nəmsizlik
nənə-baba
OBASTAN VİKİ
Nənə
Nənə sözünün bir neçə mənası ola bilər : Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. Bəzi yerlərdə anaya deyilir. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət.
Nənə Xatun
Nənə Xatun (1857, Ərzurum – 22 may 1955, Ərzurum) — qəhrəman türk qadını. 1955-ci ildə BMT tərəfindən ilin anası seçilmişdir. Nənə Xatun 1857-ci ildə Ərzurumda anadan olub. 1877-ci il noyabrın 8-dən 9-na keçən gecə, Osmanlı vətəndaşı olan erməni silahlı dəstələri Ərzurumun Əziziyə hərbi qarnizonundakı türk əsgərlərini yuxudaykən hamısını qılıncdan keçirirlər. Nəticədə səhər hücuma keçən rus əsgərləri heç bir çətinliklə qarşılaşmadan qarnizonu tuturlar. Bu xəbəri eşidən ərzurumlular silahı olan silahını, silahı olmayan isə balta, bel, yaba ilə silahlanıb qarnizona doğru hərəkət etdilər. Onların arasında Nənə Xatun da var idi. Qarnizonu ələ keçirən rus əsgərləri, gələnlərə atəş açır. Atəşə məhəl qoymayan caamat dəmir qapını sındırır və əlbəyaxa vuruş başlayır. Rus ordusu, baltalı-yabalı xalq qarşısında ancaq yarım saat tab gətirə bilir və 2300-ə yaxın itki verən rus və ermənilər qarnizondan qaçır.
Qarı Nənə
Qarı Nənə — Azərbaycan folklorunda mifik xarakter. Fars folklorunda isə Nəne Sərma adlı eyni xarakter var.
Böyük Nənə
Böyük Nənə, Kraliça Nənə və ya Maronların Nənəsi (təq. 1685, Qana – təq. 1733) — Yamaykanın Milli Qəhrəmanı, XVIII əsrdə Yamayka maronlarının liderlərindən biri. O, "Küləkli Maronlar" adlı əvvəllər kölələşdirilmiş afrikalılardan ibarət cəmiyyətə rəhbərlik edirdi. 18-ci əsrin əvvəllərində Nənənin rəhbərliyi altında Küləkli Maronlar, Birinci Maron müharibəsi kimi tanınan Yamayka Koloniyasında Britaniya hakimiyyətinə qarşı uzunmüddətli partizan müharibəsi aparmışdır. Onun haqqında bilinənlərin çoxu şifahi tarixdən əldə edilir, yazılı mənbə kasaddır. Maron əfsanəsinə görə, Kraliça Nənə Asante xalqından idi və indiki Qanada anadan olub. Xalq qəbuluna görə və ən azı bir sənədli mənbəyə görə, o, heç vaxt kölə olmamışdır. Buna baxmayaraq, Yamaykaya kölə kimi gəldiyinə inanılsa da, necə gəldiyi dəqiq bilinmir.
Mazan nənə türbəsi
Mazan nənə türbəsi — Cəbrayıl rayonunun Xudayarlı kəndində yerləşir. İnşa olunma tarixi məlum deyil. Z.İ.Yampolski qəbri madərşahlıq dövrünün yadigarı hesab etmişdir. == Əfsanə donu == El arasında Cəbrayıl rayonu ərazisindəki Diri dağa verilən ad da Nuh peyğəmbərlə əlaqələndirilir. Babalardan belə bir əfsanə qalmışdır: İnsanlar dağın sinəsində əkin-biçinlə məşğuldur. Mazan oğlan ətrafda oynayır, nənəsi çörək salır. Elə bu zaman Nuh tufanı, daşqın başlayır. Bunu görən nənə Mazana deyir ki, çıxsın dağın başına. Nənə özünün dağa çıxa bilməyəcəyini hiss etdiyi üçün çörəyi yarımçıq qoya bilməyəcəyini bəhanə edir. Oğlan çətinliklə dağın zirvəsinə qalxır və suyun getdikcə yaxınlaşdığını görür.
Zibeydə Nənə (film)
Buranov nənələri
Buranovskiye Babuşki (rus. Бурановские бабушки / Buranov nənələri; udm. Брангуртысь песянайёс) — Rusiyanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən musiqi qrupu. Qrup müsabiqədə "Party for everybody" mahnısı ilə 2-ci yeri tutmuşdur.
Nənəcan
Nənəcan — Azərbaycan xalq oyunu. Qadınlardan ibarət iki dəstə arasında toy və bayramlarda keçirilir. Biri oğlan (bəy), digəri qız (gəlin) tərəfi təmsil edən dəstələrə ağbirçək qadınlar (nənə) başçılıq edir (adı da buradandır). Mahnılarda tərəflər növbə ilə xorla bayatı oxuyurlar. Gəlin tərəf qızın istək və arzusunu, oğlan tərəf isə bəyin vədlərini ifadə edir. Hər iki dəstə razılığa gəldikdən sonra oyun bitir. Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.224 Tahirov R. A., Azərbaycanın şimal-qərb rayonlarında bəzi məşiət oyunları haqqında, Azərbaycan etnoqrafik məcmuəsi, buraxılış 2, Bakı, 1968. Allahverdiyev M., Azərbaycan xalq teatrı tarixi, Bakı, 1978.
Nənələr
Nənələr — Lənkəranın Separadi kəndindən olan folklor və rəqs ansamblıdır. Bu qrup "Lənkəran Nənələri" adı ilə də tanınır. Ansambl hal-hazırda 6 üzvdən ibarətdir. Bu ansamblın əsası 1970-ci ildə qoyulub.. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Qrupun ifasında Azərbaycan və Talış dillərində olan 100-ə qədər bayatı və mahnı var. Bunlara misal olaraq "Ay lolo", "Gəl, gözəlim, naz eləmə", "Mirvari gəlin", "Almanı alma, gəlin", "Yar bağa gəldi", "Bulaq başında", "Gəlin", "Kinəlim-kinəlim", "Maralı göndər bizə", "Verin bizim gəlini", "Əllərə xına çəkərlər", "Yar-yar", "Can gülüm", "Bülbüllər oxuyur" və s. mahnıların adını çəkmək olar. Qrup ilk yarandığı vaxtda 4 nəfərdən (Gülbacı, Ağabacı, Xanımbacı və Qızbəs) ibarət olub. Bu vaxtlar onlar "Bacılar" adı ilə fəaliyyət göstəriblər.
Nənələr (ansambl)
Nənələr — Lənkəranın Separadi kəndindən olan folklor və rəqs ansamblıdır. Bu qrup "Lənkəran Nənələri" adı ilə də tanınır. Ansambl hal-hazırda 6 üzvdən ibarətdir. Bu ansamblın əsası 1970-ci ildə qoyulub.. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Qrupun ifasında Azərbaycan və Talış dillərində olan 100-ə qədər bayatı və mahnı var. Bunlara misal olaraq "Ay lolo", "Gəl, gözəlim, naz eləmə", "Mirvari gəlin", "Almanı alma, gəlin", "Yar bağa gəldi", "Bulaq başında", "Gəlin", "Kinəlim-kinəlim", "Maralı göndər bizə", "Verin bizim gəlini", "Əllərə xına çəkərlər", "Yar-yar", "Can gülüm", "Bülbüllər oxuyur" və s. mahnıların adını çəkmək olar. Qrup ilk yarandığı vaxtda 4 nəfərdən (Gülbacı, Ağabacı, Xanımbacı və Qızbəs) ibarət olub. Bu vaxtlar onlar "Bacılar" adı ilə fəaliyyət göstəriblər.
Viki nənələr
Viki nənələr (başq. Вики-өләсәйҙәр) — Başqırdca Vikipediyada təqaüd yaşına çatmış qadın könüllülərdən ibarət bir qrup. Bir qrup yaratmaq ideyası 2016-cı ildə İjevskdə keçirilən Wiki-Ural seminarına gedərkən ortaya çıxır. Layihənin məqsədi "Eurovision" da çıxış edən Udmurt "Buranov nənələrinin" nümunəsini izləmək, yaşlı qadınların internetdə özünü tanıma potensiallarını nümayiş etdirmək idi. Əsas sütun VKontakte sosial şəbəkəsinin «Başqırd qadınları» qrupunun üzvlərindən ibarətdir. 2016-cı ildə Sankt-Peterburqda beynəlxalq konfrans zamanı digər dil bölmələrinin nümayəndələrinin istəyi ilə wiki-nənələr haqqında daha geniş məlumat geniş kütləyə təqdim olunur. 2016-cı ildə Ukrayna beynəlxalq konfransında Muxamadeeva iştirakçıları layihə ilə tanış etdi. 2017-ci ildə Berlində З. ӘЙЛЕ və Visem təxəllüsülü könüllülər (Ukraynaca Vikipediyasının könüllüləri) Wikimedia dünya ictimaiyyətinin qarşısında Viki nənələri haqqında bir təqdimat etdilər. Elə həmin il Başqırdca Vikipediyasının böyük bir heyəti, o cümlədən altı nənə viki könüllüsü, Moskva viki konfransında iştirak etdi, burada iştirakçıları öz fəaliyyətləri ilə tanış etdi. 2018-ci ildə Keyptaunda keçirilən Wikimania iştirakçıları, o cümlədən başqırd Viki-nənələri - Banat Valeeva-Yaubasarova adından qarşılandı.
Çay Nənəsi
Çay nənəsi — türk və Azərbaycan mifologiyasında su ilə bağlı mifik varlıq. Çay nənəsi gözəl yaşlı qadın cildindədir. Onun yerə çatacaq qədər uzun qara və ya sarı saçları var, döşləri böyükdür, qaşı yoxdur. Onun gözləri qara və böyük, dərisi qırmızımtıldır. Darağı qızıl və ya gümüş rəngdədir. Çay nənəsi azərbaycanlıların ənənəvi demonoloji (şeytani ruhlarla bağlı) inanclarında su mərasimi ilə bağlı olan mifik varlıqdır. Onunla bağlı inanclar Hal ruhu ilə əlaqədardır. Həmçinin Hal anasının Çay nənəsi adlandırılmasına da rast gəlinir. Digər bir fikrə görə isə Çay nənəsi türk mifologiyasındakı Su Ananın regional adlarından biridir. Azərbaycan türklərinin inanclarına görə Çay nənəsi çayda (və ya su kənarlarında) yaşayır.

Digər lüğətlərdə