Oktan
Oktan (C8H18) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Spesifik iyə malik rəngsiz mayedir, oktan ədədi 17 – 19 -dur.
Izooktanla və digər izomerlərlə birgə neftin, birbaşa qovmadan alınan benzinin (10%-ə qədər), həmçinin az miqdarda CO və H2-dən alınan sintetik benzinin tərkibində olur. Sənayedə oktanı rektifikasiya yolu ilə ayırırlar, sonra "molekulyar ələk"lərin köməyi ilə moçevina (karbamid) ilə təmizləyirlər.
Hidrogen iştirakında alümomolibden və ya alümoxrom katalizatorları üzərindən buraxıldıqda (500oC-də və 1–2 Mn/m2 və ya 10–20 kqs/sm2 təzyiq altında) oktan aromatik karbohidrogenlərin (o-ksilol və etilbenzol) qarışığına çevrilir. Bu dehidrotsiklləşmə reaksiyası – katalitik riforminq proseslərində əsas reaksiyalardan biridir.
Oktanın 18 struktur izomeri var:
oktan (n-oktan)
2-metilheptan
3-metilheptan (+ optik izomerləşmə)
4 — metilheptan
3-etilheksan
2,2-dimetilheksan
2,3-dimetilheksan (+ optiki izomerləşmə)
2,4-dimetilheksan (+optiki izomerləşmə)
2,5-dimetilheksan
3,3 — dimetilheksan
3,4 — dimetilheksan (+optiki izomerləşmə (iki hiral mərkəz))
2-metil-3-etilpentan
3 — metil-3-etilpentan
2,2,3-trimetilpentan (+optiki izomerləşmə)
2,2,4-trimetilpentan (həmçinin izooktan kimi məlumdur)
2,3,3-trimetilpentan
2,3,4 — trimetilpentan
2,2,3,3-tetrametilbutan
http://www.cdc.gov/niosh/npg/npgd0470.html
Корольченко А. Я.,Корольченко Д.А. Пожаровзрывоопасность веществ и материалов и средства их тушения. Справочник: в 2-х ч. — 2-е изд., перераб. и доп.- М.: Асс.