Penitensiar sistem
Penitensiar sistem — qanunla müəyyən edilmiş qaydada vətəndaşlara qarşı tətbiq edilən cinayət cəzalarının yurisdiksiya və icrasına rəhbərlik edən dövlət aparatıdır. Cinayət törətməkdə təqsirli bilinən şəxslərin cəzalandırılması, müalicəsi və onlara nəzarəti nəzərdə tutur. Bu funksiyalara adətən azadlıqdan məhrumetmə, şərti azad etmə və probasiya müddəti daxildir. Tipik islah müəssisəsi həbsxanadır. Bu sistem əlavə olaraq polis, prokurorluq və məhkəmələri əhatə edən daha böyük ədliyyə sisteminin bir hissəsidir.