MUĞAMATŞÜNAS
MUĞANƏ
OBASTAN VİKİ
Muğan
Yaşayış məntəqələri Muğan dairəsi — 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Muğan şahlığı Muğan (tarixi ərazi) Muğan mahalı — tarixi-coğrafi ərazilərdən biri. Muğan (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Muğan (kənd, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Muğan (qəsəbə, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində möbcud olmuş qəsəbə. Muğan (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Muğan (Karbi) — Karbi mahalında kənd. Muğan (Germi) Digər Muğan düzü — Azərbaycan Respublikasında düzənlik. Muğan Salyan FK — Azərbaycan Respublikasının Salyan rayonunda futbol klubu. Muğan (əsər) — Səməd Vurğunun poeması.
Gavurarx (Muğan)
Gavurarx — Güney Azərbaycan ərazisindən Quzey Azərbaycan ərazisinə qədər uzanan və Atropatena dövrünün yadigarı olan qədim arx. Arxın adı bir çox tarixi mənbələrdə xatırlanır. T. Bəhrami "Əkinçilik mədəniyyəti" adlı əsərində yazır: "Muğanda görünməkdə olan bir arx Gavurarx adı ilə məşhurdur. Daha doğrusu Gavurların arxı. Bu arx qədimdə Muğan atəşpərəstləri tərəfindən çəkilmişdir. Muğanı Arazın suyu ilə bu arx vasitəsilə suvarırmışlar. Gavurarxın hal hazırda dolmasına baxmayaraq onun nişanələri hələ də qalmaqdadır." Güney Azərbaycanda arxın uzunluğu 100 kilometrdən artıqdır. Teymur Bünyadov yazır ki, Gavurarx adı yəqin ki, ona İslamın qəbulundan sonra verilmişdir. Şəmsəddin Saminin fikrincə Gavurarxın adındakı gavur sözü "gəbr" sözündən törəmədir və gavur atəşpərəst deməkdir. T. Bünyadov bildirir ki, ola bilsin ki, arxın çəkilməsində farsların hansısa rolu olmuşdur və yerli türk əhali də ona görə bu arxı Gavurarx adlandırmışdır.
Muğan (Biləsuvar)
Muğan (kənd, Biləsuvar)
Muğan (Cəlilabad)
Muğan (əvvəlki adı: Svetlaya Zarya) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Svetlaya Zarya kənd inzibati ərazi dairəsi tərkibindəki Svetlaya Zarya kəndi Muğan kəndi, Svetlaya Zarya kənd inzibati ərazi dairəsi Muğan kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. Azərbaycan ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Kənd düzənlik ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2018 nəfər əhali yaşayır.
Muğan (Germi)
Muğan (fars. مغوان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 518 nəfər yaşayır (113 ailə).
Muğan (Hacıqabul)
Muğan — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zəngilan rayonu, Cəlilabad rayonuvə digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.[mənbə göstərin] Muğan Yuxarı Şirvan kanalının sahilində yerləşir. Kənd Hacıqabul rayon mərkəzindən 13 km və Bakıdan 126 km məsafədə yerləşir. Kənddən Bakı-Ələt-Tbilisi beynəlxalq yolu keçir. Kənddə dəmir yolu stansiyası var.
Muğan (düzənlik)
Muğan düzü — Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. Şimal hissəsinin qədim adı Alan düzü olmuşdur. Bu ad alanlarla bağlıdır. Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var: Araz çayının sahili Şahrak gölü Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri Oltan mağarası (Parsabad) Qız qalası Xudafərin körpüsü Xərmən, Nadir təpələri Aslandüzdə qədim məzarlıq Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdır.
Muğan (Üçkilsə)
Muğancıq, Muğan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Kəndin adı sonralar Muğan kimi rəsmiləşdirilimişdir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, 1728-ci il mənbələrində Muğanlı kimi, Qafqazın 5 verstlik xəritəsində Muğancıq kimi qeyd edilmişdir. Toponim muğanlı türk etnonimi əsasında formalaşmışdır. Muğancıq muğan və Azərbaycan dilində kiçilmə mənası bildirən -cıq şəkilçisindən ibarətdir. «Kiçik Muğanlı» mənasını ifadə edir. Muğanlılar Muğan düzündə yaşamış türk dilli Azərbaycan tayfalarının ümumi adıdır. Sonralar muğanlıların bir hissəsi şahsevən türk tayfasının tərkibinə daxil olmuşdur. Etnotoponimdir.
Muğan (əsər)
Muğan — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun müəllifi olduğu poema. Əsər 1948-ci ildə yazılıb. Poemanın süjet xəttini Muğan düzündə böyük tikinti təşkil edir. Əsər lirik təhkiyəyə əsaslanan tərənnüm üzərində qurulmuş poemadır. Əsər romantika ilə dolu nəğmələr şəklində yazılıb. On doqquz nəğmədən ibarətdir. Səməd Vurğunun "Muğan" poeması Azərbaycanın təbiətinə həsr olunmuş ən gözəl poemalarından biridir. Muğan" poeması gecə-gündüz çalışan insanları tərənnüm edir. Ötən əsrin 20–30-cu illərində Muğanda başlanan təsərrüfat işləri, 40-cı illərdə Bozdağan ətəyinin yarılaraq Kür üzərində Mingəçevir su anbarının tikilməsi, buradan Muğana kanalın çəkilməsi, Muğanda pambıqçılığın inkişafı, kəndlərin abadlaşması əsərdə Vurğun ruhu ilə təsvir olunub. Hər nə qədər dövrün siyasi-ideoloji rənglərini daşısa da, şair ömrünün iki ilinə (1948–49) başa gələn poema Muğana həsr olunmuş poetik abidədir.
Muğan Babazanlı
Muğan Babazanlı abidələri — Azərbaycanın Salyan rayonu ərazisində yerləşən arxeoloji abidə. Bu yaşayış məskəni Ələt-Astara magistral yolunun tikintisi zamanı aparılan qazıntılar zamanı aşkarlanıb. Dörd hektara yaxın ərazini əhatə edən yaşayış məskəni Salyan rayonunun Çuxanlı və Şorkənd kəndləri ərazisində Babazənən adlı dağın ərazisində yerləşir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiya qrupu qədim yaşayış məskənində araşdırmalar aparıb. İlkin nəticəyə görə, bu ərazidə eramızdan əvvəl III əsrdən bizim eranın III əsrinədək yaşayış olub. Ərazinin keçmişindən təfsilatı ilə xəbər verən bu tapıntının unikallığı ondadır ki, burada yaşayış yeri ilə məzarlıq bir ərazidə yerləşir və eyni dövrə aiddir. Aparılan araşdırmalar zamanı 5 küp qəbir və 5 torpaq qəbir tapılıb. Bunların arasında həm uşaq, həm də böyüklərə aid qəbirlər var. İnstitutun professoru, arxeoloq Arif Məmmədov bildirib ki, arxeoloji qazıntılar zamanı aşkar edilən küp qəbirlərdən birinin üzərində şamanizmlə bağlı təsvirlər verilib. apılan saxsı qabların üzərindəki işarələr sənətkarlar arasında ixtisaslaşmanın mövcudluğunu və burada məskunlaşmanın qədimliyini təsdiq edir.
Muğan FK
Muğan futbol klubu Salyanda yaranmışdır. İlk adı "NBC" olmuşdur. Komanda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edib. Klubun təsisçilərinin qərarı ilə Muğan FK Futbol üzrə Azərbaycan çempionatının 2011-2012-ci futbol mövsümündə adını dəyişdirərək, Rəvan FK adı ilə Bakı şəhəri Bayıl qəsəbəsinin təmsilçisi olaraq fəaliyyətini davam etdirmişdir. Prezident: Surxay Əhmədov Vitse-prezident: Yaşar Məmmədov Transfer işləri üzrə vitse-prezident:Bəhruz Şirəliyev Mətbuat katibi: Rövşən Abdullayev Komandanın bayrağı müasirliyi ifadə edən tünd qırmızı, saflıq və paklıq rəmzi sayılan ağ rənglərdən ibarətdir. Qırmızı eyni zamanda rənglər arasında ən çox nəzərə çarpan, daima göz önündə olan güc, qüdrət, aktivlik və enerji rəngidir. Komandanın loqosunda həmçinin eyni rəngləri müşahidə etmək olar. Loqoda simvolik olaraq maral təsvirləri əks olunmuşdur. Maral cəldliyin çevikliyin, sürətin və cürətin rəmzidir.
Muğan Gəncəli
Muğan Gəncəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Muğan Gəncəli kəndi Kür çayı sahilində yerləşir. Kənd bir növ yarımadanı xatırladır. Üç tərəfindən Kür çayı ilə əhatə olunub. Bu hissə yerlilər tərəfindən Bucaq adlanır. Qalan hissə isə Bülbülə adlanır. Çayın kəndi əhatə etməsi qədimdə insanların burada yerləşmə səbəblərindən biri kimi qiymətləndirilir. Qədim qəbristanlığı var. Məzarlığın orta hissəsində Məşhur Seyid Mirağababanın məzar-ziyarətgahı yerləşir. Kəndin yaranma tarixi XV-XVI əsrlərə aid edilir.[mənbə göstərin] Qonşu kəndlər: Salmanlı, Çiçəkli, Cəngən.
Muğan Məmmədov
Məmmədov Elman Hüseynəli oğlu (1942, Leninkənd, Laçın rayonu – 27 fevral 1985, Bakı) — alim, fizika-riyaziyyat elmlər namizədi 1942-ci ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olmuşdur. 1962–1967-ci illərdədə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsində təhsil almış, ali məktəbi Fərqlənmə diplomu ilə bitirdikdən sonra Universitetin Elmi Şurasının qərarı ilə aspiranturada saxlanılmışdır. T. Şevçenko adına Kiyev Dövlət Universitetinin fizika üzrə aspiranturasında təhsilini davam etdirmiş, fizika elminin müasir problemlərindən biri olan "Plazmanın Nəzəri Problemləri" mövzusunda elmi işlə məşğul olmuşdur 1971-ci ildə aspiranturanı vaxtından əvvəl bitirmiş və həmin ildə "Məhdud Plazma-Elektron Seli Sistemi Dayanıqsızlığının Tədqiqi" mövzusunda elmi iş müdafiə edərək fizika-riyaziyyat elmlər namizədi adı almışdır. 1969–1970-ci illərdə Xarkov Hərbi Radiotexnika Akademiyasında Xüsusi hərbi xidmətdə olmuşdur. 1971-ci ildə xüsusi təyinatla Azərbaycan Dövlət Universitetində elektronika kafedrasına müəllim təyin olunmuş, sonrakı illərdə "Atom və Molekulaların Kvant Mexanikası" kafedrasının assistenti, 1976-cı ildə baş müəllimi, dosenti olmuşdur. 1976–1977-ci illərdə Almaniya Federativ Respublikasında RDUR Universitetində, Plazma Nəzəriyyəsi inistitunda işləmiş, orada işlədiyi vaxt, Almaniya, İngiltərə, Çexoslovakiya və ABŞ alimləri ilə iş birliyi quraraq dörd elmi əsərin müəlifi olmuşdur. Muğan Məmmədov 33 elmi əsərin və "Plazma Fizikası va Onun Tətbiqi prespektivləri" adlı kitabın müəllifidir. O, Azərbaycanda plazma fizikası ilə məşğul olan ilk alimlərdən biridir. 27 fevral 1985-ci ildə vəfat etmişdir.
Muğan bələdiyyəsi
Muğan bələdiyyəsi (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunda bələdiyyə. Muğan bələdiyyəsi (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunda bələdiyyə. Muğan bələdiyyəsi (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunda bələdiyyə.
Muğan düzü
Muğan düzü — Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. Şimal hissəsinin qədim adı Alan düzü olmuşdur. Bu ad alanlarla bağlıdır. Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var: Araz çayının sahili Şahrak gölü Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri Oltan mağarası (Parsabad) Qız qalası Xudafərin körpüsü Xərmən, Nadir təpələri Aslandüzdə qədim məzarlıq Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdır.
Muğan eyzeniyası
Eisenia cinsinin Azərbaycanda 5 növü yayılmışdır. Xarakterik növü Muğan eyzeniyası hesab olunur. Nadir relikt növdür. Bədən silindrik formada olub, boz və ya açıq qəhvəyi rəngdədir. Uzunluğu 53 —68, eni 4 —6 mm-dir. Buğumlarının sayı 155 ilə 181 arasında dəyişilir. Qılları cüt —cütdür. Kəmərcik 28-ci buğumdan 41-ci buğuma qədər olan sahəni əhatə edir. Pubertat lövhə 35-ci buğumdan 39-cu buğuma qədər uzanır. Bədənin kəmərcik zonasında və kəmərcikdən öndə yerləşən bir neçə buğumlardakı qarınyanı qıllar xüsusi çıxıntıların (papil) üzərində yerləşmişdir.
Muğan hadisələri
Muğan hadisələri — 1918–1919-cu illərdə Rusiya vətəndaş müharibəsi fonunda Muğanda Ağ qvardiya, bolşeviklər və Azərbaycan qüvvələri arasında qarşıdurma. Nəticədə Muğan Sovet Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil oldu. Oktyabr inqilabından və Qafqaz Cəbhəsinin dağılmasından sonra indiki Azərbaycan Respublikasının cənubunda Muğanda hakimiyyətsizlik yarandı. Yerli əhali ilə Rusiya imperiyası dövründə bu regionda məskunlaşmış rusların etnik gərginliyi hərbi əməliyyatlara çevrildi. Muğanlılar kimi tanınan rus mühacirlərin köməyinə bölgəni tərk etməkdən imtina edən bir çox rus sərhədçi zabitləri də gəlmişdilər. Etnik toqquşmalar dövrü yalnız 1918-ci ilin aprelində Bakı kommunasının hissələri tərəfindən Sovet hakimiyyətinin qurulmasından sonra başa çatdı, barışıq cəhdləri oldu. Lakin Sovet hakimiyyəti uzun sürmədi və Bakı Kommunası süquta uğrayandan bir neçə ay sonra Muğanda Rusiyanın ağ qüvvələrinin marionet hökuməti quruldu. Buna baxmayaraq, regionda vəziyyət anarxiyanın astanasında qaldı, hökumətin nüfuzu zəif idi və 1919-cu ilin aprelində regionda yenidən Sovet hakimiyyəti Muğan Sovet Respublikasının (MSR) simasında bərqərar oldu. Çar ordusunun zabitlərinin yeni Sovet hakimiyyətini tanımaqdan imtina etməsi və əvvəlki hökumətlərin liderlərindən biri olan polkovnik İlyaşeviçin həbsi Muğanda ağlar və qırmızılar arasında müharibəyə gətirib çıxardı. Eyni zamanda, azərbaycanlıların və talışların MSR-a qarşı yönəlmiş genişmiqyaslı üsyanı başladı, onların köməyinə Azərbaycanın müntəzəm ordu hissələri çatdı.
Muğan mahalı
Muğan mahalı — tarixi-coğrafi və inzibati ərazilərdən biri. Eyniadlı düzlükdə yerləşən tarixi ərazidən adını götürüb. Şimalda Şirvan tarixi ərazisi, qərbdə Qarabağ, şərqdə Xəzər dənizi, cənubda Talış dağları ilə sərhəddir. Tarixi Azərbaycanın bir hissədir, Türkmənçay müqaviləsinə görə hal-hazırda bir hissəsi müasir Azərbaycan, bir hissəsi müasir İran ərazisinə (İran Azərbaycanı) düşür. Muğan adı zərdüştlükdə "atəşpərəstlər" mənasını verən "mūγàn" sözündən yaranıb. Azərbaycanın və qonşu ölkələrin tarixinə aid salnamələrin demək olar ki, çoxunu qələmə alan, dünya tarixi haqqında on iki cildlik böyük bir külliyatın müəllifi məşhur ərəb tarixçisi və salnaməçi İzzədin Əbülhəsən Əli ibn Əbülkərim Məhəmməd ibn Əbülkərim ibn Əbdül Vahid əş-Şeybani bu bölgənin işğalı haqqında özünün "Əl-kamil-fi-t-tarix" əsərində belə yazır: "Muğanın fəthi hicrətin iyirmi birinci ilində olub. Bukeyr ibn Abdulla Muğan əhliylə döyüşüb onları məğlub edib dağıtdı, lakin sonra muğanlılar qayıtdılar və hər yaşa dolmuşdan bir dinar verməklə cizyəni qəbul etdilər". Bu hadisə miladi tarixi ilə 642-ci ildə baş verib. Hələ monqol istilasından əvvəl türkmənlər (Azərbaycan türkləri) Arran və Muğanda “qarışqalar kimi qaynaşırdılar”. Erkən dövr ərəb coğrafiyaşünasları tərəfindən hələ də şəhər adı kimi tanınan Muğan XIII əsrin əvvəllərində Yaqut Həməviyə görə kəndlərin otlaqla qoşalaşdığı və yalnız türkmənlərin məskunlaşdığı bir bölgə idi.
Muğan mədəniyyəti
Talış-Muğan mədəniyyəti və ya Muğan mədəniyyəti — Son tunc və erkən dəmir dövründə (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) Muğan düzündə və Talış dağlarında mövcud olmuşdur. Bu dövrdə əsas məşğuliyyət növləri maldarlıq və kənd təsərrüfatı idi. Qərbi Asiya tipində tunc və dəmir qılınclar bu dövr üçün xarakterikdir. 60-cı illərə qədər tarixi ədəbiyyatda güman edilirdi ki, Talış mədəniyyəti Muğan mədəniyyətindən fərqli olmuşdur. Bununla əlaqədar olaraq tarixşünaslıqda «Muğan mədəniyyəti» və «Talış mədəniyyəti» anlayışları var idi. Fərman Mahmudov 1964-cü ildən etibarən Azərbaycanın cənubi-şərq ərazisində aşkar edilən mədəniyyət nümunələrinin kompleks şəkildə öyrənilməsi nəticələrinə əsaslanaraq Talış və Muğandan üzə çıxarılan maddi abidələrin tiplərinə,xarakterlərinə, tarixi inkişafına və s. xüsusiyyətlərinə görə oxşar və yaxın olduqlarını müəyyən etdi. O əsaslandırdı ki, bu regionda iki mədəniyyət yox, məhz vahid bir mədəniyyət — «Talış-Muğan mədəniyyəti» olmuşdur.
Muğan qurultayı
Muğan qurultayı və ya Suqovuşan qurultayı — Hotaki-əfqanları zərərsizləşdirdikdən, Osmanlı və Rusiya tərəfindən zəbt olunmuş əraziləri geri qaytardıqdan və bununla da bütün Səfəvi ərazisində nəzarəti ələ aldıqdan sonra Nadir xan Əfşar bütün diqqətini hakimiyyət məsələsi üzərində cəmləşdirdi. Nadir xan Səfəvilərdə naibüssəltənə (səltənət vəkili) adlansa da, əslində, real hakimiyyət onun əlində idi. Hakimiyyəti rəsmən ələ keçirmək üçün və özünü şah elan etmək üçün Nadir xan 1736-cı ilin fevral-mart ayında Muğan düzünə, Kürlə Arazın qovuşduğu yer olan Qalaqayında Muğan (Suqovuşan) qurultayını çağırdı. Suqovuşan qurultayında taxta kimin sahib olması məsələsi müzakirəyə çıxarıldı. Uzunsürən müzakirələrdən sonra qurultay iştirakçıları Nadirin şah seçilməsinə razı oldular. XIX əsr Azərbaycan tarixçisi A.A.Bakıxanov yazır ki, qurultay keçirilməzdən öncə Nadir şah Əfşar ölkənin hər bir yanına xəbərlər göndərmiş, bütün vilayətlərdən Muğana-Azərbaycana 100 min adam gəlmişdi: "Bir aydan ziyadə çəkən müşavirə və danışıqlardan sonra, Nadir həzrətləri 1148-ci (1736) ildə, şübat (fevral) ayının 26-da İranın səltənət taxtına oturdu". Mirzə Mehdi xan əsərində yazır ki, Nadir şahın taxta çıxması xalqın istəyilə baş vermişdir və Nadir özü hakimiyyəti istəməmişdir. Amma həmin dövrün şəraiti, İran və Azərbaycanın sahibsiz qalması onu buna məcbur etmişdir. Bəzi mənbələrə görə isə Nadir xan qəsdən, guya hakimiyyətə ehtiyacı olmadığı üçün bunu etmişdir, yəni hakimiyyətdən boyun qaçırmışdır. Lakin əsas məqsəd hakimiyyəti ələ keçirmək idi.
Muğan xalçaları
Muğan xalçaları — müxtəlif format və müxtəlif proporsiyalara malik xovlu xalça. Bu xalçaların adı Azərbaycanın cənub–şərqində, Kür ilə Araz çayları arasında yerləşən böyük ərazinin adı ilə əlaqədardır. X əsrdə yazılmış "Hüdud–əl Əlyamin" əsərində qeyd edilirdi ki, Muğanda çoxlu sayda çuval və palazlar toxunur. Yaşlı xalçaçıların hekayələrindən belə anlaşılır ki, Muğan xalçaları Şirvan xalçalarına nisbətən daha yüksək keyfiyyətli hesab edilirdi. Yumşaqlıq, zəriflik, hamarlıq və rənglərin ahəngdarlığı Muğan xalçaları üçün səciyyəvi hesab edilirdi. Müxtəlif üsullarda toxunulan "Muğan xalçaları" əsasən iki üsulla toxunmuşdur: I üsul. Azərbaycanın şərqində "Qarmaqlı xalçalar", qərbində isə "Quyrumlu xalçalar" adını almış xalçaların əsas bəzəyi xalçaçılar arasında "kehna–naxış" adını almış qarmaqvari elementlərdən ibarətdir. Azərbaycan xalçaçılıq sənətində geniş yayılmış və tarixi qədimlərə gedib çıxan bu elementlərə Orta Asiyada və Əfqanıstanda toxunmuş xalçalarda da rast gəlmək mümkündür. Maraqlıdır ki, XIII – XIV əsrlərdə toxunmuş, bədii quruluşu yalnız bu elementlərdən ibarət olan xalçalarla XX əsrin əvvəllərində toxunmuş xalçalar arasında böyük bir fərq yoxdur. Burada söhbət elementin daxili bəzədilməsindən deyil, onu xaricdən təşkil edən və bəzəyən dişciklər və qarmaqlardan gedir.
Muğan xalçası

Muğan xaqan
Muğan xaqan (554-572) — Aşina sülaləsindən Göytürk xaqanı. Bumın xaqanın ikinci oğlu idi. Çjou kitabında və Şi-Ci kitabında onun haqqında "qəribə görünüşlü, qırmızı saçlı, lapis daşı kimi gözlərə sahib, qəddar, cəsur və bilikli" şəxs kimi qeyd olunur. Muğan xaqan 554-cü ildə taxta çıxan kimi ölkədə yeni qanun qəbul etdi. Qanuna görə oğul atanın varisi ola bilməzdi, yalnız kiçik qardaş böyük qardaşın varisi hesab oluna bilərdi. Buna görə də Muğan xaqanın ölümündən sonra xaqanlıq taxtına qardaşı Taspar xan keçdi və onun işlərini davam etdirib türk xaqanlığının ərazisini və nüfuz dairəsini daha da genişləndirdi . Göründüyü kimi, imperiyada bəhs olunan dövrdə mükəmməl bir idarəçilik sistemi qurulmuşdu. Dövlətin idarə olunması zamanı ortaya çıxan taleyüklü məsələlər qurultay vasitəsilə həll edilirdi. Jujanlar Şimali Ki imperiyası tərəfindən himayə olunurdu. 554-cü ildə imperator Vensüan Anaxuanın oğlu Anloçeni jujanlara xaqan təyin edərək Şoçjou ətrafı torpaqları onlara bağışladı.
Muğan şahlığı
Muğan şahlığı — Tarixi mənbələrdə “Şiri-Muğan”, “Muğan şahlığı”, “Muğaniyyə” və s. adlanan Muğan haqqında tədqiqatları Əsgər Zahidovu bir muğanşünas alim kimi tanıtmışdı. 642-ci ildə ərəblər tərəfindən işğal olunan Muğanda ərəb tarixçisi ibn Xordadbehin yazdığına görə IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Muğan şahlığı yaranır. İbn Miskəveyhin yazdığına görə, Muğan şahlığını o zaman Sipəhbud İbn Dəlulə idarə edirdi. Onun atası Dəlulə çiçək xəstəliyindən ölmüşdür. Qətran Təbrizinin şeirlərindən məlumdur ki, Muğanda Dəlulə nəslindən olan feodallar ağalıq edirmişlər. Dəlulənin oğlu Əmir Sipəhbud Təbriz şahına tabe olmadığı üçün Vəhüstanın oğlu Abunəsr Məhəmmədin ordusu ilə (hücum edən Təbriz şahı olur) Muğan şəhərində döyüş olur. Bu döyüşdə Muğan şahı Şipəhbud məğlub edilir. Bu qanlı vuruşmada dahi şairimiz Qətran Təbrizi də iştirak edir. (Bax: Qətran Təbrizi, «Divan», «Əbu Nəsr Məmlan İbn Vəhüstanın mədhi», Bakı, 1967,s.272).
Rüstəmbəyovlar (Muğan)
Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Bu soyun ulu babası Rüstəm bəydir. O, Salyan mahalının Marışlı kəndində anasdan olmuşdu. Fətəli xan Qubalıya xidmət etmişdi. Rüstəm bəyin Hüseyn bəy, Rza bəy, Ələkbər bəy adlı oğulları vardı. Hüseyn bəy 1777-ci ildə Salyan mahalının Marışlı kəndində doğulmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Sonra Ərdəbil şəhərində mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Hüseyn bəyin Baba bəy, Əli bəy, Xəlil bəy, Əbdülhüseyn bəy adlı oğlanları vardı.
Bala-Muğanlı
Bala Muğanlı — Gürcüstanın Bolnisi rayonunda kənd. 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Bala Muğanlı kəndində Azərbaycan tatarlarından ibarət 27 ailə yaşayırdı.
Bala Muğanlı

Baş-Muğan kanalı
Baş-Muğan kanalı (istismara verilmə tarixi 1960-сı il) — İmişli, Saatlı və Sabirabad rayonlarında 65 min hektar sahəni suvarma suyu ilə təmin edən 34 km uzunluqda kanal. Baş-Muğan kanalı 1960-сı ildə istismara verilmişdir və onun su götürmə mənbəyi Bəhramtəpə hidroqovşağıdır. Kanal vasitəsilə İmişli, Saatlı və Sabirabad rayonlarının 65,0 min hektar əkinə yararlı torpaq sahəsi suvarma suyu ilə təmin olunur. Kanalın uzunluğu 34 km, onun suburaxma qabiliyyəti 60 m³/san-dir. Baş Muğan kanalı Saatlı rayonu ərazisində iki hissəyə ayrılır. Sağ istiqamətdə tikilmiş Mürsəlli kanalının uzunluğu 65,7 km, sərfi isə 20 m³/san-dir. Bu kanal vasitəsilə əkinə yararlı 21 min ha torpaq sahəsi suvarma suyu ilə təmin olunur. Düzünə istiqamətdə tikilmiş Sabir adına kanalın uzunluğu 66,3 km və sərfi isə 30 m³/san-dir. Bu kanal vasitəsilə əkinə yararlı 30,0 min ha torpaq sahəsi suvarma suyu ilə təmin edilir. Baş-Muğan kanalı Bəhramtəpə hidroqovşağından başlayan kanalın ölçüləri 2x3,7 m-dir.
Baş Mil-Muğan kollektoru
Baş Şirvan kollektoru — Azərbaycan Respublikası Mil-Muğan düzündən çəkilmiş kollektor-drenaj sistemi. Tikintisinə 1984-cü ildə başlanılmışdır. Layihə üzrə uzunluğu qolları ilə birlikdə 185,89 km olmalı idi. 1994-cü ildə uzunluğu 59 km olan birinci hissə (Sabirabad və Saatlı rayonları), 2000-ci ildə isə 52,7 km olan ikinci hissə istifadəyə verilmişdir. Suburaxma qabiliyyəti 107 m³/san təşkil edir. Drenaj sularını Xəzər dənizinə çatdırır. Azərbaycanda ilk dəfə olaraq üzərində mürəkkəb konstruksiyalı balıqqoruyucuqurğu inşa edilmişdir.
Birinci Muğanlı
Birinci Muğanlı —Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati-ərazi dairəsində (dairənin mərkəzi Böyük Gilətağ kəndi) kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Böyük-Muğanlı
Böyük Muğanlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Böyük Muğanlı kəndində Azərbaycan tatarlarından ibarət 35 ailə yaşayırdı.
Böyük Muğanlı

Hacı Yusif ağa Muğanlı
Hacı Yusif ağa Muğanlı (1769-1829) — Qarabağ əyanı, divanbəyi, quberniya katibi. Hacı Yusif ağa Rəhim ağa oğlu 1769-cu ildə Qarabağın Dəmirçihəsənli mahalının Muğanlı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə oxumuşdu. Şəhərə köçmüş, İbrahimxəlil xan Cavanşirin divanxanasında xidmət etmişdi. Üstün xidmətlərinə görə xandan mülk kimi oba və kənd almışdı. Şuşa şəhəırində və kəndlərdə rəiyyətlərə yiyələnmişdi. Hacı Yusif ağa Muğanlı rus üsul-idarəsi dönəmində divanbəyi işləmişdi. Quberniya katibi mülki çini almışdı. O, 1829-cu ildə vəfat edib.
Həsən xan Muğanlı
Həsən xan və ya Həsən xan Şahsevən (fars. حسن خان شاهسوان‎; d. 1712, Qalaqayın, Muğan mahalı, Səfəvilər dövləti – ö. 1789, Şəmkir, Şəmşəddil sultanlığı) — Şahsevən elinə mənsub olan Cavad xanlığının ikinci xanı, sərkərdə. Həsən xan XVIII əsrin ikinci yarısında Muğanın, Cavad ərazisinin hakimi olmuşdu. El içində Həsən xanla bağlı bir deyim var: Həsən xan bəzi mənbələrdə "Talе Həsən xan", "Tala Həsən xan" kimi xatırlanır. Həsən xan 1768-ci ildən Fətəli xan Qubalının vassalı olmuşdu. Tarixi ədəbiyyatdan bəllidir ki, dinc yolla Quba xanlığına birləşdirilən Cavad xanlığının xanı Həsən xan tezliklə Fətəli xanın ən yaxın adamlarından birinə çevrilir. Hətta 1769-cu ildə Şamaxıda Fətəli xana qarşı hazırlanmış bir sui-qəsdin ləğv edilməsinə xüsusi xidmət göstərmişdir. Cavad xanı Fətəli xanın ən inanılmış adamlarından biri olub, onun gizli məşvərətlərində iştirak edirdi.
Kirəç-Muğanlı
Kirəç Muğanlı — Marneuli rayonunda kənd adı. Anaxatır çayının sahilində, Marneuli düzənliyində yerləşir. Dəniz səviyyəsindən 280 m hündürlükdədir. Marneuli şəhərinə olan məsafə 40 kilometrdir. Kirəç Muğanlı- Marneuli rayonunda kənd adı.Gürcücə yazılışı Kiraç Muqonlo.Azərbaycanda Kirəcbulaq (Qax rayonu,Tasmalı kəndində), Kirəçbulaq (Zaqatala rayonunda Ələskər kəndində) adları ilə mənşəcə eynidir.Muğanlı elinin məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.İrəvan əyalətində Kiraşlu (Kirəcli) ,Qars əyalətinin Oltin dairəsində Kiraşlı - Koltəpə (dağ adı),Kiraşli göl və Batum əyalətinin Artvin dairəsində Kiraç dağ toponimləri ilə eynidir.Azərbaycan dilində "kirəc"sözündəndir.Azərbaycanda Qazax qəzasında (indi Ermənistanın Noyemberyan rayonunda) Kirəşdərə qışlaq adı ilə eynidir. Əhalisi 2002-ci il siyahıalınmasına görə 1155 nəfərdir, 99% tərkibi azərbaycanlılardan ibarətdir. 2014-cü il göstəricilərinə görə əhalinin sayı azalaraq 1102 nəfər təşkil edib. Əhali əsasən kənd təsərrüfatı, qoyunçuluq və maldarlıqla məşğul olur. Kəndin drenaj sisteminin yararsız olması səbəbindən yağışlar nəticəsində tez-tez kəndi sel basır. 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Kirəс-Muğanlı kəndinə təbi qaz verilib.
Kirəç Muğanlı

Kolanı yurdları (Şirvan və Muğanda)
Kolanı yurdları — Kolanı tayfası ilə bağlı Şirvanda və Muğanda geniş yayılmış yer adları. Tarixi Şirvan ərazisinin ən böyük tayfalarından biri olan Kolanılar barədə geniş araşdırmalar aparan tədqiqatçı Nurəddin Bəndəliyevin tədqiqatına əsasən Qarabağdan Şirvana köçürülən Kolanı elatının Şamaxı şəhəri yaxınlığındakı müasir Xilmilli və Qızmeydan kəndləri ərazisində yerləşdiyi müəyyənləşdirilmişdir. Tədqiqatçının mülahizələrinə əsasən Qarabağdan böyük bir Kolanı tayfasının Şirvana göndərilməsi 1795-ci ildə olsa da, Kolanıların Qarabağ və Naxçıvandan bu bölgəyə yerləşməsi bu tarixdən əvvələ, XVI əsrdən olmalıdır. Girdə yaylağında Kolanıların məskunlaşmasından əvvəl digər tayfalar da olmuşdur, ancaq yaylaq ərazisində mövcud olmuş Dağ Kolanı kəndinin qəbiristanlığının tarixi, yerli sakinlərin fikrincə, 1600-cü illərədək qədimə aiddir. Onların Naxçıvan və Qarabağdan Şirvan ərazisinə 1600-cü illərdən də əvvəl köçməsi səbəbləri və faktlar barədə tarixi qaynaqlar vardır. Osmanlı hücumları, Şah Təhmasibin "yandırılmış torpaq" taktikası ilə köçürmə siyasəti bu tarixi yarım əsr də geriyə aparır. Kolanıların Şirvana məhz Qarabağ və Naxçıvandan, eləcə də XVI əsrdə gəlməsi onların Şirvanda ilk məskunlaşma tarixi kimi qəbul oluna bilməz. Məlum olduğu kimi, Şirvan ərazisində türk tayfalarının məskunlaşma tarixi qədim dövlərə gedib çıxır. Kolanı tayfasının bəzən Kolan olaraq da adlanmasına Şirvanda da rast gəlinmişdir. N. Bəndəliyev Kolanıların Goran, Qaraoğlanlı, Pirəvənd, Osallı, Türəni, Şadılı, Həzili, Ağsaqlı, Lolaylı və Alataxtalı kimi qollarının XVIII əsrdə Şirvanda məskunlaşdığını bildirir.
Lenin Muğanda (1965)
Lenin Muğanda (film, 1965)
Lenin Muğanda — 1965-ci ildə çəkilən Azərbaycan filmi. Film Lenin ideyalarının Muğanda necə həyata keçirilməsi haqqındadır.
Mil-Muğan FK
Mil-Muğan futbol klubu. İmişlidə "MKT-Araz" adı ilə yaranmışdır. Müxtəlif vaxtlarda 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır. Azərbaycanı 1 dəfə UEFA Kubokunda, 1 dəfə də UEFA İntertoto Kubokunda təmsil etmişdir. 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 131,5 xal ilə Azərbaycan klubları arasında 8-ci, dünyada isə 679-cu pillədə başa vurmuşdur. Mil düzünün iki klubu Mil-Beyləqan FK ve Mil-Muğan FK arasında olan əzəli rəqabətdir. Bu rəqabətdə Mil Beyləqan klubunun qalibiyyət üstünlüyü vardır. Hər iki Klub hal hazirda Region liqasında mübarizə aparır.
Mil-Muğan iqtisadi rayonu
Mil-Muğan iqtisadi rayonu — Azərbaycanın 14 iqtisadi rayonlarından biri. Tərkibinə Beyləqan, İmişli, Saatlı və Sabirabad inzibati rayonları daxildir. 1991-ci ildən 2021-ci ilə qədər yuxarıda adı çəkilən inzibati rayonların ərazisi Aran iqtisadi rayonunun (indiki Mərkəzi Aran iqtisadi rayonu) bir hissəsi idi. Mil-Muğan iqtisadi rayonu, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə qurulmuşdur. İqtisadi rayon şimaldan Mərkəzi Aran iqtisadi rayonu, qərbdən Qarabağ iqtisadi rayonu, şərqdən Şirvan-Salyan iqtisadi rayonu və İran İslam respublikası ilə həmsərhəddir. İqtisadi rayonun relyefi düzənlikdir. İqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 5,670 min km², əhalisi 513,77 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 6,4%-ni, əhalisinin isə 5,0%-ni təşkil edir. Əhalisinin etnik tərtibinin demək olar ki, hamısı Azərbaycan türklərindən ibarətdir.
Mil-Muğan İmişli FK
Mil-Muğan futbol klubu. İmişlidə "MKT-Araz" adı ilə yaranmışdır. Müxtəlif vaxtlarda 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. Futbol üzrə Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır. Azərbaycanı 1 dəfə UEFA Kubokunda, 1 dəfə də UEFA İntertoto Kubokunda təmsil etmişdir. 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 131,5 xal ilə Azərbaycan klubları arasında 8-ci, dünyada isə 679-cu pillədə başa vurmuşdur. Mil düzünün iki klubu Mil-Beyləqan FK ve Mil-Muğan FK arasında olan əzəli rəqabətdir. Bu rəqabətdə Mil Beyləqan klubunun qalibiyyət üstünlüyü vardır. Hər iki Klub hal hazirda Region liqasında mübarizə aparır.
MuğanBank
Muğanbank ASC – Azərbaycanın 1992-ci ilində təsis edilmiş kommersiya bankıdır. ARMB-nin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğanbank” ASC-nin lisenziyası oktyabrın 19-dan etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. “Muğanbank” ASC (bundan sonra “Bank”) 1992-ci ildə Azərbaycan Respublikası ərazisində qapalı səhmdar cəmiyyəti kimi təsis edilmiş və 2005-ci ildə açıq səhmdar cəmiyyəti kimi yenidən qeydiyyatdan keçmişdir. Bankın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir və fəaliyyəti 29 saylı 25 noyabr 1992-ci il tarixində verilmiş və 10 noyabr 2000-ci il tarixində yenilənmiş bank fəaliyyəti və valyuta mübadiləsi xidmətləri üzrə lisenziya əsasında həyata keçirilir. Nağd pul və hesablaşmalarla bağlı əməliyyatlar və xarici valyutanın mübadiləsi, kommersiya fəaliyyəti, xarici valyuta ilə ticarət əməliyyatları və kreditlərin verilmə və depozitlərin saxlanması, həmçinin zəmanətlərin verilməsi Bankın əsas fəaliyyət növləridir. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 %-dən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” qanuna əsasən “Muğanbank” ASC-nin lisenziyası oktyabrın 19-dan etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Avropa Yenidənqurma və İnkişaf Bankının (“AYİB”) Azərbaycanda 2013, 2014 və 2015-ci illərdəki fəaliyyətinə dair hesabatlarına əsasən “Muğanbank” ASC ticarətə yardım sahəsindəki nailiyyətlərinə görə AYİB-in “Azərbaycanda Ən Fəal Emitent Bank” mükafatına layiq görülüb . Muğanbank AMFA-nın Müşahidə Şurasının üzvü seçilib . "Muğanbank" AHK Azərbaycan üzv seçildi .
MuğanBank ASC

Значение слова в других словарях