papaqaldıqaç

papaqaldıqaç
papaq-yaylıq
papaqatdı
OBASTAN VİKİ
Papaqaldıqaç
Papaqaldıqaç — Azərbaycanda əsasən yazqabağı, bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan ən qədim oyunlardan biri. Bəzən oyuna "Ağ-qırmızı"da adlandırırlar. Oyun halayla başlanır. Hər tərəfdə bərabər olmaqla, bir neçə nəfər iştirak edir. Futbol meydançasının yarısı qədər bir sahə iki yerə bölünür, ortadan cızıq çəkilir. Birinci dəstə cızığın bu tərəfində, ikinci dəstə isə o tərəfində durur. Papaq (və ya bayraq) hər iki tərəfdə cızıqdan müəyyən uzaqlıqda ağacdan, dirəkdən, yaxud divardan asılır. Uşaqlar püşk yolu ilə ağ və qırmızı bayraqdan birini seçirlər. Oyuna hakimlik etmək tamaşaçılardan birinə həvalə olunur və onun göstərişilə oyun başlanır. Oyunda iştirak edən uşaqlar cızıq boyu üz-üzə dayanırlar.

Digər lüğətlərdə