Maak meşəgilası
Maak meşəgilası (lat. Prunus maackii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Amur vilayətinin meşələrində yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 15 m-ə çatan, enli yumurtavari, dağınıq piramidal çətirli, dekorativ ağacdır. Gövdəsi hamar, parlaq, qabıqla örtülmüş gözəl, qırmızı- narıncı və ya qızılı-sarı rəngdədir. Yarpaqları 13 sm uzunluqda, ucu biz, parlaq, ellipsvari və ya uzunsov formadadır. Çiçəkləri ağ rəngdədir, diametri 0,6 sm-ə çatır. 10-50 ədədi bir yerdə olmaqla salxımlarda toplanır, iysizdir. Meyvəsinin diametri 5 sm-ə qədər olan, yumru, qara, xırda çəyirdəkmeyvədir. Çox acıdır, quşlar və ayılar tərəfindən yeyilir, ona görə vətənində «ayı giləmeyvələri» də adlandırılır.