Piton-de-Nej massivi
Piton-de-Nej (fr. Massif du Piton des Neiges) — Reyunyon adasında yerləşən dağ massivi. Maksimal hündürlüyü 3070 metr olan Piton-de-Nej dağıdır. Bundan əlavə massivdə Qros Morn, Qran-Benar, Roş-Erkit və Maido kimi zirvələrdə vardır.
Massiv vulkanik mənşəllidir. Yaşının 8 milyon il olması ehtimal edilir. Son püskürmə 12 min il öncəyə təsadüf edir. Piton-de-Nej bir yatmış vulkandır. Ondan cənub-şərqdə yerləşən Piton-de-la-Furnez vulkanı 400 illik müşahidə zamanı 150 dəfə püskürmüşdür.