pleystosen

pleystosen, dövrü
pleyston
pleziantrop
OBASTAN VİKİ
Pleystosen
Pleystosen – geoloji epoxalardan biridir. Neogenin son epoxası Pliosendən sonra gəlir. Dördüncü dövrün başlanğıc epoxasıdır və 2.58 milyon il əvvəldən 11.7 min il əvvələ – Holosenə qədər olan dövrü əhatə edir. Kiçik Qafqazın relyefinin inkişaf tarixində Dördüncü dövr xüsusi yer tutur. Bu zaman relyefin inkişafı kəskin iqlim dəyişmələri ilə əlaqədar olaraq coğrafi mühitdə ciddi dəyişikliklər baş vermiş və tektonik hərəkətlərin surəti güclənmişdir. Erkən Bakı (Türkan əsrində) dəniz Azərbaycan ərazisini tərk edir və hər yerdə relyefin inkisafi kontinental şəraitdə gedir. Ümumiyyətlə Pleystosen epoxası dağlıq sahələrin hündürlüyünün artması, terrigen kobud dənəli çöküntülərin toplanması və həmçinin dəniz transqresiyalarinin və reqresiyalarının bir-birini əvəz etməsi ilə səciyyələnir. Epoxanın Bakı əsrinin ikinci yarısında baş vermiş ən mühüm geomorfoloji proseslərdən biri dağlıq sahələrdə tektonik hərəkətlərin fəallaşması və əsl yüksəkağlıq qurşağın əmələ gəlməsi olmuşdur.
Pleystosen epoxası

Pleystosen parkı
Pleystosen parkı (rus. Плейстоценовый парк) — Saxanın şimal-şərqində, Kolıma çayının aşağı axarlarında, Şimal Buzlu okeandan 150 km cənubda yerləşən yasaqlıq. Yasaqlıq Çerski qəsəbəsindən 30 km cənubdadır. Pleystosen parkının yaradıcısı və elmi rəhbəri rusiya ekoloqu Sergey Afanasev Zimovdur. Park ərazisində pleystosen epoxasının "mamont tundra çölləri" ekosisteminin yaradılması eksperementi həyata keçirilir. Bu ekosistem sonuncu buzlaşma zamanı Şimal yarımkürəsiniin böyük hissəsini əhatə etmişdir. Ehtimal olunur ki, mamont tundra çölləri on dəfə mövcud meşə tundra və bataqlıq-tundra biotalarından məhsuldar idi. Böyük ot yeyən heyvanların təxminən 10000–12000 il əvvəl məhvindən sonra (mamont, tüklü gərgədan, böyük buynuzlu maral və s.) ekosistem deqradasiyaya məruz qalaraq və müasir duruma gəlib çatmışdır. Alimlərin fikirlərinə görə bu məhv olmanın əsas və həll edci səbəbi yuxarı paleolit ovçuluğu idi. Pleystosen parkı ideyasının əsasında meqafaunadan saxlanılmış adventiv növlərin hesabına mamont tundra çölünə xarakterik torpaq və landşaftın formalaşdırılması durur.
Pleystosen-Holosen epoxası
Pleystosen-Holosen epoxası Bakı, Xəzər (Gürgan), Xvalın və Yeni kaspi əsrlərini əhatə edir. Abşeron əsrində, xüsusilə onun axırlarında tektonik hərəkətlərin canlanması və relyefin inkişafının qalxan istiqamətinin güclənməsi pleystosenin əvvəllərində, daha doğrusu Bakı əsrinin əvvəllərində morfotektogenez proseslərin nisbi sakitliyi ilə əvəz olunur. Bu zaman Xəzər dənizi səviyyəsinin qısa müddətli qalxması nəticəsində Kür və qismən də Qusar-Dəvəçi çökəkliklərinə transqressiyası baş verir. Bununla yanaşı dənizin transqressiyası bəzi yerlərdə abşeron əsrinin sonlarındakı transqressiya sahələrini örtsə də onun maksimal transqressiyası hüdudlarına çatmır. Dənizin Bakı əsrinin sonundakı qısa müddətli reqressiyası Xəzər (Gürgan) əsrinin əvvəllərində transqressiya ilə əvəz olunur. Dəniz Samur-Dəvəçi ovalığını bütünlüklə örtür və ensiz körfəzlər şəklində Sital, Germian və b. çayların dərələri boyu quruya soxulur. Bu zaman Böyük və Kiçik Qafqazıda qalxmaının güclənməi ilə əlaqədar olaraq Kür çökəkliyinin kənar sahələri quruya çevrilir, ox hissəi isə Acınohur öndağlığının cənub tirəsi boyu uzanır. Gürgan əsrinin ortalarından etibarən Kür-Araz depressiyası intensiv çökməyə məruz qalır. Abşeron yarımadası ilə Girovdağ-Babazənan antiklinal zonası arasında mövcud olmuş, dayaz dənizdə, əsasən, palçıq vulkanlarının əmələ gətirdiyi adalar və tirələr yayılmışdır.