pop-musiqi
pop-rok
OBASTAN VİKİ
Musiqiçi
Musiqiçi —1. Xüsusi olaraq musiqi ilə məşğul olan adam, musiqi mütəxəssisi;2. Musiqi alətində çalan sənətkar; çalğıçı, çalan. □ 'Festivalda musiqiçilər də çıxış etdilər.' === Klassifikasiya === Musiqiçinin müəyyən fəaliyyət məkanı olur: Aranjimançı—Hazır musiqi əsərini hansısa alətdə ifa etmək üçün uyğunlaşdıran və ona müəyyən ritm və improvizə elementləri əlavə edən şəxs. □ Fortepiano üçün aranjiman. Vokalist — solo oxuyan musiqiçi; Dirijor — orkestdə və ya xorda rəhbər şəxs; İnstrumentalçı — akademik musiqidə ifacı adlanır; Bəstəkar — musiqi bəstələyən şəxs.Bəzən rəqslə məşğul olan şəxsləri də musiqiçilərə aid edirlər. == Azərbaycan musiqiçisi == 90-cı illərdən başlayaraq müxtəlif səbəblərdən xaricə xeyli Azərbaycan musiqiçisi getmişdi. Musiqiçilər gedişlərini əsaslandırmağa çalışdılar. Yaradıcı adamlar müstəqil şəkildə özlərinin yaradıcılıq potensialını inkişaf etdirmək, tutalım, xarici ölkələrdə daha böyük uğurlar qazanmaq məqsədilə, həm də o dövrdə güzəran problemlərini həll etmək üçün Azərbaycandan getmişdilər.Azərbaycan musiqiçiləri müsəlman Şərqində ilk dəfə olaraq Avropaya qastrollara çıxmaqla və qrammofon valları yazdırmaqla muğam üçün qeyri-ənənəvi dinləyici auditoriyasına müraciət etməyə başlamışlar. İlk dəfə 1906-cı ildə "Qrammofon" ingilis Səhmdar Cəmiyyəti məşhur xanəndə Cabbar Qaryağdıoğlu və digər Azərbaycan musiqiçilərinin ifasında Azərbaycan musiqisini qrammofon vallarına yazmışdır.
Pop
Pop musiqi (ing. pop-music, popular music sözlərinin qısaltması) — müasir musiqi istiqamətlərindən biri, müasir kütləvi mədəniyyət növüdür. == Terminologiya == "Pop musiqi" termini iki mənada işlənir. Geniş mənada, bu bütün kütləvi musiqi növlərini (rok, elektron musiqi, caz, blyuz və s.) nəzərdə tutur. Dar mənada isə populyar musiqinin müəyyən özünəməxsus xüsusiyyətlərə malik ayrıca növüdür.
Basta (musiqiçi)
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüsseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüsser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. == Bioqrafiya == Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Ceza (musiqiçi)
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
Cəza (musiqiçi)
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
Kolera (musiqiçi)
Esen Güler ya da daha çox tanınan səhnə adıyla Kolera (23 sentyabr 1983, İstanbul), Türk repçi.
Pitbull (musiqiçi)
Armando Christian Pérez (doğum 15 Yanvar 1981), bilinən adıyla Pitbull, Amerikalı repçi. İlk dəfə 2002-ci ildə Lil Jon'un Kings of Crunk albomunda qonaq olaraq iştirak etdi. Ardından, 2004-ci ilin Avqust ayında TVT Records etiketiylə MIAMI ( Money Is a Major Issue qısaltması) adlı ilk studiya albomunu bazara sürdü. O zamandan bəri, yenə TVT Records etiketi altında iki studiya albomu daha nümayiş etdi: 2006-cı ilin oktyabr ayında Əl Mariol' və 2007-ci ilin Noyabr ayında" The Boatlift. Ayrıca, Mun2 kanalında La Esquina adında İspanca bir program təqdim edir.
Tamino (musiqiçi)
Tamino, tam adı Tamino-Əmir Məhərrəm Fuad (24 oktyabr 1996, Antverpen, Flamand regionu[d]) — müğənni və musiqiçidir. Misirli müğənni və kino ulduzu Məhərrəm Fuadın nəvəsidir. Mahnılarını ingilis dilində yazır, bir neçə mini-albomu və "Əmir" adlı bir studio albomu vardır. == Uşaqlıq və Yeniyetməlik illəri == Tamino 24 oktyabr 1996-cı ildə Belçikanın Antverpen şəhərində dünyaya gəlmişdir. Atası Tarıq Məhərrəm Fuad, məşhur misirli aktyor və müğənni Məhərrəm Fuad ilə Livanlı Maqda Beydunun oğludur. Taminonun anası isə musiqiyə böyük sevgisi olan belçikalı bir antropoloqdur. Belə ki, Tamino milliyyətcə yarı belçikalı, livanlı və yarı ərəbdir. Onun özündən 3 yaş kiçik, Rami adında qardaşı da vardır. Anası və atası hələ o 3 yaşında ikən ayrılmışdırlar. Bundan sonra o, anası tərəfindən, musiqi sevgisi ona hələ çox kiçik yaşından aşılanaraq böyüdülmüşdür.
Üç musiqiçi
Üç musiqiçi (isp. Tres músicos) — Dieqo Velaskes tərəfindən çəkilmiş yağlı boya rəssamı. Dərinlik hifzi yaratmaq üçün işıqkölgə adlı barokkonun texniki işənilib.
Prins (musiqiçi)
Prins Rocers Nelson (ing. Prince Rogers Nelson; 7 iyun 1958 – 21 aprel 2016) — ABŞ müğənnisi və mahnı yazarıdır. Daha çox eklektik sənət nümunələri və geniş vokal imkanları ilə məşhur olmuşdur. 21 aprel 2016-cı ilə Minnestodakı evində ölü tapılıb. Onun ölümünə səbəb zökəm tutulması idi. Xanımı isə onun narkotik maddələrdən öldüyünü güman edir. Prince, "Rolling Stone" jurnalının təşkil etdiyi Bütün Zamanların Ən Yaxşı 100 Sənətçisi siyahısında iyirmi yeddinci sırada yer almışdır.
Dance-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
Dans-pop
Dans-pop — Rəqs yönümlü pop musiqi, 1980-ci illərdən başlayan post-disko dövründə inkişaf etmişdir.
George Pop
George Pop (11 sentyabr 1993) — Rumıniyalı biatlonçu. George Pop Rumıniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == George Pop birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Pop 28:04.4 saniyəlik nəticəsi ilə 87 atlet arasında 86-cı yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
K-pop
K-pop (/keɪ pɔp/,abbreviaturaing. Korean pop) K-pop , Koreya populyar musiqisi, Cənubi Koreya mədəniyyətinin bir hissəsi olaraq Cənubi Koreyada yaranan bir musiqi janrıdır. Ənənəvi Koreya musiqisi kökləri üstündə pop, eksperimental, rok, caz, gospel, hip hop, R&B, reggae, elektron rəqs, folk və klassik kimi dünyanın hər yerindən gələn üslub və janrlardan təsirlənir. Janrın daha müasir forması 1992-ci ildə ən erkən K-pop qruplarından biri olan (Seo Taiji) So Tayci and Boys adlı oğlan qrupunun yaranması ilə ortaya çıxdı. Onların fərqli musiqi üslubları və janrları üzərində sınaqları və xarici musiqi elementlərinin inteqrasiyası Cənubi Koreyanın müasir musiqi səhnəsini yenidən formalaşdırmağa və modernləşdirməyə kömək etdi. Müasir K-pop "idol" mədəniyyəti, 1990-cı illərdə başladı, çünki K-pop gənclərin və gənclərin nəhəng fandomlarını toplayan bir alt mədəniyyətə çevrildi. Erkən K-popdakı tənəzzüldən sonra, 2003-cü ildən TVXQ və BoA, musiqi janrını qonşu Yapon bazarına salan və bu gün K-popu beynəlxalq miqyasda populyarlaşdırmağa davam edən yeni bir nəsil K-pop idolları yaratdılar. Onlayn sosial şəbəkə xidmətlərinin və Cənubi Koreya TV şoularının ortaya çıxması ilə, Koreya Dalğası olaraq bilinən K-pop və Cənubi Koreya əyləncələrinin yayılması təkcə Şərqi Asiya və Cənub-Şərqi Asiyada deyil, Pakistan, Banqladeş, Hindistan, Latın Amerikası, Şimali Afrika, Cənubi Afrika və Şərqi Afrika, Yaxın Şərq və bütün Qərb dünyasında beynəlxalq auditoriya qazanır. "K-pop" termini 2000-ci illərdə məşhurlaşdı. Əvvəllər Cənubi Koreya pop musiqisi gayo adlanırdı (kor.
Pop-art
Pop-art (ing. pop art, popular art sözünün qısaldılmış forması — populyar və ya təbii incəsənət) — 1950-60-cı illərdə Qərbi Avropa və ABŞ-də abstrakt ekspressionizmə əks reaksiya kimi meydana gəlmiş təsviri incəsənət istiqaməti, partlayış, şok effekti əmələ gətirən incəsənət. == Tarixi == "Pop-art" terminini ilk dəfə 1966-cı ildə ingilis kritiki Lourens Elleoueya işlətmişdir. Pop-art incəsənətdə bədii cərəyan kimi 1950-ci illərin 2-ci yarısından ABŞ və Qərbi Avropa ölkələrində meydana gəlmişdir. Cərəyanın əsasını ABŞ-də Robert Rauşenberq, Roy Lixtenşteyn, Casper Cons, Ceys Rozenkvist, Klas Oldenburq, Cim Dayn, Endi Uorhol, Böyük Britaniyada Piter Bleyk, Riçard Hamilton və b. qoymuşdur. == Xüsusiyyətləri == Pop-art nümayəndələrinin "əsərlərində" bədii obrazlar real həyatdan götürülmüş əşyalar yığımı ilə əvəz olunur, beləliklə də natura, əşya "əsərin" əsas (bəzən də yeganə) komponenti kimi nümayiş etdirilir. Pop-art nümayəndələri adi məişət əşyalarını, kitab və jurnallardan kəsilmiş şəkilləri, plastik materiallardan düzəldilmiş ərzaq məmulatını kompozisiyaya daxil edir, bəzən rəngli şəkillər üzərinə metal, ağac, zinət əşyakarı qeyri-məntiqi şəkildə yapışdırmaqla kompozisiya yaradırlar. == Görkəmli nümayəndələri == == Sitatlar == Pop-art — populyar, ötəri, hazırcavab, tez unudulan, seksual və gəncdir. — Riçard Hamilon.
Pop-İvan
Pop-İvan (ukr. Піп Іван) — İvano-Frankovsk və Zakarpatya vilayətlərinin sərhədindəki silsilənin cənub-şərq ucunda yerləşən Çornoqora silsiləsinin ən yüksək zirvələrindən biridir. Hündürlüyü 2020.5 m-dir. Pop-İvan Çernoqorski dağını, Karpatların başqa bir zirvəsi - Ukrayna və Rumıniya sərhədində yerləşən Pop-İvan Marmaroşski ilə qarışdırılmamalıdır. == Təsviri == Piramidal formaya malikdir, yuxarı hissəsində daş töküntüləri var. Qum daşlarından əmələ gəlmişdir. Karpat Dövlət Milli Parkı içərisindədir. Müharibədən əvvəl Polşa xəritələrində dağ 16 nömrəli sütun olaraq təyin edilmişdir. Əsasən subalp bitki örtüyü ilə örtülmüşdür. Kollar (Sibir ardıç, rododendron) və şam meşələri (1500-1600 m yüksəklikdə) geniş yayılmışdır.
Pop art
Pop art — art pop pop musiqisinin geniş şəkildə müəyyən edilmiş janrıdır və bir çox qeyri-musiqili incəsənət fəaliyyətini əhatə edir: pop sənəti, kino, avanqard ədəbiyyat, təsviri incəsənət, incəsənət məktəbi araşdırmaları və moda. Bu kontekstdə sənətçilər yüksək və aşağı mədəniyyət arasında çökmüş sərhədi vurğulayır və bunu edərkən rok musiqisi və ya ənənəvi pop dinləyicilərinin normalarından uzaqlaşmağa çalışırlar. Ustalıq, üslub və ya ironiya anlayışları ümumiyyətlə janrla əlaqəli rəssamların diqqət mərkəzindədir. == Xüsusiyyətlər == Art pop şəxsi ifadə üzərində işarələrin manipulyasiyasını vurğulayır. Romantik musiqi və avtonom art-rok (və ya mütərəqqi rok) ənənəsindən fərqli olaraq, o, gündəlik və birdəfəlik həyatın estetikasından ilhamlanır. Sosiomusiqişünas Simon Frith sənətin pop musiqiyə uyğunluğunu rok musiqidən fərqləndirir, pop musiqisindəki sənətin üslub, jest və tarixi dövrlərin/üslubların ironik istifadəsi kimi daha spesifik narahatlıqları vurğulayır . Frith bildirir ki, postmodernizmin yüksək/aşağı mədəniyyətin sərhədlərini məhv etmək prinsipi, art-pop sənətçiləri sosioloji şərh və tarixi dəqiqlik anlayışlarını bulandıraraq sənətkarlıq anlayışını şübhə altına alır və vurğulayırlar. Üslubun ən diqqət mərkəzində olan məqamları istehsal və sənətkarlıqdır. Mahiyyətlə yanaşı, terminlərin, təsvirlərin, proseslərin və təsirlərin ixtiraları ilə məşğul olmaqdır. Mədəniyyət nəzəriyyəçisi Mark Fisher yazırdı ki, art-popun inkişafı pop, incəsənət və modanın üçbucaqlanması ilə inkişaf edib.
Pop musiqi
Pop musiqi (ing. pop-music, popular music sözlərinin qısaltması) — müasir musiqi istiqamətlərindən biri, müasir kütləvi mədəniyyət növüdür. == Terminologiya == "Pop musiqi" termini iki mənada işlənir. Geniş mənada, bu bütün kütləvi musiqi növlərini (rok, elektron musiqi, caz, blyuz və s.) nəzərdə tutur. Dar mənada isə populyar musiqinin müəyyən özünəməxsus xüsusiyyətlərə malik ayrıca növüdür.
Pop musiqisi
Pop musiqi (ing. pop-music, popular music sözlərinin qısaltması) — müasir musiqi istiqamətlərindən biri, müasir kütləvi mədəniyyət növüdür. == Terminologiya == "Pop musiqi" termini iki mənada işlənir. Geniş mənada, bu bütün kütləvi musiqi növlərini (rok, elektron musiqi, caz, blyuz və s.) nəzərdə tutur. Dar mənada isə populyar musiqinin müəyyən özünəməxsus xüsusiyyətlərə malik ayrıca növüdür.
Pop rok
Pop rok - özündə pop musiqinin və rok musiqi janrının xusüsiyyətlərini birləşdirən bir musiqi janrı. ==== Janrın tərzi və stilistikası ==== Pop rok musiqi janrı sadə strukturaya malikdir. Melodiyalar bəsit və yaddaqalandır, sözlər də həmçinin yaddaqalandır və bir çox hallarda tez-tez təkrar olunurlar. ==== Tarixçəsi ==== Bu janr XX əsrin 70-ci illərində yaranmışdır. "Pop-rok" termin olaraq ilk dəfə The Beatles rok qrupunun mahnılarını təsfir etmək üçün işlədilib,daha sonra bu janr bir qədərdə inkişaf edib və yayılmışdır. Günümüzdə pop rok ən çox yayılmış və tanınmış musiqi janrlarından biridir.
Q-pop
Q-pop (qaz. Qazaq pop - qazax pop) — Qazaxıstanın musiqi janrı. Qazax dilində oxunan, qərbi pop musiqi, Qazaxıstan hip hopu, EDM (elektron rəqs musiqisi), R&B, toy musiqisi və xüsusilə K-pop tərəfindən təsirlənən Qazaxıstan pop musiqinin müasir forması. K-pop kimi, Q-pop da özündə fərqli musiqi janrlarını cəmləşdirir. Bu janr ilk dəfə 2015-ci ildə Ninety One qrupun debütu ilə üzə çıxıb. == Mənşə == Qazaxıstanda həmçinin pop musiqisinə aid olan etnopop (və ya folk pop) musiqisi və onun növü, başqa türk xalqlarına da aid olan toy musiqisi mövcuddur. Q-pop toy musiqisindən fərqli olan bir janr olduğu kimi təqdim olunur.Ölkəyə Koreya dramaları və filmləri 2000-ci illərin ortasında gələn kimi, o vaxtdan başlayaraq, Qazaxıstan Koreya dalğasının təsiri altındadır. İnternetin əlçatanlığı artmasının köməyi ilə bu fenomen, ölkədə Koreyanın kütləvi mədəniyyətinə marağını alışdı və beləliklə, K-pop janrını Qazaxıstanda məşğurlaşdırıb. Qazaxıstanda K-pop-un məşğurluğu 2014-cü ildə Q-pop layihəsinin başlanğıcını təhrik edib və beləliklə, Juz Entertainment Ninety One qrupunu yaradıb.J-pop da bu janra təsir etdiyini qeyd olunur. == Qəbulu == Q-pop Qazaxıstan hökumətin tərəfindən qazax dilinin əlifbasını yeni qazax latin əlifbasına keçirtməyinin aləti kimi sayıldığında görə, Q-pop ondan dəstək görür.
Sinti-pop
Sinti pop (elektropop və ya texnopop) — pop musiqisinun bir növüdür. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir. Bu janrın ilk pionerləri Almaniyanın "Kraftwerk" qrupu Yaponiyanın qrupu "Yellow Magic Orchestra", Böyük Britaniyanın "Ultravox" və "The Human League" qrupları hesab edilir. == Xarici keçidlər == Онлайн радио: Оригинальный синти-поп и нью-вэйв 80х Arxivləşdirilib 2018-05-02 at the Wayback Machine Международное синти-радио Synth.
Sinti pop
Sinti pop (elektropop və ya texnopop) — pop musiqisinun bir növüdür. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir. Bu janrın ilk pionerləri Almaniyanın "Kraftwerk" qrupu Yaponiyanın qrupu "Yellow Magic Orchestra", Böyük Britaniyanın "Ultravox" və "The Human League" qrupları hesab edilir. == Xarici keçidlər == Онлайн радио: Оригинальный синти-поп и нью-вэйв 80х Arxivləşdirilib 2018-05-02 at the Wayback Machine Международное синти-радио Synth.
İggi Pop
Nyuel Ceyms Österberq (oğul) (ing. James Newell Osterberg jr.) daha çox İggi Pop(İggy Pop; 21 aprel 1947[…], Maskiqon[d], Miçiqan) — amerikalı rok musiqiçi, alternativ rokun "qurusu" və pank rokun babası kimi tanınır. 2009-cu ildə Britaniyanın Classic Rock dərgisi ona "Canlı Əfsanə" adı verib. 1960-cı illərin sonunda 1970-ci illərin əvvələrində İggi The Stooges qrupunun vokalisti olub, hansı ki hard-rokun və pankın yarnamağında və gələcəkdə inkişafında böyük rol oynayıb. Stooges qrupu öz epatajlı çıxışlarına görə tez bir zamanda məşhur oldu. İggi canlı çıxışlarında (həmişə yarı çılpaq olurdu səhnədə) özünə xətər yetirirdi, publikanı söyürdü və "Stage Divinq", yəni səhnədən kütlənin içinə hoppanmağı yaratmışdı. 7 dəfə alınmayan nominəyə rəğmən 15 mart 2010-cu ildə The Stooges qrupu Rock and roll hall of fame-ə əlavə edildilər. == Uşaqlıq illəri == İggi Miçiqanın Maskiqon şəhərində dünyaya gəlib. Valideynləri Luela və Ceyms Nyuel Österberq (ata), hansı ki ingilis dili müəllimi və beysbol məşqçisi işləyirdi. Popun uşaqlığı treyler parkda keçib.
İndi-pop
Indi pop (həmçinin indi-pop və ya indipop kimi yazılır) meynstrim pop musiqisinə zidd olan gitara popu DIY (özün elə) etikası ilə birləşdirən musiqi janrı və alt mədəniyyət. O, 1970-ci illərin sonlarında İngilis post-pankından yaranıb. Oxşarı olan indie rok ilə müqayisədə bu janr daha melodik, daha az sərt və nisbətən daha vecsizdir. Alt janrlara kamera popu və tvit popu daxildir. == İnkişaf və xüsusiyyətlər == Həm indi, həm də indi pop 1970-ci illərin sonlarında eyni şeyə istinad edirdilər. Stilindən daha çox pank rokun DIY yönümlülüyündən ilhamlanan gitar qrupları o çağ, hamı kimi böyük səsyazma studiyalarıynan kontrakt imzalayıb yayımlanmaqdansa, bir birilərinə dəstək olub öz musiqilərini özləri buraxaraq yaranırdı. Emili Dolanın sözlərinə görə, indi janrı Velvet Underground- un distorşonlu musiqisi, erkən pankın "üsyankar qışqırığı" və Conatan Riçman kimi "rokun daha qəribə və ekssentrik fiqurları" üzərində qurulub. "The Monochrome Set's" -ın ilk sinqlları indie pop qrupu Smiths üçün o qədər təsirli idi ki, Coni Mar sonralar deyirdi, "onlar olmasaydı, The Smiths qrupu mövcud olmazdı".