is. [fars]
1. Sığınma, birinin yanına qaçıb ondan himayə və kömək istəmə.
□ Pənah etmək (eyləmək) –
1) özü üçün sığınacaq etmək, məskən etmək.
Aləmin dərdü qəmindən xəbərin yox, Seyyid; Mən ki meyxanəni illərdi pənah eyləmişəm. S.Ə.Şirvani;
2) bax
pənah aparmaq.
Pənah gətirmək (aparmaq) – bir adamın yanına, bir yerə sığınaraq ondan imdad, sığınacaq istəmək.
…Züleyxa çəkdiyi məşəqqətlərdən cana gəlib, öz qardaşlarının evinə pənah gətirdi. C.Cabbarlı.
Pənah yeri – sığınacaq, pənahgah.
[Köçəri quşların] bütün pənah yerləri bağların qaratikan çəpərləri idi ki, orada az-çox yem tapa bilirdilər. S.S.Axundov.
2. məc. Himayəçi, arxa, dadaçatan, istinadgah, pənahgah.
Səməd üzünü Məşədi Heydərə tutub, qaş-göz elədi və Nadiri göstərərək belə bir qüvvətli pənahı olduğunu işarə etdi. B.Talıblı.
□ Pənah çıxmaq – himayəsi altına almaq, qayğısını çəkmək.
[Zeynəbə Qara Kərəmoğlu] bir qardaş, bir ata kimi pənah çıxdı, işə çəkdi, uşaqlarını kolxoz bağçasına aldı. M.İbrahimov.
Pənah olmaq –
1) imdadına çatmaq, kömək etmək;
2) bax
pənah çıxmaq.
Pənahında saxlamaq – himayə etmək, himayəsində saxlama, qayğısını çəkmək; qorumaq, hifz etmək.
Hərami qaşların fitnədir karı; Onu pənahında saxlaya tarı. Q.Zakir.
[Şamama Cadu:] Allah səni öz pənahında saxlasın, cavan qəddini yerə vurmasın. Ə.Haqverdiyev.
// məc. Ümid, dayaq.
Qarı öz yeganə pənahı nəvəsini bir parça çörəkpulu üçün yenə də bazara yola salmaq istəyirdi. S.Rəhimov.
Körpələrin pənahısan; Anaların gözü səndə. N.Rəfibəyli.