metan
metaztaz
OBASTAN VİKİ
Metateza
Metateza — söz daxilindəki səslərin qarşılıqlı halda öz mövqelərini dəyişmə hadisəsi metateza adlanır. Məsələn, məşhur əvəzinə məşhur, yanlış əvəzinə yanlış deyilir. Müasir Azərbaycan dilində metateza hadisəsinə, xüsusilə, şivələrdə yol verilir və bir sıra sözlər müxtəlif çalarlıqda yerdəyişmə hadisəsinə uyğun tələffüz olunur. Məsələn, qeyrət-qiryət(yr-ry), süfrə-sürfə(fr-rf), pəhriz-pərhiz(hr-rh) və s. Yerdəyişmə də şivələrə xas olan fonetik hadisələrdəndir. Bu hadisə şivələrdə iki şəkildə özünü göstərir: 1) yanaşı yerdəyişmə; 2) yanaşı olmayan yerdəyişmə. Yanaşı yerdəyişmə. Yanaşı yerdəyişmədə qonşu səslər dəyişir. Əsas tipləri bunlardır: rb>br: Tərbiz, İrbahım yb>by: loyba zğ>ğz: vazğal yd>dy: maydan, bayda rg>gr: örgənir pr>rp: kirpik ur>ru: doğrudan hr>rh: Fəhrad Yanaşı olmayan yerdəyişmə. Yanaşı olmayan yerdəyişmə də müxtəlif mövqeli səslər dəyişilir.

Digər lüğətlərdə

бе́лость опиекури́льня пи́скать раздвига́ться топ-моде́ль тра́вля фарто́во зажа́тие мифологи́чно наформо́вывать пережа́ривание поче́сть радиоальтиме́тр alternation chasmogamy city edition etherean forbad gonoph range control shuttle bus trainer дружно первенец цареубийство