oğurlatmaq
oğurluqca
OBASTAN VİKİ
Oğurluq
Oğurluq — özgəsinə məxsus olan əmlakın ələ keçirilməsi. Bəzi oğrular şəxsi maraqları üçün oğurluq edirlər, bəziləri isə ehtiyac və ya çarəsizlik üzündən oğurlaya bilər. Bəzi hallarda oğurluq asılılıq və ya digər psixi sağlamlıq problemlərindən qaynaqlanır. Oğurluq qanuna ziddir və cinayət sayılır. Oğurluq edən şəxslər cərimə və həbs cəzası kimi nəticələrlə üzləşə bilərlər. Oğurluğun ən geniş yayılmış növlərindən biri şopliftinqdir.
Oğurluq (cinayət)
İtalyansayağı oğurluq (dəqiqləşdirmə)
İtalyansayağı oğurluq (film, 1969) — 1969-cu ildə çəkilmiş kriminal filmi. İtalyansayağı oğurluq (film, 2003) — 2003-cü ildə çəkilmiş döyüş-macəra filmi.
İtalyansayağı oğurluq (film, 1969)
İtalyansayağı oğurluq (orijinal adı: ing. The Italian Job) — 1969-cu ildə çəkilmiş kriminal film. Film qisas almaq üçün böyük bir soyğun planlaşdıran və Mini Kuperlərdən istifadə edərək qaçmağa çalışan oğrulardan bəhs edir və klassik filmlər arasındadır. Rejissoru Piter Kollinson olan film, Maykl Dilinin prodüserliyi ilə Troy Kennedi Martin tərəfindən süjet xətti yazılmış və baş rolda Maykl Keyn çəkilmişdir. Filmin yeni remeyki 2003-cü ildə çəkilmiş olan İtalyansayağı oğurluq filmidir. Mark Uolberq yeni remeyk filmində Keyn rolunu oynamışdır.
İtalyansayağı oğurluq (film, 2003)
İtalyansayağı oğurluq (ing. The Italian Job) ― 2003-cü ildə çəkilmiş döyüş-macəra film. Filmin rejissoru F. Qari Qreydir. 1969-cu ildə Peter Collinsonun rejissoru olduğu və baş rolda Maykl Keynin çəkildiyi eyniadlı filmin remeyki olan filmdə Mark Uolberq, Şarliz Teron, Ceyson Statham və Edvard Norton baş rollarda çəkilib. İtaliyanın Venesiya şəhərində aparıcı oğru ləqəbli Con Bridger (Donald Sazerlend) qızını axtarır. O, qızı Stellaya (Şarliz Teron) deyir ki, bu, onun son işidir. Con Bridger oğrudur və bu son oğurluq ilə bu işə son qoymaq fikrindədir. Seyf üzrə mütəxəssis olan Stella oğurluqdan uzaqdır, amma atasını çox sevir, buna baxmayaraq qeyri-qanuni işlərdən uzaqdır. Bir müddət sonra Con Bridger başqa bir köhnə dostu, Çarli Kroker (Mark Whalberg) adlı peşəkar oğru ilə görüşür. Çarli və Con çox köhnə dostdurlar və peşəkar oğrulardırlar.
İtalyansayağı oğurluq (video oyun, 2001)
İtalyansayağı oğurluq (video oyun, 2003)
Azərbaycan Milli İncəsənət Muzeyində oğurluq
Azərbaycan Milli İncəsənət Muzeyində oğurluq — 1993-cü ilin iyulunda Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində oğurluq hadisəsi. Bu zaman ümumilikdə 304 əşya oğurlanıb. Oğurlanmış əşyalara 274 sənət əsəri və 30 orta əsr miniatürü daxildir. Onlardan ən qiymətlisi təxminən 10 milyon dollar dəyərində olan Albrext Dürerin Qadın Hamamı əsəri idi. Digər oğurlanmış sənət əsərlərinə Rembrandt, Antonio Van Deyk, Nikola Pussen, Yakob van Röysdal və Jan-Fransua Mille və başqaları tərəfindən hazırlanmış əsərlər daxil idi. Əsərlər qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılıb, və sonradan oradan tapılıb. 2001-ci ildə on iki sənət əsəri əvvəlki nümayiş yerlərinə, Almaniyadakı Bremen muzeyinə, qalanları isə Azərbaycana qaytarıldı. == Zəmin == Almaniyaya qaytarılan sənət əsərləri 1820-1860-cı illər arasında Bremen muzeyi tərəfindən satın alınmışdı. 1943-cü ildə İkinci Dünya müharibəsi zamanı sənət əsərləri Karnzou qalasına saxlanmaq üçün köçürülmüş 1520 xəzinə arasında idi. İrəliləyən sovet qoşunları qalanı ələ keçirdikdən sonra rəsmlər yoxa çıxdı.

Digər lüğətlərdə