MƏLƏZLƏŞDİRMƏ
MƏLUL
OBASTAN VİKİ
Məlik
Məlik — ərəb dilində kral. Ərəb monarxlarının, xarici dillərə tərcümə olunmayan əmir, yaxud sultan kimi titullarından fərqli olaraq malik (məlik) sözü (titulu), adətən, kral kimi tərcümə edilir. Məlik Azərbaycanda vilayətlərə tabe olan mahalların başçılarına verilən ünvan idi.
Məlik-Aslanovlar
Məlik-Aslanov nəsli — Azərbaycanda yaşayan alban əsilli azərbaycanlılaşmış sülalə, Azərbaycanın tanınmış soylarından biri. Hələlik, bu gün etibarlı şəkildə məlumdur ki, Məlik-Aslanov nəsli Qarabağda Məlik ailələri arasında yeganə tam azərbaycanlı ailəsidir. == Soyun yaranması == 1836-cı ildə Çar Rusiyası tərəfindən alban kilsəsinin ləğv edilərək qriqoryan kilsəsinin tabeliyinə verilməsi ilə Azərbaycan ərazisində (əsasən, Dağlıq Qarabağda) yaşayan aborigen xalq — albanlar seçim qarşısında qaldılar; onlar ya dini mənsubiyyətlərini rəhbər tutaraq qriqoryan dəsti-xətti ilə erməniləşməli, ya da etnik mənsubiyyətlərini əsas tutaraq ətrafda yaşayan türklərə qarışmalı idilər. Belə vəziyyətdə bəzi albanlar birinci yolla, bəziləri isə ikinci yolla hərəkət etdilər. Həmin dövrdə Qarabağda öz nüfuzu ilə seçilən alban kökənli Məlik Yeqan və onun ailəsi ikinci yolu seçənlərdən oldu. == Soyun nümayəndələri == Fərhad bəy Məlik-Aslanov Firudin bəy Məlik-Aslanov Xudadat bəy Məlik-Aslanov Lütfəli Məlik-Aslanov Məlik Aslan bəy Muxtar Aslanov (Məlik-Aslanov) Püstə xanım Məlik-Aslanova Ramiz Məlik-Aslanov Sadıx bəy Məlik-Aslanov == Həmçinin bax == Məlik-Aslanovlar [+] == Mənbələr == Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi.
Məlik-Yeqanovlar
Məlik-Yeqanovlar — Azərbaycanda yaşayan alban əsilli bir qolu qriqoryanlığı qəbul etməklə erməniləşmiş, digər qolu isə islamlaşma və türkləşmə nəticəsində azərbaycanlılaşmış zadəgan sülaləsi. Azərbaycanda Stalin repressiyaları dövründə Məlik-Yeqanovlar ailəsinin bir çox üzvləri “Vətən xaini” damğasından qorxaraq ata-baba soyadlarını Yeqanlı, Yeqanov, Rzayev, Zeynalov, Behbudov və s. ilə əvəz etməyə məcbur olmuşlar. == Soyun yaranması == Məlik Yeqan Məlik-Yeqanovların, Məlik-Aslanovların və Məlik-Abbasovların ulu babası hesab edilir. == Soyun tanınmış nümayəndələri == Cavad bəy Məlik-Yeqanov — Bakı və Lənkəran şəhərlərinin general-qubernatoru === Sülalənin erməniləşmiş nümayəndələri === Məlik Aram — Dizaq mahalının II məliki. Qaqik Azatoviç Yeqanyan — tibb elmləri professoru, Ermənistanın baş terapefti.
Məlik Adi
Məlik Adi — Dövlət qarşısındakı xidmətlərinə və sədaqətinə görə 1607-ci ildə I Şah Abbasın xüsusi fərmanı ilə Buduq kəndinin sahibi olmuşdur.
Məlik Aram
Məlik Aram Məlik Yeqan oğlu (?- 1746) — Dizaq mahalının II məliki. == Həyatı == Aram Məlik Yeqan oğlu Qarabağ bəylərbəyiliyinin Lori qəzasının Artu kəndində doğulmuşdur. Dini təlim-tərbiyə almışdır. 1717-ci ildə ailəsi ilə birlikdə Dizaq qəzasının Tuğ kəndinə köçmüşdür. Məlik Aram atasının vəfatından sonra, 1744-cü ildə Dizağın məliyi olur. Nadir şah Qırxlı-Avşara 6.000 tümən cərimə ödəyib, ətraf mahallara da başçılıq etməyə başlamışdır. Məlik Aram 1746-cı ildə vəfat etmişdir. == Ailəsi == Məlik Aram Gövhər xanımla ailə qurmuşdu. Bağır bəy, Bəxtiyar bəy, Avaq bəy, Vaxtanq bəy və Avanes bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məlik Yeqan və onun törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh.23–34.
Məlik Ağamalov
Məlik Arif oğlu Ağamalov — Qərbi Avropa ənənələri altında, Barokko üslubunda, əsasən natürmort janrında işləyən rəssam, Azərbaycanın əməkdar rəssamı (2015). == Həyatı == 1962-ci ildə Bakıda rəssam ailəsində anadan olub. Onun dünyagörüşünün formalaşması və, təbii, özünün şəxsiyyət kimi yetkinləşməsi Rəssamlar İttifaqının üzvü olan yaxın qohumları ilə sıx ünsiyyət şəraitində keçirdi. Orta məktəbi bitirdikdən sonra rəssam 1978-ci ildə Ə.Əzimadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə, daha sonra isə 1982-ci ildə o, ciddi seçmə imtahanlarından müvəffəqiyyətlə çıxıb Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq şöbəsinə professor Tahir Salahovun yaradıcılıq emaltxanasına qəbul olundu. Xarici ölkələrdə səfərlərdə olması onun yaradıcılığına bilavasitə təsir edir. Təşkil ounan bir çox sərgilərin iştirakçısı olur. 1997-ci ildə Məlik Ağamalov Azərbaycan Rəssamlar İttifaqına daxil olur və yenidən qrup sərgilərində iştirak etməyə başlayır. Muzeyimizdə rəssamın “Mantis” (kətan, yağlı boya), “Oyun-3” (kətan, yağlı boya) adlı əsərləri nümayiş olunur. Məlik Ağamalov Azərbaycanın müasir sənətinin "intellektual qanadı"nın əsas fiqurlarından hesab olunur. O, əsərinin məhvər ideyasını məharətlə oynatmaqla, həcmli formalardan istifadə etməklə, materialın fakturasını dəyişməklə, bəzən latın sözlərinin qrafik təsvirini verməklə sanki ara qarışdırır, fitnə-fəsada əl atır, heyrətləndirir, lakin heç vaxt zövqün kövrək sərhədlərini aşmır.
Məlik Dadaşov
Məlik Yusif oğlu Dadaşov (7 iyun 1924, Bakı, Azərbaycan SSR – 2 dekabr 1996, Bakı) — Azərbaycan teatr və kino aktyoru. Azərbaycan SSR xalq artisti (1974), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). Əsasən mənfi rolların ifaçısıdır. == Həyatı == Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunur. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.
Məlik Dinar
Məlik Dinar (v. 1195) — Kirman əmiri. Oğuz türklərindən idi. == Sərəxs hakimi == 1153-cü ildə Sərəxs hakimi olaraq siyasi və hərbi həyatına başlamışdı. 1179-cu ilədək hakimiyyəti əlində saxlayan Məlik Dinar həmin il Qarakitayların vassalı və Xarəzmşahlığa iddiaçı olan Sultanşahın ordusu tərəfindən mühasirəyə alındı. Məlik Dinar ölümdən qurtulmaq üçün şəhəri Nişapur əmiri Əbu Bəkr Toğanşaha təslim etdi. 1180-ci ildə Toğanşahın sərkərdəsi Qaraquş şəhəri Sultanşaha təslim etməli oldu. == Kirman hakimi == 1185-ci ildə Toğanşahın ölümündən sonra Məlik Dinar da Kirmandakı oğuzlara qoşulmaq üçün yola düşdü. 1186-cı ildə Kirmanı asanlıqla ələ keçirərək Səlcuq sülaləsinə son qoydu və hakimiyyətini tezliklə gücləndirdi. İqtisadiyyatı dirçəltdi, həmçinin Hörmüzü özündən asılı hala saldı.
Məlik Mansurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyatı == Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Məlik Məhərrəmov
Məlik Məhərrəmov (tam adı: Məhərrəmov Məlik Məlik oğlu; 29 avqust 1920, Bıçaqçı, Zərdab rayonu – 16 iyul 2004, Bakı) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Məlik Məhərrəmov 1920-ci il avqustun 20-də Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuşdur. İkinci dünya müharibəsində Dnepr çayı ətrafında gedən döyüşlərdə göstərdiyi rəşadətə görə onun özünə və 17 nəfər döyüşçüsünə Sovet İttifaqı qəhrəmanı adı verilmişdir. 1946-cı ildən Azərbaycan SSR hərbi komissarı Hizinskogo rayon idi və 1950-ci ildə Karachuhure (Bakı keçmiş Kagshanovsky rayonu) hərbi komissarı idi. 1954-cü ildə, o, MV adına Hərbi Akademiyasını bitirmişdir Frunze. Sonra 68-ci Piyada Alayı, Zaqafqaziya hərbi dairəsinin 216th atıcı diviziyasının qərargah rəisi vəzifəsində çalışıb. 1956–58 ci illərdə Azərbaycan Ağdaş rayonunun hərbi komissarı idi. yanvar 1958-ci ildən mart 1961-ci illərdə SM adına Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq hərbi şöbəsinin müdiri olmuşdur Kirov. Illər 1961–65-ci illərdə — il 1965–73 illərdə Azərbaycan SSR və Bakının Nərimanov rayon hərbi komissarı Sabirabad və Kürdəmir rayonlarında — Azərbaycan Dövlət Universitetinin hərbi şöbəsinin müdiri. 1973-cü ildən polkovnik MM Mageramov -.
Məlik Mənsurov
Malik Məmməd oğlu Mansurov (12 oktyabr 1961, Sumqayıt) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının xalq artisti (2020). == Həyatı == Malik Məmməd oğlu Mansurov 12 oktyabr 1961-ci ildə Sumqayıtda anadan olub. Əslən Qazax rayonundandır, atasının işi ilə əlaqədar Azərbaycanın bir çox rayonlarında yaşayıb. Konservatoriyada təhsil alıb (1981–1986). 1986-cı ildə Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində tar müəllimi işləyib. 2002-ci ildən Konservatoriyada tar sənətinin sirlərini öyrədir. 1989-cu ildən Alim Qasımovu müşayiət edib.
Məlik Orucov
Məlik Həsən oğlu Orucov - tarix elmləri doktoru, professor == Həyatı == Məlik Orucov 1905-ci ildə anadan olmuşdur. O, 1917-1941-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hərbi kafedrasının rəisi vəzifəsində çalışmış, 1941-1946-cı illərdə II Dünya müharibəsində iştirak etmişdir Məlik Orucov 1946-1948 və 1960-1966-cı illərdə Tarix fakültəsinin dekanı olmuş 1948-1951-ci illərdə BDU-nun prorektoru, 1960-1966-cı illərdə Ümumi tarix kafedrasının müdiri vəzifələrində çalışmışdır. Məlik Orucov 1954-cü ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, Bakı Dövlət Universitetinin professoru olmuşdur. Məlik Orucov 4 monoqrafiyanın və “Yeni tarix” dərsliyinin müəllifi olmuşdur. Məlik Orucov 14 dəfə Dövlət mükafatı, orden və medallarla təltif olunmuşdur.
Məlik Yeqan
Məlik Yeqan (Tuğ – 1744, Tuğ) — dövlət xadimi, Dizaq mahalının məliki, Məlikyeqanovların, Məlik-Aslanovların və Məlikabbasovların ulu babası. == Həyatı == Məlik Yeqan Luka oğlu Qarabağ bəylərbəyliyinin Loru qəzasının Artu kəndində anadan olmuşdu. Bəzi tarixçilərə, xronistlərə görə Məlik Yeqanın doğum yeri fərqlidir. Bir çox tarixçilərin tanıqlığına görə Məlik Yeqan Dizaq mahalına Gəncə-Qarabağ bəylərbəyliyinin Loru nahiyəsindən gəlmişdir. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği yazır: "Bu mahalların biri—Dizaqdır. Məlikləri Məlik Yeqan adlanır. O, Loridən qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır". Məlik Yeqan 1717-ci ildə Tuğ kəndinə köçmüşdü. Tarixçi Mirzə Yusif Qarabaği isə Məlik Yeqanın Rumdan gəldiyini qeyd edir. Məlik Yeqan öncə Tuğ kəndinin kovxası olmuşdu.
Məlik Ziyaəddin
Məlik Zülfüqarov
Məlik qazi
Məlik qazi — Danişməndli bəyliyinin üçüncü hökümdarı. Onun dövründə Danişməndli bəyliyi Anadolunun ən böyük dövləti idi. Məlik qazinin ölümündən sonra bəylik yavaş-yavaş öz gücünü itirməyə başladı.
Məlik İsay
Məlik İsay (1720-1781) — Dizaq Məlikliyinin bilinən 3-cü məliyi, Məlik Yeqanın ikinci oğlu. Qafqaz Albaniyası dövlətinin qurucuları olan qafqaz mənşəli alban. Məlik İsay 1745-ci ildə qardaşı Məlik Aramın ölümündən sonra məliklik vəzifəsinə keçmişdir. Məlikliyi dövründə Qarabağ xanı İbrahimxəlil xan ilə çəkişməyə girir və 1781-ci ildə öldürülür. Onu Dizaq Məlikliyinin son xristyan məliyi hesab etmək olar. Məlik İsaydan sonra Məlikyeqanovlar sülaləsinin böyük bir hissəsi islamlaşır, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında nəslin iki böyük nümayəndəsi Xudadat bəy Məlik-Aslanov və Cavad bəy Məlik-Yeqanov iştirak edirlər. Nəslin digər hissəsi ilə xristiyan dinində qalaraq sonradan erməniləşirlər.
Məlik Əşrəf
Məlik Əşrəf Əmir Dəmirdaş oğlu Sulduz -(1344-1356), Elxanlı dövlətinin əmiri, Azərbaycanın hakimi == Həyatı == O, son nəticədə feodal ara müharibələrində qalib gəlir və Süleyman xanı ölkədən qaçmağa məcbur edir. Məlik Əşrəf 1344-cü ilin II rübündə Elxanlı şahzadəsi Ənuşirəvanı taxta çıxarıb ona Adil ləqəbi verir və Elxanlılar dövlətini 1355-ci ilə qədər onun adından idarə edir.Lakin o da qardaşı Şeyx Həsən (Kiçik) Sulduz kimi müstəqil Çobanlılar dövləti təsis edə bilmir. Hafiz Əbru dəfələrlə Məlik Əşrəfdən bəhs etmişdir. Müəllif yazır ki, Məlik Əşrəf h. 749 (1348)-ci ildə Azərbaycan Qarabağında idi. Böyük əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan Qarabağına Məlik Əşrəfin yanına gəldi. Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu. Məlik Əşrəf rəqibləri Əmir Surğan Sulduz və Yağı Baqdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə aldı.
Qənati-Məlik
Qənati-Məlik (Kirman) — İranın Rabor şəhristanında kənd. Qənati-Məlik (Fars) — İranda kənd.
Ramiz Məlik
Ramiz Məlik (tam adı: Ramiz Ağarza oğlu Məlikov; 4 avqust 1943, Bakı – 14 dekabr 2023, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1998), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul oluna bilmir. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb. Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s.
Tahir Məlik
Tahir Məlik (əsl adı Habilov Tahir Əbduməlikoviç) — tanınmış özbək yazıçısı. Özbək ədəbi fantastikasının yaradıcılarından biri, maarif xadimi. "Dostluq" ordeni və "Özbəkistan xalq yazıçısı" fəxri adının sahibi. == Tərcümeyi-halı == 1946-cı ilin 27 dekabrında Daşkənd şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Daşkənd Dövlət Universiteti (indiki Özbəkistan Milli Universiteti)nin jurnalistika fakültəsində təhsil almışdır. 1966-cı ildən etibarən Özbəkistan radiosunda, qəzet və jurnallarda, Özbəkistan yazıçılar ittifaqında, nəşriyyatlarda fəaliyyət göstərmişdir. İlk hekayəsi 1960-cı ildə Gulxan jurnalında çap olunmuşdur. == Fəaliyyəti == Tahir Məlik ona yaxın radiopyes, film ssenariləri müəllifidir. Bədii tərcümə sahəsində də xidmət göstərmişdir. Tohir Malik 1966-cı ildən etibarən mətbuat sahəsində işləmişdir.
Tuğay Məlik
Tuğay Məlik — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Azərbaycanın bir çox bölgələrində müxtəlif vaxtlarda uşaq və gənclər arasında tez-tez oynanılan "Tuğay Məlik" oyunu da çox maraqlıdır. "Tuğay Məlik" mahnısını vaxtilə toy gecəsi, gəlin gərdəyinin qabağında da oxuyarmışlar: == Oyunun qaydaları == Qaydaya görə, bu oyunda da iştirakçılar iki dəstəyə bölünər, 5–10 (bəzən 20–30 nəfər) nəfərdən ibarət olan dəstələr sıra ilə qarşı-qarşıya durardı. Birinci dəstə qaval və əl çala-çala rəqs edər, oxuya-oxuya o biri dəstəyə yaxınlaşardı. Oyunda böyük bir canlanma, şux əhvali-ruhiyyə yaranardı: Birinci dəstə şeri oxuyub geri qayıdardı. İkinci dəstə "öz" şerini oxuya-oxuya birinci dəstəyə tərəf yaxınlaşar və cavab olaraq oxuyardı: Oyun beləcə davam edərdi. Ənənəyə görə, cavab sözü tapmayan dəstənin bir üzvü o biri dəstəyə, yəni qalib dəstəyə keçərdi. Üzvünü itirmiş məğlub dəstə "Ay zəri" adlı mahnı ifa edərdi: Oyunun sonunda iştirakçılarını itirmiş dəstə oyunu uduzmuş sayılırdı. Onun son iştirakçısı qalib dəstədən xahiş edərdi: Qalib dəstə bir nəfəri geri qaytarardı. Bu iki iştirakçı yuxarıdakı bəndi təkrar edərdi.
Xosrov Məlik
Xosrov Məlik (XII əsr – 1191, Qövr) – Qəznəvilərin sonuncu sultanı idi. Sultan Səncərin Oğuzlar tərəfindən əsir edilməsini fürsət bilən Qurilər Qəznəviləri məğlub etməyə davam etdilər və Qəznə şəhərini ələ keçirdilər. 1186-cı ildə Qurilərin sultanı Şəhabüddin Məhəmmədə əsir düşdü və 5 il sonra əsirlikdə vəfat etdi. Qəznəvilər dövləti dağıldı.
Şah Məlik
Şah Məlik (d.?, Oğuz Yabquluğu - ö. 1042, Mekran, Bəlucistan) — Otrar və Cənd oğuzları yabquluğunun rəhbəri, Xarəzmşahlar dövlətinin valisi və daha sonra da hökmdarı (1041-1042). 1042-ci ildə Çağrı bəy tərəfindən öldürüldü. Sonradan Böyük Səlcuqlu imperiyasının imperatoru Toğrulun həyat yoldaşı olacaq Altuncan Xatunun ilk həyat yoldaşı olmuşdur. == Həyatı == Şah Məlik Yabqu titulunu daşımaqda idi. 1034-cü ildə Yabquların düşməni olan səlcuqlular Qəznə valisi Harunun dəvəti ilə Xarəzmə girdilər. === Xarəzm valiliyi və şahlığı === Qəznəvilərin türk kölə komandanı və Xarəzm valisi Altuntaş 15 illik valiliyi dövründə Qəznəvi Mahmud ilə Məsuda bağlı qalmışdı. Xarəzm əyalətinin sərhədlərini şimaldan gələn Oğuz və Qıpçak hücumlarına qarşı uğurlu formada müdafiə etmişdir. Buxara yaxınlığında Debusiye adı verilən mövqedəki döyüşdə ağır yaralanan Altuntaşın qısa müddət sonra ölümündən sonra Altuntaşın oğlu Harun Xarəzmdə onun yerinə de-fakto canişin olaraq keçdi. Harundan şübhələnən Məsud onu sadəcə canişin olaraq təyin etdiyi oğlunun müavini olaraq təyin etdi və tanıdı.
Əl-Məlik
Əl-Məlik (ər. الملك) — Allahın adlarından biri. De: "Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. (Ali-İmran Surəsi, 26) Bu an olduğunuz yerdən ətrafınıza baxdığınızda gördüyünüz hər şeyin sahibi vardır. Oturduğunuz kreslo atomlardan meydana gəlib. Bu atomların hər birinin Yaradıcısı Allahdır. Saxsıda açan çiçək, Rəbbimizin ona təmin etdiyi imkanlarla (günəş, su vs.) ilə böyüyür.
Hacı Məhəmmədkazım Məlikəttüccar
Hacı Məhəmmədkazım Ağa Məhəmmədmehdi oğlu Məlikəttüccar (1850–1948)—tacirbaşı, Məşrutə hərəkatının üzvü. == Həyatı == Hacı Məhəmmədkazım Ağa Məhəmmədmehdi oğlu Məlikəttüccar 1850-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi. Atasından sonra ticarət əncüməninə başçılıq etmişdi. Tehranda yaşayırdı. Nasirəddin şah Qacarın yaxını idi. Şahın ticari işlərinə başçılıq edirdi. Onun işlərindən Astara - Ərdəbil yolunun yaradılmasına işarə etmək olar.O, Şahi bankın müxaliflərindən və Rusiya səfirliyinin dostlar və dilerlərin idir. Kolonel Kasakofski kitabında Məlikəttüccar barəsində yazır:"Hacı Məlikəttüccar, bütün Azərbaycan və Tehranın tacirlərinin başçısıdır və özüdə Azərbaycanlıdır". Hacı Məhəmmədkazım ağa Məşrutə hərəkatına qoşulmuşdu.
Hurilər (Məlikan)
Hurilər (fars. حوري لر‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 265 nəfər yaşayır (69 ailə).
Hüseynabad (Məlikan)
Hüseynabad (fars. حسين اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.918 nəfər yaşayır (447 ailə).
Hənifə Abayeva-Məlikova
Hənifə Məlikova-Abayeva (5 may 1856, Nalçik – 2 may 1929, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı. == Həyatı == Hənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olmuşdur. 1872-ci ildə Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsilini bitirib. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. == Hənifə Məlikova-Abayeva Maarifçilik fəaliyyəti == Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olmuşdur. Hənifə xanım 1875–1877-ci illərdə Həsən bəylə birlikdə Əkinçi qəzetinin nəşrində yaxından iştirak edib. O, bu haqda xatirələrində yazırdı: Hənifə Məlikova Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açıb, insanlara elm, savad öyrədib. Məlikovlar həmin vaxtlar yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə məruz qalırdılar. Hənifə Məlikova 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayıb.
Hənifə Məlikova
Hənifə Məlikova-Abayeva (5 may 1856, Nalçik – 2 may 1929, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı. == Həyatı == Hənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olmuşdur. 1872-ci ildə Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsilini bitirib. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. == Hənifə Məlikova-Abayeva Maarifçilik fəaliyyəti == Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olmuşdur. Hənifə xanım 1875–1877-ci illərdə Həsən bəylə birlikdə Əkinçi qəzetinin nəşrində yaxından iştirak edib. O, bu haqda xatirələrində yazırdı: Hənifə Məlikova Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açıb, insanlara elm, savad öyrədib. Məlikovlar həmin vaxtlar yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə məruz qalırdılar. Hənifə Məlikova 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayıb.
Həpikbulaq (Məlikan)
Həpikbulaq (fars. هپيك بلاغي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (64 ailə).
Həsənabad (Məlikan)
Həsənabad (fars. حسن اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 974 nəfər yaşayır (239 ailə).
II Məlikşah
Muizzəddin Məlikşah yaxud II Məlikşah (təq. 1099 və ya 1100 – 1105, Bağdad) — Böyük Səlcuq sultanı. Börkiyaruqun oğludur. Atası Börkiyaruq 1104-ci ildə öldükdən sonra uşaq yaşlarında sultan elan edilsə də əmisi Məhəmməd Təpər tərəfindən taxtdan salındı.Doğum tarixi və ölüm tarixin nəzərə alsaq 5 il ömür sürüb. == Həyatı == Tarixci Əbu Fədaya görə atası ölümündən 1 ay əvvəl Məlikşahı öz vəliəhdi elan etmişdi. Börkiyaruq bunu digər saray əyanlarına da bildirərək onlardan Məlikşaha beyət almışdı. Sultan Börkiyaruq 1105-ci ildə öldükdən sonra oğlu Muizzəddin Məlikşah 4 yaşında ikən Böyük Səlcuq İmperiyasın taxtına oturdu. Qanuni hökmdar II Məlikşah olsa da hakimiyyət əmisi Məhəmməd Təpər tərəfindən idarə edilirdi. Məhəmməd təpər II Məlikşahı 1 il keçməmiş taxtdan endirdi. Həmdullah Qəzvini yazır ki, Məhəmməd Təpər hakimiyyətdən endirdiyi qardaşı oğlunu həbs etdirdi.
I Məlikşah
I Məlikşah (tam adı: Sultan Cəlalüddövlə vəd-din Muizzuddin Əbul-Fəth Məlikşah; d. 1055 — v. 1092) — Böyük Səlcuqlu dövlətinin sultanı (1072–1092). == Həyatı == Məlikşah 1055-ci ildə Bəlxdə anadan olub. Atası Alp Arslan Məlikşahın qabiliyyətli bir uşaq olduğunu gördüyünə görə onunla daha yaxından maraqlanmağa başlayıb. Məlikşahın vəliəhd təyin edilməsində şübhəsiz ki, anasının Qaraxani xanədanına mənsub bir xanzadə olması da mühüm rol oynamışdır. Elə bu səbəbdən Alp Arslan 1072-ci ildə Məlikşahı öz vəliəhdi təyin edib. Beləliklə 1072-ci ildə Alp Arslanın ölümündən sonra Məlikşah hökmdar olub. Məlikşah taxta çıxdıqdan sonra Qəznəvilər və Qaraxanlılar Səlcuq dövlətinin torpaqlarına hücum etdilər. Başqa bir tərəfdən əmisi Kavurd bəy Səlcuq taxtının həm də onun haqqı olduğu iddiasıyla Məlikşaha qarşı üsyan qaldırdı.
Köhnə Yürgəkli (Məlikan)
Köhnə Yürgəkli (fars. يولقنلوي قديم‎) və ya Yolqunlu-i Qədim, Köhnəkənd— İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 578 nəfər yaşayır (156 ailə).
Kürəbulaq (Məlikan)
Kürəbulaq (fars. كوره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (59 ailə).
Leylidağı (Məlikan)
Leylidağı (fars. ليلي داغي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 60 nəfər yaşayır (12 ailə).
Lütfabad (Məlikan)
Lütfabad (fars. لطف اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 289 nəfər yaşayır (63 ailə).
Lütfəli Məlikaslanov
Ləklər (Məlikan)
Ləklər (fars. لكلر‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 543 nəfər yaşayır (136 ailə).
Mahmud Məlikov
Meydancıq (Məlikan)
Meydancıq (fars. ميدانجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.993 nəfər yaşayır (482 ailə).
Mirzə Cavad Məliki-Təbrizi
Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin
Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin (15 avqust 1860, İsfahan – 28 noyabr 1908, Tehran) – İranın görkəmli ictimai xadimi, cəsur inqilabçı, yazıçı və mütəfəkkiri idi. == Həyatı == Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin 1908-ci ildə İrandakı əksinqilabi çevriliş zamanı Məhəmmədəli şahın əmri ilə vəhşicəsinə öldürülmüşdür.
Mirzəbala Məlikov
Mirzəbala Məlikov — Azərbaycan aktyoru. == Həyatı == Mirzəbala Məlikov 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti və aktyor olaraq fəaliyyətə başlamışdır. 30-a qədər filmdə müxtəlif mövqelərdə fəaliyyət göstərmişdir. == Filmoqrafiya == Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) - rol: Şirəli Arşın mal alan (film, 1965) Asif, Vasif, Ağasif (film, 1983) Bakıda küləklər əsir (film, 1974) Bizim Cəbiş müəllim (film, 1969) Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax) Əlavə iz (film, 1981) Ən vacib müsahibə (film, 1971) Həyat bizi sınayır (film, 1972) İşarəni dənizdən gözləyin (film, 1986) İşgüzar səfər (film, 1982) Qatır Məmməd (film, 1974) Qoca palıdın nağılı (film, 1984) O qızı tapın (film, 1970) Ölsəm... bağışla (film, 1989) Özgə ömür (film, 1987) Şərikli çörək (film, 1969) Torpaq. Dəniz. Od. Səma (film, 1967) Ulduz (film, 1964) Uşaqlığın son gecəsi (film, 1968) Var olun, qızlar... (film, 1972) Yaşamaq gözəldir, qardaşım! (film, 1966) Yeddi oğul istərəm...
Mixail Loris-Məlikov
Mixail Tarıyeloviç Loris-Məlikov (erm. Միքայել Տարիելի Լոռիս-Մելիքով, Միքայել Լոռու Մելիքյան, rus. граф Михаил Тариелович Лорис-Меликов; 21 oktyabr (2 noyabr) 1824, Tiflis, Gürcüstan quberniyası – 24 dekabr 1888, Nitsa) — 20 yanvar 1879-cu ildən 7 aprel 1879-cu ilədək Həştərxan quberniyasının general-qubernatoru, 6 avqust 1880-ci ildən 4 may 1881-ci ilədək Rusiyanın daxili işlər naziri, Rusiya hərbçisi. == Həyatı == Mixail Tarıyeloviç Loris-Məlikov 5 noyabr 1824-cü ildə Rusiya imperiyasının Tiflis şəhərində doğulmuşdu. O, vaxtı ikən Rusiya çarının etimadını qazanmağı bacarıb. Uzun illər Krım, Qafqaz, Türkiyə müharibələrində çox aktiv döyüşüb, xüsusilə, Qafqaza könüllü surətdə can atıb. O, döyüşlərdə fəallığına görə imperator tərəfindən dövlət mükafatlarına layiq görülüb. 1854-cü ildə Krım müharibəsi dövründə Qafqazın Türkiyə sərhəddində erməni, gürcü, kürd millətindən olan dəstə yaratmağa nail olur. Türklərin qanına susayan erməni qraf M. Loris-Məlikov 1877–1878-ci illərdə Rus-Türk müharibəsində təcavüzkar fəaliyyəti ilə xüsusi seçilir. Qarsı alandan sonra 17 min türk əsir götürülür.
Molla Səfərəli bəy Məlikhaykazov
Molla Səfərəli bəy Məlikhaykazov (1803, Xanyurdu – 1876, Xanyurdu) — azərbaycanlı din xadimi və şair. == Həyatı == Molla Səfərəli bəy Qarabağ xanlığının bəy ailələrindən biri olan Məlikhaykazovlar ailəsinə mənsubdur. 1803-cü ildə Qarabağ xanlığının Çiləbörd mahalının Xanyurdu məntəqəsində dünyaya gəlmişdir. Atası Ağacan bəy mülkədar olmuşdur. İbtidai təhsilini atasından almışdır. Bundan sonra Şuşadaki Beyt-ül Ədəb mədrəsəsində təhsilinə davam etmiş, sonda molla titulunu almışdır. Buradan Nəcəfə yollanmış, burada dini və dünyəvi elmlər üzrə təhsil almışdır. Din işlərlə yanaşı, Molla Səfərəli bəy Azərbaycan türkcəsində və farsca lirik şeirlər yazmışdır. Şeirlərinin əsas mövzusu əxlaq üzrə olmaqla, çox az bir hissəsi günümüzə qədər gəlib çıxmışdır. 1876-cı ildə vəfat etmişdir.
Mollasərab (Məlikan)
Mollasərab (fars. ملاسراب‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 912 nəfər yaşayır (195 ailə).
Mübarəkabad (Məlikan)
Mübarəkabad (fars. مبارك اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3.661 nəfər yaşayır (889 ailə).
Məcidabad (Məlikan)
Məcidabad (fars. مجيداباد‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 543 nəfər yaşayır (136 ailə).

Digər lüğətlərdə