perikard

perikard
perihelium 2021
perikardit
OBASTAN VİKİ
Perikard
Ürək kisəsi və ya perikard (lat. pericardium) konus şəklində olub əsası diafraqmanın vətər mərkəzinə bitişmişdir və zirvəsi yuxarıda ürəyin əsasında olan damarlarla rabitədədir. Bu iki təbəqədən təşkil olunmuşdur: xarici lifli təbəqə — lifli ürək kisəsi — (lat. pericardium fibrosum) və daxili seroz təbəqə — seroz ürək kisəsi — (lat. pericardum serosum). Xarici lifli təbəqə sərt birləşdirici toxumadan təşkil olunaraq qonşu üzvlərlə rabitədədir. Daxili seroz təbəqə iki səfhəyə bölünür: xarici pariyetal səfhə — (lat. lamina parietalis pericardii serosi) və daxili visseral səfhə, yaxud epikard — (lat. lamina visseralis pericardii serosi s. epicardium).
Perikardit
Perikardit – ürəyin seroz qişasının ya ürək kisəsinin iltihabı. Müxtəlif xəstəliklər fonunda və müstəqil olaraq meydana çıxır. Etiologiyasına görə infeksion, autoimmun, travmatik və ideopatik perikarditlər ayird edilir. İnfeksion: Revmatik; Vərəmli; Bakterial: (qeyri spesifik – kokk mənşəyli, septiki spesifik qarın yatalağı, dizenteriya, qarayara, vəba, taun, tulyaremiya ilə əlaqəli) Göbələk; Viral; Rikketsioz Aseptik perikarditlər: Allergik; Qan xəstəlikləri və hemorragik diatezlərlə əlaqəli; Birləşdirici toxuma xəstəlikləri ilə əlaqəli; Travmatik; Şüa təsirindən; Post infarkt (Dressler sindromu) Maddələr mübadiləsi pozğunluğu ilə (uremiya, podaqra) əlaqəli; Qlükokortikosteroid müalicəsi ilə əlaqəli; C vitamini çatışmazlığı ilə əlaqəli; İdiopatik perikarditlər kəskin perikardit: Quru (fibroz); Eksudativ: seroz-fibroz, hemmoragik, irinli; Ürək tamponadalı; Tamponadasız.

Digər lüğətlərdə