Neyrocərahiyyə
Neyrocərrahiyyə (ing. Neurosurgery) — Neyrocərrahiyyə və ya nevroloji cərrahiyyə, ümumi dildə beyin cərrahiyyəsi kimi tanınan, beyin, onurğa beyni, mərkəzi və periferik sinir də daxil olmaqla sinir sisteminin hər hansı bir hissəsini təsir edən xəstəlilkərin qarşısının alınması, diaqnostikası, cərrahi müalicəsi və reabilitasiyası ilə məşğul olan tibbi ixtisasdır.
Müxtəlif ölkələrdə fərdin qanuni olaraq neyrocərrahiyyə ilə məşğul olması üçün müxtəlif tələblər var . Əksər ölkələrdə neyrocərrah təhsili üçün tibb fakültəsini bitirdikdən sonra minimum yeddi il müddətinə ehtiyac duyur
Ağrıları aradan qaldırmaq üçün baş üzərində əvvəlcədən düşünülmüş əməliyyatlar min illərdir mövcuddur, lakin neyrocərrahiyyədə nəzərəçarpacaq irəliləyişlər yalnız son yüz ildə baş verib.
Görünür, İnkalar Avropanın müstəmləkəçiliyindən əvvəl trepanasiya kimi tanınan proseduru tətbiq ediblər. 936-cı ildən 1013-cü ilə qədər Əl-Əndəlusda orta əsrlərdə Əl-Zəhravi baş xəsarətləri, kəllə sınıqları, onurğa zədələri, hidrosefaliya, subdural efüzyonun cərrahi müalicəsini həyata keçirib. . Hua Tuo mafeisan adlı ilk ümumi anesteziya yaratdı. o bunu beyində cərrahi əməliyyatlarda istifadə etdi.
Neyrocərrahlar aşağıdakı tibbi problemlərlə məşğul olur:
Onurğa sütunu xəstəlikləri,
Fəqərə arası disk yırtqları, degenerativ xəstəliklər,
skalioz, fəqərələrin patoloji sınıqları,
Baş beyin şişləri,
İntraserebral və ekstraserebral şişlərin mikrocərrahiyyəsi,
Hipofiz adenomaların endoskopik cərrahiyyəsi,
Onurğa beyin şişləri,
İntramedulyar və ekstramedulyar şişlərin mikrocərrahiyyəsi,
Uşaq neyrocərrahiyyəsi,
İnkişaf qüsurları, anadangəlmə baş və onurğa beyin yırtıqları,
hidrosefaliyalar, kraniostenozlar, uşaqlarda rast gəlinən şişlər,
Bas və onurğa sütunun travmaları,
İntraserebral, Epidural, Subdural hematomalar,
basılmiş sınıqlar, kəllə sümüyünün defektləri,
Fəqərələrin sınıqları və s.
Nevrologiyada həkim-nevropatoloqlar tərəfindən müalicəsi mümkün olmayan, cərrahi müdaxilələrlə sağaldılan bir sıra xəstəliklər
Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə Kafedrasında Neyrocərrahiyyə üzrə müxtəlif dərəcəli elmi dissertasiyalar müdafiə etmiş professorlar, tibb elmləri namizədləri, tibb üzrə fəlsəfə doktorları həm kafedranın nəzdində, həm də müxtəlif klinikalarda fəaliyyət göstərirlər.