mitilsiz
mitinq-konsert
OBASTAN VİKİ
Mitinq
Mitinq - müəyyən kütlənin hər hansı siyasi, mədəni və s. tələblərini bəyan etmək üçün müəyyən məkanda toplaşmasıdır.
19 yanvar mitinqi
19 yanvar mitinqi — 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyası. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. == Tarix == 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyada 20,000 nəfər iştirak edib. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. Polis stadiona girişi mitinqin başlanmasından 15 dəqiqə sonra bağlayıb, stadionun ərazisində isə mobil internet söndürülmüşdü ki, heç kim sosial şəbəkələrdə canlı efirə qoşula bilməsin. Polis girişdə bəzi mitinq iştirakçılarının əlindən onların gətirdiyi siyasi məhbusların portretlərini alıb. Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Mehman Hüseynova azadlıq", "Bu vətən bizimdir", "Biz qalib gələcəyik" və başqa şüarlar səsləndiriblər. Tribunada müxalif Müsavat, Respublikaçı Alternativ və Azərbaycan Xalq Cəbhəsi partiyalarının nümayəndələri, həmçinin siyasi fəallar olublar. Mitinqdə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, ReAL Partiyasının sədri İlqar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış ediblər. Öz çıxışlarında onlar ölkə hakimiyyətini tənqid edərək, korrupsiyadan, pis iqtisadi vəziyyətdən və insan haqlarının pozulmasından danışıblar.
19 yanvar mitinqi (Azərbaycan, 2019)

Bakı komissarının mitinqdə çıxışı (film, 1917)
Bakı komissarının mitinqdə çıxışı qısametrajlı sənədli filmi rejissor 1917-ci ildə çəkilmişdir. Burada Bakı komissarı Stepan Şaumyanın mitinqdə çıxışı əks olunmuşdur. == Məzmun == Burada Bakı komissarı Stepan Şaumyanın mitinqdə çıxışı əks olunmuşdur. == Film haqqında == Kinoxronikadan kiçik bir parça Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qanlı şənbə mitinqi
Azərbaycan etirazları (2005) — 2005-ci il noyabrın 26-da Qələbə meydanında baş tutan mitinq. 2005-ci il noyabrın 6-da Azərbaycanın Milli Məclisinə seçkilər baş tutdu. Seçkilərdə əsas mübarizə Yeni Azərbaycan Partiyası və Azadlıq Bloku arasında getdi. Azadlıq Blokuna Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası daxil idi. Seçkilərin rəsmi nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası 61 mandat qazanaraq qələbə qazandı. Azadlıq Bloku isə 6 üzvlə təmsil olunmaq hüququ qazandı. Həmin nəticələri Azadlıq Bloku rəsmən tanımadı. AXCP sədri Əli Kərimli 2019-cu il fevralın 27-də Meydan TV-yə verdiyi müsahibədə 2005-ci ilin Parlament seçkilərinə toxundu və həmin seçkilərdə Azadlıq Birliyinin 58 üzvünün Parlamentdə mandat qazandığı iddia etdi.[mənbə göstərin] Azadlıq Blokuna üzv olan siyasi partiyaların sədrləri Əli Kərimli (AXCP), İsa Qəmbər (Müsavat), Lalə Şövkət (ALP) və Sərdar Cəlaloğlunun (ADP) çıxış etdiyi mitinq başa çatandan sonra, seçkilərin nəticələrinə etiraz edən 2 000 yaxın etirazçı oturaq seçkilərin nəticələrinə etirazlarını bildirdi. Etirazlar axşam saatlarına yaxın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən dağıdıldı, nəticədə 500 yaxın etirazçı yaralandı.[mənbə göstərin] Daha sonra 9 noyabr, 13 noyabr və 23 noyabr tarixində mitinqlər keçirildi.
Leninaul kəndində çeçenlərin mitinqi
Leninaul kəndində çeçenlərin mitinqi — 1991-ci ildə Rusiyada, Dağıstanın Kazbek rayonunun Leninaul kəndində keçirilən mitinq. Aksiyada minlərlə çeçen iştirak etmişdir. Xasavyurtda fəaliyyət göstərən "Drujba" qəzetinin 10 sentyabrda dərc etdiyi məlumata görə, mitinqdə 10 minə yaxın çeçen iştirak etmişdir. == Mitinq == 5 sentyabrda başlayan mitinqdə çeçenlər 1944-cü il sərhədləri daxilində Aux rayonunun dərhal bərpasını, mübahisələr həll olunana qədər torpaq ayrılmasının dayandırılmasını və keçmiş Aux rayonu ərazisində hakimiyyətin Rayonun Bərpası üzrə Təşkilat Komitəsinə verilməsi tələb edirdilər. 11 sentyabrda Dağıstan hakimiyyəti Kazbek rayonunda fövqəladə vəziyyət elan etmiş, lakin bu qərar regionda vəziyyəti daha da gərginləşdirmişdir. Çeçenlər Leninaul kəndində çadır şəhərciyi qurmuşdular. Sentyabrın ortalarında çeçenlərlə avarlar arasında silahlı qarşıdurma təhlükəsi yaranmışdı. 24 sentyabr 1991-ci ildə Rusiya Federasiyası Ali Sovetinin sədri Ruslan Xasbulatovun və RSFSR Ali Sovetinin Millətlər Şurasının sədri Ramazan Abdulatipovun vasitəçiliyi ilə çeçenlərlə avarlar arasında görüş keçirilmişdir. Dilim kəndinin rayon mərkəzi, burada çeçenlərin tərk edilmiş evlərə qaytarılması məsələsinin həlli və deportasiyadan əvvəl evlərinin yerləşdiyi pulsuz torpaq sahələrinin verilməsi məsələsinə baxılmasını sürətləndirmək üçün razılıq əldə edilmişdir. Bundan sonra Dağıstanın Kazbek rayonunda fövqəladə vəziyyət ləğv edilmişdir.
19 oktyabr mitinqi
2019-cu il Bakı etirazları — 8, 19 və 20 oktyabrda keçirilmiş dinc mitinqlər. 8 və 19 oktyabrda Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) tərəfindən təşkil edilmiş etirazların tələbləri arasında siyasi məhbusların azad olunması, azad və ədalətli seçkilərin keçirilməsi vardı. Etirazlar həmçinin işsizlik və iqtisadi bərabərsizliyin əleyhinə idi. Oktyabrın 19-da həbs olunmuş şəxslər arasında AXCP sədri Əli Kərimli də vardı. Oktyabrın 20-də qadınlar ailə daxili şiddətə qarşı etiraz keçirdi. == Əvvəlki tarixi == Azərbaycan Konstitusiyası müvafiq dövlət orqanını əvvəlcədən xəbərdar etdikdən sonra sərbəst toplaşmaq azadlığını nəzərdə tutsa da, praktikada Azərbaycan hökuməti belə toplaşmaların yerli bələdiyyələrdən icazə almasını tələb edir. Qadınların mitinq iddiası təklif olunmuş yerdə çoxsaylı dükan və restoran olduğuna görə hökumət tərəfindən rədd edildi. == Etirazlar == Oktyabrın 8-də DQMŞ sərbəst toplaşmaq azadlığına dəstək üzrə mitinq təşkil etdi. İştirakçılar Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşaraq hakimiyyətin Məhsul stadionunda mitinqə icazə verilməməsinə dair qərarına etiraz etdilər. Etirazçılara əvəzinə Bakıdan 20 km məsafədəki Lökbatan ərazisi təklif olunub.

Digər lüğətlərdə