MƏDƏNİYYƏ

Mədinədə nazil olan surə və ya ayələr, yəni Məhəmməd peyğəmbərin Mədinədə yaşadığı dövrdə göndərilən surə və ya ayələr.
MƏCUSİYYƏT
MƏDFƏN
OBASTAN VİKİ
Cyomon mədəniyyəti
Cyomon (saxsı qablar) mədəniyyəti — Neolit (yeni daş dövrü) Yaponiya ərazisində e.ə. 8-ci minillikdən - e.ə. 300-cü ilədək olan dövrü əhatə edir. Neolit dövründə saxsı məmulatlarının istehsalı başlanır və ipli saxsı qablar (cyomon) meydana gəlir. Məhz buna görə də, yapon arxeoloqları neolit dövrünü "Cyomon mədəniyyəti dövrü" adlanırırlar. Cyomon mədəniyyətinin izləri ilk dəfə XIX əsrin sonlarında amerikan Eduard Mors tərəfindən aşkar edilmişdir - o, böyük balıqqulağı topası (kaycuka) aşkar etmişdi. Məhz balıqqulağı topası altında qədim dövrə dair tapıntılar aşkar edilmişdir. II Dünya Müharibəsinə qədər Cyomon dövrünə sinonim olaraq "daş dövrü" ifadəsindən də istifadə olunmuşdur. Bu dövr üçün ikiqulplu alətləri, ox və kaman, daş və sümükdən hazırlanmış alətlər xarakterikdir. Bu dövrdə qayıqlar da hazırlanmışdır.
Cəfər Cabbarlı adına mədəniyyət evi
Cənubi Amerika mədəniyyəti
Tarixi tədqiqatlara görə Cənubi Amerikaya insanlar artıq e.ə. XI-X minilliklərdə Panama boğazından gəlmişlər. Kolumbiya çayları Kauki və Maqdolenanın axarı boyu, Ekvador sahili boyunca onlar Mərkəzi And vilayətinə daxil olmuş, daha sonra materikin bütün ərazisinə səpələnərək e.ə. VIII minillikdə Magellan boğazını əldə etmişlər. Bunu sübut edən əsas tapıntılar ovçuların düşərgə və daş silahlarının qalıqlarıdır. Cənubi Amerikada ibtidai insanların mədəniyyəti bir-birindən ayrı şəkildə yaşayan tayfa qruplarının məişət və əmək fəaliyyətində təzahür edirdi. Onlar Cənubi Amerika və Odlu Torpaq rayonunun tropik meşəlikləri və düzənliklərində məskunlaşmışlar. Hündür dağlar, böyük çaylar, təsəvvürəgəlməz düzənliklərlə əhatələnmiş bu məkandan insanlar öz ibtidai məişətlərindən irəliyə addımlaya bilməmişlər. Odlu Torpaq rayonu, Şərqi Braziliya, Argentina, Boliviya, Paraqvayda yaşayan tayfalar cəmiyyət və mədəniyyətin ibtidai inkişafında idilər. Onların həyat tərzi dinamik xarakter kəsb edirdi.
Cənubi Azərbaycanın maarif və mədəniyyəti
Şahlıq rejimi zamanı (1925–1978) dövlət siyasətinin əsas tərkib hissəsini millətçilik təşkil edirdi. İran hakim dairələrinin göstərişi ilə mədəniyyətin elm ədəbiyyat və incəsənət kimi sahələri də yeni nəslin fars şovinizmi ruhunda tərbiyəsi və hazırlanması işinə xidmət edirdi. Mədəniyyətin bu sahələrində qeyri-fars xalqlara (xüsusilə azərbaycanlılara) öz ana dillərində əsərlər yazıb-yaratmağa imkan verilmirdi. XV–XVII əsrlərin Azərbaycan mədəniyyətinin inkişafında mühüm mərhələ olduğunu görərik. Ədəbiyyat və incəsənət xadimləri I Şah İsmayılın himayəsi şəraitində fəaliyyət göstərirdilər. Azərbaycan Səfəvilər dövlətinin banisi, nüfuzlu siyasi xadim və sərkərdə olmuş Şah İsmayıl həm də görkəmli şair idi. O dövrlərdə rəngkarlıq, xəttatlıq, memarlıq güclü surətdə inkişaf etmişdi. XV əsrdə formalaşmış Təbriz miniatür məktəbi dünya rəssamlığında mövcud olan 5 aparıcı rəssamlıq məktəbindən biri idi. Bu məktəbin görkəmli nümayəndələrindən biri Sultan Məhəmməd idi. Onun miniatürləri dünya muzeylərində mühafizə olunur.
Daqun Omayev adına Mədəniyyət Sarayı
Daqun Omayev adına Mədəniyyət Sarayı — Çeçenistanın paytaxtı Qroznı şəhərində mədəni-kütləvi tədbirlər keçirmək üçün tikilmiş bina. 25 mart 2020-ci ildə Mədəniyyət İşçisi Günündə Qroznı şəhərinin mərkəzində, Sunja çayının sahilində açılmışdır. Sahəsinə görə Şimali Qafqazın ən böyük mədəniyyət sarayıdır. Mədəniyyət sarayının binası 12 mərtəbəlidir. Binanın ümumi sahəsi 39 min kvadratmetr təşkil edir. Binada müxtəlif təyinatlı otaqlar yerləşir. Burada tamaşalar üçün kiçik və böyük zallar, məşq otaqları, konfrans zalı, soyunub-geyinmə otaqları, səsyazma studiyası, teatr salonu var. Bina kompleksinə 700 avtomobil üçün qapalı dayanacaq da daxildir. Mədəniyyət sarayının binasında fəaliyyəti mədəniyyətlə bağlı müxtəlif təşkilatlar yerləşdirilmişdir. Binada ilk dövrlər Çeçenistan Respublikasının Dövlət Filarmoniyası da fəaliyyət göstərmişdir.
Davenkou mədəniyyəti
Davenkou — Çində Qərbi və Cənubi Şandunda, Mərkəzi Şandunun bir hissəsində, həmçinin Szyansunun şimalında Orta Neolit dövrünə (e.ə. 3700–2600/2300-cü illər) aid arxeoloji mədəniyyət. 1959-cu ildə Şandun əyalətinin qərbində, Venxe çayı sahilindəki Baotou və Davenkou kəndlərində qazıntılar zamanı aşkar edilmiş məzarlığının adı ilə adlandırılmışdır. Arxeoloji qazıntılar 1964, 1974, 1978-ci illərdə də aparılmışdır. Üç (bəzən daha çox) mərhələ müəyyənləşdirilir. Erkən mərhələyə yastı və hündür kasalar (o cümlədən həndəsi naxışlı), qab, qulplu bardaq və kasalar əsasında tripodlar (üçayaqlı qablar), geniş yayılmış formalardan hündür oturacaqlı bardaqlar, nazikayaqlı qədəhlər; gövdəsinin orta hissəsində qulpu olan bardaqlar aiddir; qabların üzərindəki naxışlar ziqzaqvarı, nöqtəli və yaxud onların kombinasiyası şəklindədir. Orta mərhələyə oturacağı üç hissəyə bölünən nazikayaqlı qədəhlər aiddir; qab altlıqları dəliklidir, yastı kasa və tripodlara rast gəlinmir. Son mərhələyə isə dulus kürələrində düzəldilmiş standartlaşdırılmış kütləvi formalar: müxtəlif parçlar, hündürotu racaqlı kasalar, tripodlar və s. aiddir. Naxışlı qablara az təsadüf olunur (bəzən üfüqi cızma xətlər, volyuta).
Dağlıq Krım Neolit Mədəniyyəti
Dağlıq Krım Neolit Mədəniyyəti — Krımın dağlıq ərazisində Neolit dövrünə (e.ə 6-4-cü minilliyin ortaları) aid arxeoloji mədəniyyəti Abidələr XIX əsrin sonlarından məlumdur. 1936-cı ildə S.N.Bibikov tərəfindən müəyyənləşdirilmişdir. Düşərgələri Krım dağlarının birinci silsiləsindəki yaylalarda,ikinci silsiləsindəki qobularda,mağaralarda və çıxıqlarda var. Dağlıq Krım Neolit Mədəniyyəti Dağlıq Krım Mezolit mədəniyyətinin əsasında formalaşmışdır. İki hissəyə bölünür. Erkən mərhələ üçün yastı qəlpələmə üslulu ilə işlənmiş seqmenti və trapesiyalar üstünlük təşkil edir. Sümükdən, çüyür buynuzundan, qaban dişindən düzəldilmiş əmək alətləri tapılmışdır. Erkən dövrə aid qabların divarları qalın, ağzı düz olur, saxsının tərkibində döyülmüş balıqulağı qatışığı əlavə edilən sivri və dairəvi oturacaqlı qablar,Dağlıq Krım Neolit Mədəniyyətinin son mərhələsində isə yastı oturacaqlı keramika meydana gəldi. Saxsı qabların yuxarı hissəsində müxtəlif ornamentlərə rast gəlinir: dəlmə və daraqvarı naxışlar,cızılmış xətlər və s. Təsərrüfat ovçuluq (qaban,cüyür,maral) və yığıcılığa əsaslanırdı.
Diqora mədəniyyəti
Diqora mədəniyyəti - Diqora dərəsində (Şimali Osetiyanın qərbi), Kabarda- Balkariyanın dağlıq rayonlarında və Raçidə (Qərbi Gürcüstan) Son Tunc dövrünə (e.ə. XV-XIII əsrlər) aid arxeoloji mədəniyyət. Y.İ.Krupnov tərəfindən müəyyənləşdirilməsi (1951) mübahisələrə səbəb olsa da, 1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində yazılmış elmi əsərlərlə təsdiqlənmişdir. Müasir tədqiqatlara görə, Diqora mədəniyyəti Şimali Qafqaz və Mərkəzi Qafqazın qohum protokoban mədəniyyətləri ilə sinxrondur; protokoban dövrünün ikinci mərhələsinə aiddir; 2 mərhələyə bölünür. Ağac-daş konstruksiyalı sərdabalarda meyityandırma izləri var; uzadılmış vəziyyətdə dəfn olunmuş meyitlərə (bəzən torpaq quyularda) rast gəlinir. Çaxmaqdaşıdan ucluqlar, dəstəli xəncərlər, baltalar, ucluqlu (volyuta, oval və s. şəkilli) sancaqlar, lövhəşəkilli tilli qolbaqlar, qoç başlı quşabənzər piləklər, asmalar, şüşə muncuqlar, sürməli bəzək əşyaları və s. aşkar edilmişdir. Diqora mədəniyyətinin dolmen mədəniyyəti, Svaneti, Qaraçay-Çərkəz, Inquşetiya və Dağıstan abidələri (Qinçi mədəniyyəti, Qayakənd-Xoroçoy mədəniyyəti) ilə əlaqələri izlənilir. Diqora mədəniyyətinin Koban mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır.
Donetsk Mədəniyyət və İstirahət parkı
Lenin Komsomolu adına Donetsk Mədəniyyət və İstirahət parkı (ukr. Парк культури і відпочинку ім. Ленінського комсомолу) — Ukraynanın Donetsk vilayətinin eyniadlı şəhərində yerləşən park. Parkın tikilməsi ilə bağlı qərar 1952-ci ildə qəbul edilmişdir. Bunun səbəbi Şerbakov adına Mədəniyyət və İstirahət Mərkəzinin şəhərin ehtiyaclarını müstəqil şəkildə yerinə yetirə bilməməsi idi. Layihədə park ərazisinin 180 hektar olması planlaşdırılmışdı. Layihəyə Məşhur İnsanlar Xiyabanı, bir hovuz və 3,500 nəfərlik bir yaşıl teatrı daxil idi. 1955-ci ilin oktyabr ayında Stalin Rayon Sovetinin icra komitəsi "1955–1964-cü illərdə Stalin rayonunun şəhər və işçi yaşayış məntəqələrində yaşıl zonalarının yaradılması və inkişafı üzrə on illik plan haqqında" qərar qəbul etdi. 1956-cı ildə park rəsmi olaraq qurulmuşdur. Ərazinin bir hissəsi başqa layihələr üçün qorunduğundan orijinal plana dəyişikliklər edildi.
Donqşon mədəniyyəti
Donqşon (vyet. Văn hóa Đông Sơn) - Cənub-Şərqi Asiyanın tropik zonasında Son Tunc dövrünə (e.ə. I-ci minillik) aid arxeoloji mədəniyyət. E.ə. I-ci minilliyin əvvəllərində Cənubi Çində, Şərqi və Mərkəzi Hind-Çində meydana gəlmiş, təqr. e.ə. VI əsrdə Malakka yarımadasında, Sumatra, Yava adalarında, qismən Kalimantan adasında və bir neçə digər adalarda yayılmışdır. Donqşonun təsiri Filippində də hiss olunur. Şimali Vyetnamda Donqşon “əsas”, həmçinin orta və ehtimal ki, aşağı Sitszyanın şimal axarlarındakı “batvyet” mərkəzlərinə, bir sıra “periferik ocaqlara” - Donqşonun variantlarına və Yanszı hövzəsində Xuanxe mədəniyyətləri ilə əlaqəli zonaya bölünür. Donqşon məskəninin materialları əsasında rus mənşəli fransız tədqiqatçısı V.V.Qolubev tərəfindən müəyyənləşdirilmişdir (1924 il qazıntıları; Vyetnam, Txanxoa əyaləti).
Döyüş baltası mədəniyyəti
Döyüş baltası mədəniyyəti (İngiliscə: Corded Ware; Almanca: Schnurkeramik; Fransızca: céramique cordée; Hollandca: touwbekercultuur), Avropada eramızdan əvvəl 2900-2350-ci illər arasında, son Neolit, Mis dövrü və erkən Tunc dövrünün arxeoloji mədəniyyətidir. Döyüş baltası mədəniyyəti qərbdə Reyn çayından şərqdə Volqaya qədər uzanan Şimali Avropa, Mərkəzi Avropa və Şərqi Avropanı əhatə edən geniş ərazini əhatə edirdi. Müxtəlif dairələr tərəfindən Döyüş baltası mədəniyyətinin insanlarının genetik olaraq Yamnaya mədəniyyətinin insanları ilə sıx əlaqədə olduğu və bunun şərqdən Avropanın ürəyinə böyük bir köçü sənədləşdirdiyi iddia edilir. Döyüş baltası mədəniyyətinin proto-german və proto-baltik-slavyan kimi Hind-Avropa dillərini yaydığı düşünülür. Mədəniyyət həmçinin proto-hind-iran dilində danışan sonrakı Sintaşta mədəniyyəti ilə genetik yaxınlıq göstərir. Şnurlu keramika mədəniyyəti (almanca: Schnurkeramik-Kultur, hollandca: touwbekercultuur, fransızca: ceramique cordée, ingiliscə: Corded Ware) ilk dəfə 1883-cü ildə alman arxeoloqu Fridrix Klopfleiş tərəfindən təqdim edilmişdir. Keramika üzərində tapılan ip çapına bənzəyən ornamentlər bu adın verilməsində mühüm rol oynamışdır. Bu mədəniyyətin alt mədəniyyəti olan Tək Qəbir mədəniyyəti termini müxtəlif artefaktlarla əyilmiş vəziyyətdə dəfn edilmiş fərdlərə tətbiq edilən tumulus dəfn ənənələrindən irəli gəlir. Mədəniyyətin digər bir alt mədəniyyəti olan döyüş baltası mədəniyyəti də kişi məzarlarında tapılan daş döyüş baltalarına görə belə adlandırılmışdır. Döyüş baltası mədəniyyəti Almaniya, Hollandiya, Danimarka, Polşa, Litva, Latviya, Estoniya, Belarusiya, Çexiya, Avstriya, Macarıstan, Slovakiya, İsveçrə, Rumıniyanın şimal-qərbində, Ukraynanın şimalında Rusiyanın Avropa hissəsində mövcud olmuşdur.
Düktay mədəniyyəti
Düktay mədəniyyəti - Şimal-Şərqi Asiyada formalaşmış və inkişaf etmiş Yuxarı (Son) Paleolit dövrünə aid arxeoloji mədəniyyət. 1967-ci ildə Y.A.Moçanov tərəfindən aşkar edilmişdir. Ərazi Düktay çayının sağ sahilində, Aldan çayının yatağından (Yakutiya) 112 metr uzaqlıqda yerləşir. Mədəniyyət öz adını Düktay mağarasının adından almışdır. Düktay mədəniyyəti iki təbəqəyə bölünür: erkən (35—25 min il əvvəl) — Ejansı, Ust-Mil, İxine-I,II yaşayış məntəqələri; gec (23—10,5 min il əvvəl) — Düktay mağarası, Tumulur, Dirinq-Yuryax, Xayırqas mağarası, Yeni Leten-I,II, Kiçik Cikimde, Vilyoy və İndiqirka çay hövzələri Mağarada 12-14 min il əvvələ aid 2 təbəqə radiokarbon analizləri vasitəsilə öyrənilmişdir. Y.A.Moçanovun fikrincə, Düktay mədəniyyətinin ən qədim abidəsi radiokarbon analizləri nəticəsində təqribən 35 min il əvvələ aid edilən Ejansı düşərgəsidir, digər tədqiqatçılar isə Düktay mədəniyyətinin yaşının 18 min ildən çox olmadığını hesab edirlər. Açıq düşərgə və mağara düşərgələri məlumdur, nizə və ya mizraq ucluqlarının, bıçaqların ikitərəfli emalı səciyyəvidir. Fauna qalıqları mamont, şimal maralı, sığır, bizon, at, qar bəbiri, mağara şiri, canavar, tülkü, şimal tülküsü, dovşan və gəmiricilərin sümüklərindən ibarətdir. Ejansı düşərgəsindən tüklü kərgədanın sümükləri tapılmışdır. Indigirka çayı hövzəsinə aid olan Börölöx düşərgəsində “mamontlar qəbiristanı” məşhurdur.
Dəmiryolçuların Mədəniyyət Sarayı (Rostov-na-Donu)
Dəmiryolçuların Mədəniyyət Sarayı - Rostov-na-Donu şəhərinin ərazisində, Zelejnodarojnı rayonu Qusev küçəsi, ev 2а/5 ünvanında yerləşən bina. Bina 1924-1927-ci illərdə inşa edilmişdir. Burada Dəmiryolçuların mədəni istirahəti məqsədilə yaradılmışdır. 1924-cü ildə Vladiqafqaz dəmiryolçuları həmkarlar ittifaqı Rostov-na-Donu şəhərində mədəniyyət sarayının ucaldılması təklifi ilə çıxış edirlər. Onlar binanı sovet quruluşunun banısı Vladimir İliç Lenin adına Əmək sarayı adlandırmaq istəyirdilər. İlk əvvəllərdə bina Lenin adına Əmək Sarayı və ya LENDVOREÇ adlandırılırdı). Sarayın tikildiyi yer əbəs yerə seçilməmişdi. Belə ki, burada 1905-ci ildə dəmiryolçuların etiraz aksiyası olmuşdu. Onlar 13-20 dekabr tarixlərində Çar Rusiyası qoşunlarına və kazaklara qarşı dirəniş göstərmişdilər. 3 may 1924-cü ildə gələcək Dəmiryolçuların Mədəniyyət Sarayı ücün təməl atılmışdır.
Egey mədəniyyəti
Egey mədəniyyəti—Tunc dövrü sivilizasiyasının ümumi adı. Qədim Yunan bədii mədəniyyəti üç əsas mənbədən qidalanır. Egey dənizinin adasında yerləşən əhalinin qədim krit-miken incəsənəti. Bu özünü zəngin arxitekturaya malik olan Krit, Mikena və Tirinf iqamətgahlarında göstərir, həmçinin rəsmlərində, keramika və qızıl əşyalarında büruzə verirdi. Aralıq dənizi sahilindəki Kiçik Asiya və Finikiyalılar tərəfindən daxil olan kompozisiyalı arxitektura, Qədim Misirin incəsənəti də güclü təsir göstərirdi. Dori tayfalarının incəsənəti. Şimaldan gələn Dori tayfalarının incəsənəti və özləri ilə gətirdikləri həndəsi üslubda Yunan mədəniyyətinə təsir göstərir.Öz inkişaf tarixində Qədim Yunan mədəniyyəti bir neçə mərhələdən keçib. Bunlardan birincisi Krit-Miken mədəniyyətidir. Yunan ərazisindəki qədim sivilizasiya tədqiqatçılar tərəfindən Krit-Miken mədəniyyəti adını almışdır. Bu ad Krit adaları və materik Yunanıstanı ərazisindəki Miken şəhəri ilə əlaqədardır.
Elm və mədəniyyət haqqında mühakimələr
Elm və mədəniyyət haqqında mühakimələr ― Cenevrəli filosof Jan Jak Russonun incəsənət və elmin insan əxlaqını pozduğunu müdafiə etdiyi esse. Bu əsər onun ən mühüm əsərlərindən sayılır. Russo bu əsərində iddia edirdi ki: "Elm və sənətdəki inkşaf artdıqca, dünyanın hər yerindəki insan topluluqlarında qaydalar pozulmağa başlayır."Russo bu fikri ilə dövrün ümumi qəbul olunmuş davranış qaydalarına, nəzakət və incəliyə qarşı çıxırdı. Russoya görə "Təhsilli olmaq əxlaqlı olmaq demək deyildir". Russo nəzakət çərçivəsində vizual mədəniyyətin aldadıcılığını, "fərqli olmaq arzusu"nun, rəqibləri geridə buraxaraq dəyər qazanmaq istəyinin ikiüzlülüyə çevrildiyini ortaya qoyur.
Erməni-Azərbaycanlı mədəniyyət əlaqələri
Azərbaycanlı–erməni mədəni münasibətləri — azərbaycanlılar və ermənilərin dil və mədəniyyətləri arasında əlaqə. SSRİ dövründə Bakının ruslaşdırılması Bakı əhalisini özündə birləşdirən azərbaycanlı, rus, erməni və digər etnik qruplardan ibarət Bakı şəhəri submədəniyyətinin yaradılması ilə nəticələndi. Hacı-Baba türbəsi islam dininə aid, azərbaycanlılar və ermənilər üçün ortaq ziyarətgahdır. Qarabağ münaqişəsindən əvvəl Azərbaycandan arabir molla gəlir, burada namaz qıldırırmış. Bundan əlavə, bir azərbaycanlı daim ziyarətgahın yaxınlığında yaşamış və onun saxlanması üçün ianə toplamışdır. Fragments of Armenia’s Soviet Past: Tracing the Armenian-Azerbaijani Coexistence// RA NAA IAE. Edit.
Ermənistan mədəniyyəti
Ermənistan mədəniyyətinə həm müasir Ermənistan ərazisi, həm də tarixi Ermənistanda erməni xalqının yaratdığı maddi və qeyri-maddi mədəni irs nümunələri daxildir. Erməni xalqının mədəniyyət tarixi eramızdan əvvəl VI–V əsrlərdən başlayır və daha da qədim Urartu mədəniyyətinin davamıdır. Britannica ensiklopediyasında qeyd olunduğu kimi, Ermənistan dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir. Xristianlığın IV əsrin ilk illərində Ermənistanın dövlət dini olaraq qəbul edilməsi erməni xalqının tarixinin və mədəniyyətinin inkişafında böyük rol oynamışdır. IV əsrdən etibarən erməni mədəniyyəti tarixində yeni bir mərhələ — orta əsrlər dövrü başlayır. Erməni mədəniyyətinin ümumi yüksəlişi VII əsrə qədər olan dövrü əhatə edir. Sonrakı nəzərəçarpan inkişaf dövrü X əsrin sonlarında başlayır və 885-ci ildə Ermənistan tarixində yeni bir qızıl dövrün başlanğıcı olan müstəqil Ani krallığının bərpası ilə əlaqələndirilir. Mədəni yüksəliş dövrü XIII əsrə qədər davam edir və bəzi müəlliflər tərəfindən "Erməni İntibahı" kimi xarakterizə olunur. XV–XVI əsrlərdə təxminən iki əsr böhrandan sonra XVII əsrdən etibarən mədəni həyat canlanır. 1918-ci ildə müstəqil Ermənistan dövləti yaradılır.
Estetik mədəniyyət
Estetik mədəniyyət — konkret mәdәni-tarixi şәraitdә cәmiyyәtin, yaxud ayrıca fәrdin potensial estetik tәcrübәsinin reallaşdırılması vә mәrkәzlәşdirilmәsi ilә bağlı fenomenlәr, institutlar, davranışlar, mәtnlәr vә s. mәcmusu. Estetik mədəniyyətin spesifikası vә funksiyası subyektin dünyaya münasibәtinin azad özünüifadәsi ilә bağlıdır. Estetik mədəniyyət insanın hәr bir predmet üçün onun öz növünün ölçüsünü tapmaq vә tәtbiq etmәk, belәliklә dә, әşyanın ümumәn bütün dünyaya nәzәrәn spesifik dәyәrini aşkara çıxarmaq qabiliyyәtindә tәzahür edir . Cəmiyyətin estetik mədəniyyətinə həm estetik şüurun (estetik biliklərin, estetik hisslərin, estetik zövqlərin, estetik idealların) məzmunu və inkişaf səviyyəsi, həm də insanların estetik yaradıcılığının xarakteri, istiqaməti və yayılma dərəcəsi daxildir. Eyni zamanda, estetik mədəniyyətdə estetik sərvətlərin insan tərəfindən mənimsənilmə formalarının rəngarəngliyi, bu sərvətlərdən insanın inkişafı, onun mənəviyyatının zənginləşməsinə görə humanist məqsədlərlə istifadə edilməsi də öz əksini tapır . Estetik alim Osman Əfəndi estetik mədəniyyətdə estetik idrakın əsas yer tutduğunu göstərərək yazır ki, elmi idrak kimi, estetik idrak da sonsuz aləmin zənginliklərini daha geniş mənimsəmək və ona daha dərindən münasibət bəsləmək meyarlarının örnək yoludur. Şüurlu həyatda sistemli biliklər zənginliyini yaradan və onu yeni səviyyələrə yüksəldən elmi idrakın nəzəri cəhətlərinə çox ciddi diqqət yetirilməsi təbii-zəruri amil sayıldığı kimi, ali inkişaf səviyyəsinə qovuşmuş estetik idrakın nəzəri cəhətdən öyrənilməsi işi də bu mənada qiymətləndirilməyə layiqdir. Çünki bu təbii-zəruri amilləri doğuran idrak formalarının hər biri əbədi olaraq insanlığa, onun təsdiqinə xidmət edir . Estetik mədəniyyət estetik düşüncələrin məhsuludur.
Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutu
Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut (fr. Institut national des langues et civilisations orientales) və ya qısaca INALCO — Fransanın Paris şəhərində yerləşən institut. Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Mərkəzi və Şərqi Avropa, Asiya, Sakit okean hövzəsi, Afrika və Amerikanın aborigen xalqlarının dilləri, həmin ərazilərdəki ölkələrin coğrafiyası, tarixi, siyasi, iqtisadi və ictimai həyatı tədris olunur. 1669-cu ildə, Fransa kralı XIV Lüdoviqin hakimiyyəti dövründə əsası qoyulmuş Gənclər Dil Məktəbi XX əsrdə institut statusu almışdır. İkinci dünya müharibəsindən sonra institutda tədris olunan dillərin sayı 50-yə çatmışdı. 1971-ci ildən indiki adla adlanan institut 3-cü Paris Universitetinin nəzdində idi. 1985-ci ildən isə müstəqildir. Hazırda institutda 11 mindən çox tələbə təhsil alır, burada Asiya, Afrika, Şərqi Avropa və Amerikanın yerli xalqlarına məxsus 96 dil və mədəniyyət tədris edilir. Tədris olunan fənlərin sayı isə 1500-ə çatır. Azərbaycan dili institutun Avrasiya departamentinə daxildir.
Fransa mədəniyyəti
Fransa mədəniyyəti — coğrafi şəraitdən və böyük tarixi hadisələrdən təsirlənən Fransa mədəniyyəti. Fransa və ümumiyyətlə Paris XVII əsrdən başlayaraq elit mədəniyyət və dekorativ sənət mərkəzi olan böyük bir rol oynadı. Bundan əlavə, Fransanın iqtisadi, siyasi və hərbi təsirinin artması ilə onun rolu durmadan artırdı. Ədəbi dilin saflığı (purizm üçün) istəyi rəsmi standart olaraq Fransa Akademiyası tərəfindən qurulmuşdur. Əlbəttə ki, bu məcburi deyil: bəzən hətta bəzi siyasətçilər buna məhəl qoymurlar. Fransada bir çox dialekt var. Breton və Elzas dialekti kimi bəziləri rəsmi dildən çox fərqlidir. Fransa Konstitusiyasına 2008-ci ilin iyul ayındakı düzəlişlər ləhcələr rəsmi olaraq tanınmışdır.. İlk görüntülər tarixdən əvvəlki dövrə aiddir. Məsələn, Lasko mağarasındakı təsvirlərin artıq 10.000 ildən çox yaşı var.
Fəxri Mədəniyyət İşçisi
Fəxri Mədəniyyət İşçisi — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə fərqlənən şəxslərə təqdim olunan döş nişanı. Döş nişanı ilk dəfə 10 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" adı altında təsis edilmişdir. 20 aprel 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ləğv edilməsi səbəbindən döş nişanın təqdim olunması dayandırılmış, əvəzində 3 oktyabr 2018-ci ildə təsdiq edilmiş əsasnamə ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı təsis olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı dövlət qulluğunda və ya mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştirakına görə 10 ildən az iş stajı olmayan mədəniyyət, ədəbiyyat, incəsənət, mədəniyyətşünaslıq və s. sahəsində yüksək bədii estetik dəyərə malik olan ədəbiyyat, musiqi, dram, rəngkarlıq, kino, teatr, ifaçılıq əsərləri yaradan, eyni zamanda mədəniyyət sahəsində elmi-ədəbi araşdırmalara nail olan yaradıcı insanlara, mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin qəzet və jurnal redaksiyalarının, nəşriyyatlarının, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyaların, kinonun, radio verilişlərinin işçilərinə, mədəniyyət sahəsində çalışan, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidməti olan şəxslərə verilir. Döş nişanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kollegiyası tərəfindən Nazirliyin döş nişanlarının verilməsi üzrə Komissiyasının qərarına əsasən verilir. Mükafata layiq görülmüş şəxslərə döş nişanı və vəsiqə təqdim edilir. Döş nişanı təqdim edilmiş təqdimatlara əsasən il ərzində bir neçə dəfə verilir və təltif edilmə haqqında qərar "Mədəniyyət" qəzetində dərc edilərək Nazirliyin saytında yerləşdirilir. Döş nişanından məhrum etmə Nazirliyin Kollegiyasının qərarı əsasında həyata keçirilir.
Hind mədəniyyəti
Hindistan mədəniyyəti ― Hindistan yarımadasında yaranan və ya onunla əlaqəli olan ictimai normaların, etik dəyərlərin, ənənəvi adətlərin, inanc sistemlərinin, siyasi sistemlərin və əsərlərin toplu maddi və qeyri-maddi mirası. Hind mədəniyyəti 1947-ci ilə qədər Hindistan yarımadasına və 1947-ci ildən sonrakı Hindistan Respublikasına aid etnik-linqvistik cəhətdən müxtəlif Hindistanda yaranan və ya onunla əlaqəli olan sosial norma və texnologiyaların irsidir. Bu termin Hindistandan kənarda, xüsusən də Cənubi Asiya və Cənub-Şərqi Asiyada tarixləri immiqrasiya, müstəmləkəçilik və ya təsir yolu ilə Hindistanla sıx bağlı olan ölkələrə və mədəniyyətlərə də aiddir. Hindistanın dilləri, dinləri, rəqsləri, musiqisi, memarlığı, yeməkləri və adət-ənənələri ölkə daxilində yerdən yerə fərqlənir. Tez-tez bir neçə mədəniyyətin birləşməsi kimi etiketlənən Hindistan mədəniyyəti, Hind Vadisi Sivilizasiyası və digər erkən mədəniyyət sahələri ilə başlayan bir neçə minillik bir tarixdən təsirlənmişdir. Hindistan dinləri, riyaziyyatı, fəlsəfəsi, mətbəxi, dilləri, rəqsləri, musiqisi və filmləri kimi hind mədəniyyətinin bir çox elementləri İndosfer, Böyük Hindistan və bütün dünyaya dərin təsir göstərmişdir. İngilis Rac Hindistan mədəniyyətinə daha da təsir etdi, məsələn, ingilis dilinin geniş şəkildə tətbiqi,və yerli dialekt inkişaf etmişdir. Hindistan mənşəli dinlər Hinduizm, Caynizm, Buddizm və Sıxizmhamısı dharma və karma anlayışlarına əsaslanır. Ahimsa, qeyri-zorakılıq fəlsəfəsi, Hindistanın müstəqillik hərəkatı zamanı Hindistanı birləşdirmək üçün vətəndaş itaətsizliyindən istifadə edən Şri Mahatma Qandi olan ən məşhur müdafiəçisi olan yerli hind inanclarının mühüm aspektidir - bu fəlsəfə Amerika dövründə Martin Lüter Kinq Jr.-ı daha da ilhamlandırdı. vətəndaş hüquqları hərəkatı.
Hind vadisi mədəniyyəti
Hind vadisi mədəniyyəti və yaxud Hind vadisi sivilzasiyası—Hindistanda Hind çayı vadisində yerləşən qədim mədəniyyət ocağı. Harappa Sivilizasiyası kimi də tanınan Hind Vadisi Sivilizasiyası Cənubi Asiyanın şimal-qərb bölgələrində eradan əvvəl 3300-cü ildən 1300-cü ilə qədər davam edən Tunc dövrü sivilizasiyası idi və yetkin formada eradan əvvəl 2600-cü ildən 1900-cü ilə qədər davam etmişdir. Qədim Misir və Mesopotamiya ilə birlikdə Yaxın Şərq və Cənubi Asiyanın üç erkən sivilizasiyasından biri və ən geniş yayılmış üç sivilizasiyadan biri idi. Onun əraziləri indiki Pakistanın böyük bir hissəsindən, Əfqanıstanın şimal-şərqinə, Hindistanın şimal-qərb və qərbinə qədər əraziləri əhatə edirdi. Sivilizasiya həm Hind çayının allüvial düzənliyində, həm də vaxtilə Hindistanın şimal-qərbində mövsümi çay olan Qaqqar-Hakranın yaxınlığında axan çoxillik mussonla qidalanan çaylar sistemi boyunca inkişaf etmişdir. Vikianbarda Hind vadisi mədəniyyəti ilə əlaqəli mediafayllar var.
Hindistan mədəniyyəti
Hindistan mədəniyyəti ― Hindistan yarımadasında yaranan və ya onunla əlaqəli olan ictimai normaların, etik dəyərlərin, ənənəvi adətlərin, inanc sistemlərinin, siyasi sistemlərin və əsərlərin toplu maddi və qeyri-maddi mirası. Hind mədəniyyəti 1947-ci ilə qədər Hindistan yarımadasına və 1947-ci ildən sonrakı Hindistan Respublikasına aid etnik-linqvistik cəhətdən müxtəlif Hindistanda yaranan və ya onunla əlaqəli olan sosial norma və texnologiyaların irsidir. Bu termin Hindistandan kənarda, xüsusən də Cənubi Asiya və Cənub-Şərqi Asiyada tarixləri immiqrasiya, müstəmləkəçilik və ya təsir yolu ilə Hindistanla sıx bağlı olan ölkələrə və mədəniyyətlərə də aiddir. Hindistanın dilləri, dinləri, rəqsləri, musiqisi, memarlığı, yeməkləri və adət-ənənələri ölkə daxilində yerdən yerə fərqlənir. Tez-tez bir neçə mədəniyyətin birləşməsi kimi etiketlənən Hindistan mədəniyyəti, Hind Vadisi Sivilizasiyası və digər erkən mədəniyyət sahələri ilə başlayan bir neçə minillik bir tarixdən təsirlənmişdir. Hindistan dinləri, riyaziyyatı, fəlsəfəsi, mətbəxi, dilləri, rəqsləri, musiqisi və filmləri kimi hind mədəniyyətinin bir çox elementləri İndosfer, Böyük Hindistan və bütün dünyaya dərin təsir göstərmişdir. İngilis Rac Hindistan mədəniyyətinə daha da təsir etdi, məsələn, ingilis dilinin geniş şəkildə tətbiqi,və yerli dialekt inkişaf etmişdir. Hindistan mənşəli dinlər Hinduizm, Caynizm, Buddizm və Sıxizmhamısı dharma və karma anlayışlarına əsaslanır. Ahimsa, qeyri-zorakılıq fəlsəfəsi, Hindistanın müstəqillik hərəkatı zamanı Hindistanı birləşdirmək üçün vətəndaş itaətsizliyindən istifadə edən Şri Mahatma Qandi olan ən məşhur müdafiəçisi olan yerli hind inanclarının mühüm aspektidir - bu fəlsəfə Amerika dövründə Martin Lüter Kinq Jr.-ı daha da ilhamlandırdı. vətəndaş hüquqları hərəkatı.
Homer mədəniyyəti
Yunanıstanın dorilər tərəfindən qəsbi Egey mədəniyyətinin və ümumilikdə təsərrüfatın süqutuna səbəb oldu. Tarixdə bu dövrün, yəni bizim e.ə. XI-IX əsrlərin Qədim Yunan mədəniyyətində «qaranlıq əsrlər» kimi qəbul edilməsi məqbul hesab edilmir. Bu dövrün digər məşhur adı Homer dövrüdür. Homer Qədim Yunan mədəniyyətinin əzəmətli nümayəndəsi olub, məşhur «İliada» və «Odisseya» əsərləri ilə dünya ədəbiyyatı siyahısına töhfə bəxş etmişdir. Bu əsərlər poema janrında yazılmış və Homerin dövründən çox-çox əvvəllərin (b.e.ə. IX əsr) hadisələrini təsvir edir. Homer «İliada» poemasında qədim Troyanı «Müqəddəs şəhər» kimi qiymətləndirir. Bu dövrün mədəniyyətinin inkişafının əsas meyarı yunanların təsərrüfat həyatında ümumi-xüsusi münasibətlərin təsdiqlənməsi hadisəsi oldu. Bu özlüyündə siniflərin təşəkkülünə zəmin yaratdı və cəmiyyətin sosial strukturunu müəyyənləşdirdi.