) — Atlantik okeanında, Pireney yarımadasından təqribən 1200 km qərbdə arxipelaq. Azor adaları Portuqaliyada inzibati ərazidir (muxtar rayon). Paytaxtı Ponta-Delqada (San-Migel adası) dır. Ada Lissabon şəhərindən 1,500, Şimali Amerikadan sahillərindən 3,900 km məsafədə yerləşir. Azor adaları yüksək təzyiq sahəsindədir (Azor antisiklonu). Səthi hündürlüyü 2351 metrədək (Piku dağı) olan dağlıqdır. Burada tez-tez zəlzələlər olur. Çoxsaylı termal və mineral su bulaqları var. İqlimi subtropikdir.
BES adaları
Karib Niderlandı (nid. Caribisch Nederland) — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir. Niderland Karibindəki 6 adadan 3-cü Karib Niderlandında birləşmişdir. Bunlar Boneyr, Sint-Estatius və Saba adalarıdır. Qanuni formada bu üç ada ayrıca BES adaları (adaların baş hərflərindən ibarət olan abbreviatura) olaraq da adlanırlar. 1 yanvar 2011-ci ilə qədər Karib Niderlandına daxil olan 3 adanın hamısında Niderland Antilləri quldeni istifadə edilmişdir. Adalar bu tarixdən sonra Niderland Krallığında istifadə olunan avro və ya keçmiş Niderland Antil adalarına aid ərazilər olmuş Kürasao və Sint-Martenin istifadə etdikləri Karib quldeni əvəzinə ABŞ dollarını seçir. Hazırda da ölkənin pul vahidi ABŞ dollarıdır. Karib Niderlandının adaları bütün il boyunca isti keçən tropikal iqlimin təsiri altındadır.
Balear adaları
Balear adaları — İspaniyaya bağlı beş böyük və onları əhatə edən bir neçə kiçik adadan ibarət olan muxtar birlik. İspan dili ilə birlikdə katalan dili də bu bölgənin rəsmi dildir. Bölgəni ən böyük adaları Malyorka, Minorka, İbitsa, Kabrera və Formenteradır. Tarixi mənbələrə görə, 2600 ildir ki, insanların buralarda yaşadığı bilinməkdədir. Tarixdə müxtəlif zamanlarda Balear Adaları romalıların, kartacalıların, əlcəzairlilərin və ispanların idarəsində qalmışdır. E.ə. 122-ci ildə adalar romalıların əlinə keçmiş, 466-cı ildə vandallar hakim olmuşdur. Vandallarla Şərq Roma İmperatorluğu arasında davam edən mübarizədən sonra , adalar Şərqi Roma İmperatorluğuna daxil oldu. Səkkizinci əsrdə adalar , Ərəblərin əlinə keçdi. Balear Adaları 903'te edilən müqvilədə Əməvi Dövlətinə daxil oldu.
Balleni adaları
Balleni adaları (ing. Balleny Islands) — Üç böyük adadan və çoxlu sayda kiçik adalardan ibarət, insan yaşamayan arxipelaqdır. Vulkan mənşəli Cənub okeanı (Somov dənizi) və cənubdan Yeni Zelandiya ilə əhatələnmişdir. Arxipelaqa üç böyük ada daxil olur — Yanq, Bakl və Sterj adaları. Həmçinin bir çox xırda adacıqlardan və qayalardan ibarətdir. Adaların hündürlüyü dəniz səviyyəsindən 1524 m yüksəkliyə qədər çatır. Ərazinin çox hissəsi buzlaqlarla örtülmüşdür. Arxipelaqın uzunluğu təxminən 160 kilometrə qədər uzanır. Adalarda Adeli pinqvini və Antarktika pinqvininlərinin böyük koloniyaları yerləşir. Adalar Antarktika haqqında konvensiyaya görə Yeni Zelandiyaya yaxın olan Antarktika ərazisinə (Rossa ərazisi) daxil edilmişdir.
Baunti adaları
Baunti (ing. Bounty Islands) — arxipelaq 13 adadan ibarət olub Yeni Zelandiyanın Cənub adasından 650 km cənub-şərqdə yerləşir. Yeni Zelandiyanın daxili adalar bölgəsinə daxildir. Baunti adaları Ümumdünya irsi siyahısına daxildirlər. Adalar 179° 02' — 179° 07' ş. u., və 47° 40' — 47° 45' c. e. koordinatları arasında yerləşir. Adaların ümumi sahəsi 1,35 km², ən hündür nöqtəsi 90 metr təşkil edir. Əsas qrup (47°45′ c.
Begiçev adaları
Begiçev adaları — Laptevlər dənizinin cənub-qərbində, Xatanqa körfəzinin girəcəyində yerləşən iki adadan ibarət olan arxipelaq. İnzibati cəhətdən Yakutiya ərazidində yerləşir. Adalar 1908-ci ildə rus dənizçisi və səyahətçisi Hikifor Akekseeviç Beqiçev tətəfindən kəşf edilmişdir və onun şərəfinədə adlandırılmışdır. Uzunluğu 61 km, eni 57 km, sahəsi 1800 km² təşkil edir. Adanın cənub qutaracağı ilə materik arasında məsafə 9 kilometrdir. Mərkəzi hissədə hündürlük 198 metrdir. Şimal-qərb və şimal-şərqdə hündürlük düzənliklər geniş sahə tutur. Ən uzun çayı İlistayadır (34 km). Uzunluğu 20 km olan cəmi 5 çayı vardır. Səthi Tundra ilə örtülmüşdür.
Biak adaları
Biak adaları (ind. Kepulauan Biak, ing. Schouten Islands) — İnzibati baxımından İndoneziyanın Papua vilayətinə daxil olan, elə də böyük olmayan arxipelaq. Arxipelaq Yeni Qvineyadan şimalında, Çerdravasix körfəzinin daxilində yerləşir. Üç iri: Biak (1746 km²), Supiori (659 km²), Numfor (335 km²) və bir necə kiçik adadan ibarətdir. Ümumi sahəsi 2602 km²-dir. Adalar ekvatorial iqlim qurşağında yerləşir. İl ərzində orta illik temperatur 27 °C-dir. İllik yağıntının miqdarı 2850 mm-dir. Əhalinin əsas etiqad etdiyi din xristianlıqdır.
Bisernye adaları
Bisernye adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 7 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar arxipelaqın cənub-şərqində, Salm adası sahillərində yerləşir. Adalar buzla örtülmürlər. Xüsusi seçilən yüksəklik yoxdur. Qrupa daxil olan adaların uzunluğu 100 metri keçmir. Qrupun şərqi ilə qərbi arasında məsafə 2.5 km-dir. Qrupa daxil olan ən böyük adanın üzəri daşlıqlardan ibarətdir.
Blank adaları
Blank adaları (ing. Blank Islands) — ABŞ-nin Alyaska ştatının Ketçikan şəhəri sahillərində yerləşən adalar. Mütləq hündürlüyü 12 m, sahəsi 24 hektardır. Çəkilmə zamanı adalar bir-birinə bağlanır. Blank adalarına Böyük ada və Kiçik ada daxildir. Böyük ada tamamilə sıx iynəyarpaqlı meşə ilə örtülmüşdür. Adanın mərkəzində kiçik bataqlıq və gölməçə (bataqlıq sahəsi - 1,5 hektar; gölməçə sahəsi - 0,3 hektar) vardır. Dadan ibarət olan təpəliyə sahibdir. Təpələrin hündürlüyü qırx metrə qədərdir. Adada maral və canavar vardır.
Bliznesı adaları
Bliznesı adası (rus. Острова Близнецы) — Urup adasının şimal-şərq qutaracağında, Oxot dənizində 2 ada və qayalıqdan ibarət bir adalar qrupu. Arxipelaqın ümumi sahəsi təqribən 0.3 km²-ə çatır. Bunun 0,17 km² "Sanıça" adasının payına düşür. Ada 95.1 m hündürlüyə malikdir. 54.8 min m² ərazi Minerva adasının payına (Minerva məbədinin şərəfinə) düşür. Üçüncü qaya adası "Pivnaya kruşka" adlanır. Bu adaya cənubdan baxanda pivə bakalına bənzəyir. Adanın sahəsi 7,5 min m²-dir. İnzibati olaraq Saxalin vilayətinin Kuril şəhər dairəsinə daxil edilmişdir.
Brexovskie adaları
Brexovskie adaları — Kara dənizində yerləşən adalar qrupu. Taymır yarımadasının qərb sahillərində yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir (Rusiya). Yenisey çayının estuarisində yerləşirlər. Adalar XVIII əsrdə burada təsərrüfat təşkil etmiş Brexov ailəsinin şərəfinə adlandırılmışdır. Qrupa daxil olan adalar əsasən düzən relyefə malikdirlər. Bataqlıqlaşmışdırlar. Çoxlu sayda müxtəlif ölçüyə malik adalardan ibarətdir. Adalar Yeniseyin adalar arasından keçən qolları ilə ayrılırlar. Arxipelaqda maksumal hündürlük 10 metr dəniz səviyyəsindən yuxarıda yerləşir.
Britaniya adaları
Britaniya adaları (ing. British Isles, irl. Éire agus an Bhreatain Mhór, ş.german Breetish Isles) — Avropanın şimal-qərbində, Şimal dənizi və Atlantik okeanı arasında arxipelaq. Britaniya adalarında Böyük Britaniya və İrlandiya dövətləri, eləcə də Britaniya tacının hakimiyyəti altındakı ərazilər yerləşir. Adaların sahəsi 315,159 min km² -dir. Materik Avropadan Şimal dənizi, Pa-de-Kale boğazı və La-Manş kanalı ilə ayrılmışdır.
Brounov adaları
Brounov adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 3 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar rus meteoroloqu və arqometeoroloqu Pyotr Brounovun şərəfinə adlandırılmışdır.. Adalar arxipelaqın mərkəzində, Qalla adasından 1 km aralıda yerləşir. Ondan 8 km şimal-qərbdə isə Heys adası yerləşir. Qrupa daxil olan adalar demək olar ki eyni izunluğa sahibdirlər. Adalar arasında məsafə 800 metrdir. Adalar buzla örtülüdür. Daşlıq sahələr vardır.
Cersi adaları
Cersi (ing. Jersey [ˈdʒɜrzi], fr. Jersey [ʒɛʁˈzɛ], norm. Jèrri) — La Manş boğazında Normand adaları qrupunun ən böyük adası, Böyük Britaniya ərazisidir. Cersi adası Fransa sahilləri yaxınlığındadır. Adanın sahəsi 116,3 kv. km-dir. Hühdürlüyü dəniz səviyyəsindən 148 metrdir. Ada kristallik suxurlardan ibarətdir. İri şəhəri və portu Sent-Helierdir.
Delarov adaları
Delarov adaları (ing. Delarof Islands, aleut. Naahmiĝun tanangis) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan kiçik adalar qrupu. Adreyanov adalarının şərq hissəsindən Tanaqa boğazı, Amçitka və Semisopoçnı adalarının qərbindən isə isə Amçitka boğazı ilə ayrılır. Qrupa 11 ada daxildir: Amatiqnak adası (Amagtignak), Qorelı adası, Ilak, Kavalqa (Qavalĝa), Oqliuqa (Aglaga), Skaqul (Sxaĝulax̂), Taqs (Tagachaluĝis), Tanadak (Tanaadax̂), Uqidak (Qagan-tanax̂), Ulak (Ulak) və Unalqa (Unalĝa). Adalar öz adını 1836-cı ildə Fyodor Litke tərəfindən verilmişdir. Adalar yunan dənizçisi Evtratiya Delarovun şərəfinə adlandırılmışdır.