OTUZ

İki yozumu var:

1. Üç əvəzinə uz (uc) sözü işlədilib; on yerinə ot kəlməsindən də istifadə olunub. M.Kaşğaridə “ottuz içib qışqıralım” (on üç içib qışqıraq) cümləsi var. Buradakı ottuz sözü “10 dəfə üç” deməkdir. 

2. Sözün altuz, altız forması da mövcud olub. Ehtimal ki, “alt üz (alt tərəf, yəni qırxın altüzü, alt tərəfi)” deməkdir. Birinci yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

OTURMAQ
OV
OBASTAN VİKİ
Otuz
Otuz — say sistemində ədədlərdən biridir. İyirmi doqquzdan sonra, otuz birdən əvvəl gəlir. Otuz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 3, 5, 6, 10, 15 və 30 ədədlərinə qalıqsız bölünür.
Otuz altı
Otuz altı — say sistemində ədədlərdən biridir. Otuz beşdən sonra, otuz yeddidən əvvəl gəlir. Otuz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Otuz beş
Otuz beş — say sistemində ədədlərdən biridir. Otuz dörddən sonra, otuz altıdan əvvəl gəlir. Otuz beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz bir
Otuz bir — say sistemində ədədlərdən biridir. Otuzdan sonra, otuz ikidən əvvəl gəlir. Otuz bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz doqquz
Otuz doqquz — say sistemində ədədlərdən biridir. Otuz səkkizdən sonra, qırxdan əvvəl gəlir. Otuz doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Otuz dörd
Otuz dörd — say sistemində ədədlərdən biridir. Otuz üçdən sonra, otuz beşdən əvvəl gəlir. Otuz dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 17 və 34 ədədlərinə qalıqsız bölünür.
Otuz iki
Otuz iki — say sistemində ədədlərdən biridir. Otuz birdən sonra, otuz üçdən əvvəl gəlir. Otuz iki ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Otuz səkkiz
Otuz səkkiz — say sistemində ədədlərdən biridir. Otuz yeddidən sonra, otuz doqquzdan əvvəl gəlir. Otuz səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Otuz yeddi
Otuz yeddi — say sistemində ədədlərdən biridir. Otuz altıdan sonra, otuz səkkizdən əvvəl gəlir. Otuz yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz üç
Otuz üç — say sistemində ədədlərdən biridir. Otuz ikidən sonra, otuz dörddən əvvəl gəlir. Otuz üç ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz altı stratagem
Otuz altı stratagema (çin. ənən. 三十六計, çin. sadə. 三十六计, pinyin: sān-shí-liù jì) — Qədim Çinə aid hərbi traktat. Stratagema (yun. στρατήγημα — hərbi hiylə, kələk ) — hərbi, mülki, siyasi, iqtisadi və şəxsi məqsədlərə çatmaq üçün orijinal yolun hiyləgər planı. Qədim Yunan dövrünə aid olsa da, Avropada geniş istifadəsi Qədim Roma yazıçısı Sekst Yuliya Frontinaya məxsus lat. “Strategemata” kitabından sonra olmuşdur. Hal-hazırda stratagema 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunur.
Otuz altı stratagema
Otuz altı stratagema (çin. ənən. 三十六計, çin. sadə. 三十六计, pinyin: sān-shí-liù jì) — Qədim Çinə aid hərbi traktat. Stratagema (yun. στρατήγημα — hərbi hiylə, kələk ) — hərbi, mülki, siyasi, iqtisadi və şəxsi məqsədlərə çatmaq üçün orijinal yolun hiyləgər planı. Qədim Yunan dövrünə aid olsa da, Avropada geniş istifadəsi Qədim Roma yazıçısı Sekst Yuliya Frontinaya məxsus lat. “Strategemata” kitabından sonra olmuşdur. Hal-hazırda stratagema 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunur.
Otuz tiran (Afina)
Otuz tiran (və ya Otuzların hakimiyyəti) — Pelloponnes müharibəsindən sonra e.ə. 404-403-cü illərdə Afinanı idarə etmiş spartameyilli hökmdarlar qrupunun kollektiv ləqəbi. Otuz tiran, spartalı sərkərdə Lisandrın rəhbərliyi altında, Kritiy və Feramen tərəfindən hakimiyyətə gətirilmiş oliqarxik hökmdarlar idilər. Onlar çox qəddar idilər və cəmi bir illik hakimiyyət ərzində, Feramen də daxil olmaqla, 1500 afinalını cəzalandırmışdılar. Buna baxmayaraq Fibin köməyi ilə Frasibul onları tezliklə devirdi. Hakimiyyətdən məhrum olduqları müddətdən bir il sonra Otuzların əksəriyyəti öldürülmüşdü.
Otuz altıncı simfoniya (Motsart)
Motsartın otuz altıncı simfoniyası (Linz simfoniyası) Volfqanq Amadey Motsart tərəfindən 1783-cü ildə yolüstü Avstriyanın Linz şəhərində dayanarkən bəstələnmişdir. Simfoniyanın ilk premyerası 4 noyabr 1783-cü ildə Linz şəhərində baş tutmuşdur. Simfoniya 4 hissədən ibarətdir. Simfoniyanın ifa müddəti 32 dəqiqədir. Adagio, 3/4 — Allegro spiritoso, 4/4 Poco adagio, 6/8 Menuetto, 3/4 Final (Presto), 2/4 1783-cü ilin yayında Motsart arvadı Konstanse Veber ilə birlikdə atası evinə getməyi qərara alır. Onun məqsədi həyat yoldaşı ilə atası arasındakı gərgin münasibətləri yaxşılaşdırmaq idi, amma onun bu cəhdi heç bir nəticə vermədi. Elə həmin ilin oktyabrında atasının rəftarından məyus olan bəstəkar Vyanaya qayıtmaq qərarına gəli və yolda onlar bir neçə gün Linz şəhərində qalmaq qərarına gəlirlər. Ciddi maliyyə problemləri ilə arşılaşan Motsart atasına məktublarında qeyd etdiyi kimi "hər cığırda bir simfoniya bəstələməyə məcbur olduğunu" yazırdı. Bu şəhərdə olarkən o, "Linz" adlı yeni simfoniyasını yaratdı. Tez bir zamanda bu əsər çox məşhur oldu və bu gün də ən çox səslənən simfonik əsərlərindən biri olaraq qalmaqda davam edir.
Otuz beşinci simfoniya (Motsart)
Otuz beşinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1782-ci ildə Vyanada yazılmışdır. Tarixinə görə "Haffner Simfoniyası" adlanır. Motsart altı il əvvəl, 1776-cı ildə Zalsburq şəhərinin meri Sigmund Haffnerin bacısı Mari Elisabetin toyu münasibətilə "Haffner serenadası"nı bəstələmişdi. Bu simfoniya ilə "Haffner serenadası" tamamilə fərqli əsərlərdir.' Motsartın otuz beşinci simfoniyası 4 hissədən ibarətdir. Allegro con spirito, 2/2 Andante, Sol majorda 2/4 Menuetto və Trio,3/4 Presto, 2/2 Boynick, M 1996, Wolfgang Amadeus Mozart - Simfoniya 35 [onlayn] [ aydınlaşdırma harada lazımdır?]. Cuyler, L 1995, The Symphony, 2-ci edn, Harmonie Park Press, Michigan. Downs, PG 1992, Klassik Musiqi, WW Norton, New York. Eynşteyn, A 1945, Motsart: Xarakteri, İşi. Tərcümə edən Artur Mendel və Nathan Broder. Oxford University Press, London; Nyu-York.
Otuz birinci simfoniya (Motsart)
Otuz birinci simfoniya (Paris Simfoniyası) 22 yaşlı Volfqanq Amadey Motsart tərəfindən 1778-ci ildə Parisdə bəstələnmişdir. 23 mart 1778-ci ildə Motsart və anası Anna Maria Motsart ilə birlikdə Zalsburgdakı işindən ayrıldıqdan iş tapmaq ümidi ilə Almaniyanın Münhen, Ausburq və Mannheim səhərlərinə getdi. Lakin ciddi bir iş tapa bilmədiyinə görə gənc bəstəkar Parisə gəldi. Bu Volfqanq Amadey Motsartın Fransaya üçüncü səfəri idi. Simfoniya Motsartın Parisə uğursuz səfəri zamanı Zalsburqda olduğundan daha yaxşı bir iş tapmaq ümidi ilə bəstələnmişdir. Simfoniyanın premyerası ilk dəfə 12 iyun 1778-ci ildə Spirituel konsertinin direktoru Cozef Le Grosun köməyi ilə səfirin evində təşkil olunan xüsusi konsertdə baş tutmuş, ilk ictimai çıxış isə altı gün sonra Spirituel konsertində olmuşdur. Bu Simfoniya haqqında Londonda nəşr olunan "Courier de l'Europe"nin 26 iyun tarixli nömrəsində dərc olunmuş məqalədə qeyd olunmuşdur ki, "erkən yaşlarından ən böyük musiqiçilər arasında ad çıxarmış bu sənətkar bu gün mövcud olan ən yaxşı bəstəkarlardan biri sayıla bilər". Simfoniya yenidən 15 avqust 1778-ci ildə Spirituel konsertində ifa olunmuşdur. Bu münasibətlə Motsart ikinci simfoniyanın ikinci hissəsini bir Andante ilə əvəz etdi (ilk variantda Andantino idi). Musiqişünas Otto Erix Deutsch bu dəyişikliyin səbəbini (Andantinonun) tamaşaçı "zövqü üçün kifayət etməməsi" ilə əlaqədar olması kimi qiymətləndirmişdir.
Otuz doqquzuncu simfoniya (Motsart)
Otuz doqquzuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən Qırxıncı və Qırx birinci simfoniyalarla birlikdə 1788-ci ildə, iyun-avqust aylarında, bir neçə həftə ərzində yazılmışdır. Bu simfoniyanın ilk premyerası məlum deyil, lakin İvan Andersviçin qeydlərinə əsasən ilk qeyd olunan tarix 1792-ci ilə aiddir. Simfoniyanın ifa müddəti 30 dəqiqədir. Motsart bu əsərləri ciddi maliyyə çətinlikləri və depressiya ilə xarakterizə olunan gərgin bir şəraitdə yazmışdı. (Maykl Puchbergə 27 iyun 1788-ci il tarixli məktub): "Yanıma gəlin və məni ziyarət edin; Mən həmişə evdə oluram; — 2 ay ərzində digər yaşayış yerlərindən daha çox yaşadığım 10 gündə daha çox çalışdım və tez-tez məni sıxan, yalnız çox çətinliklə davam gətirdiyim qara düşüncələr olmasaydı, daha yaxşı olardım." Simfoniya 4 hissədən ibarətdir. Adagio – Allegro, 2/2 Andante con moto, 2/4 Menuetto. Allegretto, 3/4 Final. Allegro, 2/4 Wolfgang Amadeus Mozart: Symphony E flat major K. 543. Edition Eulenburg No. 451, London / Mainz ohne Jahresangabe, 64 S. (Taschenpartitur, Originalausgabe von 1933; Nachdruck ohne Jahresangabe) W. Meves: Symphonies de W. A. Mozart.
Otuz dördüncü simfoniya (Motsart)
Motsartın otuz dördüncü simfoniyası Volfqanq Amadey Motsart tərəfindən 1780-ci ildə yazılmış, 29 avqustda tamamlanmışdır. Bu əsər müəllifin Zalsburqda yazılmış simfoniyalarının sonuncusudur. Simfoniyanın davam etmə müddəti təxminən 22 dəqiqədir. Hazırda simfoniyanın əlyazmasının I hissəsi (f.1-18) Fransa Milli Kitabxanasında, ikinci hissəsi isə (f.19-28) Polşanın Krakov şəhərində yerləşən Jagellon Universitetinin Kitabxanasında saxlanılır. Simfoniyaların əksəriyyəti dörd hissədən ibarət olsa da, bu simfoniyada erkən klassizm üçün səciyyəvi olan yalnız üç hissə vardır.
Otuz ikinci simfoniya (Motsart)
Otuz ikinci simfoniya Volfqanq Amadey Motsart Parisdən Zalsburqa qayıtdıqdan sonra, 1779-cu ilin 26 apreldə tamamlamışdır. Simfoniyanın əlyazması hazırda Nyu-York İctimai Kitabxanasında saxlanılır. Simfoniya 3 hissədən ibarətdir və ifa müddəti 8 dəqiqədir. Allegro spiritoso, 4/4 Andante, 3/8 Primo tempo, 4/4 Introduction de l'Andante : François-René Tranchefort (istiqamət), Simfonik Musiqi Bələdçisi, Paris, Fayard, kol. "Musiqinin əsasları",1998-ci il(1 st ed.1986), 896 səh. (ISBN 2-213-01638-0), səh. 513 Bertrand Dermoncourt (istiqamət), Tout Motsart: Encyclopédie de A à Z, Paris, Robert Laffont, kol. "Kitablar",2005, 1093 səh. (ISBN 2-221-10669-5), səh.948 Sinfonia: (dabey noch für 2 clarini) [autograph score in Mozart's hand in the New York Public Library] Symphony No.32 in G major, K.318 (Mozart, Wolfgang Amadeus) στο IMSLP.org Η παρτιτούρα της 32ης Συμφωνίας στο DME.at Pajot, Denis. "K318 Symphony #32 in G-major".
Otuz səkkizinci simfoniya (Motsart)
Otuz səkkizinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1786-cı ilin sonlarında bəstələnmişdir. Motsartın Praqaya ilk səfəri zamanı, 19 yanvar 1787-ci ildə orada ilk premyerası olmuşdur. İlk dəfə Praqada ifa olunduğu üçün Otuz səkkizinci simfoniyanın "Praqa Simfoniyası" da adlandırıldığı qeyd olunur. Simfoniya 3 hissədən ibarətdir. Adagio—Allegro, 4/4 Andante, 6/8 Final (Presto, 2/4 Wolfgang Amadeus Mozart: Symphony D major „Prague“. Band 446, Ernst Eulenburg, London/ Zürich ohne Jahresangabe (Taschenpartitur, Vorwort von 1931). W. Meves: Symphonies de W. A. Mozart. Collection Litolff No. 168. Henry Litolff’s Verlag, Braunschweig ohne Jahresangabe (ca.
Otuz yeddinci simfoniya (Motsart)
Otuz yeddinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən yalnız giriş hissəsi yazılan, qalan hissələri digər Avstriya bəstəkarı İohann Mixail Qaydnıya məxsus, 1783-cü ilə aid edilən musiqi əsəridir. Volfqanq Amadey Motsartın ölümündən sonra, onun sənədləri arasında köhnə Motsart nəşrində 37 nömrəli Simfoniya olaraq xatırlanan Köxel kataloqunda 444 nömrəsi ilə qeydə alınan bir simfoniya tapılmışdı. Otuz yeddinci simfoniya uzun müddət Motsartın əsəri hesab olunurdu, lakin Lotar Perger 1907-ci ildə sübut etdi ki, Motsart bu simfoniyanın yalnız giriş hissəsini (Adagio maestoso) bəstələmişdi; qalan hissələr isə İohann Mixail Qaydn tərəfindən 1783-cü ilin may ayında Salsburq şəhərindəki Mixaelbeuern monastrına yeni abbatın vəzifəyə təyin olunması ilə əlaqədar bəstələnmiş 25 nömrəli simfoniyadır. Musiqişünasların fikrincə, 3-cı və 37-ci simfoniyalar arasındakı ziddiyyət belə deməyə əsas verir ki, Mosart otuz yeddinci simfoniyanın əsl və yeganə bəstəkarı olsaydı, bu simfoniya, ehtimal ki, 1783-cü ildən xeyli əvvəlki tarixə aid olmalı idi. 1780-ci illərin əvvəllərində Volfqanq Amadey Motsart çoxsaylı Vyana konsertləri üçün həm özünün, həm də digər bəstəkarların yeni və köhnə əsərlərindən istifadəyə ehtiyac duymuşdu. Mənbələrə görə Motsart 4 noyabr 1783-cü ildə, atası Leopolda yazdığı bir məktubda "Əlimdə simfoniya yoxdur, buna görə tələsməli və bəstələməliyəm" deyir. Bəzi tədqiqatçılar iddia edirlər ki, əslində Volfqanq Amadey Motsart uzun müddət M. Qaydnın yaxın dostu idi və 1783-cü ildə, M. Qaydn xəstələnəndə və arxiyepiskop Koloredonun tələb etdiyi kompozisiya əsərini tamamlamaq üçün bu əsəri dostundan satın almışdı. Digər musiqişünasların fikrincə isə, vaxt çatışmazlığına görə Motsart İohann Mixail Qaydnın 25-ci simfoniyasının surətini çıxarmış, amma bu əsərə Adagio maestoso tempində yeni bir giriş yazmışdı. Motsartın təqdimatı ilə simfoniyanın ifası təxminən 15 dəqiqədir. Neal Zaslaw: Mozart’s Symphonies.
Otuz ikinci simfoniya
Otuz ikinci simfoniya bu mənaları ifadə edə bilər:
Otuz üç (film)
"Otuz üç" (rus. Тридцать три) — 1965-ci ildə Georgi Daneliyanın rejissorluğu ilə çəkilmiş komediya filmi. Baş rolu Yevgeni Leonov ifa edir. == Məzmun == Yuxarı Çalalar (rus. Верхние Ямки) əyalətinin diş həkimi (Gennadi Yaloviç) gözlənilməz elmi kəşfə rast gəlir. O, pasienti İvan Sergeyeviç Travkinin (Yevgeni Leonov) ağız boşluğunda 33-cü dişi aşkara çıxarır. Ağrıdan əziyyət çəkən Travkini Moskvaya aparırlar. Orada əvvəlcə paxıl Proxorov (Nikolay Parfönov) səyləri nəticəsində dəlixanaya düşür. Sonra isə beynəlxalq elmi müşavirə qəhrəmana və (yuxusunda) Marsa göndərilən nümayəndəyə çevrilir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri: Valentin Yejov, Viktor Koneski, Georgi Daneliya Quruluşçu rejissor: Georgi Daneliya Quruluşçu operator: Sergey Vronski Quruluşçu rəssam: Aleksandr Borisov Bəstəkar: Andrey Petrov Səs operatoru: Vladimir Kraçkovski Dirijor: Emin Xaçaturyan İkinci rejissor: M. Çernova İkinci operator: V. Abramov Montaj edən: T. Zinçuk Geyim rəssamı: İ. Belyakova Qrim rəssamı: N. Baldina Rejissor assistentləri: L. Buşarova, D. Kuznesov Operator assistentləri: V. Qriqoroviç, A. Cirkvelov Rəssam assistenti: L. Kozlov Quraşdırılmış səhnələrin operatoru: Boris Travkin Quraşdırılmış səhnələrin rəssamı: A. Rudaçenko Redaktor: İ. Sergiyevskaya Mahnıların mətni: Yuri Levitanski Filmin direktoru: Y. Roqozovski == Rollarda == Yevgeni Leonov — İvan Sergeyeviç Travkin Nonna Mordyukova — Qalina Petrovna Pristyajnyuk İnna Çurikova — Rozoçka Lyubaşkina Lyubov Sokolova — Lyuba Travkina Marqarita Qladunko — Frosya Viktor Avdyuşko — Mişa Gennadi Yaloviç — Arkadi Borisoviç Şeremetyev Nikolay Parfönov — Proxorov Villor Kuznesov — İqor Bezrodnı Saveli Kramarov — Rodion Xomutov Arkadi Trusov — Anatoli Petroviç İvanov Vyaçeslav Nevinnı — Vasili Lyubaşkin Georgi Svetlani — Mitriç Vladimir Basov — vilayət muzeyinin direktoru Frunzik Mkrtçyan — professor Bruk (titrlərdə F. Mkrtıçan) Nikolay Daneliya — Travkinlərin birinci oğlu Valya Şarikov — Travkinlərin ikinci oğlu Mariya Vinoqradova — Raisa Yakovlevna Olesya İvanova — Qorina Klavdiya Kozlyonkova — qulluqçu Boris Lavrov — Aleksandr Fyodoroviç (titrlərdə V. Lavrov) Sergey Martinson — Valentin Petroviç Lyubaşkin Daniil Netrebin — diş hesablamaları üzrə komissiyanın üzvü Alevtina Rumyanseva — televiziyada rejissor köməkçisi İrina Skobseva — Vera Sergeyevna Svetlana Svetliçnaya — Nina Svetlova Yuri Saransev — taksi sürücüsü İnna Fyodorova — sanitar Pyotr Şşerbakov — Viktor Viktoroviç Pavel Vinnik — Valentin İvanoviç (titrlərdə yoxdur) İlya Rutberq — Brukun köməkçisi (titrlərdə yoxdur) Mixail Loqvinov — qonaq (titrlərdə yoxdur) == Yaranma tarixi == 1965-ci ildə filmin prokatda qalması heç iki həftə də çəkmir.
Otuz üç (film, 1965)
"Otuz üç" (rus. Тридцать три) — 1965-ci ildə Georgi Daneliyanın rejissorluğu ilə çəkilmiş komediya filmi. Baş rolu Yevgeni Leonov ifa edir. Yuxarı Çalalar (rus. Верхние Ямки) əyalətinin diş həkimi (Gennadi Yaloviç) gözlənilməz elmi kəşfə rast gəlir. O, pasienti İvan Sergeyeviç Travkinin (Yevgeni Leonov) ağız boşluğunda 33-cü dişi aşkara çıxarır. Ağrıdan əziyyət çəkən Travkini Moskvaya aparırlar. Orada əvvəlcə paxıl Proxorov (Nikolay Parfönov) səyləri nəticəsində dəlixanaya düşür. Sonra isə beynəlxalq elmi müşavirə qəhrəmana və (yuxusunda) Marsa göndərilən nümayəndəyə çevrilir. Ssenari müəllifləri: Valentin Yejov, Viktor Koneski, Georgi Daneliya Quruluşçu rejissor: Georgi Daneliya Quruluşçu operator: Sergey Vronski Quruluşçu rəssam: Aleksandr Borisov Bəstəkar: Andrey Petrov Səs operatoru: Vladimir Kraçkovski Dirijor: Emin Xaçaturyan İkinci rejissor: M. Çernova İkinci operator: V. Abramov Montaj edən: T. Zinçuk Geyim rəssamı: İ. Belyakova Qrim rəssamı: N. Baldina Rejissor assistentləri: L. Buşarova, D. Kuznesov Operator assistentləri: V. Qriqoroviç, A. Cirkvelov Rəssam assistenti: L. Kozlov Quraşdırılmış səhnələrin operatoru: Boris Travkin Quraşdırılmış səhnələrin rəssamı: A. Rudaçenko Redaktor: İ. Sergiyevskaya Mahnıların mətni: Yuri Levitanski Filmin direktoru: Y. Roqozovski Yevgeni Leonov — İvan Sergeyeviç Travkin Nonna Mordyukova — Qalina Petrovna Pristyajnyuk İnna Çurikova — Rozoçka Lyubaşkina Lyubov Sokolova — Lyuba Travkina Marqarita Qladunko — Frosya Viktor Avdyuşko — Mişa Gennadi Yaloviç — Arkadi Borisoviç Şeremetyev Nikolay Parfönov — Proxorov Villor Kuznesov — İqor Bezrodnı Saveli Kramarov — Rodion Xomutov Arkadi Trusov — Anatoli Petroviç İvanov Vyaçeslav Nevinnı — Vasili Lyubaşkin Georgi Svetlani — Mitriç Vladimir Basov — vilayət muzeyinin direktoru Frunzik Mkrtçyan — professor Bruk (titrlərdə F. Mkrtıçan) Nikolay Daneliya — Travkinlərin birinci oğlu Valya Şarikov — Travkinlərin ikinci oğlu Mariya Vinoqradova — Raisa Yakovlevna Olesya İvanova — Qorina Klavdiya Kozlyonkova — qulluqçu Boris Lavrov — Aleksandr Fyodoroviç (titrlərdə V. Lavrov) Sergey Martinson — Valentin Petroviç Lyubaşkin Daniil Netrebin — diş hesablamaları üzrə komissiyanın üzvü Alevtina Rumyanseva — televiziyada rejissor köməkçisi İrina Skobseva — Vera Sergeyevna Svetlana Svetliçnaya — Nina Svetlova Yuri Saransev — taksi sürücüsü İnna Fyodorova — sanitar Pyotr Şşerbakov — Viktor Viktoroviç Pavel Vinnik — Valentin İvanoviç (titrlərdə yoxdur) İlya Rutberq — Brukun köməkçisi (titrlərdə yoxdur) Mixail Loqvinov — qonaq (titrlərdə yoxdur) 1965-ci ildə filmin prokatda qalması heç iki həftə də çəkmir.
Otuz üçüncü simfoniya (Motsart)
Otuz üçüncü simfoniya Volfqanq Amadey Motsart tərəfindən 9 iyul 1779-cu ildə tamamlanmışdır. Simfoniyanın əlyazması hazırda Polşanın Krakov şəhərində Yagellon Kitabxanasında saxlanılır. 1785-ci ildə Motsart otuz üçüncü simfoniyasını Vyana Artaria nəşriyyatında çap etdirdi. Volfqanq Amadey Motsart bir il sonra, 8 avqust 1786-cı ildə Donauesçingendəki Şahzadə Fürstenberqə məktubunda qeyd edirdi ki, Ⅶbir orkestrə sahib olun ki, insanlar yalnız öz ölkəm üçün bəstələdiyim əsərlərə sahib ola bilsinlər, bu mənim kiçik düşüncələrimə görə çox xoş olardı.” Simfoniya 4 hissədən ibarətdir və ifa müddəti təxminən 23 dəqiqədir. Allegro assai, 3/4 Andante, 2/4 Menuetto, 3/4 Final: Allegro assai, 2/4 Wolfgang Amadeus Mozart: Sinfonia in si bem, K. 319. P. R. 798, Ricordi-Verlag, Mailand (Taschenpartitur). W. Meves: Symphonies de W. A. Mozart. Collection Litolff No. 168. Henry Litolff´s Verlag, Braunschweig ohne Jahresangabe (Ausgabe von ca.
Dərgahqulu bəy Məfruzlu-Otuziki
Dərgahqulu bəy Məhəmmədəli bəy oğlu Məfruzlu-Otuziki (1799-?) — XIX əsr Qarabağ bəyi, tayfa başçısı. == Həyatı == Dərgahqulu bəy Məhəmmədəli bəy oğlu 1799-cu ildə Qarabağın Otuziki mahalının Məfruzlu obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Mеhdiqulu xana sədaqətlə xidmət etmişdi. Xan da ona öz obalarında xeyli torpaq sahəsi vermişdi. 1851-ci ilə bağlı rus qaynağında Qarabağda yaşayan mülkədarlar siyahısında Dərgahqulu bəyin də adı çəkilir. == Ailəsi == Dərgahqulu bəyin Məhəmmədəli bəy, Mirzalı bəy, Habil bəy, Baxış bəy, Qanbay bəy, Teymur bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Dərgahqulu ağa Məfruzlu-Otuzikinin törəməsi, "Soy" elmi-kütləvi dərgi, 2010, № 6, səh.20–26.
Mirzə Məhəmmədəli ağa Veysəlli-Otuziki
Mirzə Məhəmmədəli ağa Veysəlli-Otuziki — Nadir şah Qırxlı-Avşarın münşisi, Pənahəli xan Sarıcalı-Cavanşir in xarici işlər vaziri, şair Mirzə Məmmədqulu Təbibin ulu babası. Mirzə Məhəmmədəli ağa Məhəmmədxan ağa oğlu 1700-cü ildə Otuziki elinin Veysəlli oymağinda doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. O, öncə Osmanlı ordusunda qulluq etmiş, sonra ordudan qaçıb Nadirqulu xan Qırxlı-Avşarın dəstəsinə qoşulmuşdu. Nadirqulu xan özünü şah elan edəndən sonra onun divanında münşi vəzifəsində xidmət etmişdi. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə yazır: "Qəfranpənah Mirzə Məhəmmədəli isə cənnətməkan, nadiri-zəman Nadir şahın hüzurunda xass dəbir və münşilərdən imiş ki, bəvasiteyi-təğyiri-zəman və inqilabi dövran İran torpağından qəti-əlaqə edib Qarabağa təşrif gətirib Veysəlli nam qəryəsində təəhhül etmiş..." Müəllif Mirzə Məhəmmədəli ağanı gəlmə kimi göstərir. Halbuki, onun atası Məhəmmədxan ağa, anası Ümmülbanu xanım əslən və nəslən Veysəlli oymağından idilər. Nadir şahın qətlindən sonra Qarabağa dönən Mirzə Məhəmmədəli ağa Pənahəli xanın divanxanasında münşi (xarici işlər yazışmalarına nəzarət edirdi) kimi çalışmışdı. Mirzə Məhəmmədəli ağanın Qayıb bəy adlı oğlu vardı.
Məhəmməd bəy Otuziki
Məhəmməd bəy Hacı Lazım bəy oğlu Xıdırlı-Otuziki (?-?) — XVIII əsr Qarabağ bəyi, tayfa başçısı. Məhəmməd bəy Hacı Lazım bəy oğlu Şuşa şəhərində anadan olmuşdu. Otuziki elinin minbaşısı və mahalın naibi idi. Şuşa qalasının qalabəyisi də olmuşdu. Rus üsul-idarəsi dönəmində məmur işləmişdi. Praporşik, sonra da poruçik rütbələrinii daşımışdı. Məhəmməd bəyin Abdulla bəy, Nəcəfqulu bəy, Abbasqulu bəy və İsmayıl bəy adlı oğulları vardı. Ənvər Çingizoğlu, Qalabəyovlar, ATŞC-nin xəbərləri, Bakı: 2003.
Ocotea otuzcensis
Ocotea heterochroma (lat. Ocotea heterochroma) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin ocotea cinsinə aid bitki növü.

Digər lüğətlərdə