NOV

I
сущ.
1. жёлоб:
1) приспособление для стока воды, для ссыпания чего-л. Suaxıdan nov водосточный жёлоб, quyu novu нефт. жёлоб в скважине
2) продолговатое углубление в грунте, служащее для стока чего-л.
2. сток (канава, жёлоб или иное устройство, по которому стекает вода)
3. водосток (приспособление для стока воды)
4. лоток (открытый жёлоб для стока, ссыпания чего-л. ). Ağac nov деревянный лоток, dəyirman novu мельничный лоток, suverən nov водоподающий лоток, təmizləyici nov лоток-очиститель, çıxış novu выходной лоток
II
прил.
1. желобовой (относящийся к жёлобу)
2. водосточный (предназначенный, служащий для стока воды)
3. строит. лотковый. Nov tavası лотковая плита
4. лингв. щелевой (образуемый трением воздуха в узком проходе между сближенными органами речи; фрикативный). Nov samitləri щелевые согласные
NOUMEN
NOVASİYA
OBASTAN VİKİ
Nov boğazı
Nov boğazı (xorv. Novsko ždrilo) Velebitski boğazını Noviqad dənizi (körfəz) ilə birləşdirir. Uzunluğu 4 km, eni 30–400 m təşkil edir. Paq adasını sahildən ayırır. Boğaza Zimanya və bir sıra kiçik çaylar axır. Boğaz üzərində iki körpü vardır. "Masleniç körpüləri" köhnə və yeni olmaqla, birinci 1961-ci ildə tikilmişdir. 1961-ci ildə Noviqrad rayonu serblər tərəfindən işğal edilərkən körpü dağıdılır. Yenidən 2005-ci ildə yenidən bərpa edilmişdir. İkinci körpü köhnə körpü dağıldıqdan sonra tikilir (1993-1997).
Dərman novruzgülü
Eldar Novruzov
Eldar Novruzov — Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, Bitki ehtiyatları şöbəsinin müdiri. Biologiya elmləri doktoru, dosent. Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü. == Həyatı == Eldar Novruzov 1942-ci ilin 30 may tarixində Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Orta təhsilini Qarabağlar kənd orta məktəbində almışdır. 1961-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikomunun aqranomluq fakultəsini, 1969-cu ildə Gəncə Dövlət Pedoqoji İnstitutunun (indiki GDU) biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Botanika İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1975-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1987-ci ildə SSRİ Ali Atestasiya Komissiyası Eldar Novruzova “biokimya” ixtisası üzrə baş elmi işçi (dosent) elmi rütbəsini vermişdir. == Elmi fəaliyyəti == E.Novruzovun 1973-cü ildə aspiranturanı bitirdikdən sonrakı bütün elmi fəaliyyəti Botanika İnstitutu ilə bağlı olmuşdur. Burada o, kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə kimi yüksəlmiş və hazırda bitki ehtiyatları şöbəsinə rəhbəri, eyni zamanda AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavinidir.
Elvin Novruzov
Elçin Novruzov
Erythroxylum novogranatense
Erythroxylum novogranatense (lat. Erythroxylum novogranatense) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin eritroksilumkimilər fəsiləsinin eritroksilum cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Erythroxylum coca var. novogranatense D.Morris == Yarımnövləri == Erythroxylum novogranatense var. novogranatense Erythroxylum novogranatense var. tobagense O.E.Schulz Erythroxylum novogranatense var.
Eucalyptus nova-anglica
Eucalyptus nova-anglica (lat. Eucalyptus nova-anglica) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Eucalyptus cinerea var.
Eupatorium novae-angliae
Eupatorium novae-angliae (lat. Eupatorium novae-angliae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Falco novaeseelandiae
Yeni Zelandiya qızılquşu (lat. Falco novaeseelandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Firuzə Novruzova
Novruzova Firuzə Saleh qızı — Azərbaycanın ilk qadın elektrokimyaçılarından biri. == Həyatı == Firuzə Novruzova 1937-ci il iyunun 15-də Bakıda ziyalı ailəsində anadan olub. 1944-1954-cü illərdə Biləcəri qəsəbəsində orta məktəbi bitirdikdən sonra, 1954-1959-cu illərdə indiki Azərbaycan Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsini bitirmişdir. 1959-cu ildən indiki Azərbaycan Milli Elmlər Akademiyası akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ilk əmək fəaliyyətinə başlamışdır. İşlədiyi illər ərzində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrinə qədər yüksəlmişdir. 1970-ci ildə Rusiyada "Elektroliz zamanı tellurun xlorid turşusu məhlulunda katod və anod proseslərinin tədqiqi" mövzusunda kimya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. 50-dən artıq elmi əsərin və 10-dan artıq patentin müəllifidir. F.Novruzova 2016-cı il iyulun 1-də dünyasını dəyişmişdir.
Follas novas
"Follas Novas" (azərb. Yeni yarpaqlar‎) — qalisiyalı şair Rozalio de Kastro tərəfindən 1880-ci ildə yazılmış və nəşr olunmuş şeirlər toplusu. == Haqqında == Əsər Kastronun Qalisiya dilində ikinci və son belə əsəri olmuşdur. Əsas şeirlər şair Simakas şəhərində yaşayarkən 1869-1870-ci illərdə yazılmışdır, amma şeirlərin çoxu 1870-ci illərdə qələmə alınmış və qəzetdə çap olunmuşdur. Bu əsər Qalisiya intibah dövründə (XIX əsr) qalisiya ədəbiyyatında ən əhəmiyyətli əsərlərdən biridir. Şeirlər toplusu 5 kitabdan ibarətdir: "Vaguedás", "Do íntimo", "Varia", "Da terra" və "As viuvas dos vivos e as viuvas dos mortos". "Follas Novas" Kastronun həyatını əks etdirir. Bundan əvvəl Rozalio de Kastro 1863-cü ildə "Cantares gallegos" adlı ilk Qalisiya dilində şeirlər toplusunu və kastilya dilində "En las orillas del Sar" adlı romanını yazmışdır. "Follas Novas"da qadına verilən qiymət və qalisiyalıların iqtisadi problemlərə görə köç etməsi tərənnüm edilmişdir. Şeirlər toplusunun son hissəsi olan "As viuvas dos vivos e as viuvas dos mortos" (azərb.
Fridrix fon Hardenberq Novalis
Novalis (alm. Novalis‎, əsl adı Fridrix fon Hardenberq, Georg Friedrich Philipp Freiherr von Hardenberg; 2 may 1772[…], Viderştedt[d], Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası – 25 mart 1801[…], Vaysenfels[d], Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası) — alman yazıçısı, şairi və mistiki. Alman romantizminin nümayəndələrindən biri. == Həyatı == Zadəgan ailəsində anadan olmuşdur. İen, Leypsiq və Vittenberq universitetlərində hüquq təhsili almışdır. == Əsərləri == Gecə himnləri Saisidə tələbələr == Mənbə == G. Ağabəy, XIX əsr dünya ədəbiyyatı tarixi, Bakı-2013 == İstinadlar == == Xarici keçidlər == Novalis by Kristin Gjesdal (Stanford Encyclopedia of Philosophy) Novalis: Hymns to The Night – a translation of the work by George MacDonald A detailed review article on Novalis's importance to German culture, philosophy and science by Jeremy Adler – from The Times Literary Supplement, April 16, 2008.
Fərahim Novruzov
Fərid Novruzi
Fərid Novruzi (azərb. Fərid Əlibəy oğlu Novruzi‎) — "Novco" şirkətlər qrupunun rəhbəri, Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidenti və səyyah-alpinist. == Həyatı == Fərid Əlibəy oğlu Novruzi 24 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. O, məşhur arxitektor, Azərbaycan Respublikasının əməkdar memarı Əlibəy Novruzinin oğludur. Fərid Novruzi 1993-cü ildə 150 saylı məktəbi bitirmişdir. Həmin il Memarlıq və İnşaat Universitetində Memarlıq fakultəsinə qəbul olmuş, 1998-ci ildə isə bakalavr dərəcəsinə yiyələnmişdir. 2000-2002-ci illərdə isə Qərb Universitetində MBA dərəcəsi almışdır. Ailəlidir, yeddi övladı var. Fərid Novruzinin qurucusu olduğu Novco şirkətlər qrupu 1994-cü ildə yaradılmışdır, bu onun memarlıq fəaliyyəti ilə bağlı idi. 1999-cu ildə isə Bakıda ilk "LC Waikiki" mağazasını açmışdır.
Grga Novak
Grga Novak (2 aprel 1888 – 7 sentyabr 1978) — görkəmli xorvat tarixçisi, arxeoloq və coğrafiyaçısı, 1958-1978-ci illərdə Yuqoslaviya Elmlər və İncəsənət Akademiyasının prezidenti. == Haqqında == Xvar adasında doğulub və Zaqreb universitetinin qədim tarix üzrə profeessoru olub. 1946-1947-ci illərdə həmin universitetin rektoru olub. Xorvatiyada novator arxeoloji tədqiqatları və Dalmatiya, Split, Dubrovnik, Xvar və Adriatik adalarının tarixi üzrə məqalələri ilə tanınır. Grga Novak Zaqreb, Praqa və Vyanada tarix, arxeologiya və coğrafiya üzrə təhsil alıb və 1913-cü ildə doktorluq elmi dərəcəsi almışdır. 1920-ci ildən o Skopyedə Fəlsəfə Fakültəsində (sonradan Belqrad Universitetinin bir hissəsi olub) dərs deyib. 1924-cü ildə Zaqreb Universitetinə getmiş və 1959-cu ilə qədər qədim tarix üzrə dərs demişdir. Doktor Novak 1939-cu ildən Yuqoslaviya Elmlər və İncəsənət akademiyasının üzvü, 1958-ci ildən 1978-ci ilə kimi isə prezidenti olub. == Əsərləri == Novak, Grga (1977). Mletačka uputstva i izvještaji.
Guioa novobritannica
Guioa novobritannica (lat. Guioa novobritannica) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Herseq Novi
Herseq Novi (mont. Херцег Нови, Herceg Novi) — Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 12.739 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Heydər Novruzov
Heydər Novruzov (tam adı:Novruzov Heydər Qulu oğlu; 1902, Təzəkənd, Naxçıvan qəzası – 5 yanvar 1938) — dövlət qulluqçusu, Azərbaycan Xalq Cümhuriyyətinin zabiti == Həyatı == Novruzov Heydər Qulu oğlu 1902-ci ildə Babək rayonunun Təzəkənd kəndində anadan olub. === Vəfatı === 5 yanvar 1938-ci ildə "Naxçıvan fəalları” adlı gizli əksinqilabi siyasi təşkilatın rəhbəri ittihamı ilə həbs edilərək, “xalq düşməni” kimi güllələnmişdir. === Təhsili === Tiflisdə (1924-27), Moskvada (1928-30) və Bakıda (1931-33) təhsil almış, tarixçi və iqtisadçı ixtisaslarına yiyələnmişdir. == Fəaliyyəti == === Hərbi fəaliyyəti === Azərbaycan Xalq Cümhuriyyəti dövründə zabiti kimi daşnakların Naxçıvan və Qarabağda azərbaycanlılara qarşı soyqırımın dəf olunmasında iştirak etmiş, sonralar Abbasqulu Şadlinskinin rəhbərlik etdiyi “Qırmızı tabor”un sıralarında vuruşmuşdur. === Əmək fəaliyyət === Azərbaycan. K(b)P Naxçıvan Vilayət Komitəsi təşkilat (1927-28) və aqrar (1929-30) şöbələrinin müavini, Noraşen (indiki Şərur) və Naxçıvan (indiki Babək) rayon partiya komitələrinin katibi, Masallı rayon İcraiyyə Komitəsinin sədri olmuşdur (1933-36). 1937-ci ildən Bakı şəhər Sovet sədrinin müavini idi. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Hərbi Dəftərxana binası (Novoçerkassk)
Hərbi Dəftərxana binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində yerləşən bina. Novoçerkassk şəhərinin mərkəzində, Ataman küçəsi və Pulatov prospektində qərarlaşır. Bina 1844-cü ildə inşa edilmişdir. Rus klassizmi stilində inşa edilmişdir. Bina mövcudluğunu qoruyub saxlayan qədim binalardan biridir. == Təsviri == Bina künçdə yerləşdiyindən onun hər iki üzü fasad sayılır. Bu fasadın əsas hissəsi Ataman küçəsinə baxır. Üç şərtəbəli bina şəhər ansamlı pozulmamaq şərti ilə işlənmişdir. Pəncərələrin kənaeları xüsusi elementlərlə işlənmişdir. Əsas girişin önündə dörd pəncərə vardır ki, onlarında yuxarı hissəsi üçkünc sirkul formasındadır.
II Novuxodnosor
II Novuxodnosor və ya II Nəbükadnessar (Akkadca: 𒀭𒀝𒆪𒁺𒌨𒊑𒋀 - Nabû-kudurri-uṣur İvrit dili: נְבוּכַדְרֶאצַּר - Nəḇūḵaḏreʾṣṣar və ya נְבוּכַדְנֶאצַּר - Nəḇūḵaḏneʾṣṣar; Müqəddəs Arami dili: נְבוּכַדְנֶצַּר - Nabḇūḵaḏneṣṣar) - e.ə. 605-562-ci illərdə hakimiyyətde olmuş Babil hökmüdarı. == Həyatı == II Novuxodnosor, Yeni Babil İmperiasının qurucusu və Keldani sülaləsinin ilk hökmüdarı Nabopolassarın oğludur. Atasının dövründə, Assuriyalılara qarşı müharibələri davam etdirən orduda xidmət etmişdir. Aşşurlarla müttəfiq olan Misir fironu II Nexoyu Karxemiş döyüşündə məğlub edən Novuxodnosor, irəliləyişə davam etmiş və Assuriya və Fələstin torpaqlarını almışdır. Atasının ölümündən sonra Babilə qayıdır və padşah olur. Hakimiyyətinin ilk illərində müxtəlif ekspedisiyalar təşkil edərək hökmranlığını artırmışdır və e.ə. 601-ci ildə Misir üzərinə hərəkətə keçmişdir. Eramızdan əvvəl 597-ci ildə Babil dövlətinin hakimiyyəti altında olan Yəhuda dövlətinin üsyanı ilə Qüdsü ələ keçirdib. Eramızdan əvvəl 586-cı ildə Qüds xalqının yenidən üsyanından sonra Qüdsü geri alan Novuxodnosor, şəhər və Süleyman məbədini dağıtdırıb.
Jan Jorj Nover
Jan Jorj Nover (fr. Jean-Georges Noverre; 29 aprel 1727[…], Paris – 19 oktyabr 1810[…], Sen-Jermen-an-Le) — Fransa baletmesyteri. == Həyatı == Jan Jorj Nover 29 aprel 1727-ci ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdur. O, 1743-cü ildən rəqqas, 1755-ci ildən isə London, Paris, Vyana, Ştutqart teatrlarında baletmeyster kimi fəaliyyət göstərmiişdir. Balet sənətinin islahatçısı olan Nover rəqs divertismentlərini süjetli baletlə əvəz etmişdir. O, baletin məzmununu açaraq, onu dramatik, plastik obrazlarla ifadə etmişdir. Nover Avropa baletinin inkişafında böyük rol oynamışdır. Jan Jorj Nover 19 oktyabr 1810-cu ildə, 83 yaşında İl-de-Frans vilayətində yerləşən Sen-Jermen-аn-Le kommunasında vəfat etmişdir. == Əsas əsərləri == Les Fêtes Chinoises (Paris 1754) (mus. Jean-Philippe Rameau) La Fontaine de jouvence (Paris 1754) La Toilette de Vénus (Lyon 1757) (mus.
Katalin Novak
Katalin Novak (mac. Veresné Novák Katalin Éva; 6 sentyabr 1977, Seqed) — Macarıstan siyasətçisi və dövlət xadimi, 10 mart 2022-ci ildə Macarıstanın prezidenti. Katalin Novak Fides partiyasının, 2018-ci ildən Macarıstan Milli Assambleyasının üzvüdür. Keçmişdə — Ailə və Gənclər Məsələləri üzrə Dövlət Katibi (2014–2020), Ailə İşləri üzrə Nazir (2020–2021) olmuşdur. Fəxri Legion Ordeninin Cəngavəri (2019), Polşa Respublikasına xidmətlərinə görə ordeninin komandiri (2019) kimi fəxri adlara sahibdir. == Bioqrafiya == 6 sentyabr 1977-ci ildə Macarıstan Xalq Respublikasının Seqed şəhərində anadan olmuşdur. 1996–2001-ci illərdə Korvina Universitetinin İqtisadiyyat fakültəsində oxumuş, iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. 2001–2004-cü illərdə Seqed Universitetinin Hüquq fakültəsində və Paris West-Nanterre-la-Defence Universitetində hüquq təhsili alıb. O, həmçinin Parisdə Siyasi Araşdırmalar İnstitutunda təhsilini davam etdirir. 2001–2003-cü illərdə Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində çalışır.
Kazak Jdanovun binası (Novoçerkassk)
Kazak Jdanovun binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 120 ünvanında yerləşir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Bina Novoçerkassk şəhərində 1910-cu ildə inşa edilmişdir. Prosveşeniya küçəsi ev 120 ünvanında yerləşən binanın əvvəlki ünvanı Yamskaya küçəsi, ev 16 olmuşdur. İlk əvvəllər burada XIX əsrin sonları XX əsrin əvvəlləri taxtadan inşa edilmiş bir bina vardı. Binanın həyətində tövlə vartı. 1897-ci il məlimstına görə mülkin sahibi kazak Pavel Stepanoviç Jidkov olmuşdur. XX əsrin əvvəllərində binanın sahibi kazak Jdanov Vasileviç Vasileviç olmuşdur.
Kisutske Nove Mesto
Kisutske Nove Mesto (slovak. Kysucké Nové Mesto, alm. Kischützneustadt/Oberneustad‎, mac. Kiszucaújhely) — Slovakiyanın şimali-şərqində şəhər. Əhalisi 16 min nəfərdir. Şəhər Kisutsa çayının sahilində və Kisutse Beskid dağlarının yamaclarında yerləşir. == Tarix == Kisutske Nove Mesto ilk dəfə olaraq IV Belanın 1244-cü il məktubunda Yesenin adı ilə qeyd olunur. Kral bu əraziləri Monqol-tatar istilasından xilas etdiyi üçün zadəgan nəslindən olan Buqomirə hədiyyə verir. Kisutske azad şəhər hüquqlarını 1325-ci ildə əldə edir. XIX əsrə qədər Kisutske əkinçilik və sənətkarlıqla məşğul olan kiçik bir qəsəbə idi.
Kərim Novruzov
Ağakərim (tam adı: Kərim Novruzov; 1 may 1964, Maştağa, Bakı, Azərbaycan SSR) — Azərbaycan meyxanaçısı. == Həyatı == === Erkən illəri === 1964-cü ildə Bakının Maştağa kəndindən anadan olmuşdur. 1981-ci ildə 209 saylı orta məktəbi bitirmişdir. Təhsil illərində onda ədəbiyyata həvəsi bu fənnin müəllimi Seyidxanım Yəhyayeva oyatmışdır. === Yaradıcılığı === Meyxana marağı qonşusu Ağasəlim Çıldağın audio kasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medalı alıb. 2001-ci ildə "Bu gedər, o biri gələr" adlı albomu işıq üzü görmüşdür. === Şəxsi həyatı === Bir müddət diabetdən əziyyət çəkən meyxanaçı, 2017-ci ilin mart ayında insult keçirib. 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirib.
Kərim bəy Novruzov
Kərim bəy Mirzə Baba bəy oğlu Novruzov (1838-?) — Rusiya İmperator Ordusunun zabiti, Rusiya-Osmanlı müharibəsinin qəhrəmanı, polkovnik. == Həyatı == Kərim bəy Mirzə Baba bəy oğlu 1838-ci ildə Yelizavetpol qəzasının Qovlar kəndində anadan olmuşdu. Tiflis kadet korpusunda oxumuşdu. 1854-cü ildə vəkil kimi Zaqafqaziya atlı alayında hərbi xidmətə başlamışdı. 3 iyun 1856-cı ildə fərqləndiyinə görə praporşik rütbəsinə layiq görülmüşdü. 28 oktyabr 1878-ci ildə podpolkovnik, 24 dekabr 1886-cı ildə polkovnik rütbəsi almışdı. 1914-cü il sentyabrın 17-də Müqəddəs Georgi ordeninin o zamanlar sağ qalmış ən qocaman daşıyıcısı polkovnik Kərim bəy Novruzov Rusiya İmperatorunun saray qrenaderlar potasının (Rusiya imperatorları yanında fəxri keşikçi (qarovul) xidmətini daşıyan xüsusi hərbi hissə) komandiri vəzifəsinə təyin olunmuşdu[1]. == Mükafatları == Kərim bəy mayor rütbəsində 31 iyul 1877-ci ildə 3-cü dərəcəli "Müqəddəs Georgi", Osmanlı müharibəsində 17 may 1877-ci ildə, Bəyli Əhməd ətrafında 2 silah və Musa Kunduxovun nişanını almışdı. 3 aprel 1878-ci ildə, Osmanlı savaşında Alacin civarında fərqləndiyi üçün "igidliyə görə" yazılı qızıl qılıncla təltif olunmuşdu.

Digər lüğətlərdə