piləəyirmə
piləkləmə
OBASTAN VİKİ
Pilək
Düymə — geyim aksesuarı. İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar. Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi. XIV əsrdə düymələrdən bəzək əşyası kimi istifadə edilirdi. Paltarlara qoldan çiyinə qədər, boğazdan belə qədər düymələr düzürdülər. Bu düymələr qızıldan, gümüşdən və fil sümüyündən hazırlanırdı. Bu da paltarın sahibinin sosial statusundan xəbər verirdi. Yəni – paltar hansı düymələrlə bəzədilirdisə, bu paltar sahibinin maddi durumunu göstərirdi.
Pilək tikmə
Pilək tikmə (rus. вышивка блестками) - pulcuqlu tikmə. Pilək tikmə taxça, buxarı, güzgü pərdələri, divar bəzəkləri və xırda əşyaların hazırlanmasında istifadə olunub. Pilək əlvan metal dairəciklərdən hazırlanıb və əsasən şal, mahud, qanovuz parça üzərində icra olunub. Çaxma pilək (zərənduz) tikmə Şəki, Şamaxı, Lahıc və Şuşada daha geniş intişar tapıb. Bu sənət daha çox zərgərliklə bağlı olub. Burada istifadə olunan çaxma piləklər zərgərlər tərəfindən döymə və basma (qəlibkarlıq) üsulu ilə hazırlanarmış. Metal lövhələr ağır olduğundan məxmər, tikmə, xara, mahud kimi möhkəm parçalardan istifadə olunub. Belə tikməli əşyalar məişətdə taxça, buxarı, güzgü pərdəsi , pərdəbaşı süfrə və sairə məqsədlərlə istifadə olunub. Metal lövhəciklər müxtəlif formalı buta, paxlava, üçbucaq, dördkünc, dairə, quş, balıq və s.

Digər lüğətlərdə