NİZAMÇI
NİZAMLA
OBASTAN VİKİ
Nizami Hacıyev
Hacıyev Nizami Oqtay oğlu (8 fevral 1988, Bakı) — azərbaycanlı keçmiş futbolçu. == Klub karyerası == Karyerası boyu İnter Bakı, Olimpik Şüvəlan, Xəzər Lənkəran və MOİK kimi klublarda oynayıb. Ən çox formasını geyindiyi komanda Keşlədir. 2017-ci ildə AFFA intizam komitəsinin qərarı ilə danışılmış oyunlarda təqsirkar bilinən Hacıyev ömürlük futboldan uzaqlaşdırılıb. == Milli komanda karyerası == Aşağı yaş qrupları üzrə millilərdə çıxış edən futbolçu ilk dəfə əsas komandaya 2010-cu ildə dəvət alıb. Millidə yeganə qolunu 27 fevral 2012-ci ildə Hindistana qarşı yoldaşlıq görüşündə vurub.
Nizami Hüseynov
Nizami Həmzəyev
Nizami İbrahim oğlu Həmzəyev (12 sentyabr 1943, Naxçıvan – 22 iyul 2021, Naxçıvan) — Azərbaycan teatr aktyoru və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri (1996–2004), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1999). == Həyatı == Nizami Həmzəyev 12 sentyabr 1943-cü ildə Naxçıvanda anadan olub. Valideynləri Zəroş və İbrahim Həmzəyevlərdir. Səhnəyə ilk dəfə 3 yaşında çıxmışdır. 9 yaşından başlayaraq teatrın tamaşalarında sözlü rollar oynayıb. Naxçıvandakı 2 saylı orta məktəbi bitirmişdir. 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyor truppasında çalışıb. Şəhər pionerlər evində, Naxçıvan Mədəniyyət sarayında işləyib, Pedoqoji İnstitutda, Culfa Musiqi Məktəbində dərs deyib. Bir müddət Naxçıvan teatrında direktor işləyib.
Nizami Mehdiyev
Nizami Mehdiyev — fizika-riyaziyyat elmləri doktoru, professor (2001). == Həyatı == Mehdiyev Nizami Mikayil oğlu 14 dekabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının qədim Ordubad şəhərində anadan olmuşdur. 1966-cı ildə M. Sidqi adına Ordubad şəhər orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin "Fizika" fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Universiteti "Yarımkeçiricilər fizikası" ixtisası üzrə bitirərək, fakültə elmi şurasının zəmanəti ilə həmin il Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. Aspirantlıq müddətində o, Bakı Dövlət Universitetində professor Axundov Qüdrət Əli oğlunun rəhbərliyi altında laylı quruluşa malik A3B6 yarımkeçirici birləşmələrdə çeviricilik və elektrolüminessensiya hadisələrini tədqiq edərək 1975-ci ildə "Laylı kristallarda elektrolüminessensiya və çeviricilik hadisəsi" adlı namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Nizami müəllim 1977-ci ildə Rusiya Elmlər Akademiyasının İoffe adına Fizika və Texnika İnstitutuna ezam olunmuş, orada hazırda "Nobel" mükafatı laureatı J. İ. Alferovun rəhbərlik etdiyi "Heterokeçidlər" laboratoriyasında və N. A. Qorinovanın rəhbərlik etdiyi "Yarımkeçiricilərin texnologiyası" laboratoriyasında tədqiqatlar aparmış, doktorantura keçmişdir. 1991-ci ildə "Anizotrop selenidlərdə generasiya və rekombinasiya prosesləri" adlı doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almış və 2001-ci ildə professor adına layiq görülmüşdür. Nizami Mehdiyev 1975–1997-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmış, eləcə də Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. 1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası "Fizika" kafedrasının professoru seçilmişdir. Hal-hazırda həmin vəzifədə işləyərək tələbələrə "Ümumi fizika kursu" üzrə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparır.
Nizami Muradoğlu
Nizami Muradoğlu (tam adı: Məmmədov Nizami Murad oğlu; 2 aprel 1955, Ordubad rayonu – 24 oktyabr 2021, Bakı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra Hakimiyyətinin başçısı, AMEA Folklor İnstitutunun dosenti. == Həyatı == Məmmədov Nizami Murad oğlu 1955-ci il aprel ayının 2-də Naxçıvan MR-nın Ordubad rayonunun Əylis kəndində anadan olmuşdur. 1962–1972-ci illərdə Əylis kənd orta məktəbində oxumuşdur. 1972–1976-cı illərdə akademik Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix-ədəbiyyat fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. İnstitutu orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir. 1976–1977-ci illərdə hərbi xidmət keçmişdir. Ailəli, üç övlad sahibidir. 24 oktyabr 2021-ci ildə Bakı şəhərində koronovirus xəstəliyindən vəfat etmişdir. == Əmək fəaliyyəti == 1978–1986-cı illərdə Naxçıvan MR-da komsomol təşkilatlarında, 1987–1994-cü illərdə təhsil sahəsində çalışmışdır. 1994-cü ilin may ayından 1996-cı ilin noyabr ayınadək Naxçıvan Muxtar Respublikası Ordubad rayonu icra hakimiyyətində icra başçısının müavini, 1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.
Nizami
Nizami Gəncəvi (fars. نظامی گنجوی‎, tam adı: Əbu İlyas ibn Yusif; təq. 1141[…], Gəncə – 1209[…], Gəncə) — fars dilli poeziyasının klassiki, orta əsrlər Şərqinin ən böyük şairlərindən biri, fars dilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır. Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir. Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də Azərbaycan, Əfqanıstan, Gürcüstan, Hindistan, İran, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün Şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin "Xosrov və Şirin", "Leyli və Məcnun" və "İsgəndərnamə" kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır. Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən "Nizami ili" elan edilmişdir. == Tarixi-mədəni mühit == 1135/1136-cı ildən 1225-ci ilə kimi Azərbaycan (əsasən indiki Cənubi Azərbaycan ərazisini əhatə edirdi) və Arran əyalətləri səlcuq sultanlarının İraqi-Əcəmdəki Böyük atabəyləri kimi Eldənizlər sülaləsi tərəfindən idarə olunmuşdur.
Nizami Musayev
Nizami Musayev — aktyor, rejissor, ssenari müəllifi, trük quruluşçusu. 1992-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin rəisi. == Həyatı == Rejissor-aktyor Nizami Musayev 1981-ci ildən kinoda fəaliyyət göstərir. İdmançı olduğu üçün bir neçə filmin trüklərinə özü quruluş vermiş və trükləri özü həyata keçirmişdir. Nizami Musayev 1992-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyinin Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 1995-ci ildən axtarışda olan N. Musayev dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək, 2015-ci ildə həbs edilib. == Filmoqrafiya == Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — trüklərin quruluşu; kaskadyor; rol: oğru Araqarışdıran (film, 1987) Bəyin oğurlanması (film, 1985) Cin mikrorayonda (film, 1985) İşarəni dənizdən gözləyin (film, 1986) Qanlı zəmi (film, 1985) Qara gölün cəngavərləri (film, 1984) Qorxma, mən səninləyəm Lətifə (film, 1989) Ölsəm...
Nizami Mövlanov
Nizami Bəydəmir oğlu Mövlanov (16 oktyabr 1976, Utuq, Quba rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki; Vətən Müharibəsi Qəhrəmanı; Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzi rəisi. == Həyatı == Nizami Bəydəmir oğlu Mövlanov 16.10.1976-cı ildə Quba rayonunun Utuq kəndində anadan olub. Uşaq yaşlarından hərbçi olmağı arzulayan Nizami Mövlanov arzusuna çatmaq üçün 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Daha sonra 1994–1998-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) təhsil alıb. Ali hərbi təhsili başa vuran Nizami Mövlanov 1998-ci ildən Azərbaycan Ordusunun N saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başlayıb. O, 2014-cü ildə Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısının alınması zamanı yaralanıb. 1998–2015-ci illərdə müxtəlif hərbi hissələrdə fərqli vəzifələrdə xidmət edən zabit N. Mövlanov, 2015-ci ildən 2018-ci ilin aprelinə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) baş müəllim işləmişdir. 2019-cu ildən isə ön cəbhədə müdafiə məqsədli əməliyyatlarda N saylı hərbi hissənin qərargah rəisi olaraq xidmət edib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nizami Mövlanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə də təltif edilib.
Nizami Məmmədov
Nizami Məmmədov (milli qəhrəman) (d.12 yanvar 1958, Xankəndi - ö.29 mart 1992, Şuşa) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Nizami Məmmədov (jurnalist) (d.21 mart 1933, Bakı - ö.20 aprel 1974, Bakı) — jurnalist, filologiya elmləri namizədi Nizami Məmmədov (icra başçısı) — Ordubad rayonu İcra Hakimiyyətinin başçısı.
Nizami Məqbərəsi
Nizami məqbərəsi — Nizami Gəncəvinin anadan olduğu Gəncə şəhərinin yaxınlığında yerləşir. Tikili 20 m hündürlüyündə silindrik formada mərmər bina və ətrafındakı park ilə yeniləşmişdir. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən tuncdan abidə yerləşir. == Tarixi == === Qədim türbə === Nizaminin köhnə türbəsini tədqiq etmiş və iki fotosunu yayımlamış akademik V. Bartold, bu mövzuya həsr edilmiş məqaləsində qeyd edir ki, Abbasqulu ağa Bakıxanov da özünün "Gülüstani-İrəm" əsərində Nizaminin məzarı haqqında məlumat verir: Onun gözəl bəzədilmiş türbəsi indi Gəncə şəhəri yaxınlığında yerləşir. Qarabağlı Mirzə Adıgözəl bəy, rus ordusunun kapitanı, indi onun yenilənməsi ilə məşğuldur. Bu türbənin yaxınlığında 1826-cı ildə məşhur Yelizavetpol döyüşü baş vermişdir. Gürcüstan Dövlət İncəsənət Muzeyində Nizami türbəsinin 1903–1905-ci illərdə çəkilmiş akvael rəsmi saxlanılır. Rəsm Hüseyn xan Rzazadə tərəfindən naturadan çəkilmişdir. Rəsmə əsasən demək olar ki, türbə xaricdən günbəzlə tamamlanmış kub formasında olmuşdur. Binanın şimal hissəsində sadə lentlə əhatələnmiş oxvari tağlı giriş qapısı olmuşdur.
Nizami Novruzov
Nizami Osmanov
Nizami Paşayev
Nizami Paşayev (2 fevral 1981, Gədəbəy) — Azərbaycanı təmsil edən ağır atlet və məşqçi, Dünya və Avropa Çempionatlarının qalibi. == Karyerası == Karyerasının birinci illərində Nizami Paşayev gənclər arasında Avropa Çempionatlarında qızıl medallara sahib oldu. Nizami Paşayev 2000-ci ildə Azərbaycanı Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Nizami Paşayev ümumi nəticədə 356.5 (155.0+202.5) nəticə ilə olimpiadanı 12-ci pillədə başa vurdu. 2001-ci ilin aprelində Nizami Paşayev Trençin şəhərində Avropa Çempionatının qalibi oldu. Həmin ilin noyabrında Nizami Paşayev Antalya şəhərində Dünya Çempionatını gümüş medalla başa vurdu. 2002-ci ildə isə Nizami Paşayev Antalya şəhərində Avropa Çempionatının bürünc medalına sahib oldu, Polşanın Varşava şəhərində isə Dünya Çempionatının qalibi oldu. Azərbaycan Prezidenti Heydər Əliyevin 10.10.2002-ci il tarixli 797 nömrəli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Nizami Xanəli oğlu Paşayev "Tərəqqi" medalı ilə təltif edildi. 2004-cü ildə Nizami Paşayev Azərbaycanı Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Nizami Paşayev birdən qaldırma mərhələsində hər üç cəhdində ştanqın öhdəsindən gələ bilmədi və turniri nəticəsiz başa vurdu.
Nizami Qaraxani
Nizami Qaraxani - şair. == Həyatı == Nizami Qaraxani isə XVI əsrdə qurulan Səfəvilər dövlətində saray şairi olub. Çox istedadlı şair kimi tanınan Qaraxani çox gənc ikən – 24 yaşında vəfat edib.. Nizami Qaramanlı 1435-1440-cı illər arasında Türkiyənin Koniya vilayətinin Qaraman adlı məntəqəsində anadan olmuşdur. Onun atası Molla Vəliyəddin Konyanın məşhur müəllimlərindən olmuşdur. Nizami Qaramanlıya ilk təhsili də elə atası vermişdir. Atası oğlu üçün Konyadakı təhsili uyğun görməmiş və onu İrana göndərmişdir. İranın hansı vilayətinə getməsi barədə indiyədək əlimizdə məlumat yoxdur. Həmin vaxtda İran ərazisində Ağqoyunlu, Qaraqoyunlu və Teymurilər dövlətləri var idi. Onun bu dövlətlərdən hansının ərazisində tələbə olması məlum deyil, hətta İranda kimlərdən dərs alması da indiyədək məlum deyil.
Nizami Qocayev
Nizami Mehralı oğlu Qocayev — İsmayıllı rayon polis şöbəsinin rəisi (2016-cı ilə qədər) == Həyatı == Nizami Mehralı oğlu Qocayev 1955-ci ildə anadan olmuşdur. Nizami Qocayev vaxtilə DİN-in İstintaq İdarəsinin rəisi olub. O, 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edildi. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra dövlət başçısı tərəfindən əfv olundu. Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edildi. Nizami Mehralı oğlu Qocayev Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000-ci il 13 mart tarixli hökmü ilə məhkum edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 13 mart 2002-ci il tarixli 678 saylı fərmanı ilə Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Nizami Mehralı oğlu Qocayev cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir.. Hal-hazırda Gəncə şəhəri Ədliyyə Nazirliyi Regional İcra xidmətinin rəisidir.2016-cı ildən bu vəzifədə çalışır.
Nizami Quliyev
Nizami Yusif oğlu Quliyev (17 avqust 1956, Gədəbəy – 1 noyabr 2017, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırışlarının deputatı. == Həyatı == Nizami Quliyev 1956-cı il avqustun 17-də Gədəbəy şəhərində anadan olub. Gəncə Dövlət Pedaqoji İnstitutunda tarix üzrə ali təhsil alıb. Rus dilini bilir. 1 noyabr 2017-ci ildə vəfat etmişdir. Nizami Quliyev ailəli olmuşdur, üç övladı var. == Fəaliyyəti == 1996-cı il fevralın 4-də baş tutan parlament seçklərində 73 nömrəli Gədəbəy dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi olan Nizami Quliyev I çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Nizami Quliyev Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 73 saylı Gədəbəy dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi olan Nizami Quliyev II çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Nizami Quliyev Milli Məclisin Regional məsələlər Daimi Komissiyasının və Azərbaycan—Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Nizami Rəmzi
Nizami Rəmzi (tam adı: Nizami Rza oğlu Baxşıyev; 20 dekabr 1947, Bakı – 19 yanvar 1997, Bakı) — Azərbaycan meyxanaçısı və şairi. Nizami Rəmzi meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olmuşdur. O, 1990-cı illərdə televiziyada meyxananı ilk dəfə "Dalğa" verilişində səsləndirib. O, həm də meyxana janrında ilk video klip çəkdirmiş, ilk dəfə qadın müğənnilərlə musiqisi və sözləri özünə aid olan duetləri ifa etmişdir. Meyxananın caz ilə sintezini də Nizami Rəmzi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə lentə almış, Azərbaycanın xalq artisti Bilal Əliyev Nizami Rəmzi ilə birgə "Torpaqdan pay olmaz" adlı caz-meyxana oxumuş və bununla da caz-meyxana janrının təməlini qoymuşdu. == Həyatı == === Erkən illəri === Nizami Rəmzi 1947-ci il dekabrın 20-də Bakının Yasamal rayonunun Sovetski məhəlləsindən anadan olub. Ailədə dörd qardaş, bir bacı olublar. O, Bakıdakı 176, 158, və 159 saylı məktəblərdə orta təhsil almışdır. Atası Rza erkən vəfat etdikindən, o anası Böyükxanıma kömək etmək üçün, təhsilini yarımçıq qoyub, əmək fəaliyyətinə süd maşınında sürücü kimi başlamışdır. Sürücü işləməsinə baxmyaraq, o, bəzən axşamlar, boş vaxtlarında, toyda və məclislərdə öz bibisi oğlu və bir ayağı şikəst olmuş meyxanaçı Ağasəlim ilə meyxana deyirdi.
Nizami Sadıqov
Nizami Yəhya oğlu Sadıqov (12 aprel 1950, Ağdam rayonu) — Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı (2009–2014-cü illər). == Həyatı == 1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olmuşdur. 1957–1967-ci illərdə Ağdam İnternat məktəbində oxumuşdur.1967-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1969-cu ildə oranı bitirmişdir. 1969–1971-ci illərdə Moskvada Kantimirovski Tank Diviziyasında hərbi xidmətdə olmuşdur.Hərbidən kiçik leytenant kimi tərxis olunmuşdur. 1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnistutunun tarix fakültəsində oxumuşdur. 1980-cı ildən 1985-ci ilə kimi Moskva Polis Akademiyasında oxumuşdur. Əmək fəaliyyətinə 1971-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunda başlayıb. Belə ki, 1971-ci ildən 1974-cü ilə kimi Ağdam Kənd Təsərrüfatı Texnikumunda hərbi rəhbər vəzifəsində işləmişdir. 1974-cü ildən 1990-cı ilə qədər azadlıqdan məhrum olunma müəssisələrində inspektor, baş inspektor, müavin və rəis vəzifələrində işləmişdir. 1990-cı ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləmişdir.1992–2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi vəzifələrində işləmişdir.Qarabağ müharibəsi veteranıdır.
Nizami Salahov
Nizami Həsən oğlu Salahov (25 may 1945, Kirovabad – 10 iyun 2013, Gəncə) — Azərbaycanlı futbolçu. == Həyatı == Nizami Salahov 25 may 1945-ci ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarından futbola çox böyük maraqı olub. 15 yaşından yeniyetmələrdən ibarət Azərbaycan SSR yığma komandasının heyətində oynayan futbolçu daha sonra Gəncənin Kəpəz komandasının tərkibində fəaliyyətini davam etdirib. Komandada hücumçu olan Nizami Salahovun vurduğu qollar hesabına Kəpəz komandasını 1965-ci ildə SSRİ B Çempionatının qalibi edib. Daha sonra Neftçi komandasının tərkibində oynayıb. Nizami Salahov oynadığı dövrdə Dinamo Kirovabad (Gəncə) SSRİ birinciliyinin ikinci dəstəsinin qalibi olaraq yüksək liqaya vəsiqə qazanıb. Komanda bu naliyyətə Daşkənddə keçirilən həlledici matçda yiyələnib. 26 noyabr 1967-ci ildə reallaşan qızıl oyunda rəqib Şaxtyor Qarağandı klubu olub. Gərgin mübarizə şəraitində keçən görüş Dinamo Kirovabadın (Gəncə) 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Nizami Süleymanov
Nizami Süleymanov (25 noyabr 1945, Rəncbər, Qazıməmməd rayonu – 2 dekabr 2016, Bakı) — Azərbaycan alimi, Texnika elmləri doktoru, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü (1989). == Həyatı == Azərbaycanda keçirilən ilk demokratik seçkilər olan 1992-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində Azərbaycan Ziyalılarının Demokratik İttifaqından prezidentliyə namizəd olmuş və yekun nəticədə 1,017,217 seçicinin səsini qazanaraq 33,8% səslə II yeri tutmuşdur. Həmçinin 1998-il prezident seçkilərində 8%-dan artiq səs toplayaraq 3-cü yeri tutmuşdur 1 dekabr 2016-cı ildə vəfat edib. == Elmi fəaliyyəti == İlk dəfə olaraq standart volframlı poladları tamamilə əvəz edə bilən, yeni volframsız alət poladları işlənib hazırlanmışdır və bu elmi yeniliklər istehsalata tətbiq edilmişdir. Standart və yeni tip poladlarda legirlənmə və mikrolegirlənmə sisteminin işlənməsi nəticəsində onların tərkibində yüksək dispersliliyə malik olan struktur almağa imkan verən yeni termiki emal texnologiyası işlənib hazırlanmışdır. 1989-cu ildə maşınqayırma ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. == Əsərləri == 202 elmi əsərin müəllifidir. Bunlardan 181-i Azərbaycandan xaricdə çapdan çıxmışdır. 56 müəlliflik şəhadətnamələrinin və patentlərin müəllifidir. === Əsas elmi əsərləri === Poladların yaradılması və möhkəmləndirilməsində yeni istiqamətlər.
Nizami Səfərov
Nizami Səfərov (30 noyabr 1960, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı (2020), Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü. == Həyatı == Nizami Səfərov 1960-cı il noyabrın 30-da Bakı şəhərində doğulub. 1977–1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini "fərqlənmə" diplomu ilə bitirib. 1985–1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin aspiranturasını bitirərək, hüquq elmləri namizədi elmi dərəcəsini alıb. 2005–2007-ci illərdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq münasibətlər İnstitutunun (MGİMO – Universitet) doktoranturasını bitirərək, hüquq elmləri doktoru elmi dərəcəsini alıb. Ailəlidir. Nizami Səfərov müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquq kadrlarını təkmilləşdirmə institutunda prorektor, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı şöbəsinin rəisi, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Konstitusiya qanunvericiliyi şöbəsində müdir müavini vəzifələrində çalışıb. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq münasibətlər İnstitutunun (MGİMO – Universitet) dərc etdiyi "Moskva beynəlxalq hüququ jurnalının" (Московский журнал международного права" redaksiya hüyətinin üzvüdür. 2003-cü ildən hal-hazıradək Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq münasibətlər İnstitutunun (MGİMO – Universitet) və O. E. Kutafin adına Moskva Hüquq Universitetinin dəvət olunmuş professorudur və beynəlxalq hüquq fənni üzrə mühazirələrlə cıxış edir. Müxtəlif dövrlərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində beynəlxalq hüquq fənnini tədris edib.
Nizami Tağısoy
Nizami Tağı oğlu Məmmədov; d. 24 may 1950, Ucar rayonu, Yuxarı Şilyan) — ədəbiyyatşünas-tənqidçi, tərcüməşünas-tərcüməçi, türkoloq, filologiya elmləri doktoru, professor, əməkdar müəllim. == Həyatı == Nizami Tağısoy 24 may 1950-ci ildə Azərbaycan Respublikası Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuşdur. Orta təhsilini 1967-ci ildə doğma rayonda başa vurmuşdur. Hələ məktəb illərində divar qəzetində, sonralar rayon və respublika qəzetlərində kiçik şeirləri və məqalələri dərc olunmuşdur. 1968-1970-ci illərdə ordu sıralarında xidmət etmişdir. Əsgəri xidmətdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus di­li və Ədəbiyatı fakültəsinə daxil olmuş, 1975-ci ildə həmin fakültəni fərq­lənmə diplomu ilə bitirmişdir. Təyinatla Ucar rayonunda orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləmişdir. == Elmi-pedaqoji fəaliyyəti == Kənd məktəbində işləyə-işləyə təhsil aldığı Institutun aspiranturasına («rus-sovet ədəbiyyatı» ixtisası üzrə) imtahan verərək müsabiqə yolu ilə qəbul olunmuşdur. 1980-1984-cü illərdə aspiranturada təhsil ala-ala ədəbi əlaqələr problemi ilə məşğul olmuş, 1986-cı ildə «Səməd Vurğun pyeslərinin rus tərcümələri və səhnə təcəssümü» mövzusunda filologiya elmləri namizədi dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır.
Nizami Tağıyev
Nizami Təhməzov
Nizami İsa oğlu Təhməzov (19 oktyabr 1947, Dəmirçilər, Qubadlı rayonu – 20 yanvar 2018, Bakı) — general-mayor, Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının hərbi prokuroru (1993–1995). == Həyat və fəaliyyəti == Nizami İsa oğlu Təhməzov 19 oktyabr 1947-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. İlk ibtidai təhsilini ana yurdu Dəmirçilərdə, orta təhsilini isə qonşu Dondarlı kəndində almışdır. 1965–1969-cu illərdə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinatla Respublika prokurorluğuna göndərilir. Bir müddət Ağdam, Şahbuz, Kürdəmir, Neftçala, Lənkəran və Bakının Əzizbəyov rayon prokurorluğunda müstəntiq işləyir. Daha sonra Respublika Prokurorluğunda şöbə prokuroru vəzifəsinə irəli çəkilir. 1984-cü ildə Bakı şəhər prokurorluğunda mühüm işlər müstəntiqi vəzifəsinə təyin olunan Nizami Təhməzov həmin vəzifədə 1992-ci ilə kimi çalışmışdır. Nizami Təhməzov 25 avqust 1993-cü ildə H. Əliyevin fərmanı ilə Respublika Hərbi prokuroru təyin olunmuş və fəaliyyətin ilk vaxtlarında ona ədliyyə general-mayoru ali hərbi rütbəsi verilmişdir. Nizami Təhməzov 70 yaşında ürək çatışmazlığından dünyasını dəyişmişdir.
Nizami Vəliyev
Vəliyev Nizami Əhməd oğlu — tibb elmləri namizədi. Az. Tibb İnstitutunu bitirdikdən sonra Kazan səhərinə getmiş cərrahi ixtisasıni orada tamamlamışdır, tibb elmləri namizədidir(1991). Məlikov xəstəxanasının cərrahi söbəsinin yenidən qurulması onun adı ilə bağlıdır.1994-cü ildə Kazanli prof. Malkovla birgə Bakida ilk dəfə (12 xəstədə) laporoskopik xolesistektomiya əməliyyatı icra etmişdir. Az. Tibb Universitetinin 3-cü cərrahiyyə kafedrasınin müəllimidir.
Leyli və Məcnun (Nizami)
Leyli və Məcnun (fars. لیلی و مجنون‎) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan üçüncü poemadır. Əsər 1188-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Şirvanşah I Axsitana (1160–1197) ithaf etmişdir. Əsərin süjetinin əsasında sonradan "Məcnun" (dəli) adlandırılan gənc Qeys və gözəl Leylinin nakam eşqindən bəhs edən qədim "Leyli və Məcnun" dastanı dayanır. 4600 beytdən ibarət olan poema "Leyli və Məcnun" haqqında dastanın fars dilində yazılmış ən məşhur variantıdır. Nizami "Leyli və Məcnun" haqqında xalq dastanını yazılı ədəbiyyata gətirən ilk şairdir. Nizami "Leyli və Məcnun" poemasında insanın mənəvi əsarətinə və məhəbbətin faciəsinə səbəb olan ictimai-dini ziddiyyətləti tənqid etmişdir. "Leyli və Məcnun"da ideya və məzmun iki əsas ədəbi priyom üzərində qurulmuşdur. Birinci halda Nizami iki gəncin faciəli məhəbbətini ictimai-dini şəraitlə əlaqələndirir.
Nizami Gəncəvinin abidəsi
Sumqayıtda Nizami meydanının mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılmışdır. 3,9 metr hündürlüyə malik tunc heykəlin müəllifi tanınmış heykəltaraş İsa Məmmədxanovdur.
Nizami Gəncəvinin divanı
Nizami Gəncəvinin divanı (fars. دیوان نظام گنجوی‎) — Nizami Gəncəvinin lirik əsərlərinin toplandığı divan. Mənbələrdə Nizami divanının 20.000 beytə yaxın olduğu göstərilsə də, onun çox kiçik bir hissəsi dövrümüzə çatmışdır. Bütün yaradıcılığı boyunca Nizami epik əsərlərində Divanını xatırlatmış, lirik şeirləri və qəzəlləri ilə fəxr etmişdir. Şair qəzəllərindən birinin sonunda, Şirvanşah I Axsitanı öz divanının sahibi adlandırır. Dünya aləmində daha çox "Nizami Gəncəvi" adı ilə tanınan, amma əsl adı İlyas olan bu böyük şairin lirik irsindən əldə olan nümunələr klassik Şərq şeirinin ancaq üç şəklini – qəsidə, qəzəl və rübai şəkillərini əhatə edir. Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa, müəyyən elmi nəticələrə gəlməyə imkan vermişdir. Bu əsərlər göstərir ki, insan, onun həyatı, taleyi, arzu və istəkləri Nizami Gəncəvi lirikasının əsas mövzusu olmuşdur. Nizami Gəncəvinin divanının öyrənilməsi daha gec başlanılsa da, şairin divanı haqqında hələ təzkirə müəllifləri müəyyən fikirlər söyləmişlər. Divanın bəzi hissələri müxtəlif orta əsr cünk və təzkirələrində yaşamışdır.
Nizami Gəncəvinin ev-muzeyi
Nizami Gəncəvinin Ev Muzeyi — Azərbaycanın Gəncə şəhərində yerləşir. Ev muzeyi 1980-ci ildə "Nizami" bədii filminin çəkilişi zamanı tikilmişdir. Muzeyin tikilməsində məqsəd Azərbaycanın XII əsrə aid milli və məişət ənənələrinin müasir dövrdə təcəssüm etdirilməsindən və canlandırılmasından ibarət olmuşdur.
Nizami Gəncəvinin heykəl və abidələri
Nizami Gəncəvinin heykəli (Gəncə, 1946)
Nizami Gəncəvinin heykəli
Nizami Gəncəvinin heykəli (Gəncə, 1946)
Nizami Gəncəvinin heykəli (Bakı, 1949)
Nizami Gəncəvinin heykəli — XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəviyə 1949-cu ildə Bakı şəhərində qoyulmuş abidə. == Müəllifləri == Heykəl Bakı şəhərində, Nizami meydanında , İstiqlaliyyət, Əhməd Cavad, Azərbaycan və İslam Səfərli küçələrinin kəsişməsində qoyulmuşdur. Heykəlin açılışı 1949-cu ilin aprelində olmuşdur. Heykəlin müəllifi Azərbaycanın xalq rəssamı Fuad Əbdürəhmanov, memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovdur. == Texniki xarakteristikası == Heykəl 9 metrlik, səkkiz bucaqlı postament üzərində qoyulmuş 6 metrlik bürünc abidədir.Tuncdan tökülmüş Nizami Gəncəvinin fiquru ayaq üstə durmuş vəziyyətdə ucaldılmışdır. Nizaminin əlində lülə halında bükülmüş kagız vardı, onun nəzərləri Nizami muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəlmişdi. Şairin obrazının bitkin açılması üçün heykəltaraş qədim Azərbaycan libasından — əbadan və çalmadan böyük məharətlə istifadə etmişdir. Əbanın iri, ağır bükükləri qalın, kip parça təsəvvürü yaradırdı. Başına dolanmış çalmanın bir tərəfi onun çiyninə düşmüşdür. Abidədədəki Nizaminin üzündən və simasından, onun bütün görkəmindən müdriklik və böyüklük oxunur.
Nizami Gəncəvinin heykəli (Daşkənd)
Nizami Gəncəvinin heykəli — Özbəkistanın paytaxtı Daşkənd şəhərində, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin yaxınlığındakı meydanda, Babur adına parkın yaxınlığında yerləşən görkəmli şair, Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin abidəsi. Abidənin heykəltəraşı İlham Cabbarovdur. Abidə 2004-cü ilin martın 23-də ucaldılıb. Abidənin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimov da iştirak ediblər. Abidə Nizami Gəncəvinin büstüdür, burada şərq geyimində, başında çalması olan, sol əlində kitab, sağ əli isə sinəsində olan şair təsvir edilmişdir. Postamentdə özbək (özb. Nızomıy Ganjavıy) və azərbaycan dillərində (azərb. Nizami Gəncəvi‎) şairin adı yazılmış, doğulduğu və öldüyü illər göstərilmişdir.
Nizami Gəncəvinin heykəli (Gəncə, 1946)
Nizami Gəncəvinin heykəli — heykəltaraş Fuad Əbdürəhmanovun, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun əsəri. 1946-cı ildə Gəncədə ucaldılmışdır. 2009-cu ildə bərpa edilmiş, mərmər postament bürünclə əvəz olunmuşdur. Təmir və tikinti işlərinə büdcədən 45 min manat ayrılmışdır.
Nizami Gəncəvinin heykəli (Kişinyov)
Nizami Gəncəvinin heykəli — görkəmli Azərbaycan şairi, Nizami Gəncəvinin Moldovanın paytaxtı Kişinyov şəhərində 2005-ci ildə qoyulmuş heykəli. Abidənin heykəltaraşı Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Akif Əsgərov, memarı isə Moldovanın əməkdar memarı Semyon Şoyxetdir. == Tarixi == Abidənin açılış mərasimi 2005-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin Moldovaya rəsmi səfəri çərçivəsində baş tutmuşdur. Abidənin qoyulması fikri Vüqar Novruzovun rəhbərlik etdiyi Moldova Azərbaycanlıları Konqresinə məxsusdur. 12 noyabr 2012-ci ildə əsaslı yenidənqurma və bərpadan sonra Nizami Gəncəvinin adını daşıyan parkın açılışı olub. Tədbirdə Moldovanın mədəniyyət naziri Boris Fokşa, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldovanın tanınmış ziyalıları çıxış ediblər.
Nizami Gəncəvinin heykəli (Moskva)
Nizami Gəncəvinin heykəli — XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəviyə 1991-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində qoyulmuş abidə. Heykəl Rusiya Federasiyasında olan Azərbaycan səfirliyinin qarşısındakı Müslüm Maqomayev parkında ucaldılıb. == Tarixi == Dahi şair, Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin abidəsi Rusiyanın paytaxtı Moskva şəhərində, Müslüm Maqomayev parkında Azərbaycan səfirliyinin binasının yanında (ev № 16), Leontievski və Eliseevski döngələrinin kəsişməsində uzaldılmışdır. Abidə 1991-ci ildə ucaldılıb və Azərbaycanın Moskva şəhərinə hədiyyəsidir. Abidənin heykəltəraşları T. Zeynalov və E. Zeynalov, memarları R. Əsgərov və P. Əliyevdir. Nizami ənənəvi şərq geyimində, əlində kitablarla oturmuş şəkildə təsvir edilmişdir. Postamentdə rus dilində "Nizami Gəncəvi" yazılmışdır.
Nizami Gəncəvinin heykəli (Pekin)
Nizami Gəncəvinin heykəli (çin. 纪念碑尼扎米•甘伽维) — Çinin paytaxtı Pekin şəhərində, Çaoyan parkında görkəmli şair, Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin abidəsi. Abidənin müəllifi məşhur Çin rəssamı Yuan Sikundur. == Tarixi == Abidə Çin Xalq Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü münasibətilə Azərbaycan tərəfinin dəvətinə cavab olaraq Yuan Sikun tərəfindən yaradılmışdır. Abidənin təntənəli açılış mərasimi 2012-ci il dekabrın 6-da səhər saatlarında baş tutub. Tədbirdə Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov, ÇXR Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya Departamentinin müşaviri Su Fanqqiu, ÇXR Dövlət Şurasının Mədəniyyət Təşkilatları Komitəsinin baş katibi iştirak edib. Pekin Cintay İncəsənət Muzeyinin direktoru və heykəltəraşlıq müəllifi Yuan Sikun, Çin Mərkəzi Universitetinin professoru Hu Zhenhua və hər iki ölkənin müxtəlif ictimai sahələrinin nümayəndələri də həmçinin mərasimdə iştirak edirdilər. Abidənin açılış mərasimində Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov çıxış edib. O, tədbir iştirakçılarına şair və mütəfəkkir Nizami Gəncəvinin uğurlarından danışıb. O, çıxış edərək qeyd edib ki, şairin büstünün tamamlanması iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi şərəfinə hədiyyədir.
Nizami Gəncəvinin heykəli (Roma)
Nizami Gəncəvinin heykəli (it. Monumento a Nizami Ganjavi) — XII əsrin görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi Azərbaycan Prezidentinin sərəncamı ilə ucaldılıb. Heykəl İtaliyanın paytaxtı, Roma şəhərində Villa Borghese parkında, Viale Madame Leticia ərazisində yerləşir. Abidənin müəllifləri Azərbaycan Respublikasının xalq rəssamı Salxab Məmmədov və heykəltaraş Əli İbadullayevdir. Layihə, Roma şəhərın Hökumətinin tarix və incəsənət üzrə komissiya tərəfindən təsdiqlənmişdi. == Heykəlin açılışı == Abidənin açılışı 2012-ci il aprelin 20-də Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 23 dekabr tarixli "Azərbaycan dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illiyi haqqında" sərəncamına əsasən Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin iştirakı ilə baş tutmuşdur. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Roma Şəhər şurasının beynəlxalq şöbənin rəhbəri Serena Forni, Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndələri, mədəniyyət və turizm nazirin müavini Ədalət Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər. == Abidənin təsviri == Abidə üzərində italyanca "Azərbaycan şairi Nizami Gəncəvi 1141-1209" (ing. Poeta Azerbaigiano Nizami Ganjavi 1141 - 1209) yazılıb.
Nizami Gəncəvinin heykəli (Sankt-Peterburq)
Nizami Gəncəvinin heykəli (rus. Памятник Низами Гянджеви) — görkəmli Azərbaycan şairi, farsdilli Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin Sankt-Peterburq şəhərinin Kamennoostrovski prospektində 25 və 27-ci binalar arasında yerləşən bağçadakı heykəli. == Tarixi == Heykəltəraşlıq əsəri Bakıda hazırlanıb və Sankt-Peterburq şəhərinin 300 illiyinə Azərbaycanın hədiyyəsi kimi göndərilib. Şairin abidəsi azərbaycanlı heykəltaraş, Muxina adına Leninqrad ali sənaye-rəssamlıq məktəbinin məzunu Görüş Babayev tərəfindən hazırlanıb. Postament layihəsinin müəllifi Rusiya Federasiyasının əməkdar rəssamı Feliks Romanovskidir. Postament Peterburqdakı "Heykəltəraşlıq kombinatı" müəssisəsində hazırlanmışdır. Abidənin açılışında Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin iştirak ediblər. == Memarlığı == Şairin 5 metrlik tunc fiquru şərq üslubunda işlənilib. Nizami tağ altında, oturaq vəziyyətdə, əlində kitab və ənənəvi şərq geyimində təsvir olunub. 150 sm-lik pyedestal səkkizguşəli ulduz formasında düzəldilib.
Nizami Gəncəvinin heykəli (Sumqayıt)
Sumqayıtda Nizami meydanının mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılmışdır. 3,9 metr hündürlüyə malik tunc heykəlin müəllifi tanınmış heykəltaraş İsa Məmmədxanovdur.
Nizami Gəncəvinin heykəli (Çeboksarı)
Nizami Gəncəvinin heykəli (rus. Памятник Низами Гянджеви) — görkəmli Azərbaycan şairi, farsdilli Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin 2004-cü il fevralın 24-də Çeboksarı şəhərinin cənub qəsəbəsində ucaldılmış heykəli. Abidənin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev iştirak etmişdir. Açılış mərasimində, həmçinin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər. Abidənin müəllifi, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.
Nizami Gəncəvinin türkcə divanı
Nizami Gəncəvinin türkcə divan — Nizami Gəncəviyə aid olduğu iddia olunan türkcə divan. == Haqqında == XV əsrdə Dövlətşah Səmərqəndi özünün "Təskirətül-şüəra" kitabında qeyd etmişdir ki, mən Nizaminin iyirmi minlik divanını və türkcə şerlərini görmüşəm. Misir də Xədiviyyə kitabxanasında olan əlyazmada ((Sultan Camal)) adında bir padşahdan söz gedir. Nizami Gəncəvinin türkcə divanı, nəşrə hazırlayan Sədyar Vəzifə Tehranda nəşr etdirdigim DİVAN NİZAMİ GƏNCƏVİ də S.40-də o mədh olan Sultan camal barəsində lazimi qədər söz gedir istərdim həmən mətni birdə gözdən geçirmiş olaq: (sultan Cəmal (-əldin) Şəhriyar-i növcəvan sultan əmal ol şah kim osrov-i ali ələmdir valiy-i vala himəm Belə nəzərə gəlir ki, beytdə adı gələn Sultan Cəmal, Atabəklərin Həmədanda höküm sürən və o sülalənin ədalətli əmirlərindən olan Cəmal-əldin olmuş olsun. Buna görə ki, Nizaminin dövründə o, (Cəmal-əldin Ay Abə) Həmədan əmirliyində hökumət edirdi. Onun haqqında “Rahət-əlsüdur və Ayət-əlsürur” kitabında kifayət qədər mə’lumat vardır. “Cəmal-əldin Ay Abə” və Nizami Gəncəvinin həyatı dövrü yazılan “Rahət-əlsüdur və Ayət-əlsürur”-da belə bir qeyd vardır: "... həmədan hakimligində ’adil padışah, məlekulüməra”cəmaladdin”ay Aabə "əzim ətabəki İzzənəsrə..." rahətəlsədur və ayətolsurur s.40) Bu Atabək Cəmal, Toğrul ibn-i Ərsalanın xas hacibi (dərbar vəziri) imiş (“Rahət-əlsüdur və Ayət-əlsürur”, səhifə 331) həmən qaynaqda qeyd olunur: "... padişah məlekoloməra"cəlaləddin"aybə ə’zəm ətabəki ki, zamanənin yeganəsi, dünyanin xoş xislətlisidir və əraq əmirliklərinin qalanida onunidi... == Nəşrləri == Nizami Gəncəvinin türkcə divanı, nəşrə hazırlayan Sədyar Vəzifə, Tehran, 2002, Əndişeyi Nv nəşriyyatı.
Nizami Hacıyev (futbolçu)
Hacıyev Nizami Oqtay oğlu (8 fevral 1988, Bakı) — azərbaycanlı keçmiş futbolçu. == Klub karyerası == Karyerası boyu İnter Bakı, Olimpik Şüvəlan, Xəzər Lənkəran və MOİK kimi klublarda oynayıb. Ən çox formasını geyindiyi komanda Keşlədir. 2017-ci ildə AFFA intizam komitəsinin qərarı ilə danışılmış oyunlarda təqsirkar bilinən Hacıyev ömürlük futboldan uzaqlaşdırılıb. == Milli komanda karyerası == Aşağı yaş qrupları üzrə millilərdə çıxış edən futbolçu ilk dəfə əsas komandaya 2010-cu ildə dəvət alıb. Millidə yeganə qolunu 27 fevral 2012-ci ildə Hindistana qarşı yoldaşlıq görüşündə vurub.
Nizami Hüseynov (şəhid)
Nizami Kino Mərkəzi
"Nizami" kinoteatrı və ya Nizami Kino Mərkəzi — Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət obyekti. == Tarixi == 1934-cü ildə istifadəyə verilib. == Yeni fəaliyyət dövrü == Kinoteatrın binası "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulmuşdur. Əsaslı təmirdən sonra 24 noyabr 2011-ci il tarixdə yenidən fəaliyyətə başlamışdır. Açılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən edilmişdir. Yenidənqurmadan sonra kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılmışdır. Binada Almaniyada, Yaponiyada və Böyük Britaniyada istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılmışdır. Binanın birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılmışdır. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcəkdir. Direktoru Leyli Mirzəyevadır.

Digər lüğətlərdə