parasintez
paraşütçü
OBASTAN VİKİ
Paraşüt
Paraşüt (fr. parachute; yun. para — əks və fr. chute — düşmək) — bir obyektin atmosferə açıq bir mühitdə havanın qaldırma qüvvəsindən istifadə edərək yavaşca enməsini təmin edən vəsaitdir. 810–887-ci illər arasında yaşayan ərəb ixtiraçı Abbas Qasım İbn Firnasın İspaniya-Kordovada paraşütə bənzər bir alət istifadə tarixi qeydlərdə mövcuddur. Çində də paraşütün ilk nümunələri istifadə edilmişdir.Leonardo Da Vinçinin paraşütlə əlaqədar şəkilləri mövcuddur.
Paraşüt qülləsi (Bakı)
Paraşüt qülləsi — Azərbaycanın Bakı şəhərində yerləşən, hazırda saat qülləsi olan tikili. Qüllə Bakı bulvarında yerləşir. Dənizkənarı parkın ərazisində Sovet dövründə ilk əhəmiyyətli obyekt 1936-cı ildə tikilmiş paraşüt qülləsi hesab edilir. 75 metr hündürlüyündə olan qüllə bütün Sovet İttifaqı ərazisində ən hündürü hesab edilirdi. Bu qüllə Bakı Şəhər Sovetinin təşəbbüsü ilə "Bakinskiy Raboçiy" maşınqayırma zavodunda hazırlanmışdır. Paraşütdən tullanmaq idman növünə marağı olan hər kəs buradan istifadə edirdi. Burada gənclərin ilk hərbi hazırlığı üzrə paraşüt tullanmaları təlimləri də keçirilirdi. Paraşüt qülləsinə 20, 25, 60 metrlik yüksəkliklərdən tullanmaq imkanı var idi. 1960-cı illərdə burada bədbəxt hadisə baş verdikdən sonra qüllə fəaliyyət göstərmədi. Lakin qüllə sökülmədi, keçmişin bir xatirəsi olaraq saxlanıldı.
Paraşütizm
Paraşütizm — kafi bir yüksəklikdən atlanılılması nəticəsi paraşüt adı verilən parçanın etibarlı bir sürətdə yerə enmək məqsədiylə açılması olaraq reallaşan əyləncə idmanıdır. Paraşütçülər əksəriyyətlə təyyarədən atlar və ümumiyyətlə düzlüklərə və açıq bir göyə ehtiyac duyarlar. Kiçik bir aerodromdan yola çıxılar və paraşütçülər təxminən 4000 metr yüksəklikdə təyyarədən atlarlar. Əksəriyyətlə "qarın aşağı" mövqedə bir müddət sərbəst düşərlər. 760 metr ətrafında tam şişəcək şəkildə paraşütlərini açarlar. Paraşütçülər, təyin olunmuş bir sahəyə enməyi məqsədlər. Paraşütçülər sərbəst eniş əsnasında saatda 190 km və üzəri sürətlərdə hərəkət edər. İstifadə etdikləri paraşütlər bu şərtlərdə açılmağa dözə biləcək şəkildə hazırlanmış və özbaşına şüşən qanad paraşütləridir. Ana paraşüt pozular və ya açılmazsa vəsaitdəki avtomatik bir sistem dövrəyə girər və ehtiyat paraşüt açılar. Paraşütlər də sərbəst atlaçıların süzülməyi idarə etmək və yerə etibarla enə bilmək üçün istifadə etdikləri istiqamətləndirmə kordonları və qulpları vardır.
Paraşütlə atlama

Digər lüğətlərdə